404 Not Found


nginx/0.8.36

İslam və Xristiyanlıq
 

 

HƏZ­RƏ­Tİ İSA

 

 

İn­san­la­rı Al­la­hın di­ni­nə də­vət et­mək üçün gön­də­ri­lən el­çi­lər Rəb­bi­mi­zin on­la­ra bəxş et­di­yi bu şə­rəf­li mə­su­liy­yə­ti ye­ri­nə ye­ti­rər­kən müx­tə­lif çə­tin­lik­lər­lə qar­şı­laş­mış­dı­lar. İn­kar­çı­lar on­la­rın Al­la­hın di­ni­ni təb­liğ et­mə­si­nə ma­ne ol­maq is­tə­miş, in­san­la­rın el­çi­lə­rin ar­dın­ca get­mə­si­nə cür­bə­cür hiy­lə­lər, böh­tan­lar və təz­yiq­lər­lə ən­gəl ola bi­lə­cək­lə­ri­ni zənn et­miş­di­lər. Al­lah yo­lun­da mü­ba­ri­zə apa­ran bü­tün el­çi­lə­rin ba­şı­na gə­lən­lər Hz.İsa­nın da ba­şı­na gəl­miş, o, həm büt­pə­rəst Ro­ma iq­ti­da­rı­nın, həm də möv­hu­mat­çı din adam­la­rı­nın cür­bə­cür hü­cum­la­rı­na mə­ruz qal­mış­dı. Hz.İsa ger­çək di­nin düş­mə­ni olan bu iki cə­rə­yan­la ey­ni an­da mü­ba­ri­zə apar­mış, bu mü­ba­ri­zə za­ma­nı isə ya­nın­da çox az say­da Al­la­ha iman gə­ti­rən in­san ol­muş­du.

Hz.İsa­nın mö­cü­zə­vi şə­kil­də ana­dan ol­ma­sı, haqq di­ni izah et­mə­si, hə­ya­tı bo­yu gös­tər­di­yi mö­cü­zə­lər onun qı­sa müd­dət ər­zin­də o za­man­kı xalq tə­rə­fin­dən göz­lə­ni­lən Mə­sih ki­mi ta­nı­nıb se­vil­mə­si­nə gə­ti­rib çı­xar­mış­dı. An­caq xal­qın bu güc­lü sev­gi­si və Hz.İsa­nın möv­hu­mat­çı din adam­la­rı­na yö­nə­lik haq­lı tən­qid­lə­ri hə­min in­san­la­rın bu mü­qəd­dəs in­sa­na təz­yiq­lə­ri­nə və ona cür­bə­cür tə­lə­lər qur­ma­sı­na sə­bəb ol­muş­du. On­la­rın Hz.İsa­nı öl­dür­mək üçün ha­zır­la­dı­ğı bü­tün tə­lə­lər Al­la­hın onu Öz dər­ga­hı­na yük­səl­dib qo­ru­ma­sı ilə nə­ti­cə­siz qal­mış­dır.

Hz.İsa­nın hə­ya­tı­nı və mü­ba­ri­zə­si­ni mü­fəs­səl şə­kil­də təd­qiq et­mə­miş­dən əv­vəl möv­zu ilə bağ­lı mən­bə­lə­rin han­sı­lar ol­ma­sı­nı öy­rən­mək fay­da­lı olar­dı.

 


 

Hz.İsa­nın hə­ya­tı ilə bağ­lı mən­bə­lər

Hz.İsa­nın hə­ya­tın­dan bəhs edən müx­tə­lif mən­bə­lər var. Əl­bət­tə, bu mən­bə­lə­rin ba­şın­da heç bir də­yi­şik­li­yə mə­ruz qal­ma­yan və heç bir zid­diy­yə­ti ol­ma­yan Qur’ani-Kə­rim gə­lir. Bu­na gö­rə də ta­rix bo­yun­ca də­yiş­di­ril­mə eh­ti­ma­lı olan di­gər mən­bə­lər­də­ki mə­lu­mat­la­rın təs­di­qin­dən an­caq Qur’an­da xə­bər ve­ri­lən mə­lu­mat­la­ra uy­ğun ol­du­ğu təq­dir­də is­ti­fa­də edi­lə bi­lər. Qur’an­la zid­diy­yət təş­kil et­mə­yən di­gər bə­zi ta­ri­xi və ar­xeo­lo­Yi bil­gi­lər üçün isə baş­da İn­cil ol­maq­la o za­man­lar­dan qal­ma va­ri­ant­lar­dan is­ti­fa­də edi­lə­cək.

Hz.İsa­nın hə­ya­tı, təb­li­ği və in­kar­çı­lar­la apar­dı­ğı mü­ba­ri­zə ilə bağ­lı mü­ra­ci­ət edə bi­lə­cə­yi­miz baş­qa bir mən­bə isə Pey­ğəm­bə­ri­miz Hz.Muhəmmədin (s.ə.v.) hə­dis­lə­ri və İs­lam alim­lə­ri­nin açıq­la­ma­la­rı, təf­sir­lə­ri və izah­la­rı­dır.

Xris­ti­an­la­rın mü­qəd­dəs ki­ta­bı olan və Hz.İsa haq­qın­da ən mü­fəs­səl mə­lu­mat­lar ve­rən İn­cil bu mə­sə­lə­də mü­hüm mən­bə­lər­dən bi­ri­dir. An­caq İn­cil Hz.İsa­dan son­ra müx­tə­lif təh­rif­lə­rə mə­ruz qa­lıb və ori­Yi­nal­lı­ğı­nı iti­rib. Bu­na gö­rə də İn­ci­lin için­də Al­la­hın vəh­yi­nə söy­kə­nən doğ­ru mə­lu­mat­lar ola bi­lə­cə­yi ki­mi ta­ma­mi­lə in­san­la­rın yaz­dı­ğı his­sə­lər də var. Bu­na gö­rə də İn­ci­lin Hz.İsa­nın hə­ya­tı, mü­ba­ri­zə­si və di­ni təb­liğ et­mə­si ilə bağ­lı Qur’ana uy­ğun olan his­sə­lə­ri mü­hüm ta­ri­xi sə­nəd ki­mi qə­bul edi­lə bi­lər.

İn­cil­lə­rin ən tez Hz.İsa­dan 30-40 il son­ra ya­zıl­dı­ğı eh­ti­mal olu­nur. An­caq əli­miz­də bu İn­cil­lər­dən heç bi­ri yox­dur. Gü­nü­mü­zə gə­lib ça­tan ən qə­dim İn­cil mətn­lə­ri III-IV əsr­lə­rə aid­dir. Xris­ti­an­lı­ğa bu­gün­kü for­ma­sı­nı ve­rən Pa­ve­lin (Pav­lu­sun) mək­tub­la­rı isə İn­cil­lər­dən əv­vəl (bi­zim era­nın 52-63-cü il­lə­rin­də) ya­zı­lıb.

Bun­lar­la ya­na­şı Fla­vi­us, Fi­lon, Tas­sit ki­mi an­tik dövr ta­rix­çi­lə­ri­nin əsər­lə­rin­də də ki­çik bö­lüm­lə­rə rast gəl­mək müm­kün­dür. Bu ta­rix­çi­lər həm­çi­nin Hz.İsa­nın şəx­siy­yə­ti ilə də bağ­lı ol­ma­sa hər hal­da onun ya­şa­dı­ğı dövr­lə bağ­lı mü­fəs­səl mə­lu­mat­lar ver­miş­lər.

Nə­ha­yət, o dövr­lə bağ­lı apa­rı­lan ar­xeo­lo­Yi qa­zın­tı­lar və bu qa­zın­tı­lar za­ma­nı əl­də edi­lən ta­pın­tı­lar da Hz.İsa­nın ya­şa­dı­ğı döv­rün və o dövr­də baş ver­miş ha­di­sə­lə­rin dərk edil­mə­si üçün mən­bə ki­mi is­ti­fa­də edi­lə­cək.

 

Hz.İsa­nın döv­rün­də Fə­ləs­tin

Hz.İsa­nın ya­şa­dı­ğı dövr­də Ağ də­niz ta­ma­mi­lə Ro­ma im­pe­ra­tor­lu­ğu­nun ha­ki­miy­yə­ti al­tın­da idi. İm­pe­ra­tor­luq sər­həd­lə­ri­ni bö­yük hər­bi fəth­lər­lə o qə­dər ge­niş­lən­dir­miş­di ki, Ağ də­niz im­pe­ra­tor­lu­ğun bir da­xi­li gö­lü­nə çev­ril­miş­di. İm­pe­ra­tor­luq hər­bi sa­hə­də ol­du­ğu ki­mi mə­də­niy­yət sa­hə­sin­də də ən güc­lü dövr­lə­rin­dən bi­ri­ni ya­şa­yır­dı. Qə­dim yu­nan mə­də­niy­yə­ti­ni öz mi­ra­sı ki­mi mə­nim­sə­miş və onu ye­ni­lik­lər­lə da­ha da in­ki­şaf et­dir­miş­di. El­li­nizm ad­la­nan bu cə­rə­yan din də da­xil ol­maq­la hə­ya­tın de­mək olar ki, bü­tün sa­hə­lə­rin­də ha­kim idi. Me­mar­lıq və sə­nət çi­çək­lən­mə döv­rü­nü ya­şa­yır­dı. Ro­ma­lı­lar öz­lə­ri­ni baş­qa xalq­lar­dan üs­tün sa­yır və öz hə­yat tərz­lə­ri­ni iş­ğal et­dik­lə­ri tor­paq­lar­da ya­şa­yan­la­ra da qə­bul et­dir­mə­yə ça­lı­şır­dı­lar.

