|
GİRİŞ
Bu
günə
qədər, gəlmiş
getmiş
bütün din əleyhdarı
şəxslərə
və axınlara
baxıldığında
demək olar ki,
hamısının
fəlsəfi
təməlində materialist
düşüncənin yatdığı
görülər.
Bilindiyi kimi materialistlər
yaradılış
gerçəyini
rədd edirlər.
Bunun yerinə
maddənin sonsuzdan bəri var olduğunu
və
sonsuza qədər də mütləq bir varlıq
olaraq qalacağını iddia edirlər.
Digər
bir deyişlə maddəni ilahlaşdırırlar.
Materialistlərin
öz qaynaqlarında
materializm belə
təsvir edilir:
Materializm dünyanın
əzəli və əbədiliyini (əvvəlsiz və sonrasızlığını),
Tanrı tərəfindən
yaradılmış
olmadığını və
də zaman və məkanda sonsuzluğunu
qəbul
edər.
1
Materializmin maddəni
bu dərəcə ilahlaşdırmasının səbəbi, hər nə olursa olsun
bir Yaradıcının
varlığını qəbul
etməməkdir.
Çünki maddə
mütləq deyilsə bir başlanğıcı var deməkdir;
bir başlanğıcı varsa da yoxdan var edilmiş, yəni
yaradılmış
deməkdir.
20-ci
əsrin sonunda bütün elm dünyasının
çatdığı ortaq nəticə,
maddənin mütləq olmadığı,
bir başlanğıcı olduğu gerçəyini
təsdiqləməkdədir:
Bütün kainat təxminən
15 milyard il əvvəl "sıfır"
həcmdəki
bir nöqtənin partlamasıyla
yoxluqdan meydana gəlmiş
və genişləyərək günümüzdəki şəklini almışdır.
Böyük Partlama (Big Bang) adı verilən
bu hadisənin doğruluğu,
bir çox konkret dəlil
və müşahidə
ilə,
eyni zamanda da nəzəri fizikaçıların
hesablamalarıyla da sübut edilmişdir.
Bu gün elmin çatdığı son nöqtə,
Quranın
və
bütün ilahi dinlərin bildirdiyi "kainatın
yoxdan var edildiyi" gerçəyini
təsdiqləməkdədir.
Yenə
bununla birlikdə müasir elm, materializmi və bunu əsas
alan
ideologiyaları
hər
sahədə yalanlamaqda, materialist görüşə sahib olanların
maddəyə
söykənən dünyalarını
yıxmaqda, yaradılışa qarşı
başlatdıqları müharibədə
onları
məğlub
etməkdədir.
Buna baxmayaraq materialistlər,
maddənin mütləq deyil, yaradılmış
olduğu gerçəyini
elmlə zidd düşmək bahasına
da olsa qəbul
edə bilməzlər.
Çünki bu gerçəyi
qəbul etmək Allahın
varlığını qəbul
etmələrini, Allaha iman etmələri isə dini qəbul
etmələrini və yaşamalarını tələb edəcək.
Din isə
hər şeydən əvvəl Allaha qəti bir boyun əyməyi və
təslimiyyəti tələb etdiyindən, əlbəttə ki belə bir tutum,
qürurlarına
məğlub
olmuş bu insanlara ağır gələcəkdir.
Quranda, gerçəkləri
gördükləri halda, qürurları
üzündən
gerçəklərdən qaçanların
vəziyyəti
belə təsvir edilməkdədir:
...daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və
təkəbbür üzündən onları inkar etdilər. Bir gör
fitnə-fəsad törədənlərin axırı necə oldu! (Nəml
Surəsi, 14)
Materialistlər,
maddənin yanında
zamanın da mütləq
olduğunu,
yəni
sonsuzdan gəlib sonsuza getdiyini müdafiə edirlər.
Bu
əyri anlayışa
söykənərək
də qədəri(alın yazısını), axirət gününü, cənnəti və
cəhənnəmi rədd etməyə çalışırlar.
Halbuki bu gün müasir elm, maddənin
olduğu
kimi, maddənin
bir törəməsi olan zamanın
da maddəylə
birlikdə yoxluqdan var edildiyini və zamanın
da bir başlanğıcı olduğunu isbat etmişdir. Həmçinin,
zamanın nisbi (rölatif) bir anlayış olduğu, materialistlərin
əsrlərdir zənn etdikləri kimi dəyişməz və sabit olmadığı,
dəyişən
bir
hissiyyat
forması
olduğu da bu
əsrdə ortaya çıxmışdır.
Zamanın və
məkanın
nisbiliyi Eynşteynin "Rölativite"(nisbilik) nəzəriyyəsiylə
sübut edilmiş və bu gerçək bu günki müasir fizikanın
təməlini
meydana gətirmişdir.
Nəticə
olaraq, zaman və məkan mütləq olmayan, başlanğıcları
olan, Allahın yoxdan var etdiyi anlayışlardır.
Zamanı və
məkanı
yaradan Allah,
əlbəttə ki,
bunlara tabe deyil.
Allah, zamanın hər
anını
zamansızlıqda təyin
etmiş, təsbit etmiş və yaratmışdır.
Bax
materialistlərin ağıl
çatdıra bilmədikləri
"Qədər" gerçəyinin özü də buradadır.
