XƏBƏRDARLIQ

  

Oxuyacağınız bu hissə, həyatın ÇOX ƏHƏMİYYƏTLİ bir sirrini ehtiva etməkdədir. Maddi dünyaya baxış aspektinizi

kökdən dəyişdirəcək olan bu mövzunu, çox diqqətli bir şəkildə və anlayaraq oxumalısınız.

Burada izah ediləcək olanlar yalnız bir dünyagörüşü, fərqli bir yanaşma və ya hər hansı bir fəlsəfi düşüncə deyil; dinə inanan-inanmayan hər kəsin qəbul edəcəyi, bu gün elmin

də sübut etdiyi qəti bir gerçəkdir.

 

 

HİSSƏ 2

MADDƏNİN ARDINDAKI SİRR

 

 Ətrafını ağıl və vicdan yoluyla izləyən adam kainatdakı canlı-cansız hər şeyin yaradılmış olduğunun fərqinə varar. Yaxşı bütün bunlar kim tərəfindən yaradılmışdır?

 Açıqdır ki, kainatın hər nöqtəsində özünü müəyyən edən "yaradılmışlıq", kainatın özünün bir məhsulu ola bilməz. Məsələn bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışlar. Bütün bunların "təsadüfən" meydana gəlmələri kimi bir ehtimal da, kitabın əvvəlki səhifələrində araşdırdığımız kimi, mümkün deyil.

Bu səbəbdən bu nəticəyə vara bilərik: Gözümüzlə gördüyümüz hər şey yaradılmışdır... Ancaq gözümüzlə gördüyümüz şeylərin heç biri "Yaradıcı" deyil. O halda, Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa, üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərdiyi üstün bir gücdür.

Bax Allahın varlığını tanımayanların sapdığı nöqtə də buradadır. Bu kəslər özlərini, Allahı gözləriylə görmədikləri müddətcə, Onun varlığına iman etməməyə şərtləndirmişlər. Ancaq bu vəziyyətdə, kainatın hər yerində açıq-aşkar görünən "yaradılmışlıq" gerçəyini gizləmək, kainatın və canlıların yaradılmamış olduğunu iddia etmək məcburiyyətində qalarlar. Bunu etmək üçün yalanlara müraciət edərlər. Təkamül nəzəriyyəsi və materialist fəlsəfə bu mövzuda müraciət edilən yalanların və nəticəsiz çırpınışların ən çox diqqətə çarpan iki nümunəsidir.

İnkar edənlərin təməl yanılması, əslində Allahın varlığını inkar etməyən, ancaq əyri bir Allah inancına sahib olan bir çox adam tərəfindən də paylaşılır. Cəmiyyətin əksəriyyətini meydana gətirən bu kəslər, yaradılışı rədd etməzlər, ancaq Allahın "harada" olduğuna dair maraqlı batil inancları vardır: Çoxu, Allahın "göydə" olduğunu sanar. Şüuraltlarındakı düşüncəyə görə, Allah çox uzaqlardakı bir planetin arxasındadır və çox nadir olaraq "dünya işlərinə" müdaxilə edər. Ya da heç etməz; kainatı yaratmış və buraxmışdır, insanlar öz talelərini özləri yazarlar...

Kimiləri də Quranın Allahın "hər yerdə" olduğuna dair xəbərini eşitmişlər, lakin bunun mənasını tam olaraq həll edə bilməzlər. Şüuraltlarındakı batil düşüncə; Allahın radio dalğaları ya da görünməz, hiss edilməz bir qaz kimi, maddələri bürüdüyü şəklindədir.

Halbuki bu düşüncə və başdan bəri saydığımız, Allahın "harada" olduğunu heç cür həll edə bilməyən (bəlkə də buna görə Onu inkar edən) düşüncələr, ortaq bir səhvə söykənməkdədirlər: Heç bir təməli olmayan bir ön fikiri mənimsəməkdə, ondan sonra da Allah ilə əlaqədar olaraq zənnlərə qapılmaqdadırlar.

Nədir bu ön fikir?

Bu ön fikir maddənin varlığı və xüsusiyyəti ilə əlaqədardır. Maddənin var olduğu mövzusunda elə şərtlənmişik ki, görəsən həqiqətən vardırmı, yoxsa yalnız bir kölgə varlıqdırmı deyə, heç düşünməmişik. Halbuki müasir elm, bu ön fikiri də yıxaraq, çox əhəmiyyətli və təsir edici bir gerçəyi ortaya qoymaqdadır. İrəliləyən səhifələrdə Quranda da işarə edilən bu böyük gerçəyi şərh etməyə çalışacağıq.

 

Elektrik Siqnallarından İbarət Olan Kainat

Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğumuz vasitəsi ilə gəlir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Anadan olandan etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın, duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.

Halbuki, bu gün bir çox elm sahəsində edilən araşdırmalar son dərəcə fərqli bir anlayışı özü ilə gətirmiş, hisslərimiz və qəbul etdiyimiz dünya ilə əlaqədar ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.

Bu yeni anlayışın çıxış nöqtəsi isə budur: Bizim "xarici dünya" hesab etdiklərimiz, yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın sərtliyi, dahası ananız, atanız, ailəniz, sahibi olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri yalnız və yalnız beyninizdəki elektrik siqnallarından ibarətdir.

Frederick Vester elmin bu mövzuda çatdığı nöqtəni belə ifadə edir:

Bəzi mütəfəkkirlərin, 'insan bir xəyaldır, əslində bütün yaşananlar keçici və aldatıcıdır, bu kainat bir kölgədir' şəklindəki sözləri indiki vaxtda elmi olaraq sübut edilirmiş kimidir. 14

Məşhur filosof Corc Berkelenin, bu təəccübləndirici gerçək ilə əlaqədar şərhi isə belədir:

Özlərini gördüyümüz və toxunduğumuz üçün, bizə hisslərimizi verdikləri üçün obyektlərin varlığına inanırıq. Halbuki hisslərimiz yalnız zehinimizdə var olan fikirlərdir. Bu halda hisslər vasitəsilə çatdığımız obyektlər fikirlərdən başqa bir şey deyildirlər və bu fikirlər, zəruri olaraq zehinimizdən başqa yerdə olmazlar Bütün bunlar madam ki, yalnız zehində var olan şeylərdir, elə isə kainatı və əşyaları zehinin xaricində varlıqlar olaraq xəyal etdiyimizdə, yanılmaların içinə düşmüş olarıq deməkdir… Elə isə bizi əhatə edən şeylərin heç birinin bizim zehinimizin xaricində bir varlığı yoxdur. 15

Mövzunu tam olaraq açıqlamaq üçün əvvəlcə, xarici dünya haqqında bizə məlumat verən duyğularımızdan danışaq.

 

Necə Görürük, Eşidirik, Dadırıq?

Görmə əməliyyatı çox mərhələli bir şəkildə reallaşar. Görmə əsnasında, hər hansı bir cisimdən gələn işıq dəstələri (fotonlar), gözün önündəki linzanın içindən sınaraq keçər və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşərlər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə xəbərdarlıqları(siqnalları), sinirlər vasitəsi ilə, beynin arxa qisimindəki görmə mərkəzi adı verilən kiçik bir bölgəyə çatarlar. Bu elektrik siqnalı bir silsilə əməliyyatdan keçdikdən sonra beyindəki bu mərkəzdə görünüş hesab edilir. Yəni görmə hadisəsi, gerçəkdə beynin arxasındakı kiçik, işığın heç bir şəkildə girə bilmədiyi, qapqaranlıq bir bölgədə baş verir.