Ro­ma­lı­la­rın di­ni Ağ də­niz ət­ra­fın­da ya­şa­yan bü­tün xalq­lar ki­mi çox­tan­rı­lı bir din idi. Yu­nan mi­fo­lo­gi­ya­sı­nın xə­yal məh­su­lu olan tan­rı­lar müx­tə­lif ad­lar­la Ro­ma mi­fo­lo­gi­ya­sın­da da iş­lə­di­lir­di. Ro­ma­lı­lar ən bö­yü­yü Yu­pi­ter ad­lan­dı­rı­lan və hey­kəl­lə­ri rəmz­ləş­di­ri­lən bir çox bü­tə si­ta­yiş edir­di­lər. Bə­zi Ro­ma im­pe­ra­tor­la­rı isə öz­lə­ri­ni də bu sax­ta tan­rı­lar ara­sı­na da­xil edən qa­nun­lar çı­xar­mış­dı­lar. Di­gər tə­rəf­dən, Ro­ma­nın ha­kim ol­du­ğu tor­paq­lar­da yu­nan di­ni və bu inan­ca məx­sus tan­rı­lar da ge­niş ya­yıl­mış­dı. Zevs, Her­mes, Ve­nus ki­mi yu­nan büt­lə­ri­nin hey­kəl­lə­ri bö­yük şə­hər­lə­rin mey­dan­la­rı­nı bə­zə­yir­di. Si­ta­yiş edi­lən büt­lər bun­lar­la məh­dud­laş­mır­dı. Hər şə­hər­də, hər mə­həl­lə­də, hət­ta hər ev­də iri­li-xır­da­lı cür­bə­cür büt­lər və on­la­rın rəm­zi ki­mi qə­bul edi­lən hey­kəl­lər, rəsm­lər, xü­su­si si­ta­yiş və nə­zir yer­lə­ri var idi. Ro­ma­lı hökm­dar­lar bu çox­tan­rı­lı din­lər­dən öz ha­ki­miy­yət­lə­ri­ni ge­niş­lən­dir­mək mə­sə­lə­sin­də bir va­si­tə ola­raq is­ti­fa­də edir­di­lər. Ro­ma im­pe­ra­tor­la­rı on­la­rın ha­ki­miy­yə­ti­ni təh­did et­mə­yən din­lə­rə qa­rış­mır, ək­si­nə, bu inanc­la­rı təş­viq edir, hər tə­rəf­də mə­bəd­lər, hey­kəl­lər dü­zəlt­di­rə­rək hə­min büt­pə­rəst inanc­la­rın ya­yıl­ma­sı­na ça­lı­şır­dı­lar. Din on­lar üçün küt­lə­yə sə­da­qət his­si aşı­la­ma­ğın və on­la­rı nə­za­rət al­tın­da sax­la­ma­ğın bir yo­lu, bu dün­ya ilə, da­ha doğ­ru­su, on­la­rın ha­ki­miy­yə­ti­nə heç bir zə­rə­ri ol­ma­yan bir sa­hə idi.

Ro­ma­lı­lar baş­qa bir mə­də­niy­yət­lə qar­şı­la­şan­da hə­min cə­miy­yət­də öz sax­ta tan­rı­la­rı­nın ox­şa­rı­nı ax­ta­rar və be­lə­lik­lə də öz üs­tün­lük­lə­ri­ni tə­min edə bi­lə­cək bir əla­qə ya­rat­ma­ğa ça­lı­şar­dı­lar. Bu­na gö­rə də ro­ma­lı­lar xü­su­si­lə də IV An­ti­yo­kus Epi­fa­nes döv­rün­də bir olan Al­la­ha iman gə­ti­rən yə­hu­di­lə­rə Zevs ad­lı baş tan­rı­la­rı­nı qə­bul et­dir­mə­yə ça­lış­mış, am­ma bu və­ziy­yət on­la­rın ara­sın­da bö­yük mü­ba­ri­zə­yə sə­bəb ol­muş­du. Din­dar yə­hu­di­lər mü­qəd­dəs tor­paq­la­rı mə­nə­vi ba­xım­dan lə­kə­lə­yən bu Ro­ma büt­lə­ri­nə eti­raz et­miş və ro­ma­lı­la­rın öz büt­pə­rəst inanc­la­rı­nı yay­ma­sı­na şid­dət­lə qar­şı çı­xi­ış­dı­lar.

Ro­ma­lı­lar yə­hu­di­lə­rin di­ni­nin öz­lə­ri­nin ba­til di­nin­dən çox fərq­li ol­du­ğu­nu və on­la­rın öz di­ni­nə olan bağ­lı­lı­ğı­nı gör­dük­lə­ri üçün yə­hu­di­lə­rin iş­lə­ri­nə, xü­su­si­lə də di­ni mə­sə­lə­lə­ri­nə çox qa­rış­ma­maq qə­ra­rı­na gəl­di­lər və Fə­ləs­ti­nin ha­ki­mi ol­duq­la­rı dövr ər­zin­də yə­hu­di­lə­rin di­ni inan­cı­nın əsas­la­rı­nı ye­ri­nə ye­tir­mə­si­nə ica­zə ver­di­lər. Yə­hu­di xal­qı­nın di­ni mər­kə­zi sa­yı­lan mə­bəd əv­vəl­lər ol­du­ğu ki­mi və­zi­fə­li ra­hib­lər tə­rə­fin­dən ida­rə edi­lir­di. Ro­ma iq­ti­da­rı yə­hu­di ra­hib­lər­dən təş­kil edi­lən və ən bö­yük di­ni məh­kə­mə olan San­hed­rin təş­ki­la­tı­nın fəa­liy­yə­ti­ni da­vam et­dir­mə­si­nə də ica­zə ver­di.

San­hed­rin Ro­ma­nın ha­ki­miy­yə­ti al­tın­da da bir yə­hu­di­ni məh­kum edə bi­lər və yə­hu­di şə­riə­tin­də olan cə­za­la­rı tət­biq edə bi­lər­di. Ro­ma­nın hə­min böl­gə­yə tə­yin et­di­yi ida­rə­çi­lər xalq ara­sın­da ola bi­lə­cək üs­yan­la­ra qar­şı sərt təd­bir­lər gö­rür, ver­gi yığ­maq mə­sə­lə­sin­də də heç bir gü­zəş­tə get­mir­di­lər. On­la­rın ha­kim dai­rə­lə­ri ilə əmək­daş­lıq edən yə­hu­di iq­ti­da­rı­na bu­na gö­rə xoş mü­na­si­bət gös­tə­rir, on­la­ra qar­şı yö­nə­lən üs­yan­la­rı aman­sız­lıq­la cə­za­lan­dı­rır­dı­lar.

Hz.İsa döv­rün­də­ki ki­çik yə­hu­di mil­lə­ti qə­dim dün­ya­nın bir-bi­ri ilə da­vam­lı şə­kil­də mü­ha­ri­bə apa­ran Mi­sir, As­su­ri­ya, Ba­bi­lis­tan, Pers və Su­ri­ya ki­mi bö­yük im­pe­ra­tor­luq­la­rı­nın təh­lü­kə­li sər­həd­lə­rin­də yer­lə­şir­di. Yə­hu­di­lər bu­na gö­rə də müs­tə­qil bir döv­lət ki­mi uzun müd­dət tab gə­ti­rə bil­mə­miş, Ba­bil sür­gü­nün­dən (b.e.ə. 586-538) eti­ba­rən əc­nə­bi qüv­və­lə­rin ha­ki­miy­yə­ti al­tın­da qal­mış­dı­lar. On­lar el­li­nizm döv­rün­də əv­vəl­cə mi­sir­li­lə­rin, son­ra su­ri­ya­lı­la­rın və so­nun­cu də­fə də ro­ma­lı­la­rın ha­ki­miy­yə­ti al­tın­da qal­dı­lar. Sa­də­cə qı­sa bir dövr da­vam edən bir yə­hu­di kral­lı­ğı qu­rul­muş­du. On­lar ra­hib əsil­li bir ai­lə olan ma­ka­bi­lə­rin baş­la­dı­ğı üs­yan­dan son­ra (b.e.ə. 167-142) bir müd­dət ha­ki­miy­yət qur­ma­ğa na­il ol­muş­du­lar. Təx­mi­nən 80 il da­vam edən bu ha­ki­miy­yət­lə­ri bo­yun­ca Haş­mo­nay ai­lə­si ge­niş bir əra­zi­də ha­kim ol­muş­du. Am­ma öz ara­la­rın­da­kı dəh­şət­li li­der­lik mü­ba­ri­zə­si nə­ti­cə­sin­də bu ha­ki­miy­yət sü­qut et­di. Əv­vəl­cə rə­qib par­ti­ya­la­rın dəs­tə­yi­ni alan ro­ma­lı ge­ne­ral Pom­pey b.e.ə. 63-cü il­də Qüd­sü iş­ğal edə­rək Fə­ləs­ti­nə da­xil ol­du və yə­hu­di­lə­rə məx­sus olan tor­paq­la­rı Yə­hu­diy­yə (Yudea) böl­gə­si ilə məh­dud­laş­dır­dı.

Haş­mo­nay kra­lı II Hir­ka­nos isə ro­ma­lı­la­rın vas­sa­lı­na çev­ri­lə­rək məh­dud sər­bəst­li­yə ma­lik ol­du. Bu ta­rix­dən eti­ba­rən yə­hu­di xal­qı­nın için­də bu büt­pə­rəst ha­ki­miy­yə­tə qar­şı na­ra­zı­lıq­lar baş­lan­dı. Ro­ma­lı­lar b.e.ə. 37-ci il­də bu kral­lı­ğa son qoy­du­lar. II Hir­ka­no­sun kü­rə­kə­ni He­rod ro­ma­lı­lar tə­rə­fin­dən Yə­hu­diy­yə kra­lı tə­yin edil­di.

 

Kral Hi­ro­dun döv­rü

Ro­ma ha­ki­miy­yə­ti­nin Fə­ləs­tin­də­ki əsas məq­sə­di ver­gi yığ­maq idi. Yə­hu­di­lə­rin üzə­ri­nə ağır ver­gi­lər qo­yul­muş­du. Ro­ma bu yol­la özü­nə bağ­lı bir döv­lət me­xa­niz­mi qur­du. Bu dövr­də ro­ma­lı­la­rın zə­if­lik­lə­ri­ni bi­lən, Se­za­rın öl­dü­rül­mə­sin­dən son­ra də­yi­şən qüv­və­lər nis­bə­tin­dən öz mən­fə­ət­lə­ri üçün is­ti­fa­də et­mə­yi ba­ca­ra bi­lən və El­lin mə­də­niy­yə­ti­nə hey­ran­lı­ğı ilə ta­nı­nan I Hi­rod (b.e.ə. 37-4) ro­ma­lı­la­rın kö­mə­yi ilə "Yə­hu­di­lə­rin kra­lı" ol­ma­ğa na­il ol­muş və döv­lə­tin sər­həd­lə­ri­ni ye­ni­dən Fə­ləs­ti­nə qə­dər ge­niş­lən­dir­miş­di. Hi­rod ro­ma­lı­la­rın xo­şu­na gəl­mək üçün El­lin mə­də­niy­yə­ti­nin ya­yıl­ma­sı­na bö­yük səy gös­tə­rir­di. O bu mə­də­niy­yə­tin tək­cə sə­nət, me­mar­lıq ki­mi yön­lə­ri­ni de­yil, dün­yə­vi-mad­diy­yat­çı xü­su­siy­yə­ti­nin də xalq için­də ya­yıl­ma­sı­na ça­lı­şır­dı. Bu dövr­də yə­hu­di xal­qı­nın dəs­tə­yi­ni ala bil­mək üçün Hz.Sü­ley­man mə­bə­di­ni ye­ni­dən in­şa et­di­rən kral Hi­rod bü­tün öl­kə­ni me­mar­lıq abi­də­lə­ri ilə, hey­kəl­lər­lə dol­dur­du. Bu fəa­liy­yə­ti nə­ti­cə­sin­də ona "Bö­yük Hi­rod" (Nerod the Great) lə­qə­bi ve­ril­miş­di. Bü­tün bu nü­ma­yiş­ka­ra­nə iş­lə­ri­nə bax­ma­ya­raq din­dar yə­hu­di­lər Hi­ro­da nif­rət edir­di. Çün­ki o, həm büt­pə­rəst Ro­ma ilə bir­lik­də iş gö­rən, həm də xal­qı­na zülm edən bir li­der ol­muş­du.