Bizim üçün keçmişdə
yaşanmış və gələcəkdə yaşanacaq olan hadisələrin bütünü,
zamana tabe olmayan, zamanı
yoxdan var edən
Allahın
bilgisi və
hakimiyyəti daxilindədir.
Quranın 1400 il
əvvəl bildirdiyi və inananların
könüldən
inandıqları
gerçəkləri
bu gün müasir elm də təsdiqləməkdə və Quranın
Allahın sözü olduğuna şahidlik etməkdədir.
Əsrlərdir
Allahın
varlığını və
yaradılış
gerçəyini
rədd edən materialist düşüncə isə, dilindən salmadığı
və
hər fürsətdə arxasına
sığınmağa çalışdığı elm tərəfindən
hər sahədə yalanlanmaqdadır.
Bu kitabda, materialistlərin
qarşıya qoyduqları iddiaların heç bir elmi və məntiqi
etibarlılığı
olmadığını,
əksinə materializmin bu günün elmi ilə tamamilə
çökdürüldüyünü sizlərə dəlilləriylə
göstərəcəyik.
Burada izah edilən
mövzular maddənin əsli, zamanın
və
məkanın
nisbiliyi ilə
əlaqədar çox əhəmiyyətli dəlillər ehtiva etməkdədir.
Belə
ki, bəlkə də bu günə qədər heç düşünmədiyiniz bəzi
gerçəklərlə qarşılaşacaq, maddənin özünün materializmin
iddia etdiyindən və ya sizə
öyrədiləndən
çox daha fərqli olduğunu
anlayacaqsınız.
HİSSƏ
1
KAİNAT
YOXDAN YARADILDI

Materializm, maddəni
mütləq varlıq
sayan, maddədən
başqa heç bir şeyin varlığını qəbul etməyən düşüncə
sistemidir.
Tarixi köhnə
Yunanısatana
qədər uzanan, amma xüsusilə 19-cu
əsrdə yayılan,
ən çox da Karl Marksın
dialektik materializmiylə
səslənilən bu düşüncə sistemi, maddənin sonsuzdan bəri
var olduğunu
və
sonsuza qədər də var olacağını
iddia edər.
Maddənin
yaradılmamış
olduğunu fərz
etdiyinə görə də, bir Yaradıcının
varlığını qəbul
etməz.
Materializm az
əvvəl də ifadə etdiyimiz kimi ən çox 19-cu
əsrdə məşhur olmuşdu.
Bunun başlıca səbəblərindən
biri, o dövrdə, "kainatın
necə
ortaya çıxdığı"
sualına qarşılıq olaraq ortaya qoyulan "sabit kainat" (statik
kainat) modeli idi. Bu model, "kainat necə
ortaya çıxdı"
sualına, "kainat ortaya çıxmadı, sonsuzdan bəri
vardı
və
sonsuza qədər də var olacaq" cavabını
verməkdə
idi.
Kainat sabit, sabit və
dəyişməz bir maddələr bütünü olaraq qəbul edilir və
dolayısı
ilə
kainatın
belə olmasının da bir Yaradıcını qəbul
etməyi tələb etmədiyi deyilirdi.
Bu kainat modelinin
əksinin isbat edilməsi digər bir ifadəylə bir başlanğıcı
olduğunun və dəyişgənliyinin
ortaya çıxması
isə,
əlbəttə bir Yaradıcının
varlığını sübut edəcəkdi.
Məşhur
materialist fəlsəfəçi Georges Politzer, Fəlsəfənin
Başlanğıc Qanunları adlı kitabında bu gerçəyi qəbul
edir, ancaq "sonsuz kainat" modelinin etibarlılığına
güvənərək
yaradılışa
qarşı çıxırdı:
Kainat yaradılmış bir şey deyil. Əgər
yaradılmış
olsaydı, o təqdirdə,
kainatın
Tanrı tərəfindən
müəyyən bir anda yaradılmış
olması və
kainatın
yoxdan var edilmiş olması gərək idi. Yaradılışı qəbul
edə bilmək üçün, hər şeydən əvvəl, kainatın
var olmadığı bir anın varlığını, sonra da, heçlikdən
(yoxluqdan) bir şeyin çıxmış olduğunu qəbul etmək lazımdır.
Bu isə
elmin qəbul edə bilməyəcəyi bir şeydir.
2
Ancaq müasir elm, 20-ci
əsrin ikinci dörddəbirində başlayan bir müddət
nəticəsində materialistlərin "əgər elə olsa bir Yaradıcı
olduğunu qəbul
etmək lazım
idi" şəklində
dilə gətirdikləri gerçəyi, yəni kainatın
bir başlanğıcı olduğu gerçəyini
isbat etdi.
Bu gerçək
müxtəlif mərhələlər nəticəsində ortaya çıxdı.
Kainatın Genişləməsi
1929-cu
ildə
Kaliforniya Mount Wilson Müşahidə evində, Amerikalı
astronom Edwin Habl astronomiya tarixinin
ən böyük kəşflərindən birini etdi.
Habl, istifadə
etdiyi nəhəng teleskopla səmanı
araşdırarkən,
ulduzların
uzaqlıqlarına bağlı olaraq qırmızı rəngə
doğru
sürüşən bir işıq
yaydıqlarını təyin
etdi.
