11.
2006 |
08.
2005 |
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.
Müəllif bundan başqa, dünya tarixinə və siyasətinə mənfi təsirləri səbəbi ilə sionizm və masonluq haqqında da kitablar yazıb.
Bu əsərlərlə, həmçinin Quran əxlaqı və imanla bağlı mövzulardan bəhs edən əsərləri ilə yanaşı 100-dən artıq kitabın müəllifidir.
Cavid
Yalçın təxəllüsündən
də istifadə edən Adnan Oktar əsərlərinin
əksəriyyətini Harun Yəhya
təxəllüsü ilə çap etdirmişdir.
Onun bu təxəllüsü inkarçı
düşüncəyə qarşı
mübarizə aparan iki peyğəmbərin
xatirəsinə hörmət olaraq adlarını
yad etmək üçün Harun və Yəhya
adlarından götürülüb.
Müəllif tərəfindən kitablarının
üz qabığında Rəsulullahın
(s.ə.v.) möhüründən istifadə
edilməsinin simvolik mənası isə
kitabların içindəkilərlə
bağlıdır. Bu möhür Qurani-Kərimin
Allahın son kitabı və axırıncı
sözü, Peyğəmbərimizin (s.ə.v.)
də peyğəmbərlərin sonuncusu
olmasının rəmzidir.
Müəllif
nəşr edilən bütün işlərində
Quranı və Rəsulullahın sünnəsini
özünə rəhbər qəbul edərək
inkarçı düşüncə sistemlərinin
bütün əsas iddialarını bir-bir
çürütməyi və dinə qarşı
etirazları tam şəkildə susduracaq
"son söz"ü söyləməyi qarşısına
məqsəd qoymuşdur. Çox böyük
hikmət və kamal sahibi olan Rəsulullahın
möhürü bu sonuncu sözü söyləmək
niyyətinin bir duası kimi işlədilmişdir.
Müəllifin bütün əsərlərindəki müştərək məqsəd insanlara Quranın təbliğini çatdırmaq, beləliklə, onları Allahın varlığı, birliyi və axirət kimi əsas imani məsələlər üzərində düşünməyə sövq etmək və bəzi mühüm mövzuları xatırlatmaqdır.
Harun Yəhyanın əsərləri
Hindistandan Amerikaya, Böyük Britaniyadan
İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya,
İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya,
Fransadan Bolqarıstana və MDB ölkələrinə
qədər dünyanın əksər
ölkələrində maraqla qarşılanır
və birnəfəsə oxunur. İngilis,
fransız, alman, italyan, ispan, portuqal, urdu,
ərəb, alban, rus, Bosniya, uyğur, İndoneziya,
malay, benqal, bolqar, yapon, Çin, Azərbaycan
kimi demək olar ki, hər dilə tərcümə
edilən bu əsərlər geniş oxucu
kütləsi tərəfindən maraqla
qarşılanır.
Dünyanın
dörd bir tərəfində böyük
rezonans doğuran bu diqqətəlayiq əsərlər
insanların çoxunun iman gətirməsinə,
əksər adamların da öz imanını
kamilləşdirməsinə səbəb
olur. Bu kitabları oxuyan və incələyən
hər kəs onlardakı hikməti, habelə
yığcam, dolğun, asan başa düşülən
səmimi üslubu, həyati həqiqətlərin
elmi-məntiqi izahını dərhal görür.
Bu əsərlər hər bir kəsə
tez bir zamanda təsir etmək, tam nəticə
vermək, etirazlara yer qoymamaq və dəlillərin
elmiliyi kimi xüsusiyyətlərə malikdir.
Əsərlərin hər birində heç kimin rədd edə bilməyəcəyi, səmimi, aydın və sübut edən bir izah şəkli var. Şübhəsiz ki, bu xüsusiyyətlər Allahın nəsib etdiyi bir hikmət və izahın təsiredici olmasına əsaslanır.Bu həqiqətlər nəzərə alınanda insanların görmədiklərini göstərən, onların hidayətə gəlməsinə səbəb olan bu əsərlərin oxunmasının təşviqi də əlbəttə ki, mühüm bir xidmət olacaq. Əfsuslar olsun ki, bu dəyərli əsərləri tanıtmağın əvəzinə insanlarda şübhə oyandıran, iğtişaşa səbəb olan və heç bir faydası olmayan əsərləri müdafiə edənlər də var. Bu insanlar müsəlmanların içində olduqları vəziyyəti, məruz qaldıqları əziyyətləri fikirləşmirlər.
Dünyada davam edən zülm və iğtişaşlardan xilas olmağın yeganə yolunun Quran əxlaqının yaşanması və çatdırılması olduğu da yaddan çıxarılmamalıdır. Müəllifin əsərləri bu xidmətdə qabaqcıl rollardan birini oynayır. Bu əsərlər də Allahın icazəsi ilə XXI əsrdə dünyadakı insanlara Quranda bildirilən sülh və əmin-amanlığa, dürüstlük və ədalətə, gözəllik və xoşbəxtliyə çatdırmağa bir vəsilə olacaq.