Hi­rod Ro­ma­nın dəs­tə­yi ilə öl­kə­si­ni b.e.ə. 37-ci il­dən era­mı­zın 4-cü ili­nə qə­dər ida­rə et­di. Yə­hu­di­lər Hi­ro­dun ölü­mün­dən son­ra ro­ma­lı­lar­dan onun ha­ki­miy­yə­ti­ni ləğv et­mə­yi nə qə­dər is­tə­sə­lər də ro­ma­lı­lar öl­kə­ni Hi­ro­dun oğ­lan­la­rı ara­sın­da bö­lüş­dür­dü. Onun oğ­lan­la­rın­dan bi­ri olan Hi­rod (Nerodes) An­ti­pas ro­ma­lı­lar tə­rə­fin­dən Qa­li­ley böl­gə­si­nin ida­rə­çi­si tə­yin edil­di. Ta­ri­xi mən­bə­lə­rə gö­rə, Hz.İsa­nın təb­li­ği ən azı ata­sı ki­mi qəd­dar olan Hi­rod An­ti­pa­sın ha­ki­miy­yə­ti il­lə­rin­də ger­çək­lə­şib. Bu böl­gə­də ya­şa­nan si­ya­si və so­si­al hə­yat bu yön­dən çox əhə­miy­yət kəsb edir. Qa­li­ley böl­gə­si­nin so­si­al qu­ru­lu­şu bu­ra­da yer­lə­şən əc­nə­bi ko­lo­ni­ya­lar üzün­dən ta­ma­mi­lə də­yiş­miş­di. Böl­gə yə­hu­diy­yə­li­lər tə­rə­fin­dən al­çal­dıl­mış ki­mi qə­bul edi­lir­di. Böl­gə­nin mə­də­niy­yə­ti baş­da An­ti­pa­sın sa­ray­da­kı əyan-əş­rə­fi və ya­xın ət­ra­fı, bö­yük ma­li­ka­nə­lər və bə­zi mə­həl­lə­lər ol­maq­la əsa­sən El­lin mə­də­niy­yə­ti­nin tə­si­ri al­tın­da idi. Ara­mi di­lin­də da­nı­şan, öz ha­lın­da ya­şa­yan yə­hu­di xal­qı­nın di­ni ənə­nə­lə­ri isə El­lin mə­də­niy­yə­tin­dən kə­nar­da qal­mış­dı.

Yu­xa­rı­da da qeyd et­di­yi­miz ki­mi, ro­ma­lı­lar yə­hu­di­lə­rin di­ni iş­lə­ri­nə qa­rış­maz­dı­lar. An­caq bə­zi ro­ma­lı va­li­lər bu prin­si­pə uy­ğun­laş­ma­mış­dı. Xü­su­si­lə də Hz.İsa­nın döv­rün­də­ki va­li Pon­ti­us Pi­la­tus (b.e. 26-36) bu prin­si­pə ria­yət et­mə­miş, qəd­dar­lı­ğın və zül­mün ha­kim ol­du­ğu bir ida­rə üsu­lu nü­ma­yiş et­dir­miş­di. Bu cür dav­ra­nı­şı­na gö­rə də ha­ki­miy­yət­dən uzaq­laş­dı­rıl­mış­dı.

 

Hz.İsa­nın döv­rün­də yə­hu­di məz­həb­lə­ri

Yə­hu­di­lə­rin üz­ləş­di­yi baş­qa bir prob­lem isə qöv­mü için­dən par­ça­la­yan məz­həb ay­rı­lıq­la­rı idi. Mi­lad­dan ön­cə II əs­rə qə­dər yə­hu­di­lər ara­sın­da bir-bi­ri ilə mü­na­qi­şə­də olan məz­həb­lə­rin ol­du­ğu mə­lum de­yil. La­kin mi­lad­dan əv­vəl­ki son əsr­də yə­hu­di cə­miy­yə­ti ara­sın­da bö­yük bir par­ça­lan­ma baş ver­miş, yə­hu­di­li­yin tə­mə­li və hə­qi­qi mə­na­sı möv­zu­sun­da bir çox müx­tə­lif ba­xış­lar or­ta­ya çıx­mış­dı. Bu məz­həb­lə­rin in­ki­şaf et­mə­sin­də Əh­di-Ətiq ki­tab­la­rı­nın və di­ni qay­da­la­rın müx­tə­lif şə­kil­də izah edil­mə­sin­dən sa­va­yı si­ya­si fak­tor­lor, xü­su­si­lə də Ro­ma üsul-ida­rə­si­nin bö­yük ro­lu var­dı. O döv­rün ya­zı­la­rı­na ba­xan­da, xü­su­si­lə də döv­rün məş­hur yə­hu­di ta­rix­çi­si Co­ze­fus Fla­viu­sun qeyd­lə­ri­nə diq­qət­lə nə­zər ye­ti­rən­də yə­hu­di cə­miy­yə­ti ara­sın­da çox­lu cə­rə­yan­la­rın in­ki­şaf et­di­yi­ni söy­lə­mək olar. Müx­tə­lif cə­rə­yan­lar ara­sın­da cə­mi dör­dü irə­li çıx­mış­dı. Bun­lar­dan bi­ri Ro­ma ha­ki­miy­yə­ti ilə uz­la­şan və bu döv­rün dəs­tə­yi ilə ha­kim sin­fi təş­kil edə­rək yük­sək sə­viy­yə­də ya­şa­yan Sad­du­ki­lə­rin ya­rat­dı­ğı cə­rə­yan­dır.

Bu gö­rüş da­ha çox var­lı yə­hu­di­lər ara­sın­da ge­niş ya­yıl­mış və bir si­ya­si par­ti­ya gö­rü­şü ki­mi qə­bul edil­miş­di. Sad­du­ki­lər di­ni qay­da­la­rı yal­nız Əh­di-Əti­qin ilk beş ki­ta­bı­na gö­rə mü­əy­yən edir, bu ki­tab­la­rı yal­nız tex­ni­ki ba­xım­dan izah edir, bu­na gö­rə də ölüm­dən son­ra­kı hə­yat, cən­nət və cə­hən­nəm ki­mi di­nin əsas ün­sür­lə­ri­ni qə­bul et­mir­di­lər. Sad­du­ki­lə­rin qar­şı­sın­da isə on­la­rın bu səhv gö­rüş­lə­ri ilə mü­ba­ri­zə apa­ran, di­ni möv­zu­lar­da sad­du­ki­lər­dən fərq­lə­nən və da­ha sa­də bir hə­yat tər­zi ke­çi­rən "mü­ha­fi­zə­kar" olan fə­ri­sey­lər da­ya­nır­dı. İlk də­fə din­dar yə­hu­di­lər tə­rə­fin­dən ya­ra­dı­lan fə­ri­sey­lər yə­hu­di di­ni­nin qo­run­ma­sın­da və mü­da­fiə­sin­də bö­yük rol oy­na­mış­dı­lar. Son­ra­kı dövr­lər­də fə­ri­sey­lər ara­sın­da da müx­tə­lif par­ça­lan­ma­lar baş ver­miş­di.

Baş­qa bir qrup isə Ro­ma üsul-ida­rə­si­nə və sıx əla­qə­də olan yə­hu­di­lə­rə qar­şı si­lah­lı mü­ba­ri­zə apa­ran zi­lot­lar­dır. Bu si­ya­si cə­rə­ya­nın tə­rəf­dar­la­rı Al­la­hın ha­ki­miy­yə­ti­nə zidd hə­rə­kət et­di­yi­ni he­sab edən əsas Ro­ma və yə­hu­di ida­rə­çi­lə­rə qar­şı ter­ror əməl­lə­ri­nə baş­la­mış, sui-qəsd ha­di­sə­lə­ri tö­rət­miş­di­lər. La­kin bir müd­dət son­ra on­la­rın baş­la­dı­ğı bu üs­yan hə­rə­ka­tı qan­lı şə­kil­də ya­tı­rıl­mış­dı. Di­gər bir qrup isə 1947-ci il­də Ölü də­niz­də ta­pı­lan Kum­ran ki­ta­bə­lə­ri ilə məş­hur olan, o dövr­də öz­lə­ri­ni ma­ğa­ra­lar­da iba­də­tə və zik­rə həsr edən es­sə­ni­lər­dir. Bə­zi təd­qi­qat­çı­la­ra gö­rə, es­sə­ni­lər din­dar fə­ri­sey­lə­rin bir qo­lu­dur. Son­ra­kı bö­lüm­lər­də də bəhs edə­cə­yi­miz ki­mi, təd­qi­qat­çı­la­rın ço­xu es­sə­ni­lə­rin Hz.İsa ilə ya­xın­dan bağ­lı ol­ma­sı qə­naə­tin­də­dir. Bu fi­kir­də olan təd­qi­qat­çı­lar xris­ti­an­lı­ğın tə­mə­li­nin es­sə­ni­lə­rə əsas­lan­dı­ğı­nı id­dia edir­lər.

Ta­ri­xi mən­bə­lə­rə və İn­cil­də olan iza­hat­la­ra gö­rə, Hz.İsa bu in­kar­çı və müş­rik qrup­lar­la çox bö­yük bir mü­ba­ri­zə apar­mış, on­la­ra hik­mət­li nü­mu­nə­lər­lə Al­la­hın di­ni­ni izah et­miş­dir. Bu­na gö­rə də haq­qın­da da­nı­şı­lan qrup­la­rın gö­rüş­lə­ri­ni də­qiq şə­kil­də izah et­mək o döv­rün qa­rı­şıq şə­rai­ti­ni an­la­maq ba­xı­mın­dan əhə­miy­yət­li ola­caq.