Bu görüş elm dünyasında böyük bir
əks-səda yaratdı.
Çünki bilinən
fizika qaydalarına
görə,
müşahidənin edildiyi nöqtəyə doğru
hərəkət
edən işıqların tezliyi
bənövşəyi istiqamətə doğru,
müşahidənin
edildiyi nöqtədən uzaqlaşan işıqların tezliyi də qırmızı
istiqamətə doğru
sürüşməkdə
idi.
Yəni
ulduzlar hər an bizdən uzaqlaşmaqda idilər.
Habl, çox keçmədən
çox əhəmiyyətli bir şeyi daha təsbit etdi:
Ulduzlar və
qalaktikalar yalnız
bizdən
deyil, bir-birlərindən də uzaqlaşırdılar.
Hər
şeyin bir-birindən uzaqlaşdığı bir kainat qarşısında
gəlinə biləcək tək nəticə isə, kainatın
hər
an "genişləməkdə" olduğu
idi. Mövzunu daha yaxşı anlamaq üçün, kainatı şişirilən
bir şarın səthi kimi düşünmək mümkündür.
Şarın səthindəki
nöqtələrin şar şişdikcə bir-birlərindən uzaqlaşmaları
kimi, kainatdakı cisimlər də kainat genişlədikcə
bir-birlərindən uzaqlaşırdılar.
Əslində
bu gerçək daha əvvəl də nəzəri olaraq kəşf edilmişdi:
Albert Eynşteyn, 1915-ci ildə
ortaya qoyduğu
Ümumi Nisbilik (Rölativite) Nəzəriyyəsi çərçivəsində
etdiyi hesablamalarla kainatın
sabit ola bilməyəcəyi
nəticəsinə gəlmiş
idi. Öz kəşfi
qarşısında son dərəcə təəccüblənən Eynşteyn bu
əlverişsiz nəticəni
ortadan qaldırmaq
üçün tənliklərinə
'kosmik sabit' adını
verdiyi bir faktor
əlavə etmişdi.
Çünki o sıralar, astronomlar ona kainatın statik
olduğunu söyləyirdilər,
o da nəzəriyyəsinin
bu modellə
ziddiyyət təşkil etməsini istəməmişdi.
Ancaq sonradan özünün də,
"kariyeramın ən böyük səhvi" etirafıyla
geri götürəcəyi
bu görüş, inkişaf edən elmi tapıntılar
nəticəsində
çürüyüb gedəcəkdi.
İlk olaraq 1922-ci ildə
Rus
alimi
Aleksandr Friedmann, Ümumi Nisbilik nəzəriyyəsindən yola
çıxaraq, kainatın dəyişən
olduğunu
və
ən kiçik bir qarşılıqlı
təsirin,
genişləməsinə və ya büzüşməsinə gətirib çıxaracağını
təyin
etdi.
Friedmann bu nəticəyə
gələrkən,
Eynşteynin 1917-ci
il
tarixli məqaləsindəki səhvi də (kosmik sabiti) düzəltmiş
oldu.
Friedmannın tapdığı həlləri
istifadə edən ilk adam, Belçikalı
alim Georges Lemaitre (1894-1966) idi. Lemaitre, bu həllərə
söykənərək kainatın
bir başlanğıcı olduğunu və
bu başlanğıcdan etibarən davamlı
olaraq genişlədiyini
nəzərdə tutdu.
Ayrıca, bu başlanğıc anından qalan işıldamanın da müəyyən
oluna biləcəyini ifadə etdi (irəlidə, kosmik fon radiasiyası
olaraq adlandırılacaq
bu işıldama müşahidələrlə
də təsbit ediləcəkdi).
Big Bangın Kəşfi
Kainatın
genişlədiyi
gerçəyi, o günə qədər qəbul olunan "sabit (statik)
kainat" modelindən tamamilə fərqli bir kainat modeli
ortaya qoydu.
Kainat genişlədiyinə
görə, zaman içində geriyə doğru
gedildiyində
kainatın
tək
bir nöqtədən başladığı ortaya çıxırdı.
Edilən hesablamalar, kainatın
bütün maddəsini
içində saxlayan bu "tək nöqtə"nin, "sıfır
həcmə"
və "sonsuz sıxlığa"
sahib olması lazım olduğunu göstərdi.
Kainat, sıfır həcmə
sahib bu nöqtənin partlamasıyla
ortaya çıxmışdı. Bu partlayışa "Big Bang" (Böyük
Partlama) adı verildi və
bu nəzəriyyə də eyni adla xatırlanmağa
başlandı.
"Heç bir həcmi
olmayan, yəni heç bir yer
tutmayan
və sıxlığı
sonsuz olan bir nöqtə
necə ola bilər?" deyə bir sual ağılınıza
gələ
bilər.
Əslində,
"həcmi olmayan sonsuz sıxlıqdakı
nöqtə"
nəzəri bir ifadə formasıdır.
Çünki, elmi olaraq "sıfır həcm"
şəklində ifadə edilən bir nöqtə, həcmi olmayan bir nöqtə
deməkdir.
