ƏSAS SƏHİFƏ ƏLAQƏ
:: MƏQALƏLƏR ::

  MƏLƏKLƏR TƏKAMÜL İLƏ YARADILMAMIŞDIR

 Üstün güc sahibi olan Rəbbimiz, dilədiyini dilədiyi şəkildə və zamanda, nümunə əldə etmədən var edəndir. Allah bir şeyin olmasını dilədiyində, ona yalnız “Ol”masını əmr edər:

 İstədiyiniz zaman hər hansı bir şey üçün sözümüz, ona yalnız “Ol” deməkdən ibarətdir o da dərhal olar. (Nəhl Surəsi, 40)

 Allah hər cür nöqsanlıqdan uzaq olan, heç bir şeyə ehtiyacı olmayandır. Bu səbəbdən Allahın yaratması üçün də heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyac yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına bağlı olması kimsəni çaşdırmamalıdır. Allah, bütün bu səbəblərin Yaradıcısı olaraq bunlardan tamamilə uzaqdır.

 Ancaq bu həqiqətləri lazım olduğu kimi düşünməyənlər, müxtəlif səhv düşüncələrə düşə bilərlər. Darvinizmlə İslam arasında əlaqə yaratmağa çalışanlar da bu düşünmə çatışmamazlığı səbəbi ilə yanılmaqdadırlar. Allahın üstün yaratma gücünü, yaratma sənətindəki mükəmməlliyi təqdir edə bilmədikləri üçün “İslam və təkamül” kimi şərhlər verməkdədirlər. Ancaq bu kəslərin göz ardı etdikləri əhəmiyyətli bir mövzu da Allahın fərqli yaratma şəklidir. Allah insanlardan, heyvanlardan və bitkilərdən çox fərqli yaradılışa sahib olan canlıları da var etmişdir. Məsələn, bu kəslər öz səhv məntiqləriylə mələklərin və cinlərin necə yaradılmış olduqlarını açıqlaya bilməzlər. Quranda xəbər verildiyi kimi mələklərin yaradılışı, insanın yaradılışından çox fərqlidir. Ayədə mələklərin yaradılışı belə xəbər verilməkdədir:

 Həmd, göyləri və yeri yaradan, iki, üç və dörd qanadlı mələkləri elçilər edən Allahındır; O, yaratmada dilədiyini artırar. Şübhəsiz Allah, hər şeyə güc çatdırandır. (Fatir Surəsi, 1)

 Ayədə keçən ifadədən də aydın olduğu kimi, mələklər görünüş olaraq da insanlardan çox fərqlidirlər. Necə ki Allah yuxarıdakı ayədə “O yaratmada dilədiyini artırar” ifadəsi ilə də fərqli yaradılış şəkilləri olduğunu xəbər vermişdir.

Ayrıca Quranda mələklərin insanlardan əvvəl yaradılmış olduqlarını xəbər verilmişdir. Allah ilk insan olan Hz. Adəmi yaradacağı zaman bunu mələklərə bildirmiş və onlara Hz. Adəmə səcdə etmələrini əmr etmişdir. Bu həqiqət Quranda belə bildirilməkdədir:

Hanı Rəbbin mələklərə: “Şübhəsiz Mən, dünyada bir xəlifə var edəcəyəm” demişdi… (Bəqərə Surəsi, 30)

Və mələklərə: “Adəmə səcdə edin” dedik… (Bəqərə Surəsi, 34)

And olsun, Biz sizi yaratdıq, sonra sizə surət verdik, sonra mələklərə: “Adəmə səcdə edin ” dedik… (Əraf Surəsi, 11)

Allahın canlıları təkamüllə yaratdığı düşünənlər, mələklərin yaradılışını şərh etmələri mümkün deyil. Çünki bu kəslərin səhv dünya görüşünə görə, -bu heç bir şəkildə doğru deyil- Allah mutasiyalar və ya təbii seleksiya yolu ilə bir canlıdan fərqli canlılar törətməkdədir. (Allahı tənzih edərik)

Bu iddiada olanlar əvvəlcə bilməlidilər ki, nə təbii seleksiyanın nə də mutasiyanın yeni bir canlı növü meydana gətirmədiyi, yəni təkamülləşdirici bir gücü olmadığı elmi inkişaflarla ortaya çıxmışdır. Elm belə iddiaları yalanlayır. Ayrıca, əlbəttə Allah istəsəydi canlıları təkamüllə də yarada bilərdi. Ancaq Quranda və Peyğəmbərimiz (s.ə.s.)in hədislərində bu istiqamətdə bir məlumat yoxdur. Təkamülçülərin qarşıya qoyduğu kimi növlərin mərhələ mərhələ meydana gəlməsini dəstəkləyəcək tək bir ayə belə yoxdur. Vəziyyət bu qədər açıq şəkildə ortada ikən, təkamül nəzəriyyəsini müdafiə etmənin Müsəlmanlar baxımından açıqlana bilən bir istiqaməti yoxdur. Bu vəziyyətin əsl səbəbi isə, məlumat çatışmamazlığı, təkamülçülər tərəfindən psixoloji təsirlər və təkamülçülərin sayca çox olduqları üçün haqlı olduqlarını zənn etmə yanılmalarıdır.