 

 

Sad­du­ki­lər

Di­ni qrup­la­rı təd­qiq edən­də on­la­rın so­si­al sta­tus ba­xı­mın­dan ən də­yər­li­si­nin sad­du­ki­lər ol­du­ğu­nu gö­rü­rük. Bun­lar ad­la­rı Hz.İsa ilə ey­ni­ləş­di­ril­mə­yən ye­ga­nə məz­həb­dir. Çün­ki hə­qi­qə­tən də sad­du­ki­lər Hz.İsa­nın gə­tir­di­yi bü­tün xə­bər­lə­rə zidd olan bir dün­ya­gö­rü­şü­nə ma­lik idi­lər. Əl­də­ki mən­bə­lər­də mü­fəs­səl şə­kil­də qeyd olun­ma­ma­sı­na bax­ma­ya­raq Hz.İsa­nın bu yan­lış cə­rə­ya­na qar­şı mü­ba­ri­zə apar­ma­sı da eh­ti­mal olu­nan bir ha­di­sə­dir. "Mat­ta İn­ci­li"ndə Hz.İsa mö­min­lə­ri sad­du­ki­lə­rin fi­kir­lə­rin­dən xə­bər­dar et­miş­di:

"İsa on­la­ra de­di: "Diq­qət­li olun! Fə­ri­sey və sad­du­ki­lə­rin ma­ya­sın­dan özü­nü­zü qo­ru­yun" ("Mat­ta", 16/6). Ro­ma üsul-ida­rə­si ilə sıx qar­şı­lıq­lı əla­qə­də olan və bö­yük ra­hib­lə­rin nəs­lin­dən ol­duq­la­rı­nı id­dia edən bu qrup Qüds mə­bə­din­də­ki ni­zam-in­ti­za­ma gö­rə mə­su­liy­yət da­şı­yır­dı. Bu mə­bəd­də­ki qur­ban sis­te­mi­ni bü­tün təf­si­la­tı ilə tət­biq edən on­lar idi (Qüdsdəki Məbəddə icra edilən qurban sis­te­mi Tövratın «Sayılar» və xüsusilə «Levililər» ki­tab­la­rında ətraflı şəkildə qeyd edilir. Buna görə, Məbəddə qur­ban kəsilən heyvanların daxili orqanlarının ay­rıl­ma­sı və müəyyən qaydalara görə odda yandırılması vacib idi. Al­lah Quranda yəhudilərin «Al­lah bi­zə əmr et­miş­dir ki, onun yan­dı­ra­ca­ğı bir qur­ban gə­tir­mə­yin­cə heç bir pey­ğəm­bə­­rə inan­ma­yaq!» («Ali-İmran» surəsi, 183), - de­dik­lə­ri­ni bil­dirərək bu sistemə nə dərəcə əhəmiyyət ver­dik­lə­ri­ni bil­dirir.  «Bəqərə» surəsinin 67-71-ci ayələrində isə yə­hu­dilərin onlara qurban əmri veriləndə bu məsələdə da­­vam­lı olaraq təfərruat axtardıqları və Allahın da on­la­ra bu incəlikləri bildirdiyi xəbər verilir).

On­lar çox mü­hüm iş ki­mi qə­bul edi­lən mə­bəd fəa­liy­yə­ti­ni da­vam et­dir­dik­lə­ri üçün də baş­qa heç bir iş­lə ma­raq­lan­mır və öz­lə­ri­ni yük­sək bir si­nif ki­mi gö­rür­dü­lər. Ye­ri­nə ye­tir­dik­lə­ri bu iş sa­yə­sin­də bö­yük bir qa­zanc, si­ya­si üs­tün­lük­lər və eti­bar əl­də et­miş­di­lər.

Sa­yı təx­mi­nən 7-8 min olan bu ra­hib­lə­rin və­zi­fə­lə­ri ata­dan oğu­la ke­çir­di. Sad­du­ki­lər bir tə­rəf­dən, ha­ki­miy­yət­lə­ri­nə zə­ma­nət ve­rən ənə­nə­ni da­vam et­dir­mək is­tə­yir, di­gər tə­rəf­dən də El­lin mə­də­niy­yə­ti­ni qə­bul edir və bu­nu təb­liğ et­mə­yə ça­lı­şır­dı­lar.

Baş­qa bir tə­rəf­dən də on­la­rın "ma­te­ria­list" sa­yı­la bi­lən özü­nə­məx­sus bir inan­cı var idi. Ölüm­lə bir­lik­də ru­hun da öl­dü­yü­nə, yə­ni ölüm­dən son­ra hə­ya­tın möv­cud ol­ma­dı­ğı­na ina­nır­dı­lar. Mə­lək­lə­rin, cən­nət və cə­hən­nə­min, alın ya­zı­sı­nın var­lı­ğı­nı da qə­bul et­mir, dün­ya­da­kı iş­lə­rin di­ni inanc­lar­dan ta­ma­mi­lə ay­rı ol­du­ğu­na ina­nır­dı­lar. Bu­nun da sə­bə­bi on­la­rın Ro­ma mə­də­niy­yə­ti­nin tə­si­ri al­tı­na düş­mə­lə­ri idi. Bu yan­lış dü­şün­cə­lə­ri sa­yə­sin­də də dün­ya hə­ya­tı və iq­ti­dar hə­və­si on­lar üçün müm­kün ha­la gə­lir­di. Sad­du­ki­lər uzun müd­dət iq­ti­dar­da qal­mış, bu müd­dət ər­zin­də fə­ri­sey­lər­lə və baş­qa di­ni cə­rə­yan­lar­la toq­quş­muş­du­lar. Ən son­da mi­la­di ta­rix­lə 70-ci il­də yə­hu­di döv­lə­ti­nin sü­qu­ta uğ­ra­ma­sı ilə ara­dan qalx­mış­dı.

 

Fə­ri­sey­lər

Fə­ri­sey­lər isə sad­du­ki­lər­dən bir çox möv­zu­lar­da fərq­lə­nən, on­lar­la zid­diy­yət təş­kil edən bir məz­həb idi. On­lar baş­da Töv­rat ol­maq­la mü­qəd­dəs ya­zı­lar­la ma­raq­la­nır, xalq ara­sın­da di­ni nü­fuz sa­hi­bi ki­mi qə­bul edi­lir və hör­mət gö­rür­dü­lər. Sad­du­ki­lə­rin mə­bə­di ida­rə et­mə­si­nə qar­şı çı­xır, on­la­rın bü­tün din­dən­kə­nar dav­ra­nış­la­rı­nı tən­qid edir­di­lər. Sad­du­ki­lə­rin ək­si­nə ola­raq ru­hun var­lı­ğı­na, ölüm­dən son­ra­kı hə­ya­ta, cən­nət və cə­hən­nə­mə ina­nır­dı­lar. Sad­du­ki­lər ki­mi Ro­ma üsul-ida­rə­si ilə sıx əla­qə­də de­yil­di­lər. Ro­ma­lı­la­rın gə­tir­di­yi El­lin mə­də­niy­yə­ti­ni əs­la qə­bul et­mir­di­lər. La­kin Pax Ro­ma­na ad­lan­dı­rı­lan və Ro­ma­nın ha­kim ol­du­ğu tor­paq­lar­da bir sülh şə­rai­ti­nin mü­ha­fi­zə­si­ni irə­li sür­mək ki­mi tət­bi­qat üsu­lu on­lar üçün də sər­fə­li idi.

Fə­ri­sey­lər əs­lin­də di­ni his­siy­ya­tı güc­lü olan və din­siz­li­yə qar­şı çı­xan bir qrup­dur. On­lar "şi­fa­hi (söz­lü) ənə­nə" adı al­tın­da di­ni mü­ha­fi­zə et­mə­yə və onu yə­hu­di cə­miy­yə­ti­nin ara­sın­da təb­liğ et­mə­yə ça­lış­mış­dı­lar. Hz.Mu­sa­nın şə­riə­ti­nin ha­kim şə­ri­ət ol­ma­sı üçün ça­lış­mış, hət­ta bu məq­səd­lə dö­yüş­müş­dü­lər. Bə­zi ta­rix­çi­lər Hz.İsa­nın təb­li­ği­nin ən çox fə­ri­sey­lə­rin gö­rü­şü­nə ya­xın ol­du­ğu­nu de­yə­rək Hz.İsa­nın da bu din­dar in­san­lar­la bir­lik­də ol­du­ğu fik­ri­ni mü­da­fiə edir­lər. La­kin İn­cil­də Hz.İsa­nın fə­ri­sey­lər­lə bağ­lı müx­tə­lif xa­tır­lat­ma­la­rı, xə­bər­dar­lıq­la­rı var. Bu­nun­la ya­na­şı İn­cil­də Hz.İsa­nın fə­ri­sey­lər­lə dost­luq et­mə­si, bir­lik­də ye­mək ye­mə­si ba­rə­də xə­bər­lər də yer alır ("Lu­ka İncili", 7/36; "Lu­ka İncili", 11/37; "Lu­ka İncili ", 14/1).

 

Zi­lot­lar

Sad­du­ki­lər və fə­ri­sey­lər­dən son­ra­kı ən ak­tiv qrup zi­lot­lar­dır. Bu in­san­la­rın ço­xu fə­ri­sey mən­şə­li idi. La­kin on­lar Ro­ma iş­ğa­lı­na qar­şı hiss et­dik­lə­ri mü­qa­vi­mət sə­bə­bi­lə ra­di­kal­la­şa­raq haq­qın­da da­nı­şı­lan ye­ni qru­pu təş­kil et­miş­di­lər. Zi­lot­lar Ro­ma­ya qar­şı si­lah­lı mü­ba­ri­zə­nin zə­ru­ri­li­yi­nə ina­nır­dı­lar. Bu­na gö­rə də bir mü­qa­vi­mət təş­ki­la­tı ki­mi hə­rə­kət et­miş və par­ti­zan tak­ti­ka­sı ilə həm ro­ma­lı­la­ra, həm də on­lar­la sıx əla­qə­də olan yə­hu­di­lə­rə qar­şı sui-qəsd­lər ha­zır­la­mış, bə­zən də bö­yük üs­yan­lar et­miş­di­lər. Zi­lot­la­rın bir qo­lu bı­çaq­la si­lah­la­na­raq hə­ya­ta ke­çir­dik­lə­ri sui-qəsd­lər nə­ti­cə­sin­də Hz.İsa döv­rün­də "si­ca­ri­yi" ("xən­cər­li­lər") ki­mi xa­tır­la­nır­dı­lar.

Bu qrup Bö­yük He­rod döv­rün­də ta­ma­mi­lə fərq­li bir si­ya­si gö­rü­şü mü­da­fiə edə­rək or­ta­ya çıx­mış­dı. Mi­la­di ta­rix­lə 6-cı il­də Yə­hu­diy­yə bir­ba­şa Ro­ma ha­ki­miy­yə­ti­nə ke­çib rəs­mi ha­kim­lər ver­gi­yığ­ma mə­sə­lə­sin­də ye­ni tən­zim­lə­mə­lər hə­ya­ta ke­çi­rən­də yə­hu­diy­yə­li Cu­da­sın rəh­bər­lik et­di­yi zi­lot­lar üs­yan et­mək is­tə­di­lər. Büt­pə­rəst Ro­ma im­pe­ra­to­ru­nun ha­ki­miy­yə­ti­ni qə­bul et­mək on­lar üçün Al­la­hın ha­ki­miy­yə­ti­ni rədd et­mək və kö­lə­li­yi qə­bul et­mək de­mək idi.