Gerçəkdə
isə həcmi olmayan bir nöqtə "yox" deməkdir. Bu səbəbdən,
kainat "yox" ikən "var" hala gəlmişdir.
Bu gerçək
isə, materializmin "kainat sonsuzdan bəri vardır"
fərziyyəsini
etibarsız
etməkdədir.
"Sabit Vəziyyət" Sınağı
Materialist fəlsəfəni
mənimsəyən astronomlar, Big Banga qarşı müqavimət
göstərməyə və sabit vəziyyət nəzəriyyəsinə
dəstək olmağa
çalışdılar. Bu səyin
səbəbi, öndə gedən fizikaçılardan
A. S. Eddingtonun "fəlsəfi
olaraq təbiətin bu ankı
nizamının birdən-birə
başlamış olduğu düşüncəsi mənə itələyici (uzaqlaşdırıcı)
gəlməkdədir"
sözündən aydın
olmaqda idi. 3
Big Bang nəzəriyyəsindən
narahat olanların
başında dünya tərəfindən tanınmış
İngilis riyaziyyatçısı və astronomu Fred Hoyl gəlirdi.
Hoyl,
əsrin ortalarında
"steady-state" (sabit vəziyyət)
adında,
19-cu
əsrdəki sabit kainat anlayışına
bənzər
başqa bir model ortaya atdı.
Hoyle, kainatın genişlədiyini
qəbul etməklə birlikdə, kainatın
ölçü və
zaman baxımından
sonsuz olduğunu iddia edirdi. Ayrıca bu modelə
görə, kainat genişlədikcə maddə lazım
olduğu miqdarda, birdən-birə,
öz-özünə var olmağa
başlayırdı. Yeganə
məqsədi materialist fəlsəfənin təməli olan "sonsuzdan
bəri var olan maddə" doqmasını
dəstəkləmək
olan bu nəzəriyyə, kainatın
başlanğıcı olduğunu müdafiə
edən "Böyük Partlama"
nəzəriyyəsi ilə
daban-dabana
zidd idi.
Sabit vəziyyət
nəzəriyyəsini müdafiə edənlər uzunca bir müddət Big
Banga qarşı müqavimət göstərdilər.
Amma elm
əleyhlərinə işləyirdi.
Big Bangın
Yeni Dəlillərindən
Kosmik Fon Radiasiyası
1948-ci
ildə
Corc Gamov, Big Bangla əlaqədar olaraq yeni bir iddia
ortaya atdı.
Buna görə,
kainatın
Böyük Partlama ilə
meydana gəlməsi halında, kainatda bu partlamadan qalan
bir radiasiyanın
olması lazımlı idi. Üstəlik
bu radiasiya kainatın
hər
yanına
bərab
ər dağılmış
olmalı idi.
"Olması lazım olan" bu dəlil
çox keçmədən tapıldı.
1965-ci ildə
Arno Penzias və Robert Wilson adlı
iki araşdırmaçı bu dalğaları kəşf
etdilər.
"Kosmik Fon Radiasiyası" adı verilən
bu radiasiya, kosmosun müəyyən bir
tərəfindən
gələn hər hansı
bir radiasiyadan çox fərqli
idi.
Fövqəladə
bir
koherentlilik(eyni mənbədən yaranmış olma)
sərgiləyirdi.
Başqa bir ifadə
ilə lokal mənşəli deyil, kainatın
bütününə
dağılmış
bir radiasiya idi. Beləcə
uzun müddətdir kainatın
hər
yerindən bərabər ölçüdə alınan
3 Kelvinlik istilik dalğasının, Big Bangın ilk dövrlərindən
qalma olduğu
aydın oldu. Üstəlik
bu rəqəm elm adamlarının
əvvəldən nəzərdə tutduqları
rəqəmə
çox yaxın
idi.
Yalnız tək
bir dalğa
boyunda (mikrodalğa) ölçmələr
edə bildikləri halda Penzias və Wilson, Böyük Partlamanın
bu xüsusi isbatını təcrübi
olaraq ilk göstərən kəslər olduqları
üçün Nobel Mükafatı qazandılar.
1989-cu ilə
gəlindiyində isə, Corc Smut və rəhbərliyindəki Nasa
qrupu, Kosmik geri-Plan
İşıldama Kəşfçisi Peykini (COBE) kosmosa göndərdilər.
Bu inkişaf etmiş peykə
yerləşdirilən həssas skanerlərin, Penzias və Wilsonun
ölçümlərini təsdiqləməsi yalnız
8 dəqiqə
davam etdi.
Skanerlər,
kainatın
başlanğıcındakı Böyük Partlamanın istilik və
sıxlığına
aid qalıqları qəti
bir şəkildə təsbit etdilər.
Bütün zamanların
ən böyük kəşfi olaraq adlandırılan bu hadisə, bu qədərlə
də məhdud deyildi.
COBE 1 peyki kosmosda müəyyən
bir nöqtədəki istiliyi bildirirdi.
Ancaq COBE 2 peyki, kosmosda iki nöqtə
arasında
istilik fərqi
olduğunu
kəşf
etdi.
Məsələn
galaktik ulduz çoxluqlarındakı
istilik, kosmik boşluqlara görə
daha çox idi.