İndi ümumiyyətlə hər kəs tərəfindən bilinən bu məlumat üzərində bir dəfə daha diqqətlicə düşünək: Biz, "görürəm" deyərkən, əslində gözümüzə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsir"i görərik. Yəni "görürəm" deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edərik.

Həyatımız boyunca gördüyümüz hər görünüş bir neçə sm3-luq görmə mərkəzində meydana gələr. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də, bu kiçik yerdə meydana gəlməkdədir. Bu vaxt gözdən qaçırılmaması lazım olan bir nöqtə daha vardır. Az əvvəl ifadə etdiyimiz kimi, kəllə sümüyü işığı içəri keçirməz, yəni beynin içi qapqaranlıqdır. Bu səbəbdən beynin işığın özüylə qarşılaşması əsla mümkün deyil.

         

 

 

 

 

 

          Buradakı maraqlı vəziyyəti bir misallaıqlayaq. Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısına keçib onu uzun müddət izləyə bilərik. Amma bu müddət boyunca beynimiz, şama aid işığın əsli ilə heç bir zaman qarşılaşmaz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində, işıqlıq, par-par və rəngli bir dünyanı seyr edirik.

          R. L. Gregory, görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə etməkdədir:

Görmə hadisəsinə o qədər alışmışıq ki, həll edilməsi lazım olan suallar olduğunun fərqinə varmaq böyük bir təxəyyül tələb edir. Lakin bunu diqqətə alın. Gözlərimizə kiçik kəlləmayallaq olmuş görüntülər verilir və biz ətrafımızda bunları möhkəm obyektlər olaraq görürük. Retinaların üzərindəki xəbərdarlıqların nəticəsində obyektlər dünyasını qəbul edirik və bu bir möcüzədən fərqsizdir əslində. 16

Eyni vəziyyət digər hisslər üçün də etibarlıdır. Səs, toxunma, dad və qoxu, bir elektrik siqnalı olaraq beynə çatar və buradakı əlaqədar mərkəzlərdə qəbul edilərlər.

Eşitmə də bənzər şəkildə reallaşar: Xarici qulaq, ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsiylə yığıb orta qulağa çatdırar; orta qulaq götürdüyü səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürər; daxili qulaq da bu titrəşmələri elektrik siqnallarına çevirərək beynə göndərər. Eyni ilə görmədə olduğu kimi eşitmə əməliyyatı da beyindəki eşitmə mərkəzində reallaşar. Kəllə sümüyü işığı keçirmədiyi kimi səsi də keçirməz. Bu səbəbdən bir insanın eşitdiyi səslər nə qədər güclü və gurultulu da olsa beynin içi tamamilə səssizdir.

Buna baxmayaraq ən dəqiq səslər beyində dərk edilir. Elə bir dəqiqlikdir ki bu; sağlam bir insan qulağı heç bir cızıltı, heç bir xışıltı olmadan hər şeyi eşidər. Səs keçirməyən beyninizdə bir orkestranın simfoniyalarını dinləyirsiniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidirsiniz, bir yarpağın xışırtısından reaktiv təyyarələrinin səs-küyünə qədər geniş bir tezlik aralığındakı bütün səsləri qəbul edə bilirsiniz. Amma, o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə burada dərin bir səssizliyin hakim olduğu görüləcək.

Qoxu hissimizin meydana gəlməsi də buna bənzərdir: Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burnun epitelyum deyilən bölgəsindəki titrək tüklərdə olan reseptorlara gəlirlər və bu reseptorlarda qarşılıqlı reaksiyaya girərlər. Bu qarşılıqlı təsir beynimizə elektrik siqnalı olaraq çatdırılar və qoxu hesab edilər. Nəticədə bizim gözəl ya da çirkin deyə adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsirlərinin elektrik siqnalına çevrildikdən sonra, beyində şərh olunma formasından başqa bir şey deyil. Bir ətiri, bir çiçəyi, sevdiyiniz bir yeməyi, dəniz qoxusunu, xoşunuza gələn ya da gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beynə heç bir zaman çata bilməzlər. Səs və görünüşdə olduğu kimi beyninizə çatan yalnız elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən çöldəki obyektlərə aid olaraq bildiyiniz qoxular duyğu orqanlarınız vasitəsi ilə hiss etdiyiniz elektrik siqnallarıdır.

Bənzər şəkildə, insan dilinin ön tərəfində də dörd fərqli tip kimyəvi qəbul edici vardır. Bunlar duzlu, şirin, turş və acı dadlarına qarşılıqlıdır. Dad alıcılarımız bir silsilə kimyəvi əməliyyatdan sonra bu hissləri elektrik siqnallarına çevirər və beynə çatdırarlar. Bu siqnallar da beyin tərəfindən dad hesab edilərlər. Bir şokoladı ya da sevdiyiniz bir meyvəni yediyinizdə aldığınız dad, elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Çöldəki obyektə isə əsla çata bilməzsiniz; şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dad alma sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz; dad alma duyğunuzu tamamilə itirərsiniz.

Bu nöqtədə qarşımıza bir həqiqət daha çıxır: Bir yeməyi daddığımızda bir başqasının o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyimizdə başqa birinin eşitdiyi səsin bizim qəbul etdiklərimiz ilə eyni olduğundan əmin olmamız mümkün deyil. Bu gerçəklə əlaqədar Lincoln Barnett belə deməkdədir:

Heç kim özünün qırmızını ya da "Do" notasını duymağının başqa bir insanınkı ilə eyni olub olmadığını bilə bilməz. 17

Toxunma duyğumuza gəldikdə də, dəyişən bir şey olmadığını görərik. Bir cisimə toxunduğumuzda xarici dünyanı və obyektləri tanımamıza köməkçi olacaq məlumatlar, dəridəki duyğu sinirləri vasitəsilə beynə çatdırılarlar. Toxunma hissi beynimizdə meydana gələr. Zənn edildiyi kimi toxunma hissini qəbul etdiyimiz yer barmaq uclarımız ya da dərimiz deyil, yenə beynimizdəki toxunma mərkəzidir. Bizlər obyektlərdən gələn elektrik xəbərdarlıqlarının beynimizdə qiymətləndirilməsi nəticəsində sərtlik ya da yumşaqlıq, istilik ya da soyuqluq kimi obyektləri təyin edən fərqli-fərqli hisslər duyarıq. Hətta bir cisimi tanımağa yarayan hər cür detalı bu xəbərdarlıqlar nəticəsində əldə edərik. Bu əhəmiyyətli gerçəklə əlaqədar olaraq B. Russel və L. Wittgeinstein kimi məşhur filosofların düşüncələri belədir:

Bir limonun həqiqətən var olub olmadığı və hansı bir dövrlə var olduğu soruşula bilməz və araşdırıla bilməz. Limon, yalnız dillə aydın olan dad, burunla duyulan qoxu, gözlə görülən rəng və formadan ibarətdir və tək bu xüsusiyyətləri elmi bir araşdırmanın və mühakimənin mövzusu ola bilər. Elm, obyektiv dünyanı əsla bilə bilməz. 18

Yəni maddi dünyaya çatmamız qeyri-mümkündür. Qarşılıqlı əlaqədə olduğumuz bütün obyektlər, gerçəkdə görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Qəbul mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz, həyatımız boyunca maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki surətləri ilə qarşılıqlı əlaqədə olur. Biz isə bu surətləri xaricimizdəki gerçək maddə zənn edərək yanılırıq.