Bu ilk üs­yan qı­sa müd­dət­də ya­tı­rıl­mış, on­la­rın bö­yük bir his­sə­si öl­dü­rül­müş, la­kin yer­də qa­lan­lar mü­qa­vi­mət gös­tər­mə­yə da­vam et­miş­di­lər. Da­ha son­ra bu üs­yan si­lah­lı mü­ba­ri­zə ha­lı­nı ala­raq I Yə­hu­di üs­ya­nı (mi­la­di ta­rix­lə 66-70) ilə nə­ti­cə­lən­miş və Ma­sa­da qa­la­sın­da baş ve­rən qətl­lə so­na çat­mış­dı. Hz.İsa döv­rün­də Mə­si­hi göz­lə­yən mü­əy­yən fa­na­tik cə­rə­yan­lar or­ta­ya çıx­mış və çox­lu say­da tə­rəf­dar top­la­ya bil­miş­di. Ro­ma­lı­lar bu hə­rə­kət­lə­rə qar­şı dər­hal cid­di təd­bir­lər gör­müş, hər bir təz­yiq və nə­za­rə­ti güc­lən­dir­miş, xal­qı na­ra­hat edən hər han­sı bir hə­rə­kət baş ve­rər­sə, dər­hal sərt və aman­sız rəf­tar et­miş­di­lər. Son­ra isə yə­hu­di­lər ro­ma­lı­la­rın bu həs­sas­lı­ğın­dan Hz.İsa­ya qar­şı is­ti­fa­də et­miş­di­lər. Mə­si­hi göz­lə­yən zi­lot­lar Hz.İsa­nın təb­li­ği­nə bö­yük ma­raq gös­tər­miş­di­lər.

 

Es­sə­ni­lər və Ölü də­niz ki­ta­bə­lə­ri

Dör­dün­cü qrup olan es­sə­ni­lər isə əv­vəl­ki üç qru­pun ək­si­nə ola­raq Qüds­də və ya baş­qa şə­hər və qə­sə­bə­lər­də de­yil, İor­da­ni­ya va­di­si­nin uc­qar böl­gə­lə­rin­də ya­şa­yır­dı­lar. On­lar di­gər üç qru­pa nis­bə­tən din­lə­ri­nə da­ha çox bağ­lı, ba­ti­ni (da­xi­li) yön­dən qüv­vət­li bir tə­ri­qət idi­lər. O dövr­də çox məş­hur olan bir inanc on­lar­da da ha­kim idi: on­lar Mə­si­hin ya­xın­lar­da gə­lə­cə­yi­nə, İs­ra­il oğul­la­rı ara­sın­da az­ğın­lıq­la­rı, sap­ma­la­rı və fi­kir ay­rı­lıq­la­rı­nı ara­dan qal­dı­ra­ca­ğı­na, öl­kə­ni iş­ğal­dan xi­las edə­cə­yi­nə ina­nır­dı­lar. El­lin mə­də­niy­yə­ti­nə və Ro­ma üsul-ida­rə­si­nə ta­ma­mi­lə qar­şı olan bu qrup Hz.Mu­sa­nın gə­tir­di­yi şə­riə­ti ən ide­al şə­kil­də tət­biq et­mə­yə ça­lı­şır­dı. Vəd edi­lən Mə­sih gə­lə­nə qə­dər öz­lə­ri­ni bu dün­ya­dan təc­rid edib iba­də­tə həsr et­miş­di­lər. On­lar İor­da­ni­ya va­di­sin­də­ki ma­ğa­ra­lar­da ya­şa­yır və bü­tün vaxt­la­rı­nı di­ni mətn­lər üzə­rin­də ça­lış­maq­la ke­çi­rir­di­lər.

Fla­vi­us öz ki­ta­bın­da bu qrup haq­qın­da müx­tə­lif şərh­lər ver­miş­dir. La­kin 1947-ci il­də Kum­ran­da ta­pı­lan çox­lu əl­yaz­ma­nın es­sə­ni­lər ad­lan­dı­rı­lan bu tə­ri­qə­tə aid ol­du­ğu or­ta­ya çıx­dı­ğı za­man bun­lar haq­qın­da ən çox mə­lu­mat bi­li­nən bir qru­pa çev­ril­miş, əl­yaz­ma­la­rın əha­tə et­di­yi möv­zu­la­ra aid şərh­lər bu tə­ri­qə­tin əhə­miy­yə­ti­ni da­ha da ar­tır­mış­dı.

1947-ci il­də Ölü də­ni­zin şi­mal-şər­qin­də Kir­bet Kur­man ad­lı yer­də­ki ma­ğa­ra­lar­da Ölü də­niz ki­ta­bə­lə­ri ad­lı mətn­lər ta­pıl­dı. Son­ra­kı il­lər­də apa­rı­lan araş­dır­ma­lar nə­ti­cə­sin­də 600-ə ya­xın ib­ra­ni-ara­mi di­lin­də əl­yaz­ma və çox­lu say­da par­ça­lar ta­pıl­dı. Bu ta­pın­tı­la­rın ara­sın­da o döv­rə aid olan Töv­rat mətn­lə­ri və əv­vəl­lər mə­lum ol­ma­yan yə­hu­di di­ni mətn­lə­ri, bu ya­zı­la­rın sa­hi­bi olan tə­ri­qə­tin gün­də­lik hə­ya­tın­dan və qay­da­la­rın­dan bəhs edən mətn­lər, çox­lu müx­tə­lif mətn­lər var.

Uzun müd­dət apa­rı­lan təd­qi­qat­lar­dan son­ra bu mətn­lə­ri ya­zan­la­rın bir yə­hu­di tə­ri­qə­ti ol­du­ğu də­qiq­ləş­di­ril­miş və bun­la­rın ta­rix­çi Co­ze­fu­sun bəhs et­di­yi es­sə­ni tə­ri­qə­ti ol­du­ğu ümu­mi şə­kil­də qə­bul edil­miş­dir. Ro­ma ya­zı­çı­sı ki­çik Pli­nu­sun Kir­bet Kum­ra­nı es­sə­ni­lə­rin ya­şa­dı­ğı yer ki­mi gös­tər­mə­si bu qə­naə­ti da­ha da qüv­vət­lən­dir­miş­dir. Bu mətn­lə­rin ən köh­nə­si­nin mi­lad­dan ön­cə 200-cü ilə, ən ye­ni­si­nin isə mi­lad­dan son­ra 68-ci ilə aid ol­du­ğu mü­əy­yən edil­miş­dir. Bu ta­rix həm­çi­nin ro­ma­lı ge­ne­ral Ve­pas­sia­nu­sun yə­hu­di üs­ya­nı­nı ya­tır­maq üçün baş­la­dı­ğı hü­cum­lar­la ey­ni vax­ta tə­sa­düf edir.

Mətn­lər təd­qiq edi­lən­də es­sə­ni­lə­rin hə­ya­tı­na və inanc­la­rı­na aid mə­lu­mat­la­rın ol­du­ğu or­ta­ya çıx­mış­dır. Ya­xın za­man­lar­da gə­lə­cək xi­las­kar pey­ğəm­bə­ri göz­lə­yən bu tə­ri­qət mü­qəd­dəs mətn­lə­rə, qa­nun­la­ra ni­zam-in­ti­zam için­də və cid­di şə­kil­də ria­yət edir, sad­du­ki­lər cə­rə­ya­nı­nın ək­si­nə ola­raq axi­rə­tə, alın ya­zı­sı­na, mə­lək­lə­rə, cən­nət və cə­hən­nə­mə ina­nır­dı. Bun­dan əla­və, bu tə­ri­qə­tin üzv­lə­ri öz­lə­ri­ni Tan­rı­nın xid­mə­tin­də­ki "işı­ğın uşaq­la­rı" ki­mi gö­rür və "qa­ran­lı­ğın uşaq­la­rı" ilə apa­ra­caq­la­rı dö­yü­şə ha­zır­la­şır­dı­lar. "İşı­ğın uşaq­la­rı" ifa­də­si İn­cil­də də var. Bu tə­ri­qə­tin üzv­lə­ri tə­miz­li­yə çox üs­tün­lük ve­rir, gün­də bir ne­çə də­fə yu­yu­nub tə­miz­lə­nir, bir-bi­ri­nə qar­daş ki­mi mü­na­si­bət gös­tə­rir və qar­daş sev­gi­si­nə əhə­miy­yət ve­rir­di­lər. Mə­si­hi göz­lə­mək bu top­lu­lu­ğun inan­cı­nın əsa­sı­nı təş­kil edir. Nə­ti­cə ola­raq de­mək olar ki, bu top­lu­luq­da göz­lə­mə və za­ma­nın so­nu­nun ya­xın­laş­dı­ğı dü­şün­cə­si çox qüv­vət­li­dir. Bu top­lu­lu­ğun ya­zı­la­rın­da gəl­mə­si göz­lə­nən və ya üs­tün xü­su­siy­yət­lə­ri ilə bəhs edi­lən bir­dən ar­tıq in­san var. La­kin bun­la­rın hə­qi­qi ma­hiy­yə­ti hə­lə tam mə­lum de­yil. Bu in­san­lar mə­sih-ra­hib, mə­sih-kral və əda­lət us­ta­dı ifa­də­lə­ri ilə bil­di­ri­lir.

Apa­rı­lan təd­qi­qat­la­rın nə­ti­cə­si ki­mi söy­lə­mək olar ki, es­sə­ni­lər fə­ri­sey­lər­lə da­vam edən ənə­nə­nin bir qo­lu və ey­ni di­ni gö­rü­şə bağ­lı olan top­lu­luq­dur. On­lar da fə­ri­sey­lər ki­mi sad­du­ki­lə­rin rəs­mi yə­hu­di­lik və Töv­rat gö­rü­şün­dən ay­rıl­mış və za­hid­lik hə­ya­tı ke­çi­rə­rək di­ni yay­ma­ğa ça­lış­mış­dı­lar. Bu din­dar qrup əlin­də olan mətn­lə­rə əsas­la­na­raq ya­xın­da bir xi­las­ka­rın, Mə­si­hin gə­lə­cə­yi­ni də bi­lir və bu­na ha­zır­la­şır­dı. Bu isə o dövr­də bü­tün ma­neə­lə­rə bax­ma­ya­raq hə­qi­qi di­nin möv­cud ol­du­ğu­nu gös­tə­rən mü­hüm də­lil­lər­dən bi­ri­ni təş­kil edir. Bu­ra­da qeyd edil­mə­li olan baş­qa bir mü­hüm cə­hət isə Hz.İsa­nın döv­rün­də yə­hu­di cə­miy­yə­tin­də olan par­ça­lan­ma­dır. Bu mil­lət həm büt­pə­rəst iş­ğal­çı hö­ku­mət tə­rə­fin­dən ida­rə edi­lir, həm də öz di­ni­nə aid müx­tə­lif fi­kir ay­rı­lıq­la­rı ilə üz­lə­şir­di. Bir-bi­rin­dən çox fərq­li dü­şün­cə­lə­rə ma­lik olan məz­həb­lər əsl yə­hu­di­li­yi yal­nız öz­lə­ri­nin təm­sil et­dik­lə­ri­ni id­dia edir­di. Bir çox yə­hu­di də dün­ya­dan ümi­di­ni kəs­miş və ya­xın za­man­lar­da baş ve­rə­cək qi­ya­mə­ti göz­lə­mə­yə baş­la­mış­dı.