Bu isə,
böyük partlamadan sonra meydana gələn istiliyin getdikcə
soyuyaraq fərqliləşdiyini göstərirdi.
Bu hadisədən
sonra, bir çox elm adamı
COBEin müvəffəqiyyətini
"Big Bangın
fövqəladə
bir şəkildə təsdiqlənməsi" şəklində şərh etdi.
Bir Başqa Dəlil:
Hidrogen-Helium Nisbəti
Big Bangın digər
bir əhəmiyyətli dəlili isə, kosmosdakı
hidrogen və
helium qazlarının
miqdarı oldu. İndiki vaxtda edilən
ölçümlərlə aydın
oldu ki, kainatdakı hidrogen-helium qazlarının nisbəti,
Big Bangdan
geriyə
qaldığı
nəzəri
olaraq hesablanmış
hidrogen-helium nisbətinə
uyğun
gəlməkdə
idi.
Bilindiyi kimi ulduzlar, ehtiva etdikləri
hidrogen qazını
nüvə
reaksiyası ilə
heliuma çevirərək enerji çıxarırlar.
Əgər
kainatın
bir başlanğıcı olmayıb sonsuzdan gəlmiş
olsaydı,
ulduzlardakı bütün hidrogenin tamamilə
tükənmiş və heliuma çevrilmiş olması lazım idi.
Lakin ulduzlarda olan hidrogen qazının hələ
tükənməmiş olması və bu qazı
davamlı heliuma çevirərək
enerji çıxarmağa
davam etmələri,
kainatın
sonsuz olmadığının və
bir başlanğıcı olduğunun qəti bir dəlilini meydana
gətirməkdədir.
Big Bangın
Zəfəri
Bütün
bu açıq dəlillər
Big Bang nəzəriyyəsinin elm dünyasında
qəti
bir qəbul görməsinə gətirib çıxardı.
Big Bang modeli; elmin, kainatın meydana gəlməsi
və başlanğıcı haqqında çatdığı son nöqtə idi.
Fred Hoyl ilə
birlikdə uzun illər Sabit Vəziyyət nəzəriyyəsini müdafiə
edən Dennis Sciama, ard-arda gələn və Big Bangı
isbat edən
bütün bu dəlillər qarşısında içinə düşdükləri vəziyyəti
belə izah edir:
Sabit Vəziyyət
nəzəriyyəsini müdafiə edənlərlə, onu test edən və məncə
onu çürütməyə
ümid edən müşahidəçilər arasında,
bir dövr çox sərt
çəkişmə vardı.
Bu dövr içində
mən də bir rol boynuma
götürmüşdüm.
Çünki həqiqətinə
inandığım
üçün deyil, gerçək
olmasını
istədiyim
üçün "Sabit Vəziyyət" nəzəriyyəsini müdafiə edirdim.
Nəzəriyyənin
etibarsızlığını
isbat
edən dəlillər ortaya çıxmağa
başladıqca Fred Hoyl bu dəlilləri
qarşılamada lider rol boynuna götürmüşdü.
Mən
də yanında
iştirak etmiş, bu düşməncə
dəlillərə necə cavab verilə biləcəyi mövzusunda fikir
icra edirdim.
Amma dəlillər
yığıldıqca
artıq oyunun bitdiyi və
Sabit Vəziyyət nəzəriyyəsinin bir kənara buraxılması
gerçəyi
ortaya çıxırdı.
4
Kaliforniya Universitetindən
Prof.
Corc O. Abell isə,
"Bu günki mövcud dəlillər, kainatın
milyardlarla il
əvvəl Big Bang ilə başladığını göstərməkdədir.
Big Bang nəzəriyyəsini
qəbul etməkdən başqa çarəmiz qalmır.
"5 demişdir.
Big Bangın bu zəfəri
ilə birlikdə, materialist doqmanın
təməli
olan "əzəli maddə" anlayışı
da tarixə
qarışmış
olurdu.
Yaxşı o zaman Big Bangdan əvvəl nə vardı
və
"yox" olan kainatı
bu böyük partlama ilə
"var" hala gətirən güc nə idi?
Əlbəttə
ki bu sual, A.
S. Eddingtonun ifadəsiylə
materialistlər üçün "fəlsəfi olaraq itələyici (uzaqlaşdırıcı)"
olan gerçəyi, yəni bir Yaradıcının
varlığını göstərməkdədir.
Məşhur
ateist fəlsəfəçi Anthony Flew, bu mövzuda bunları
söyləyir:
Etiraflarda olmanın insan ruhuna yaxşı gəldiyini
söyləyərlər.
Mən
də bir şeyi etiraf edəcəyəm:
Mövcud kosmik konsensus (Big Bang modeli), bir ateist
baxımından olduqca çətinlik
vericidir.
Çünki elm, dini qaynaqlar tərəfindən
müdafiə olunan bir iddianı
isbat etmişdir: "Kainatın bir başlanğıcı olduğu"
iddiasını. Yalnız kainatın bir sonunun və
başlanğıcının olmadığını qəbul etdiyimiz müddətcə,
kainatın
bu ankı varlığının mütləq
bir şərhi olduğunu
müdafiə
edə bilərik.