 

Beynimizin İçində Meydana Gələn "Xarici Dünya"

Bura qədər izah etdiyimiz fiziki gerçəklər bizi mübahisə edilməz bir nəticəyə çatdırar: Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya" ya da "kainat" dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.

Məsələn, meyvə yeyən biri, əslində meyvənin beynində əmələ gələn surəti ilə əlaqədədir, əsliylə deyil. Adamın "meyvə" deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrik halında olan məlumatın beyində qəbul edilib şərh edilməsindən ibarətdir. Əgər beynə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar. Və ya burundakı qəbul edicilərdən beynə uzanan sinirdəki bir qopuqluq, qoxu qəbulunuzu tamamilə ortadan qaldırar. Çünki meyvə, bəzi elektrik siqnallarını beynin şərh etməsindən başqa bir şey deyil.

Üzərində düşünülməsi lazım olan ayrı bir nöqtə də uzaqlıq hissidir. Uzaqlıq, məsələn bu kitabla aranızdakı məsafə, yalnız beyninizdə meydana gələn bir boşluq hissidir. Bir insanın özündən çox uzaqda sandığı maddələr də əslində beyninin içindədir. Məsələn insan göyə baxıb ulduzları seyr edər və bunların milyonlarla işıq ili uzaqda olduqlarını sanar. Halbuki ulduzlar onun içində, beynindəki görünüş mərkəzindədirlər. Bu yazıları oxuyarkən içində oturduğunuzu sandığınız otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməniz, sizi otağının içində olduğunuza inandırar. Ancaq bunu unutmayın; bədəniniz də beyninizdə əmələ gələn bir göründür.

Digər bütün hissləriniz üçün də eyni vəziyyət etibarlıdır. Məsələn, siz yan otaqdakı televiziyanın səsini eşitdiyinizi sanarkən əslində beyninizin içindəki səslə həmsöhbətsiniz. Nə yanda bir otaq olduğunu, nə də o otaqdakı bir televiziyadan səs gəldiyini isbat etməniz mümkün deyil. Metrlərcə uzaqdan gəldiyini sandığınız səs də, dərhal yanınızdakı adamın danışması da əslində beyninizdəki bir neçə sm3-luq eşitmə mərkəzində qəbul edilməkdədir. Bu qəbul mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmaz; səsin gəldiyi bir istiqamət yoxdur.

Qəbul etdiyiniz qoxular da belədir; heç biri uzaq bir məsafədən sizə çatmaz. Qoxu alma mərkəzinizdə əmələ gələn təsirləri, çöldəki maddələrin qoxusu zənn edərsiniz. Halbuki bir gülün görünüşü necə ki, görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu hiss etmə mərkəzinizin içindədir; çöldə nə gül vardır, nə də ona aid bir qoxu...

Çünki hisslərimizin bizə tanıtdığı "xarici dünya", eyni anda beynimizə çatan "elektrik siqnallarının bütünü"ndən başqa bir şey deyil. Beynimiz həyatımız boyunca bu siqnalları qiymətləndirər. Biz də bunları maddənin "çöldəki" əsli sanaraq yanıldığımızın fərqində olmadan bir ömür sürərik. Yanılarıq, çünki hisslərimizlə maddənin özünə əsla çata bilmərik.

"Xarici dünya" sandığımız siqnalları şərh edib mənalı hala gətirən də, yenə bizim beynimizdir. Məsələn, eşitmə qəbulunu ələ alaq. Qulağımızın içinə gələn səs dalğalarının şərhini edərək onu bir simfoniyaya çevirən əslində beynimizdir. Yəni musiqi, beynimizin meydana gətirdiyi bir duyğudur. Rəngləri görərkən də əslində gözümüzə çatan yalnız işığın fərqli dalğa boylarıdır. Bu fərqli dalğa boylarını rənglərə çevirən yenə beynimizdir. "Xarici dünyada" rəng yoxdur. Nə alma qırmızı, nə səma mavi, nə də ağaclar yaşıldır. Onlar, yalnız elə qəbul etdiyimiz üçün elədirlər. "Xarici dünya", tamamilə qəbul edənə bağlıdır.

Necə ki, gözdəki retinada əmələ gələn kiçik bir pozuqluq rəng korluğuna səbəb olar. Kimi insan mavini yaşıl, kimisi qırmızını mavi, kimisi də rəngləri bozun müxtəlif tonları şəklində görər(duyar). Bu nöqtədən sonra çöldəki obyektin rəngli olub olmaması əhəmiyyətli deyil.

Məşhur fikir adamı Berkeley də bu gerçəyə bu sözləriylə diqqət çəkməkdədir:

İlkin olaraq rənglərin, qoxuların vs. "həqiqətən var olduğu" sanıldı; amma daha sonra, bu növ görüşlər rədd edildi və görüldü ki, bunlar duyğularımız sayəsində vardır. 19

Nəticə olaraq; biz obyektləri onlar rəngli olduğuna, ya da çöldə maddi bir varlığa sahib olduqlarına görə rəngli görmərik. Çünki, varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər, "xarici dünyada" deyil, içimizdədir.

Yaxşı o zaman "xarici dünya"da qalan nə olar?...

 

"Xarici Dünya"nın Varlığı Şərtdirmi?

İndiyə qədər həmişə bir "xarici dünya"dan, bir də bizim gördüyümüz və beynimizdə yaranan hisslər dünyasından danışdıq. Amma "xarici dünya"ya heç bir zaman çata bilmədiyimizə görə, bu dünyanın həqiqətən var olduğunu necə bilə bilərik?

Əlbəttə ki, bilmərik. Əksinə, hər obyekt yalnız hisslərin bir cəmi olduğuna, hisslər də tək zehində var olduqlarına görə, bizim üçün var olan tək dünya yalnız hisslər dünyasıdır. Tanıdığımız tək dünya, zehinimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası zehinimizdə meydana gələn bir dünyadır və bizim varlığından əmin ola biləcəyimiz tək dünya da budur.

Beynimizdə seyr etdiyimiz hisslərin maddi qarşılıqları olduğunu isə əsla isbat edə bilmərik. Bu hisslər çox yaxşı "süni" bir qaynaqdan da gələ bilərlər.