 

Yə­hu­di­lə­rin "xi­las­kar" göz­lə­mə­si

Əh­di-Ətiq­də Mə­si­hin gə­li­şi ilə bağ­lı müx­tə­lif açıq­la­ma­lar var. Son­ra­kı bö­lüm­lər­də bir qis­mi­ni ve­rə­cə­yi­miz bu açıq­la­ma­lar o də­rə­cə­də tə­sir­li ol­muş­du ki, yə­hu­di­lər üçün Mə­sih ən bö­yük qur­tu­luş mə­na­sı­nı qa­zan­mış­dı. Son­ra­kı əsr­lər­də ya­şa­yan məş­hur yə­hu­di ila­hiy­yat­çı­sı Mai­mo­ni­des yə­hu­di­lə­rin inanc sis­te­mi­ni ha­zır­la­yar­kən 13 qay­da­nın ilk iki­si­ni Mə­si­hin gə­li­şi­nə ayır­mış­dı. Bu qay­da­lar "Mə­si­hin gə­li­şi­nə qə­ti bir iman­la ina­nı­ram. Ge­cik­sə də onun gə­lə­cə­yi­ni göz­lə­yi­rəm" şək­lin­də­dir.

Yə­hu­di­lə­rin eti­qa­dı­na gö­rə, İs­ra­il oğul­la­rı­nın həm si­ya­si, həm də di­ni yön­dən zə­if­lə­di­yi bir dövr­də Al­lah on­la­rı hər iki yön­dən xi­las edə­cək bir li­der gön­də­rə­cək­di. Bu li­der həm İs­ra­il oğul­la­rı­nın əv­vəl­lər ol­du­ğu ki­mi Al­la­ha iman gə­tir­mə­si­ni tə­min edə­cək, həm də bir "Mə­sih" ki­mi düş­mən­lə­ri­nə qa­lib gə­lə­cək­di.

Əh­di-Əti­qin bə­zi bö­lüm­lə­rin­də bu xi­las­kar­dan tez-tez bəhs edil­miş və onun döv­rün­də əda­lə­tin, əmin-aman­lı­ğı­nı və doğ­ru­lu­ğun ya­yı­la­ca­ğı, in­san­lar ara­sın­da xoş­bəxt­lik və ri­fa­hın ço­xa­la­cı­ğı xə­bər ve­ril­miş­di. Mə­sə­lən, "İşa­ya" ki­ta­bın­da Mə­si­hin ne­cə bö­yük əda­lət, "Rəbb qor­xu­su" və bə­si­rət­lə do­lu ola­ca­ğı və İs­rai­lə ne­cə xoş­bəxt­lik gə­ti­rə­cə­yi be­lə müY­də­lə­nir­di:

"Yəs­sə­nin göv­də­sin­dən bir to­xum çı­xa­caq və onun kök­lə­rin­dən bir kör­pə ağac mey­da­na gə­lə­cək­dir. Rəb­bin ru­hu, hik­mət və xoş mü­na­si­bət ru­hu, nə­si­hət və ürək­li­lik ru­hu, mə­lu­mat və Rəbb qor­xu­su ru­hu onun üzə­rin­də da­ya­na­caq. O, Rəbb qor­xu­sun­dan zövq ala­caq­dır. O, göz­lə­ri­ni gör­dü­yü üçün mü­ha­ki­mə et­mə­yə­cək, qu­laq­la­rı eşit­di­yi üçün qə­rar ver­mə­yə­cək. Zə­if­lə­ri əda­lət­lə mü­ha­ki­mə edə­cək, yer üzü­nün yox­sul­la­rı­na haq­la­rı­nı ve­rə­cək. Bir də­yə­nək­lə vu­rur­muş ki­mi yer üzü­nə sö­zü ilə vu­ra­caq və do­daq­la­rı­nın nə­fə­si ilə pis­li­yi yox edə­cək. Əda­lət onun be­li­nin kə­mə­ri... ola­caq. Qurd qu­zu ilə bir­lik­də otu­ra­caq. Qap­lan oğ­laq­la bir yer­də ya­ta­caq, bu­zov, as­lan və bö­yük baş hey­van­lar bir­lik­də ya­şa­ya­caq və on­la­rı ba­la­ca bir uşaq gü­də­cək. İnək ayı ilə bir­lik­də ot­la­ya­caq, ba­la­la­rı bir yer­də ola­caq­lar və şir öküz ki­mi sa­man ye­yə­cək. Sü­də­mər kör­pə qa­ra ila­nın yu­va­sı­nın ya­nın­da oy­na­ya­caq və süd­dən tə­zə kə­si­lən uşaq qa­ra ila­nın de­şi­yi­nə əli­ni uza­da­caq. Mə­nim mü­qəd­dəs da­ğı­mın üs­tün­də heç vaxt pis­lik edil­mə­yə­cək, ar­tıq heç bir zə­rər ve­ril­mə­yə­cək­dir. Çün­ki də­ni­zin di­bi ne­cə onu ör­tən su­lar­la do­lu­dur­sa, yer üzü də Rəbb mə­lu­ma­tı ilə ey­ni­lə do­lu ola­caq­dır"  ("İşa­ya", 11/1-9).

Mə­si­hin gə­li­şi­ni göz­lə­mək Hi­ro­dun zülm­kar ha­ki­miy­yə­ti döv­rün­də da­ha da güc­lən­miş­di. Yə­hu­di tor­paq­la­rı­nın hər tə­rə­fin­də Mə­si­hi göz­lə­yən, onun gə­li­şi üçün ha­zır­lıq iş­lə­ri gö­rən və in­san­la­rı xə­bər­dar edən hə­rə­kat­lar or­ta­ya çıx­mış­dı. Mə­si­hin gə­li­şi­nin bu göz­lən­ti­si həm Ro­ma, həm də Hi­ro­dun ha­ki­miy­yə­ti üçün bir təh­lü­kə təş­kil edir­di. Çün­ki bu hə­rə­kət­lər ümu­miy­yət­lə Ro­ma­nı və ona bağ­lı olan yə­hu­di ha­ki­miy­yə­ti­ni hə­də­fə alır­dı. Be­lə güc­lü bir hə­rə­kat bü­tün xal­qı büt­pə­rəst ida­rə sis­te­mi­nə qar­şı üs­yan et­mə­yə təş­viq edə bi­lər­di. Bu məq­səd­lə də hər iki ha­ki­miy­yət öz­lə­ri­nə uy­ğun təd­bir­lər gör­müş­dü. İn­cil­də qeyd edil­di­yi­nə gö­rə, Hi­rod bu məq­səd­lə Hz.İsa­nın ana­dan ol­ma­sı ilə bağ­lı xə­bər­lə­ri eşi­dən­də Mə­si­hi hə­lə be­şik­də olar­kən öl­dür­mək is­tə­miş və bu iş üçün bir qət­li­am tö­rət­mək­dən çə­kin­mə­miş­di. Ha­di­sə Mat­ta İn­ci­lin­də be­lə xə­bər ve­ri­lir:

"İsa hökm­dar Hi­ro­dun döv­rün­də Yə­hu­diy­yə Beyt­le­he­min­də ana­dan olan za­man şərq­dən Ye­ru­sə­li­mə mü­nəc­cim­lər gə­lib de­di­lər: "Ana­dan ol­muş yə­hu­di hökm­da­rı ha­ra­da­dır? Çün­ki onun ul­du­zu­nu şərq­də gör­dük..." Hökm­dar Hi­rod bu­nu eşit­dik­də bü­tün Ye­ru­sə­lim­lə bir­lik­də təş­vi­şə düş­dü. Hi­rod xal­qın bü­tün baş ka­hin­lə­ri­ni və din alim­lə­ri­ni top­la­ya­raq on­lar­dan Mə­si­hin ha­ra­da do­ğu­la­ca­ğı­nı so­ruş­du. On­lar da ona de­di­lər: "Yə­hu­diy­yə Beyt­le­he­min­də, çün­ki pey­ğəm­bər va­si­tə­si­lə be­lə ya­zıl­mış­dır: "Və sən, ey Beyt­le­hem, Yə­hu­da di­ya­rı, Yə­hu­da rə­is­lə­ri­nin nə­zə­rin­də heç də əhə­miy­yət­siz de­yil­sən, çün­ki xal­qım İs­rai­lə ço­ban ola­caq Rəh­bər sən­dən çı­xa­caq­dır"". O za­man Hi­rod mü­nəc­cim­lə­ri giz­li­cə ça­ğır­dı və on­lar­dan ul­du­zun nə vaxt çıx­dı­ğı­nı də­qiq öy­rən­di. Və: "Ge­din, kör­pə haq­qın­da əsas­lı su­rət­də mə­lu­mat top­la­yın. Onu tap­dı­ğı­nız za­man mə­nə xə­bər ve­rin...", - de­yə­rək on­la­rı Beyt­le­hi­mə gön­dər­di" ("Mat­ta İncili", 2/1-7).

"...Hi­rod mü­nəc­cim­lər tə­rə­fin­dən al­da­dıl­dı­ğı­nı gör­dük­də çox qə­zəb­lən­di və mü­nəc­cim­lər­dən öy­rən­di­yi vax­ta gö­rə, Beyt­le­hem və onun bü­tün ci­va­rın­da olan iki və da­ha aşa­ğı yaş­lı oğ­lan uşaq­la­rı­nın ha­mı­sı­nı öl­dürt­dü. O za­man Ye­rem­ya pey­ğəm­bər va­si­tə­si­lə söy­lə­nən bu söz ye­ri­nə ye­ti­ril­di: "Ra­mah­da bir səs eşi­dil­di, ağ­laş­ma və bö­yük şi­vən; Ra­hi­lə kör­pə­lə­ri üçün ağ­la­yır və tə­səl­li tap­maq is­tə­mir, çün­ki on­lar yox ol­du­lar"" ("Mat­ta İncili", 2/16-18).

Göz­lə­ni­lən Mə­si­hin əsas xü­su­siy­yət­lə­rin­dən bi­ri onun Hz.Da­vud pey­ğəm­bə­rin nəs­lin­dən gəl­mə­si­dir. İn­cil­də də Hz.İsa­nın nəs­li­nin Hz.Da­vud­dan gəl­di­yi bil­di­ri­lir.