Mən
hələ bu şərhə inanıram,
amma bunu Big Bang qarşısında müdafiə
etmənin çox asan və rahat bir vəziyyət olmadığını
etiraf etməliyəm.
6
Özünü ateist olmaq üçün kor-koranə
şərtləndirməyən bir çox elm adamı
isə,
kainatın
yaradılışında sonsuz güc sahibi bir Yaradıcının
varlığını qəbul
etmiş vəziyyətdədir.
Bu Yaradıcı, həm
maddəni həm də zamanı
yaratmış, yəni
hər ikisindən də müstəqil olan bir varlıq
olmalıdır.
Kainat elm mövzusunda
əhəmiyyətli işləri olan məşhur riyaziyyatçı Roger
Penrose belə bir şərh edər:
...
Amma kainatın qətiliklə
bir məqsədinin olduğunu
göstərən
bir şey var ki, o da kainatın şans əsəri orada dayanmadığıdır.
Bəzi
insanlara görə, "kainat
sadəcə
oradadır."
Elə olmağa
davam edir. Biz də
özümüzü birdən-birə bu şeyin içində tapmışıq.
Bu dünyagörüşünün, kainatı anlamamızda çox məhsuldar
ya da köməkçi olacağını
sanmıram. Məncə
kainat və onun varlığının
altında bu gün hələ
yaxşı
sezə bilmədiyimiz çox daha dərin bir şeylər gizlidir.
7
Quranda 14 Əsr Əvvəl
Xəbər verilən Gerçəklər
Bura qədər
yekunlaşdırmaq lazım olsa, astrofizikanın
çatdığı qəti nəticə, bütün kainatın
maddə
və zaman ölçüləriylə birlikdə, bir sıfır
anında böyük bir partlama ilə (Big Bang) varlıq tapdığı
idi. Big Bangdan
əvvəl maddə deyə bir şey yox idi.
Maddənin,
enerjinin, hətta zamanın
da belə
olmadığı,
tamamilə
metafizik olaraq təyin oluna biləcək bir yoxluq
mühitində maddə, enerji və zaman var olmuşdu.
Halbuki, müasir fizikanın ancaq 20-ci
əsrin sonlarına
doğru çatdığı bu böyük gerçək
Quranda bizlərə 14 əsr əvvəldən xəbər verilməkdə idi:
O, göyləri və yeri (yoxdan) var edəndir... (Ən'am Surəsi,
101)
Bilindiyi kimi Big Bang nəzəriyyəsi,
başlanğıcda kainatdakı bütün cisimlərin bir yerdə
olduqlarını
və
sonradan ayrıldıqlarını
göstərmişdir.
Big Bang nəzəriyyəsinin
ortaya qoyduğu
bu gerçək
isə zamanımızdan
tam 14
əsr əvvəl insanların
kainat haqqındakı məlumatlarının
son dərəcə
məhdud olduğu
bir dövrdə
Quranda belə bildirilməkdədir:
Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları
ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı
bilmirlərmi? Yenə də iman gətirməzlər? (Ənbiya Surəsi,
30)
Mövzumuzun
başında da gördüyümüz kimi, "kainatın genişləməsi"
Böyük Partlama nəzəriyyəsinin yəni kainatın
yoxdan var edildiyinin
ən əhəmiyyətli dəlillərindən biridir.
Kainat yaradıldığından bəri
davam edən və müasir elm tərəfindən ancaq 20-ci
əsrdə müəyyən oluna bilmiş olan bu hadisədən, bundan 14
əsr əvvəl göndərilmiş olan Quranda belə bəhs edilir:
...Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu
genişləndirməkdəyik.
(Zariyat Surəsi,
47)
Nizam
Gətirən Partlama
Əslində
Big Bangın
ateistlər
və materialistlər (ikisi
demək olar ki,
sinonimdir) baxımından
meydana gətirdiyi
problem,
ateist fəlsəfəçi
Anthony Flewin yuxarıda
etiraf etdiyindən
çox daha böyükdür.
Çünki Big Bang, kainatın yalnız yoxdan var edildiyini
deyil, eyni zamanda çox planlı, nizamlı və
idarəli bir şəkildə var edildiyini göstərməkdədir.
Bunun səbəbi,
bir partlama olan Big Bangın
ardından kainatda çox nizamlı bir quruluşun ortaya
çıxmasıdır. Halbuki partlamalar nizamlılıq meydana gətirməzlər.
Müşahidə
etdiyimiz bütün partlamalar, var olan nizamlılığı
pozar, parçalar və
yox edərlər.
Məsələn,
atom və hidrogen bombalarının
partlaması, vulkanik partlamalar, təbii
qaz partlaması,
Günəşdə
meydana gələn partlamalar...
Hansı
növ partlama araşdırılırsa araşdırılsın, təsirlərinin
həmişə
dağıdıcı
olduqları görülər.
Ancaq bir partlamanın ardından qarşımıza çox incə
detallı bir dizayn çıxarsa, bu vəziyyətdə
bu partlamanın
ardında "fövqəltəbii"
bir müdaxilə olduğu,
partlamaqla birlikdə
dağılan
bütün parçacıqların gerçəkdə
çox idarəli bir şəkildə hərəkət etdirildikləri
nəticəsinə çatarıq.