Bunu belə bir örnəklə zehinimizdə canlandıra bilərik:

Əvvəl, beyninizi bədəninizin xaricinə çıxarıb, şüşə bir qabın içində süni olaraq yaşatdığımızı düşünək. Bir də bunun yanına, hər cür elektrik siqnalının çıxarıla bildiyi bir kompüter yerləşdirək. Sonra, hər hansı bir mühitə aid görünüş, səs, qoxu kimi məlumatların elektrik siqnallarını süni olaraq bu kompüterdə çıxaraq və yazaq. Bu kompüteri elektrik kabelləriylə beyninizdəki qəbul mərkəzlərinə bağlayaq və burada qeydli olan siqnalları beyninizə göndərək. Bu siqnalları qəbul etdikcə beyniniz (bir başqa deyimlə "siz"), bunların qarşılığı olan mühiti görəcək və yaşayacaq.

Bu kompüterdən beyninizə, öz görünüşünüzə aid elektrik siqnalları da göndərə bilərik. Məsələn, bir masada oturarkən qəbul etdiyiniz bütün görmə, eşitmə, toxunma kimi duyğuların elektrik şəklindəki qarşılıqlarını beyninizə göndərdiyimizdə, beyniniz özünü bürosunda oturmaqda olan bir iş adamı sanacaq. Kompüterdən gələn məlumatlar davam etdikcə də bu xəyali dünya davam edəcək. Yalnız bir beyindən ibarət olduğunu isə heç bir şəkildə anlaya bilməyəcək. Çünki beynin içində bir dünya meydana gəlməsi üçün beyindəki əlaqədar mərkəzlərə lazımlı məlumatların çatması kifayətdir. Bu xəbərdarlıqlar süni bir qaynaqdan, məsələn bir qeyd cihazından ya da daha fərqli bir qəbul qaynağından gələ bilər.

Məşhur elm fəlsəfəçisi Bertrand Russell bu mövzuda bunları söyləyir:

Barmaqlarımızla masaya vurduğumuz zamanki toxunma duyğusuna gəlincə, bu barmaq uclarındakı elektron və protonlar üzərində bir elektrik təsiridir. Müasir fizikaya görə, bu masadakı elektron və protonların yaxınlığından meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir, bir başqa yolla ortaya çıxmış olsaydı, heç masa olmamasına baxmayaraq eyni şeyi hiss edəcəkdik. 20

Görüldüyü kimi maddi qarşılıqları olmayan hissləri gerçək sanaraq aldanmamız çox asandır. Necə ki bu gerçəyi yuxularımızda tez-tez yaşayarıq. Yuxuda tamamilə gerçək kimi dayanan hadisələr yaşayar, insanlar, obyektlər, mühitlər görərik. Amma hamısı bir qəbuldan başqa bir şey deyil. Yuxu ilə "gerçək dünya" arasında isə təməl bir fərq yoxdur; hər ikisi də zehində yaşanar.

  

Hiss Edən Kimdir?

Bura qədər aydın olacağı kimi, içində yaşadığımızı sandığımız və "xarici dünya" adını verdiyimiz maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma əsl əhəmiyyətli sual burada ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar gerçəkdə bir duyğu isə, o halda beynimiz nədir? Beynimiz də qolumuz, qıçımız ya da başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, o da digər maddələr kimi bir duyğu olmalıdır.

Yuxu ilə əlaqədar bir nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyə qədər olan izahatımıza uyğun olaraq beynimizin içində bir yuxu seyr etdiyimizi düşünək. Yuxuda xəyali bir bədənimiz olacaq. Xəyali bir qolumuz, xəyali bir gövdəmiz, xəyali bir gözümüz və də xəyali bir beynimiz. Yuxu əsnasında bizə "harada görürsən?" kimi bir sual gəlsə verəcəyimiz cavab "beynimdə görürəm" olacaq. Amma ortada gerçək bir beyin yoxdur. Yalnız xəyali bir bədən, xəyali bir kəllə və xəyali bir beyin vardır. Yuxunuzdakı görünüşü görən iradə isə, yuxudakı xəyali beyin deyil, ondan daha "kənarda" olan bir varlıqdır.

Yuxudakı mühitlə gerçək həyat dediyimiz mühit arasında hər hansı bir fiziki fərq olmadığını bilirik. Elə isə, bizə gerçək həyat dediyimiz mühitdə, "harada görürsən?" sualı soruşulduğunda da üstdəki nümunədəki kimi "beynimdə" cavabını vermənin bir mənası yoxdur. Hər iki vəziyyətdə də görən və duyan iradə, bir ət parçası xüsusiyyətindəki beyin deyil.

Beyni analiz etdiyimizdə qarşımıza, digər canlı orqanlarda da olan zülal və yağ molekullarından daha fərqli bir vəsait çıxmaz. Yəni beyin dediyimiz ət parçasında, görünüşləri seyr edərək şərh edəcək, şüuru meydana gətirəcək, qısacası "mən" dediyimiz şeyi yarada biləcək bir şey yoxdur.

R. L. Gregory beynin içində görünüşün qəbul edilməsi ilə əlaqədar insanların düşdükləri bir yanılmanı belə dilə gətirməkdədir:

Gözlərin beyində şəkillər meydana gətirdiyini söyləməyə istiqamətli bir meyl söz mövzusudur, lakin bundan qaçınmaq lazımdır. Beyində bir şəkil meydana gəldiyi söylənsə bunu görməsi üçün içdə bir göz daha olması lazımdır -lakin bu gözün şəkilini görə bilmək üçün bir gözə daha ehtiyac olacaq,... və bu da sonsuz bir göz və şəkil olması mənasını verər. Bu mümkün ola bilməz. 21

Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri əsl nöqtə burasıdır: Görən, gördüyünü qəbul edən və reaksiya verən "içdəki göz" kimə aiddir?

Karl Pribram da elm və fəlsəfə dünyasında, beynin şərhini hiss edənin kim olduğu ilə əlaqədar bu əhəmiyyətli axtarışa diqqət çəkmişdir:

Yunanlılardan bəri, filosoflar "maşının içindəki xəyalət", "kiçik insanın içindəki kiçik insan", vs. üzərinə düşünüb dayanmışdırlar. Mən -beyni istifadə edən varlıq- haradadır? Əsl bilməyi reallaşdıran kimdir? Assisili Əziz Francisin də söyləmiş olduğu kimi: "Axtardığımız şey baxanın nə olduğudur. "22

İndi bunu düşünün: Əlinizdəki kitab, içində oturduğunuz otaq, qısaca önünüzdəki bütün görünüşlər beyninizin içində görülməkdədir. Yaxşı bu görünüşləri atomlarmı görür? Həm də kor, kar, şüursuz atomlar... Niyə atomların bir qisimi bu xüsusiyyətləri qazanmış da, digərləri qazana bilməmişdir?... Düşünməmiz, qavramamız, xatırlamamız, sevinməmiz, kədərlənməmiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardanmı ibarətdir?

Bu sualları diqqətlə düşündüyümüzdə, atomlarda iradə axtarışının bir mənasının olmadığını görərik. Açıqdır ki, görən, eşidən və hiss edən varlıq, maddə kənarında bir varlıqdır. Yaxşı bu görünüşləri beyninizin içində görən kimdir? Beyninizin içində, bir gözə ehtiyac duymadan bu kitabın görüntüsünü görən, gördüklərini anlayan, oxuduqlarından təsirlənən, bunlar üzərində düşünən kimdir? Beyinə çatan elektrik siqnallarını bir qulağa ehtiyac duymadan, bir dostunun səsi və ya ən sevdiyi mahnı olaraq dinləyən, dinlədiklərindən zövq alan kimdir?