Yə­hu­di tə­ri­qət­lər için­də Mə­sih inan­cı müx­tə­lif­lik­lər gös­tə­rir­di. Bü­töv­lük­də Mə­si­hi bö­yük bir pey­ğəm­bər və xi­las­kar ki­mi göz­lə­yən bə­zi yə­hu­di­lər onu əs­la föv­qəl­bə­şər bir var­lıq ki­mi gör­mür­dü­lər. Mə­sih də Hz.Da­vud ki­mi, Hz.Sü­ley­man ki­mi, Hz.Mu­sa ki­mi bir in­san ola­caq­dı. Yə­ni Al­la­hın sa­diq bir bən­də­si, Töv­rat­da bil­di­ril­di­yi ki­mi, "Rəbb qor­xu­sun­dan zövq alan" bir in­san ola­caq­dı. Yə­hu­di məz­həb­lə­rin­dən bi­ri olan es­sə­ni­lər bu Mə­sih göz­lə­yi­şi ilə ya­na­şı Mə­si­hin mö­cü­zə­lə­ri­ni də əv­vəl­cə­dən xə­bər ver­miş­di­lər. On­la­ra gö­rə, Mə­sih "yı­xı­la­nı aya­ğa qal­dı­ra­caq, xəs­tə­ni yax­şı­laş­dı­ra­caq, əsir­lə­ri azad edə­cək, to­zun için­də ya­ta­nı di­ril­də­cək­dir".

Nə­ti­cə ola­raq de­yə bi­lə­rik ki, yə­hu­di­lər əl­lə­rin­də­ki mə­lu­mat­la­ra əsas­la­na­raq Mə­si­hin çox ya­xın bir dövr­də gə­lə­cə­yi­nə ina­nır­dı­lar. Çöl­də, şə­hər­lər­də gə­zə­rək Mə­si­hin gə­li­şi­ni göz­lə­yən və bu­na ha­zır­la­şan çox­lu in­san­lar və qrup­lar var idi.

 

Çə­tin­lik və eh­ti­yac için­də­ki                  

qövm­lə­rin Al­lah­dan "xi­las­kar" is­tə­mə­si

Çə­tin və­ziy­yət­də ya­şa­yan, zül­mə və təz­yiq­lə­rə mə­ruz qa­lan xalq­la­rın on­la­rı bu və­ziy­yət­dən xi­las edə­cək bir xi­las­kar göz­lə­dik­lə­ri Qur’an ayə­lə­rin­də də bil­di­ri­lir. Al­lah "Ni­sa" su­rə­sin­də bu­nun­la bağ­lı be­lə bu­yu­rur:

"Si­zə nə olub ki, Al­lah yo­lun­da: "Ey Rəb­bi­miz, bi­zi əha­li­si za­lim olan bu şə­hər­dən kə­na­ra çı­xart, bi­zə Öz tə­rə­fin­dən mü­ha­fi­zə­çi (xi­las­kar) gön­dər, yar­dım­çı yol­la!" - de­yə dua edən aciz ki­şi­lər, qa­dın­lar və uşaq­lar uğ­run­da vu­ruş­mur­su­nuz?" ("Ni­sa" su­rə­si, 4/75).

Ayə­lər­də Al­la­hın el­çi gön­dər­di­yi yer­lər­də el­çi­nin gə­li­şin­dən əv­vəl bö­yük bir so­si­al və əx­la­qi tə­nəz­zü­lün ya­şan­dı­ğı xə­bər ve­ri­lir. El­çi­nin gə­li­şin­dən son­ra onun ar­dın­ca ge­dən in­san­lar di­nin gə­tir­di­yi bol­luq, bə­rə­kət və səa­də­ti ya­şa­dıq­la­rı hal­da el­çi­dən son­ra­kı dövr­lər­də in­san­la­rın bir qis­mi nəfs­lə­ri­nə əsir ol­muş, get­dik­cə din əx­la­qın­dan uzaq­la­şa­raq in­kar­çı­lı­ğa yö­nəl­miş, Al­lah­dan baş­qa bə­zi sax­ta tan­rı­lar ha­zır­la­ya­raq öz­lə­ri­nə zülm et­miş­di. Al­lah "Mər­yəm" su­rə­sin­də el­çi­lə­rin Al­la­ha olan bağ­lı­lı­ğın­dan, sə­mi­miy­yə­tin­dən və ix­la­sın­dan bəhs edən­dən son­ra on­lar­dan son­ra gə­lən cə­miy­yət­lə­rin bu inanc­la­rı­nı ta­ma­mi­lə itir­dik­lə­ri­ni xə­bər ve­rir. Ayə­lər­də bu in­san­lar­la bağ­lı be­lə buy­ru­lur:

"Bun­lar Adə­min və Nuh­la gə­mi­yə min­dir­di­yi­miz adam­la­rın nəs­lin­dən, İb­ra­hi­min, İs­rai­lin (Yə­qu­bun) nəs­lin­dən se­çib haqq yo­la yö­nəlt­di­yi­miz və Al­la­hın ne­mət bəxş et­di­yi pey­ğəm­bər­lər­dən­dir. On­lar Rəh­ma­nın ayə­lə­ri öz­lə­ri­nə oxun­du­ğu za­man ağ­la­ya­raq səc­də­yə qa­pa­nır­dı­lar. On­lar­dan son­ra na­ma­zı tərk edib şəh­və­tə uyan bir nə­sil gəl­di. On­lar da öz əməl­lə­ri­nin cə­za­sı­nı ala­caq­lar" ("Mər­yəm" su­rə­si, 19/58-59).

Al­lah di­nin­dən uzaq­la­şan, ni­yə ya­ra­dıl­dıq­la­rı­nı və Ya­ra­dan qar­şı­sın­da­kı ca­vab­deh­lik­lə­ri­ni heç dü­şün­mə­yən bu in­san­la­rı müx­tə­lif mü­si­bət­lər­lə xə­bər­dar et­miş­dir. Bu et­dik­lə­ri­nin əvə­zin­də on­la­ra ver­di­yi ne­mə­ti­ni də­yiş­dir­miş, "Hər kəs Mə­nim öyüd-nə­si­hə­tim­dən üz dön­dər­sə, gü­zə­ra­nı da­ra­lar..." ("Ta­ha" su­rə­si, 20/124) ayə­si ilə də bu hə­qi­qə­ti bil­dir­miş­dir.

Ta­rix bo­yun­ca iq­ti­sa­di və so­si­al prob­lem­lə­rin ya­şan­dı­ğı, əda­lət­siz bir ida­rə­çi­lik sis­te­mi­nin ha­kim ol­du­ğu sı­xın­tı­lı dövr­lər­də in­san­lar hə­mi­şə bir xi­las­ka­ra eh­ti­yac hiss et­miş­lər. Bu xi­las­kar için­də ya­şa­dıq­la­rı möv­cud sis­te­min mən­fi yön­lə­ri­ni dü­zəl­də­cək, əda­lə­ti, ba­rı­şı, əmin-aman­lı­ğı bər­qə­rar edə­cək və on­la­rı düz­gün yo­la çı­xa­ra­caq. Gü­nü­müz­də­ki cə­miy­yət­lər­də də çox sü­rət­li bir po­zul­ma, ko­bud­luq, əda­lət­siz­lik və əx­la­qi tə­nəz­zül ya­şa­nır. Ka­sıb­lıq, sə­fa­lət və zülm için­də ya­şa­yan in­san­lar gö­zəl əx­la­qın ya­şan­dı­ğı xoş­bəxt bir hə­ya­tın həs­rə­tin­də­dir. Al­lah əv­vəl­ki xalq­la­ra da ey­ni so­si­al tə­nəz­zül­dən son­ra xi­las­kar­lar gön­dər­miş və sı­xın­tı­dan son­ra çox bö­yük bol­luq, bə­rə­kət və zən­gin­lik ver­miş­dir. Al­lah qor­xub çə­ki­nən cə­miy­yət­lə­rə bol­luq və bə­rə­kət ve­rə­cə­yi­ni bir ayə­sin­də be­lə xə­bər ve­rir:

"Əgər o məm­lə­kət­lə­rin əha­li­si iman gə­ti­rib çə­kin­səy­di­lər, söz­süz ki, on­la­rın baş­la­rı­na göy­dən və yer­dən bə­rə­kət yağ­dı­rar­dıq. La­kin on­lar ya­lan­çı he­sab et­di­lər, Biz də on­la­rı qa­zan­dıq­la­rı­na gö­rə məhv et­dik" ("Əraf" su­rə­si, 7/96).

Rəb­bi­miz yu­xa­rı­da­kı ayə­lər­lə bi­zə çox mü­hüm bir hə­qi­qə­ti xa­tır­la­dır: ba­rı­şın, xoş­bəxt­li­yin, bol­lu­ğun və bə­rə­kə­tin ye­ga­nə yo­lu din əx­la­qı­nın ya­şan­ma­sı­dır. Bu, keç­miş xalq­lar­da bu cür ger­çək­ləş­di­yi ki­mi bun­dan son­ra­kı xalq­lar­da da ey­ni şə­kil­də hə­ya­ta ke­çə­cək. İs­lam əx­la­qı­nın ol­ma­dı­ğı yer­də əda­lə­tin, təh­lü­kə­siz­li­yin, is­tiq­ra­rın ha­kim ol­ma­sı müm­kün de­yil. Bu, Al­la­hın bir qa­nu­nu­dur. "Fa­tir" su­rə­sin­də bi­zə bu müY­də ve­ri­lir:

"...Sən Al­la­hın qoy­du­ğu qay­da-qa­nun­da heç bir də­yi­şik­lik tap­maz­san!" ("Fa­tir" su­rə­si, 43).

Ha­zır­da ya­şa­dı­ğı­mız dövr mad­di və mə­nə­vi tə­nəz­zü­lün ha­kim ol­du­ğu, müx­tə­lif az­ğın­lıq­la­rın baş alıb get­di­yi, bö­yük bir si­ya­si və iq­ti­sa­di qey­ri-sa­bit­li­yin hökm sür­dü­yü, var­lı ilə ka­sıb ara­sın­da çox bö­yük uçu­rum­la­rın mey­da­na gəl­di­yi bir dövr­dür. Bi­zim Qur’an­dan öy­rən­di­yi­miz hə­qi­qət isə be­lə bir və­ziy­yət­dən son­ra Al­la­hın bir qur­tu­luş yo­lu gös­tə­rə­cə­yi və bu sə­bəb­lə İs­lam əx­la­qı­nın bü­tün dün­ya­da müt­ləq ya­şa­na­ca­ğı, haqq di­nin di­gər ba­til din­lə­rə üs­tün gə­lə­cə­yi hə­qi­qə­ti­dir. Al­lah "Töv­bə" su­rə­sin­də ina­nan bən­də­lə­ri­ni bu hə­qi­qət­lə be­lə müY­də­lə­yir:

"On­lar Al­la­hın nu­ru­nu ağız­la­rı ilə sön­dür­mək is­tə­yir­lər. Al­lah isə ka­fir­lə­rin xo­şu­na gəl­mə­sə də an­caq Öz nu­ru­nu ta­mam­la­maq is­tər. Müş­rik­lə­rin xo­şu­na gəl­mə­sə də onu bü­tün din­lə­rin föv­qün­də et­mək üçün Öz pey­ğəm­bə­ri­ni doğ­ru yol­la və haqq din­lə gön­də­rən Odur!" ("Töv­bə" su­rə­si, 9/32-33).