Big Bang nəzəriyyəsinə
uzun illər qarşı çıxmış olan Sir Fred Hoylun
sözləri, tam da bu vəziyyəti ifadə edir:
Big Bang nəzəriyyəsi
kainatın
tək
və böyük bir partlama ilə başladığını qəbul edər.
Amma bildiyimiz kimi partlamalar maddəni
dağıdar
və
nizamsızlaşdırarlar.
Halbuki Big Bang çox sirrli bir şəkildə
bunun tam əksinə bir təsir meydana gətirmişdir.
Maddəni
bir-biriylə birləşəcək və qalaktikaları
meydana gətirəcək
hala gətirmişdir.
8
Hoyl, Big Bangın nizamlılıq meydana gətirməsinin
ziddiyyətli bir vəziyyət olduğunu
söyləyərkən,
əlbəttə Big Bangı
materialist bir ön fikirlə
şərh etməkdə, yəni bunun bir "idarəsiz partlama" olduğunu
fərz
etməkdədir.
Halbuki, bir Yaradıcının yəni
Allahın
varlığını qəbul
etməmək üçün belə bir şərh edərək, ziddiyyətli bir
vəziyyətə düşən elə özü olmuşdur.
Çünki, partlamaqla birlikdə
ortaya çox böyük bir nizam çıxmışsa,
o zaman "idarəsiz
partlama" fikirinin bir kənara atılması
və
partlamanın
fövqəladə
bir şəkildə idarəli olduğunun
qəbul
edilməsi lazımdır.
Bu nizamlılıq,
Big Bangdan sonrakı hər
mərhələ üçün etibarlıdır.
Big Bangla birlikdə
ortaya çıxan
maddə,
bu gün "atom altı
parçacıqlar" dediyimiz hissəciklərdir. Amma bunlar
-Hoylun ifadə
etdiyi kimi "sirli bir şəkildə"- bir yerə gələrək
atomları
meydana gətirmişlər,
həm də kainatın
hər
bir yerində və hər bir hissəsində.
Böyük bir nizamlılıq içində
yaranan bu atomlar kainatın
müəyyən
bölgələrində sıxlaşaraq
qalaktikaları meydana gətirmişlər.
Bu qalaktikaların içində
ulduzlar, ulduzların
ətrafında
isə
ulduz sistemləri və planetlər meydana gəlmişdir.
Bütün bu nəhəng
göy cisimləri fövqəladə dərəcədə nizamlıdırlar.
Kainatda təxminən
300 milyard qalaktika olduğunu
və
bunların
hər
birinin içində təxminən yenə 300 milyard ulduz olduğunu
düşünsək,
söz mövzusu nizam və tarazlığın
nə
qədər fövqəladə olduğunu
da daha asan anlaya bilərik.
Həssas Tarazlıqlar
Big Bangın ardından kainatda
yaranan bu fövqəladə nizamlılığın
bir başqa istiqaməti
isə, "yaşamağa əlverişli bir kainat"ın meydana
gəlmiş olmasıdır.
Həyata
imkan tanıyacaq
bir planetin meydana gələ
bilməsi üçün reallaşması lazım olan şərtlər o qədər
çoxdur ki, bunun təsadüfi bir meydana gəlmə olduğunu
düşünmək
qeyri-mümkündür.
Məşhur
bir nəzəri fizika professoru olan Paul Davies, Big Bang
sonrasındakı
genişləmə
sürətinin nə qədər "həssas nizamlanmış"
olduğunu hesablamış və
inanılmaz
bir nəticəyə
çatmışdır.
Daviesə
görə, Big Bangın
ardından reallaşan genişləmə
sürəti əgər milyard dəfə milyardda bir nisbətdə belə
fərqli olsaydı,
həyata
imkan təmin edəcək bir ulduz tipi meydana gələ bilməz və
kainatda canlılıq
ortaya çıxa bilməzdi:
Hesablamalar, kainatın genişləmə
sürətinin çox kritik bir nöqtədə seyr etdiyini
göstərməkdədir.
Əgər
kainat bir az belə daha yavaş genişləsə cazibə qüvvəsi
səbəbiylə içinə çökəcək, bir az daha sürətli genişləsə
kosmik material tamamilə dağılıb
gedəcəkdi.
Bu iki fəlakət
arasındakı
tarazlığın nə
qədər "yaxşı hesablanmış" olduğu sualının cavabı çox
maraqlıdır.
Əgər
IS zamanında
(partlama sürətinin
müəyyən hala gəldiyi zamanda) partlama sürəti gerçək
sürətindən yalnız
1018 qədər
belə fərqliləşsəydi, bu lazımlı
tarazlığı yox etməyə
çatacaqdı.
Bu səbəbdən
kainatın
partlama sürəti
inanılmayacaq
qədər
həssas bir qətiliklə təyin olunmuşdur.
Bu səbəblə
Big Bang hər hansı
bir partlama deyil, hər
istiqamətiylə çox yaxşı hesablanmış və təşkil edilmiş
bir meydana gəlmədir.
9
Kainatdakı bu möhtəşəm
tarazlıq
elmi bir jurnalda belə
ifadə edilir:
Əgər
kainatda maddənin sıxlığı,
bir qədər daha çox olsaydı, o zaman Eynşteynin Ümumi
Nisbilik nəzəriyyəsinə görə
kainat, atom parçacıqların
cazibə
qüvvələri səbəbindən heç cür genişləyə bilməyəcək və
təkrar kiçilərək bir nöqtəciyə çevriləcəkdi.