  

Bax bu varlıq "ruh"dur.

"Maddi dünya" dediyimiz hisslər bütünü, bax bu ruh tərəfindən seyr edilən bir xəyaldır. Necə yuxumuzda sahib olduğumuz bədənimizin və yuxumuzda gördüyümüz maddi dünyanın bir həqiqəti yoxdursa, içində yaşadığımız kainatın və sahib olduğumuz bədənin də maddi bir həqiqətinin olub olmadığını əsla bilmərik.

Bizim maddə hesab etdiyimiz hər şey, yalnız ruhun gördüyü hisslərdən ibarətdir. Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar, bir atom və molekul yığını -və bunların arasındakı kimyəvi reaksiyalar- deyil, bir "ruh"dur.

 

Həqiqi Mütləq Varlıq

Bütün bu gerçəklər, bizi çox əhəmiyyətli bir sualla daha qarşı-qarşıya gətirir: Madam ki, maddi dünya olaraq tanıdığımız şey gerçəkdə ruhumuzun gördüyü hisslərdən ibarətdir, o halda bu hisslərin qaynağı nədir?...

Bu suala cavab verərkən diqqət yetirilməsi lazım olan gerçək budur; maddənin öz başına müstəqil bir varlığı yoxdur. Maddə bir duyğu(hiss) olduğuna görə, "süni" bir şeydir. Yəni bu duyğunun bir başqa güc tərəfindən düzəldilməsi, daha açıq bir ifadəylə yaradılması lazımdır. Həm də davamlı olaraq. Bu, bir televiziya ekranında görünüşün davam edə bilməsi üçün, yayımın da sürəkli davam etməsi kimidir.

Yaxşı bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi davamlı olaraq seyr etdirən kimdir?

Çox açıqdır ki, içində yaşadığımız bütün maddi kainatı, yəni hisslər bütününü yaradan və davamlı yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı sonsuz bir güc və elm sahibidir.

O Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.

Göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allahın yaratmağıyla varlıq tapdıqları və O, yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə ifadə edilir:

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə,(hər an) tutub saxlayır, Allahdan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, Allah həlim və bağışlayandır!(Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər). (Fatir Surəsi, 41)

 

Daha əvvəl də ifadə etdiyimiz kimi, insanların çoxu, Allahın gücünü qavraya bilmədiklərindən, Onu göylərdə bir yerlərdə olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq olaraq düşünürlər. Bu məntiqin təməli, kainatın bir maddələr bütünü olduğu, Allahın isə bu maddələrin "xaricində" bir yerlərdə olduğu şəklindədir.

Halbuki, indiyə qədər araşdırdığımız kimi, maddə bir duyğudan ibarətdir. Gerçək mütləq varlıq isə Allahdır. Yəni var olan yalnız Allahdır, Ondan başqa hər şey Allahın yaratdığı görün varlıqlardır. Belə olduqda da, Allahın maddə birliyinin "xaricində" olması kimi bir şey söz mövzusu ola bilməz. Allah "hər yerdə"dir və hər yeri örtməkdədir. Bu gerçək Quranda belə açıqlanar:

 

Allahdan başqa tanrı yoxdur. (Zatı və kəmal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər(onu yuxulama və mürgüləmə tutmaz). Göylərdə və yerdə nə varsa hamısı Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir (Onun üçün heç bir şey gizli deyil). Onlar (yaranmışlar) Allahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey qavraya  bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur. (Bəqərə Surəsi, 255)

 

Allahın məkandan münəzzəh olduğu və hər yeri ətraflı əhatə etdiyi gerçəyi bir başqa ayədə də belə ifadə edilməkdədir:

 

Şərq də, Qərb də Allahındır: Hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah ordadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və o, hər şeyi biləndir! (Bəqərə Surəsi, 115)

 

Maddi varlıqlar bir duyğu olduqlarına görə Allahı görə bilməzlər, amma Allah, öz yaratdığı maddəni hər şəkliylə görər. Quranda "Gözlər onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şeydən xəbərdardır." (Ən'am Surəsi, 103) deyilərək bu gerçək xəbər verilməkdədir.

Yəni biz Allahın varlığını gözlərimizlə duya bilmərik. Amma Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi tam olaraq əhatə etmişdir. Ondan xəbərsiz biz tək bir söz belə söyləyə bilmərik, hətta tək bir nəfəs belə ala bilmərik.

"Xarici dünya" sandığımız hissləri seyr edərkən, yəni həyatımıza davam edərkən də, bizə ən yaxın olan varlıq, hər hansı bir duyğu deyil, Allahın Özüdür. Quranda yerləşən "And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq" (Qaf Surəsi, 16) ayəsinin sirri də bu gerçəkdə gizlidir. Bir insan öz bədəninin "maddə"dən meydana gəldiyini zənn etdiyində bu əhəmiyyətli gerçəyi qavraya bilməz. Çünki məsələn "özü" zənn etdiyi yer beynidirsə, çölü olaraq qəbul etdiyi yer özünə 20-30 sm kimi müəyyən bir uzaqlıqda olar. Amma maddə deyə bir şeyin var olmadığını, hər şeyin xəyal olduğunu qavradığında, artıq çölü, içərisi, uzaq, yaxın kimi anlayışlar mənasızlaşar. Allah onu ətraflı əhatə etmişdir və ona "sonsuz yaxın"dır.

Allah insanlara "sonsuz yaxın" olduğunu, "Bəndələrim məni səndən soruşduqda söylə ki, Mən onlara çox yaxınam..." (Bəqərə Surəsi, 186) ayəsi ilə də bildirir Bir başqa ayədə keçən, "...Rəbbin (öz elmi və qüdrəti ilə) insanları ehtiva (ətraflı əhatə) etmişdir" (İsra Surəsi, 60) ifadəsi də yenə eyni gerçəyi xəbər verər.

İnsan özünə ən yaxın olan varlığın yenə özü olduğunu sanaraq yanılar. Halbuki Allah bizə, özümüzdən belə daha yaxındır. "Can boğaza yetişdiyi (birinin ölümü gəlib çatdığı) zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq amma siz (bunu) görmürsünüz!" ( Vaqiə Surəsi, 83-85) ayəsiylə də bu gerçəyə diqqət çəkmişdir. Ancaq ayədə də bildirildiyi kimi insanlar gözləriylə görmədikləri üçün bu fövqəladə həqiqətdən xəbərsiz yaşayırlar.

Başqa yandan, bir görüntüdən başqa bir şey olmayan insanın, Allahdan asılı olmayan bir güc və iradəyə sahib olması da mümkün deyil. Necə ki " Halbuki sizi də,  sizin düzəltdiklərinizi də Allah yaratmışdır" (Saffat Surəsi, 96) ayəsi yaşadığımız bütün hadisələrin Allahın idarəsi altında reallaşdığını göstərir. Quranda bu gerçək bildirilməkdə və "... atdığın zaman sən atmadın, Allah atdı..." (Ənfal Surəsi, 17) ayəsiylə, hər bir hərəkətin Allahdan asılı olduğu vurğulanmaqdadır. İnsan kölgə varlıq olduğu üçün atma hərəkətini edən özü ola bilməz. Ancaq Allah bu kölgə varlığa özünün atdığı hissini verməkdədir. Gerçəkdə isə bütün hərəkətləri reallaşdıran Allahdır. Bu vəziyyətdə adamın etdiyi işləri özünə aid hərəkətlər olaraq qəbul etməsi, açıqca özünü aldatmasıdır.

