ƏSAS SƏHİFƏ SAYT HAQQINDA ƏLAQƏ
Həzrəti Süleyman - Harun Yahya (Adnan Oktar)


Həzrəti Süleyman

"Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi" ("Sad" surəsi, 30)

 




Hz.Süleyman Allahın Öz dərgahından mülk və hikmətlə dəstəklədiyi ("Bəqərə" surəsi, 251), bir fəzl verdiyi ("Səba" surəsi, 10) və Zəburu vəhy etdiyi, üstün elm sahibi olan bəndəsi Hz.Davudun oğludur. Allah "Sad" surəsində "Biz Davuda Süleymanı hədiyyə etdik..." ("Sad" surəsi, 30) şəklində buyurur.

Allah eynilə Hz.Davud kimi Hz.Süleymanı da İsrailoğullarına peyğəmbər kimi göndərmişdi. Onu hidayətə çatdırmış, xeyirli qullarından biri saymış və digər peyğəmbərlər kimi aləmlərdən üstün tutmuşdu. Ayə Allahın iman gətirənlərə aşağıdakı öyüdü ilə davam edir:

Hz.Süleyman da digər peyğəmbərlər kimi insanları Allaha iman gətirməyə, Ona şərik qoşanlardan uzaqlaşmağa, Allahın əmr və tövsiyələrinə tabe olmağa dəvət etmişdi.