Əgər
sıxlıq
başlanğıcda bir qədər daha az olsaydı, o zaman kainat
son sürətlə
genişləyəcək, lakin bu təqdirdə atom parçacıqlar
bir-birini çəkib
tuta bilməyəcək və ulduzlarla qalaktikalar heç bir zaman
meydana gələ bilməyəcəkdi.
Təbiidir
ki,
biz də olmayacaqdıq!
Edilən
hesablara görə, kainatımızın
başlanğıcdakı gerçək
sıxlığı
ilə
kənarında
meydana gəlməsi
imkanı
olmayan kritik sıxlığı arasındakı fərq,
yüzdə birin bir kuvadrilyonundan azdır.
Bu, bir qələmi
iti ucu üzərində bir milyard il sonra da dayana biləcək
şəkildə yerləşdirməyə bənzər...
Üstəlik,
kainat genişlədikcə, bu tarazlıq
daha da həssaslaşmaqdadır.
10
Stephen Hawking isə,
Zamanın
Qısa Tarixi
adlı kitabında genişləmə
sürətindəki tarazlığı
belə
açıqlayır:
Kainatın genişləmə
sürəti o qədər kritik bir nöqtədədir ki, Big Bangdan
sonrakı
birinci saniyədə
bu nisbət əgər yüz min milyon dəfə milyonda bir qədər
daha kiçik olsaydı
kainat indiki vəziyyətinə
gəlmədən içinə çökərdi.
11
Paul Davies, bu çox maraqlı vəziyyət
qarşısında belə söyləməkdədir:
Çox kiçik
ədədi dəyişikliklərə həssas olan kainatın
bu andakı quruluşunun, çox diqqətli
bir şüur tərəfindən ortaya çıxarıldığına
qarşı çıxmaq çox çətindir...
Təbiətin
ən fundamental tarazlıqlarındakı
həssas
ədədi tarazlıqlar,
kosmik bir dizaynın varlığını qəbul
etmək üçün olduqca güclü bir dəlildir.
12
Eyni gerçək qarşısında Amerikalı astronomiya professoru
Corc Greenstein də, The Symbiotic Universe adlı
kitabında belə
yazır:
Dəlilləri
araşdırdıqca, israrla əhəmiyyətli bir gerçəklə
qarşı-qarşıya gəlirik.
(Kainatın meydana gəlməsində)
bir fövqəltəbii ağıl
-ya da Ağıl- dövrəyə
girmiş olmalıdır.
13
Nəticə
olaraq, kainatdakı
möhtəşəm
sistemi araşdırsaq kainatın yaranması və işləyişinin
təsadüfü səbəblərlə açıqlana
bilməyəcək
qədər kompleks bir nizam və həssas tarazlıqlar
ehtiva etdiyi gerçəyiylə
qarşılaşarıq.
Açıqca aydın olacağı kimi bu həssas
tarazlıq
və
incə nizamın
böyük bir partlamanın sonrasında öz-özünə
və təsadüfən reallaşması, qeyri-mümkün anlayışının belə
sərhədlərini aşacaq bir vəziyyət olardı.
Big Bang kimi bütün kainatın maddə
və enerjisini ortaya çıxaran
bir partlamanın ardından belə
bir nizamın
meydana gəlməsi
ancaq hər anına
şüurlu müdaxilələr
nəticəsində reallaşa bilər.
Bu da kainatı yoxdan var edən
və onun hər anını
idarəsi
və hakimiyyəti altında
saxlayan Allahın yaratmasıdır.
Materializmin Sonu
Bütün bu gerçəklər,
bir 19-cu
əsr doqması
olan materialist fəlsəfənin
iddialarının
20-ci
əsr elmi tərəfindən etibarsız
qılındığının göstəriciləridirlər.
Materializm, hər
şeyi maddədən ibarət saymaqla, maddəni ortaya çıxaran
və
təşkil edən bir Yaradıcının
varlığını rədd
etmiş, amma şiddətlə yanılmışdır.
Müasir elm maddi dünyada var olan böyük plan, dizayn və
nizamı
ortaya çıxarmaqda və
maddi dünyaya hakim olan bir Yaradıcının,
yəni
Allahın
varlığını isbat etməkdədir.
Kainatda qarşılaşdığımız bu dizayn, canlılar dünyasında
da ortaya çıxmaqda və
materializmin ən böyük dayağı
sayılan Darvinin təkamül
nəzəriyyəsi də bu səbəblə çökməkdədir.
Materializm
əsrlər boyunca bir çox insana
təsir
etmiş, hətta 19-cu
əsrdə "elmilik" maskasına
bürünmüş ola bilər.
Amma görünən
odur
ki, 21-ci
əsrdə elmə zidd bir batil inanış
olaraq tarixə
keçəcək.
İnsanlıq dünyanın öküzün buynuzları üzərində
dayandığı
ya da düz olduğu kimi batil inanışlardan xilas olmuşdur,
eyni şəkildə
materializmdən də xilas olacaq. |