Gerçək budur. Bir insan bunu qəbul etmək istəməyə bilər, özünü Allahdan müstəqil bir varlıq sanmağa davam edə bilər, amma bu heç bir şeyi dəyişdirməz.

 

Sahib olduğumuz Hər şey Əslində Xəyaldır...

Açıqca görüldüyü kimi, gördüyümüz görüntülərin maddi bir həqiqətə sahib olmadığı, Allahın davamlı ruhumuza göstərdiyi görütülər bütünü olduğu elmi və məntiqi bir gerçəkdir. Nə var ki, insanlar ümumiyyətlə "xarici dünya" anlayışının içinə hər şeyi daxil etməzlər, ya da etmək istəməzlər.

Bu mövzuda bir az səmimi və cəsur düşünəcək olsanız, evinizin, içindəki əşyalarınızın və ya antikvarlarınızın, bağ evinizin, yeni aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də sizə göstərilən bu "xəyali xarici dünya"ya daxil olduğu gerçəyinin fərqinə vararsınız. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz qısacası beş duyğunuzla qəbul etdiyiniz hər şey bu "xəyali dünya"ya aiddir; ən sevdiyiniz sənətçinin səsi, oturduğunuz stulun sərtliyi, qoxusu xoşunuza gələn bir ətir, sizi istilədən günəş, rəngləriylə göz oxşayan bir çiçək, pəncərənizin xaricində uçan bir quş, dənizin üzərində sürətlə irəliləyən sürət mühərriki, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüter ya da dünyadakı ən keyfiyyətli texnologiyaya sahib musiqi setiniz...

Gerçək budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan bir görüntülər bütünüdür. İnsanlar qısa həyatları boyunca, əslinə heç bir zaman çata bilməyəcəkləri hisslərlə sınanarlar. Bu hisslər isə, xüsusilə bəzəkli və cazibədar göstərilər. Bu gerçək, Quranda belə xəbər verilməkdədir:

 

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir.Lakin bütün bunlar dünya həyatının zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran Surəsi, 14)

 

İnsanların çoxu sahib olduqları ya da olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılların, gümüşlərin, dollarların, ləl-cəvahiratların, daşıdıqları hesab pulqabılarının, kredit kartlarının, istifadə etdikləri şkaflar dolusu paltarların, son model avtomobillərin, qısacası hər cür zənginliyin sehri ilə dinlərini bir kənara buraxar, axirəti unudar və yalnız dünyaya yönələrlər. "İşim var", "ideallarım var", "məsuliyyətlərim var", "vaxtım məhduddur", "yetişdirməm lazım olan işlər var", "irəlidə edəcəyəm" deyərək, dünyanın "bəzəkli və cazibədar" üzünə aldanaraq namaz qılmaz, mallarını kasıblara verməz, axirətdə qazanc təmin edəcəkləri ibadətlərə yönəlməzlər. Əksinə yalnız dünyada qazanc təmin etməyə çalışaraq ömürlərini istehlak edərlər. "Onlar, dünya həyatının zahirini (xaricdə olanını) bilərlər, axirətdən isə xəbərsizdirlər" (Rum Surəsi, 7) ayəsində tam olaraq bu yanılma təsvir edilir.

Kitabın bu hissəsində izah etdiyimiz gerçək, yəni hər şeyin bir görünüş olduğu gerçəyi isə, bütün bu ehtirasları və bağlılıqları mənasızlaşdırması baxımından çox əhəmiyyətlidir. Çünki bu gerçəyin başa düşülməsi, insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin, ehtirasla sahib olduqları mülklərinin, varlıqlarıyla öyündükləri uşaqlarının, özlərinə ən yaxın sandıqları yoldaşlarının, dostlarının, ən sevdikləri bədənlərinin, bir üstünlük olaraq gördükləri mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin bir xəyaldan ibarət olduğunu göstərməkdədir. Bu vəziyyətdə bunlar adına edilən ehtiraslar, keçirilən zamanlar, xərclənən səylər də boşunadır.

O halda bəzi insanlar sahib olduqları mal və mülkləriylə, "yaxtalarıyla, vertolyotlarıyla, fabrikləriylə, holdinqləriylə, köşkləriylə, əraziləriylə" sanki bunlar həqiqətən varmışcasına öyündükləri zaman kiçik düşməkdədirlər. Yaxtalarında "qürurlanaraq" gəzən zənginlər, yoldaşlarına avtomobilləriylə göstəriş edənlər, zənginliklərini hər fürsətdə dilə gətirənlər, mövqelərinin özlərini hər kəsdən üstün etdiyini zənn edənlər, bunlarla göstəriş etdiklərini sananlar, əslində bir xəyal ilə göstəriş etdiklərini anladıqlarında nə vəziyyətə düşəcəklərini bilməlidirlər.

Bunların bənzərlərini yuxularında da tez-tez görərlər. Yuxularında da evləri, çox sürətli avtomobilləri, son dərəcə qiymətli ləl-cəvahiratları, topa-topa dollarları, yığın-yığın qızıl və gümüşləri vardır. Yuxularında da yüksək bir mövqedə olarlar, minlərlə adamın işlədiyi fabrikləri olar, bir çox insana hökm edə biləcək bir gücləri olar, hər kəsin heyran qaldığı paltarlar geyərlər... Ancaq necə yuxuda sahib olduqları ilə öyünmək onları komik vəziyyətə salırsa, eyni şəkildə bu dünyada əlaqədə olduqları görüntü ilə öyünmək də buna ekvivalentdir. Yuxularında gördükləri də, bu dünyada əlaqədə olduqları da nəticədə zehinlərindəki bir görüntüdən ibarətdir.

Bunun kimi dünyada yaşadıqları hadisələrə göstərdikləri reaksiyalar da, gerçəyi anladıqlarında insanları utandıracaq. Özünü itirmiş şəkildə döyüşənlər, qışqırıb çağıranlar, fırıldaqçılıq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanları incidənlər, onları döyüb söyənlər, gözü dönmüş təcavüzkarlar, içləri vəzifə ehtirası ilə dolu olanlar, həsəd edənlər, göstəriş etməyə çalışanlar, özlərini ucaltmaq üçün çalışanlar və digərləri, bir xəyal içində bunları etdiklərini fərq etdiklərində rəzil olacaqlar.

Bilinməlidir ki, "dünya" dediyimiz görüntüləri yaradan Allah olduğuna görə, bu dünyadakı bütün malın gerçək sahibi də yalnız Allahdır. Necə ki bu gerçək Quranda xüsusilə vurğulanar:

 

Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə) ehtiva etmişdir. (Nisa Surəsi, 126)

 

Əsli xəyal olan ehtiraslar uğruna dini bir kənara buraxmaq və bunun nəticəsində sonsuz həyatı itirmək isə, çox böyük bir ağılsızlıqdır. Dahası insana sonsuz itki gətirər.