 

Cinlər və Şeytanlar da Təkamüllə Yaradılmamışdır

Mələklər kimi cinlər də insanlardan fərqli bir yaradılışa sahibdirlər. Allah insanın palçıqdan, cinlərin isə alovdan yaradıldığını ayələrdə belə xəbər verməkdədir:

İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı. (Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi. (Rəhman Surəsi, 14-15)

Allah Quranda insanların və cinlərin yaradılış məqsədlərini də bildirmişdir. Bir ayədə bu şəkildə buyrulmaqdadır:

Mən, cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zariyat Surəsi, 56)

Açıqca görüldüyü kimi, insanlar və cinlər fərqli yaradılışa sahib varlıqlardır. Yaradılış məqsədləri isə eynidir: Yalnız Allaha ibadət etmək.

Quranda Mələklər kimi cinlərin də insandan əvvəl yaradılmış olduqları bildirilmişdir. Allah Hz. Adəmi yaratdığı zaman mələklərə və İblisə ona səcdə etmələrini əmr etmişdir. Bir cin olan İblisin Hz. Adəmə səcdə etmədiyi isə belə xəbər verilməkdədir:

(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür! (Kəhf Surəsi, 50)

Bu nümunələrdə də görüldüyü kimi, Uca Allhın yaratması üçün də heç bir mərhələyə ehtiyac yoxdur.

Göylərin və yerin Rəbbi olan Allah, dilədiyi təqdirdə səbəbləri də ləğv edə bilər. Məsələn Allah istəsə insanları ağciyərə ehtiyac olmadan, havadan oksigen tənəffüs etmələrinə gərək olmadan həyatda qalacaqları şəkildə də yarada bilər. Bu səbəbdən Allahın bir ağciyəri zaman içində təkamülləşdirərək mükəmməl hala gətirməyə ya da bir başqa mexanizim meydana gətirməyə ehtiyacı yoxdur. Buna görə insanın Allahın böyüklüyünü, gücünü düşünərkən də öz eşitdiklərinin və ağlının sərhədləriylə düşünməsi çox böyük bir yanılma olar. İnsanlar ancaq Allahın dilədiyi ölçüdə bilər, dilədiyi qədər xəbərdar ola bilər.

Bunu da ifadə etmək lazımdır ki: Allah diləsə yaratmada müəyyən mərhələlər istifadə edə bilər. Məsələn bitkini toxumdan çıxarar və ya insanı tək bir sperma ilə yumurta hüceyrəsinin birləşməsindən yaradar. Lakin bu mərhələlərin təkamül iddiası ilə heç bir əlaqəsi yoxdur. Heç bir mərhələdə şansa, təsadüfə, başıboşluğa yer yoxdur. Təkamül nəzəriyyəsinin təməl iddiası isə təsadüfü, şüursuz təsadüflərlə, öz-özünə meydana gələn hadisələrdir. Bir bitkinin meydana gəlişinin ya da tək bir hüceyrənin “ən gözəl sürətdə”  yaradılmış olan bir insan halına dönməsinin hər sahəsi,  Allahın sonsuz qüdrəti ilə yaradılmış, mükəmməl sistemlər sayəsində reallaşar.

Allah kainatdakı bütün qanunları özü edər və onları istədiyi şəklə soxar. Allah dilədiyini dilədiyi anda reallaşdırandır. Allah göydə və yerdə olan hər şeyi əhatə edən, hər şeyə qüdrəti ilə hakim olandır. Kimi insanlar isə Allahın gücünü qavraya bilmir, Onu öz məhdud ağılları ilə qiymətləndirmə səhvinə düşməkdədirlər. Quranda bu insanların varlğı belə xəbər verilmişdir:

(Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Həcc Surəsi, 74)

 

NƏTİCƏ

Allah üçün yaratmaq çox asandır. Rəbbimiz heç bir səbəb olmadan yoxdan var edəndir. Cinləri və mələkləri necə fərqli şəkillərdə var etdisə, insanı da təkamülə gərək olmadan ayrı bir varlıq olaraq var etmişdir. Eyni vəziyyət heyvanlar və bitkilər kimi canlılar üçün də keçərlidir. Quranda bildirilən açıq həqiqət budur: Allah bu canlıların heç birini təkamülləşdirmədən, yəni bir növü başqa növə çevirmədən bir anda yoxdan var etmişdir.

Bütün bu həqiqətlərə baxmayaraq, İslam ilə Darvinizm arasında bir “orta yol” axtaranlar, “İslami təkamül” kimi Qurana uyğun olmayan bir iddia ilə ortaya çıxanlar yanılmaqdadır. Məlumat qeyri-kafiliyi səbəbi ilə, təkamüllü bir yaradılış ola biləcəyi xətasını düşünənlər öz səhvləri görməlidirlər. İzlədiyi yolun səhv olduğunu gördüyündə səmimi bir Müsəlman gərək səhvindən düzəltsin və doğru yola yönəlsin.

28 İyun 2009

Bu saytdakı materialları müəllif hüququ tələb etmədən qaynaq göstərmək şərti ilə istifadə edəbilərsiniz.