Al­lah hər iman­lı xal­qa kö­mək et­di­yi ki­mi bun­dan son­ra da yer üzün­də­ki ina­nan­la­ra yar­dım edə­cək. Al­lah sə­mi­miy­yət­lə Ona yö­nə­lən bən­də­lə­ri­nə bu­nu vəd et­miş­dir. Ayə­lər­də be­lə buy­ru­lur:

"O kəs­lər ki, haq­sız ye­rə, an­caq "Rəb­bi­miz Al­lah­dır" de­dik­lə­ri­nə gö­rə yurd­la­rın­dan çı­xa­rıl­dı­lar. Əgər Al­lah in­san­la­rın bir qis­mi­ni di­gər qis­mi ilə dəf et­mə­səy­di, söz­süz ki, içə­ri­sin­də Al­la­hın adı çox zikr olu­nan so­məə­lər (ra­hib­lə­rin ya­şa­dı­ğı mo­nas­tır­lar), kil­sə­lər, mə­bəd­lər (yə­hu­di mə­bəd­lə­ri) və məs­cid­lər uçu­lub da­ğıl­mış­dı. Al­lah Ona yar­dım edən­lə­rə şüb­hə­siz ki, yar­dım edər. Hə­qi­qə­tən Al­lah ye­nil­məz qüv­vət, qüd­rət sa­hi­bi­dir! O kəs­lər ki, əgər on­la­rı yer üzün­də yer­ləş­dir­sək, na­maz qı­lar, zə­kat ve­rər, yax­şı iş­lər gör­mə­yi əmr edib pis iş­lər gör­mə­yi qa­da­ğan edər­lər. Bü­tün iş­lə­rin so­nu Al­la­ha aid­dir" ("Həcc" su­rə­si, 22/40-41).

 

Yəh­ya pey­ğəm­bər

Əh­di-Cə­di­də gö­rə, təb­li­ği­nə Hz.İsa­dan bir müd­dət əv­vəl baş­la­yan Hz.Yəh­ya ət­ra­fın­da­kı in­san­la­rı Mə­si­hin gə­li­şi mə­sə­lə­sin­də müY­də­lə­miş və Mə­si­hin ən çox dəs­tək­lə­yən şəxs ol­muş­dur.

Hz.Yəh­ya­nın ana­dan ol­ma­sı mö­cü­zə­li şə­kil­də baş ve­rib. Bu ha­di­sə­nin hə­qi­qi xə­bə­ri "Mər­yəm" su­rə­si­nin əv­və­lin­də bu cür ve­ri­lir:

"Kaf, Ha, Ya, Eyn, Sad! Bu, sə­nin Rəb­bi­nin öz qu­lu Zə­kə­riy­yə­yə olan mər­hə­mə­ti­nin xa­tır­lan­ma­sı­dır! Zə­kə­riy­yə Rəb­bi­nə giz­li­cə dua edib yal­var­dı­ğı za­man be­lə de­miş­di: "Ey Rəb­bim! Ar­tıq sü­mü­yüm sus­tal­mış, ba­şım ağap­paq ağar­mış­dır. Ey Rəb­bim! Sə­nə dua et­mək­lə heç vaxt naü­mid ol­ma­mı­şam. Mən özüm­dən son­ra gə­lən qo­hum-əq­rə­bam­dan qor­xu­ram. Zöv­cəm də ki, son­suz­dur. Bu­na gö­rə də mə­nə Öz dər­ga­hın­dan bir oğul bəxş et ki, o, həm mə­nə, həm də Yə­qub nəs­li­nə va­ris ol­sun. Ey Rəb­bim! Həm də elə et ki, o, ri­za qa­zan­mış ol­sun!" "Ey Zə­kə­riy­yə! Sə­nə bir oğul­la müY­də ve­ri­rik ki, adı Yəh­ya­dır. Biz bu adı əv­vəl­lər heç kə­sə ver­mə­mi­şik!" Zə­kə­riy­yə de­di: "Ey Rəb­bim! Zöv­cəm doğ­ma­yan bir qa­dın, mən də qo­ca­lıb əl­dən düş­müş ikən mə­nim ne­cə oğ­lum ola bi­lər?" "De­di­yin ki­mi­dir, la­kin Rəb­bin bu­yur­du ki, bu işi gör­mək Mə­nim üçün asan­dır. Ne­cə ki, ilk əv­vəl sə­ni heç bir şey de­yil­kən ya­rat­mış­dım!"" ("Mər­yəm" su­rə­si, 19/1-9).

Lu­ka İn­ci­lin­də Hz.Yəh­ya­nın ana­dan ol­ma­sı ilə bağ­lı ola­raq Qur’an ayə­lə­ri­nə uy­ğun gə­lən mə­qam­lar var. Hz.Yəh­ya­nın ata­sı Hz.Zə­kə­riy­yə­dir. Hz.Zə­kə­riy­yə və xa­nı­mı Lu­ka­ya gö­rə, "Hər iki­si Al­lah qar­şı­sın­da sa­leh olub Rəb­bin bü­tün əmr və eh­kam­la­rı­na qü­sur­suz əməl edir­di" ("Lu­ka", 1/6). Hər iki­si qo­cal­mış­dı. Uşaq­la­rı ol­mur­du. Bu­na bax­ma­ya­raq Al­lah Hz.Zə­kə­riy­yə­ni oğ­lu­nun ola­ca­ğı ilə müY­də­lə­miş­di. Lu­ka İn­ci­lin­də bu ha­di­sə be­lə xə­bər ve­ri­lir:

"Rəb­bin bir mə­lə­yi Zə­kə­riy­yə­yə gö­rün­dü və bü­xur qur­ban­ga­hı­nın sa­ğın­da dur­du. Zə­kə­riy­yə onu gör­dük­də çaş­dı və onu qor­xu bü­rü­dü. Mə­lək isə ona de­di: "Qorx­ma, Zə­kə­riy­yə, çün­ki sə­nin du­an eşi­dil­di. Ar­va­dın Eli­za­bet sə­nə bir oğul do­ğa­caq və onun adı­nı Yəh­ya qo­ya­caq­san. Se­vinc və sə­fa ta­pa­caq­san və onun do­ğul­ma­sı­na bir çox­la­rı da se­vi­nə­cək­lər. Çün­ki o, Rəb­bin qar­şı­sın­da bö­yük ola­caq, şə­rab və baş­qa iç­ki iç­mə­yə­cək və hə­lə ana­sı­nın bət­nin­də ikən Mü­qəd­dəs Ruh­la do­la­caq­dır. Və İs­ra­il oğul­la­rın­dan bir ço­xu­nu on­la­rın Al­la­hı olan Rəb­bə tə­rəf dön­də­rə­cək­dir"" ("Lu­ka İncili", 1/11-16).

Hz.Yəh­ya təq­va sa­hi­bi olan sa­leh bir bən­də və xal­qı üçün də bir hi­da­yət rəh­bə­ri olub. Al­lah bu sə­mi­mi bən­də­si­ni Qur’an ayə­lə­rin­də be­lə tə­rif­lə­yir:

"Ey Yəh­ya! Ki­tab­dan bərk ya­pış! Biz uşaq ikən ona hik­mət ver­dik. Biz həm də ona Öz dər­ga­hı­mız­dan bir mər­hə­mət və pak­lıq bəxş et­dik. O, müt­tə­qi idi. Yəh­ya ata-ana­sı­na qar­şı da ol­duq­ca ita­ət­kar idi: za­lim, asi de­yil­di. Ona do­ğul­du­ğu gün­də, ölə­cə­yi gün­də, di­ri­lə­cə­yi gün­də sa­lam ol­sun!" ("Mər­yəm" su­rə­si, 19/12-15).

Hz.Yəh­ya Əh­di-Cə­di­də gö­rə də Al­la­hın sa­diq bir bən­də­si və təq­va sa­hi­bi bir mö­min idi. O, yə­hu­di­lə­ri tə­kəb­bür gös­tər­dik­lə­ri üçün xə­bər­dar et­miş və on­la­rı Al­la­hın hökm­lə­ri­ni qo­ru­ma­ğa, gü­nah­dan çə­kin­mə­yə də­vət et­miş­di. Lu­ka İn­ci­li Yəh­ya ilə ona qu­laq as­ma­ğa gə­lən yə­hu­di­lər ara­sın­da­kı dia­loq­dan be­lə bəhs edir:

"Yəh­ya vəf­tiz olun­maq üçün onun ya­nı­na gə­lən xal­qa de­yir­di: "Ey gür­zə­lər nəs­li! Gə­lə­cək qə­zəb­dən qaç­ma­ğı sizə kim təl­qin et­di? İn­di töv­bə­yə la­yiq sə­mə­rə ya­ra­dın. Və içi­niz­də: "Ata­mız İb­ra­him­dir", - de­mə­yə cəhd et­mə­yin; çün­ki si­zə de­yi­rəm ki, Al­lah bu daş­lar­dan İb­ra­hi­mə öv­lad ya­rat­ma­ğa qa­dir­dir. Ar­tıq bal­ta da ağac­la­rın kö­kü di­bin­də ya­tır; be­lə­lik­lə, yax­şı bar ver­mə­yən hər ağac kə­si­lir və oda atı­lır". Xalq on­dan so­ru­şur­du: "Bəs biz nə edək?" O, on­la­ra ca­vab ve­rib de­di: "İki köy­nə­yi olan bi­ri­ni köy­nək­siz ola­na ver­sin; ye­mə­yi olan adam da be­lə et­sin". Ver­gi yı­ğan­lar da vəf­tiz olun­maq məq­sə­di ilə Onun ya­nı­na gə­lib de­di­lər: "Mü­əl­li­mi­miz! Biz nə edək?" Yəh­ya on­la­ra de­di: "Si­zə mü­əy­yən edi­lən­dən ar­tıq heç şey tə­ləb et­mə­yin". Əs­gər­lər də: "Bəs biz nə et­mə­li­yik?" - de­yə on­dan so­ruş­du­lar. On­la­ra da de­di: "Heç ki­mi qa­rət et­mə­yin, böh­tan at­ma­yın, al­dı­ğı­nız ma­aş­la ki­fa­yət­lə­nin"" ("Lu­ka İn­ci­li", 3/7-14).

Əh­di-Cə­di­də gö­rə, Hz.Yəh­ya bu təb­li­ği əs­na­sın­da ona qu­laq asan­la­ra hə­mi­şə "vax­tın ta­mam ol­du­ğu­nu" de­yir­di. "Gəl­mə­li olan" ar­tıq gəl­mək üz­rə idi.