Bu mövzuda bu nöqtə çox yaxşı başa düşülməlidir: Qarşı-qarşıya olduğumuz gerçək, "bütün bu sahib olduğunuz və ehtirasında olduğumuz mallar, zənginliklər, uşaqlar, yoldaşlar, dostlar, vəzifələr irəlidə yox olacaq, ona görə bir mənası yoxdur" deməməkdədir. "Bu sahib olduqlarınızın heç biri bu anda onsuz da yoxdur, hamısı yalnız bir xəyaldan ibarət olan, Allahın sizi sınamaq üçün göstərdiyi bir görünüşdür, bunların çöldə əslləri varmı yoxmu bunu da bilə bilməzsiniz, varsa belə əsllərinə əsla çata bilməzsiniz" deməkdədir. Diqqət yetirsəniz ikisi arasında çox böyük bir fərq vardır.

İnsan bu gerçəyi bu an qəbul etmək istəməsə və bütün sahib olduqlarını var qəbul edərək özünü aldatsa belə, nəticədə ölümünün ardından yenidən dirildiyində, yəni axirətdə, hər şey çox dəqiq ortaya çıxacaq. O gün insanın görüş gücü itiləşəcək ("...Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən." (Qaf Surəsi, 22)) və hər şeyin çox daha açıq fərqinə varacaq. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər arxasında qaçaraq xərcləmişsə, orada heç yaşamamış olmağı diləyəcək, "Kaş ölüm əbədi (qəti) olaydı (bir daha dirilib bu əzabı görməyəydim). Mal dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). Mülküm, səltənətim də məhf olub getdi!" (Haqqə surəsi, 27-29) deyərək həlak olacaq.

Ağıllı bir insana düşən isə, bütün kainatın bu ən böyük gerçəyini zaman varkən burada qavramağa çalışmaqdır. Əks halda bütün ömürünü xəyallar arxasında qaçmağa xərcləyib sonunda böyük bir hüsrana uğrayar. Allah, dünyada xəyallar (ya da "ilğımlar") arxasında qaçıb öz Yaradıcısını unudan bu insanların son vəziyyətlərini belə bildirməkdədir:

 

Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun (layiqincə) cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur Surəsi, 39)

 

Materialistlərin Məntiq Pozğunluqları

Bu hissənin başından etibarən maddənin, materialistlərin iddia etdikləri kimi mütləq bir varlıq olmadığı, əksinə Allahın yaratdığı bir hisslər bütünündən ibarət olduğu elmi olaraq ortaya qoyuldu. Materialistlər isə, bütün fəlsəfələrini yox edən bu açıq gerçəyə qarşı son dərəcə doqmatiq bir tutumla müqavimət göstərməkdədirlər və etibarsız qarşı məntiqlər gətirməkdədirlər.

Məsələn materialist fəlsəfənin 20-ci əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı Marksist Corc Politzer, maddənin varlığının "böyük dəlili" olaraq "avtobus nümunəsi"ni vermişdir. Politzerə görə, maddənin bir hiss olduğunu müdafiə edən mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçmaqdadırlar və bu maddənin obyektiv varlığının isbatıdır. 23

Bir başqa məşhur materialist Johnson isə özünə maddənin bir hisslər bütünü olduğu izah edildiyində, daşlara təpik ataraq onların fiziki varlıqlarını "sübut etməyə" çalışmışdır. 24

Bənzər bir nümunə, Politzerin ağıl müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Friedrich Engels tərəfindən verilmişdir, Engels, "əgər yediyimiz tortlar bir hiss olsaydı, aclığımızı keçirməzdilər" deyə yazmışdır. 25

Marks, Engels, Lenin kimi məşhur materialistlərin kitablarında həmişə bu cür nümunələr və "maddənin varlığını yumruğa məruz qalanda anlarsınız" kimi hirs dolu cümlələr yerləşməkdədir.

Materialistlərin bütün bu nümunələri vermələrinə səbəb olan qavrayış pozuqluğu isə, "maddə bir hissdir" şərhini, "maddə bir işıq oyunudur" şəklində anlamalarıdır. Hiss anlayışının yalnız görməklə məhdud olduğunu, toxunma kimi hisslərin isə obyektiv qarşılığı olduğunu sanmaqdadırlar. Avtobusun insana çarpması üzərinə də, "baxın çarpır, demək ki, bir hiss deyil" deməkdədirlər. Anlamaqda çətinlik çəkdikləri nöqtə, avtobus çarpması əsnasında yaşanan sərtlik, zərbə və ağrı kimi bütün hisslərin də yalnız zehində meydana gəldikləridir.

 

 

Yuxu Nümunəsi

Bu gerçəyi ən yaxşı izah edən nümunə yuxulardır. İnsan, yuxusunda çox həqiqi hadisələr yaşaya bilməkdədir. Nərdivandan diyirlənib qıçını qıra bilməkdə, ciddi bir yol qəzası keçirə bilməkdə, bir avtobusun altında qala bilməkdə, acıyanda bir tort yeyib doya bilməkdədir. Gündəlik həyatda rast gəlinən hadisələrin bənzərləri yuxuda da eyni inandırıcılıqla, eyni hisslərlə yaşanmaqdadır.

Yuxusunda özünə avtobus çarpdığını görən adam yenə yuxusunda, qəza etdikdən sonra gözünü xəstəxanada aça bilər; şikəst qaldığını anlar amma əslində bu bir yuxudur. Yenə yuxusunda; bir yol qəzasının ardından öldüyünü, ölüm mələklərinin canını aldığını, axirət həyatının başladığını görə bilər. (Bu hadisə, yuxu kimi bir qəbul olan gerçək dünya həyatında da eyni şəkildə yaşanar.)

Yuxusunda yaşadığı bütün bu hadisələrin görünüşlərini, səslərini, sərtlik hissini, ağrını, işığı, rəngləri, hər cür hissi çox aydın bir şəkildə duymaqdadır. Yuxuda qarşılıqlı əlaqədə olduğu hisslərin bütünü gerçək həyatdakı qədər təbiidir. Yuxusunda yediyi bir tort hisslərdən ibarət olmasına baxmayaraq qarınını doyurar. Çünki doymaq da bir hissdir. Halbuki, gerçəkdə o anda adam yataqda uzanmış vəziyyətdədir. Ortada nə nərdivan, nə nəqliyyat, nə avtobus, nə tort var. Yuxudakı adam, xarici dünyada qarşılıqları olmayan qəbul və hissləri yaşamaqda və görməkdədir. Yuxuda, "xarici dünya"da heç bir maddi qarşılığı olmayan hadisələrin yaşana, görülə, hiss edilə bilən olması, "xarici dünya"nın tamamilə hisslərdən meydana gəldiyini çox dəqiq şəkildə ortaya qoymaqdadır.

Materialist fəlsəfəni mənimsəyənlər, xüsusilə də Marksistlər, özlərinə bu gerçək, yəni maddənin əsli izah edildiyində hirslənməkdədirlər. Marksın, Engelsin, Leninin bu mövzudakı səthi və cahilcə məntiqlərindən nümunələr verməkdə, atəşli şərhlər etməkdədirlər.

Halbuki bu kəslər eyni şərhləri yuxularında da edə bildiklərini düşünməlidirlər: Yuxularında da Das Kapitalı oxumaqda, mitinqlərə qatılmaqda, polislə qarşıdurmaya girməkdədirlər, başlarına daş isabət etməkdə və hətta bu yaranın sızısını hiss etməkdədirlər. Yuxularında özlərinə soruşulduğunda, o an gördükləri şeyləri də "mütləq maddə" sanmaqdadırlar. Eynilə oyanıqkən gördükləri şeyləri də "mütləq maddə" sandıqları kimi. Amma, istər yuxuda olsun, istər gündəlik həyatda olsun, gördüklərinin, yaşadıqlarının, hiss etdiklərinin hamısı bir hissdir.

 

Sinirləri Paralel Bağlama Nümunəsi

Politzerin yol qəzası nümunəsini ələ alaq: Bu qəzada, avtobusun altında əzilən adamın beş duyğu orqanından beyninə gedən sinirlər, bir başqa insanın, məsələn Corc Politzerin beyninə paralel bir əlaqəylə bağlansa, qəzadakı adama avtobus çarpdığı anda, o sırada evində oturmaqda olan Politzerə də avtobus çarpacaq. Daha doğrusu, qəzaya düşən adamın yaşadığı hisslərin hamısını, bir musiqi teybine bağlanan iki ayrı kolondan eyni mahnının dinlənməsinə bənzər şəkildə, Politzer də yaşamağa başlayacaq. Politzer də evində oturduğu halda avtobusun əyləc səsini, avtobusun bədəninə dəyməsini, sınıq qol və axan qan görünüşlərini, sınıq ağrılarını, əməliyyatxanaya aparılışının görünüşlərini, gipsin sərtliyini, qolunun gücsüzlüyünü hiss edəcək, görəcək və yaşayacaq.

Qəzadakı adamın sinirləri neçə adama bağlansa bunların hamısı, eyni Politzer kimi, qəzanı başından sonuna qədər yaşayacaq. Qəzaya düşən adam komaya girsə, hamısı komaya girəcək. Hətta, söz mövzusu yol qəzasına aid hisslərin bütünü bir alətə yazılsa və bu hisslər davamlı başa alınaraq bir başqa adama verilsə, bu adama da dəfələrlə avtobus çarpacaq.

Yaxşı o halda, hansına çarpan avtobus gerçəkdir? Materialist fəlsəfənin bu suala verə biləcəyi ziddiyyətsiz bir cavab yoxdur. Doğru cavab, yol qəzasını hamısının öz zehinlərində bütün detallarıyla yaşadığıdır.

Tort yemə və daşa təpik atma nümunələri üçün də vəziyyət eynidir. Tort yeyincə qarınında tortun şişliyini və toxluğunu hiss edən Engelsin duyğu orqanlarına aid sinirlər paralel olaraq ikinci bir adamın beyninə bağlansa, Engels tort yediyi və doyduğu anda o adam da tort yeyəcək və doyacaq. Daşa təpik atınca ayağı ağrıyan materialist Johnsonun sinirləri paralel olaraq bir başqa adama bağlansa, bu adam da daşa vuracaq və canı ağrıyacaq.

Yaxşı hansı tort və hansı daş gerçəkdir? Materialist fəlsəfə, buna da ziddiyyətsiz bir cavab verə bilməz. Doğru və ziddiyyətsiz cavab budur: Həm Engels həm digər adam tortu öz zehinlərində yeyib doymuşlar. Həm Johnson həm ikinci adam, daşa təpik atış anını öz zehinlərində bütün detallarıyla yaşamışlar.

Yuxarıda Politzerlə əlaqədar olaraq verdiyimiz nümunədə belə bir dəyişiklik edək; evində oturan Politzerin sinirlərini avtobusun çarpdığı adamın beyninə, avtobusun çarpdığı adamın sinirlərini də Politzerin beyninə bağlayaq. Bu vəziyyətdə isə, Politzer əslində evində oturduğu halda özünə avtobus çarpdığını zənn edəcək, avtobusun çarpdığı adam isə qəzanın bütün şiddətinə baxmayaraq, bunu əsla fərq edə bilməyəcək, çünki özünün evdə oturduğunu düşünəcək. Bu məntiq tort yemə və daşa təpik atma nümunələri üçün də düşünülə bilər.

Görüldüyü kimi insanın hisslərini aşması və çölə çıxması mümkün deyil. Bu vəziyyətdə bir insanın ruhuna, bədəni və heç bir maddi varlığı olmadığı halda, ortada maddi bir mühit də olmamasına qarşı hər şey seyr etdirilə biləcək. Belə ki adamın bunu anlaması mümkün deyil, hətta izlətdirilən üç ölçülü mükəmməl görünüşləri gerçək zənn edib, varlığından da son dərəcə əmin olacaq. Çünki hər insan duyğu orqanlarına hiss etdirilən hisslərdən asılıdır.

İngilis fəlsəfəçi David Hume bu gerçək üzərindəki düşüncələrini belə ifadə etmişdir:

Çox səmimi olaraq, özüm dediyim şeyə daxil olduğum zaman mən isti ya da soyuğa, işıq ya da kölgəyə, eşq ya da nifrətə, ağrı ya da ləzzətə dair xüsusi bir hissə ya da başqa bir şeyə daim rast gəlirəm. Mən bir qəbul olmadan hər hansı bir zamanda özümü əsla tuta bilməm və əsla  hissdən başqa bir şeyi müşahidə edə bilməm. 26

 

Hisslərin Beyində Meydana gəldiyi Fəlsəfə Deyil, Elmi Həqiqətdir

Materialistlər, burada izah etdiklərimizin fəlsəfi bir görüş olduğunu iddia etməkdədirlər. Halbuki bizim "xarici dünya" dediyimiz şeyin bir hisslər bütünü olduğu, bir fəlsəfə deyil, elmi bir gerçəkdir. Görünüşün və hisslərin beyində necə meydana gəldiyi, bütün tibb fakültələrində detallı şəkildə oxudulmaqdadır. Başda müasir fizika olmaq üzrə 20-ci əsr elminin ortaya qoyduğu gerçəklər, maddənin konkret bir həqiqətə sahib olmadığını, hər kəsin bir mənada "beynindəki ekran"ı izlədiyini açıqca göstərməkdədir.

Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa bir görüşə ya da düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist özündə Allahın varlığını inkar edə bilər amma bu elmi gerçəyi inkar edə bilməz.

Yaşadıqları dövrlərin elm anlayışı və elmi imkanları qeyri-kafi də olsa, Karl Marks, Friedrich Engels, Georges Politzer və digərlərinin bu qədər asan və açıq bir gerçəyi qavraya bilməmələri, yenə də təəccüblüdür. Amma indiki vaxtda elmin və texnologiyanın imkanları son dərəcə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu gerçəyin qavranmasını daha da asanlaşdırmaqdadır. Materialistlər isə, həm qismən də olsa bu mövzunu qavramanın, həm də bu mövzunun öz fəlsəfələrini nə qədər qəti bir şəkildə çökdürdüyünün fərqinə varmanın verdiyi böyük bir qorxu içindədirlər.

 
     
 
© 2010 Harun Yəhya. www.harunyahya.az
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz.