404 Not Found


nginx/0.8.36

İslam və Xristiyanlıq
 

 

 

Bu tər­cü­mə­miz­də is­ti­fa­də edi­lən ayə­lər

Va­sim Məm­mə­də­li­ye­vin və Zi­ya Bün­ya­do­vun

bir­lik­də ha­zır­la­dı­ğı Qur’anın Azər­bay­can

di­lin­də­ki tər­cü­mə­sin­dən gö­tü­rü­lüb

 

Çevirən                                            Elşad Miri

Redaktə                                           Məryəm Selcan

Hazırlayan                          Şəlalə Arifqızı

Korrektə                              Sevda Talıbova

                                                         Sevinc Nəcəfova

 

                                              

 

Bütün irad və təkliflərinizi

elshadmiri@yahoo.com

mail ünvanına yaza bilərsiniz

 

İSLAM VƏ XRİSTİANLIQ, Harun Yəhya, Çevirən: Elşad Miri, Bakı, «Əbilov, Zeynalov və oğulları», 2004, səh.

 

sifarişlə

 

İSBN

 

 

İÇİNDƏKİLƏR

Giriş                                                                                                  7

Həzrəti İsa                                                                                        11

Həzrəti İsanın həyatı                                                                                   35

Hz.İsa Allahın oğlu deyil, peyğəmbəridir                          62

Xris­ti­an­la­rın üç­lə­mə səhv­lə­ri                                                          67

Üç­lə­mə inan­cı Qu­ran tə­rə­fin­dən rədd edi­lir                     75

Üç­lə­mə eti­qa­dı Hz.İsa­dan əsr­lər­lə son­ra or­ta­ya çı­xıb                        81

İn­cil­də­ki hə­qi­qi xris­ti­an­lıq                                                                                          120

İn­cil­də ta­nı­dı­lan "Al­lahın pey­ğəm­bə­ri Hz.İsa"                  132

İn­cil mü­əl­lif­lə­ri Hz.İsa­nın hə­ya­tı­na şa­hid ol­ma­yıb            152

Xris­ti­an­la­rın bu əsas­sız id­dia­nı or­ta­ya

at­ma­sı­nın sə­bə­bi nə ola bi­lər?                                                         174

İz­nik məc­li­sin­dən bu gü­nə qə­dər­ki üç­lə­mə əleyhda­rı

olan xris­ti­an­lar                                                                                                               217

Nə­ti­cə                                                                                               233

 

 


 

MÜƏLLİF VƏ ONUN

ƏSƏRLƏRİ HAQQINDA

Ha­run Yəh­ya im­za­sın­dan is­ti­fa­də edən Adnan Oktar 1956-cı il­də An­ka­ra­da ana­dan olub. Or­ta mək­tə­bi An­ka­ra­da oxu­yub. Son­ra İs­tan­bul­da Me­mar Si­nan Uni­ver­si­te­ti­nin gö­zəl sə­nət­lər fa­kül­tə­sin­də və İs­tan­bul Uni­ver­si­te­ti­nin fəl­sə­fə bö­lü­mün­də təh­sil alıb. 80-ci il­lər­dən bu gü­nə qə­dər ima­ni, el­mi və si­ya­si möv­zu­lar­da xey­li əsər ya­zıb. Bu­nun­la ya­na­şı mü­əl­li­fin tə­ka­mül­çü­lə­rin (dar­vi­nist­lə­rin) sax­ta­kar­lı­ğı­nı, on­la­rın id­dia­la­rı­nın heç bir el­mi hə­qi­qə­tə əsas­lan­ma­dı­ğı­nı gös­tə­rən, ha­be­lə dar­vi­niz­min qan­lı ideo­lo­gi­ya­lar­la şüb­hə­li əla­qə­lə­ri­ni üzə çı­xa­ran bir çox mü­hüm əsər­lə­ri var.

Mü­əl­li­fin bu im­za­sı in­kar­çı dü­şün­cə­yə qar­şı mü­ba­ri­zə apa­ran iki pey­ğəm­bə­rin xa­ti­rə­si­nə hör­mət əla­mə­ti ola­raq se­çi­lib: on­la­rı yad et­mək məq­sə­di­lə Ha­run və Yəh­ya ad­la­rın­dan is­ti­fa­də edi­lib. Rə­su­lul­la­hın mö­hü­rü­nün mü­əl­lif tə­rə­fin­dən ki­tab­la­rın üz qa­bı­ğı­na vu­rul­ma­sı­nın sim­vo­lik mə­na­sı isə on­la­rın için­də­ki­lər­lə bağ­lı­dır. Bu mö­hür Qur’ani-Kə­ri­min Al­la­hın so­nun­cu Ki­ta­bı və so­nun­cu sö­zü, Pey­ğəm­bə­ri­mi­zin isə pey­ğəm­bər­lə­rin so­nun­cu­su ol­ma­sı­nın rəm­zi­dir. Mü­əl­lif bü­tün ya­zı­la­rın­da Qur’anı və Rə­su­lul­la­hın sün­nə­si­ni rəh­bər tu­tur. Bu­nun­la da in­kar­çı dü­şün­cə sis­tem­lə­ri­nin bü­tün əsas id­dia­la­rı­nı bir-bir pu­ça çı­xar­ma­ğı və di­nə qar­şı yö­nə­lən eti­raz­la­rı ta­ma­mi­lə sus­du­ra­caq so­nun­cu sö­zü söy­lə­mə­yi hə­dəf se­çir. Çox bö­yük hik­mət və ka­mal sa­hi­bi olan Rə­su­lul­la­hın mö­hü­rü bu so­nun­cu sö­zü söy­lə­mək niy­yə­ti­nə bir dua ki­mi is­ti­fa­də edi­lib.

Mü­əl­li­fin əsər­lə­rin­də­ki əsas məq­səd Qur’anı bü­tün dün­ya­da təb­liğ et­mək, bu­nun­la in­san­la­rı Al­la­hın var­lı­ğı, bir­li­yi və axi­rət ki­mi əsas iman mə­sə­lə­lə­ri ba­rə­də də­rin­dən dü­şün­mə­yə sövq et­mək, in­kar­çı sis­tem­lə­rin çü­rük əsas­la­rı­nı və ba­til tət­bi­qat­la­rı­nı hər kə­sə gös­tər­mək­dir.

Ha­run Yəh­ya­nın əsər­lə­ri Hin­dis­tan­dan ABŞ-a, Bö­yük Bri­ta­ni­ya­dan İn­do­ne­zi­ya­ya, Pol­şa­dan Bos­ni­ya-Her­so­qo­vi­na­ya, İs­pa­ni­ya­dan Bra­zi­li­ya­ya, Ma­lay­zi­ya­dan İta­li­ya­ya, Fran­sa­dan Bol­qa­rıs­ta­na və MDB öl­kə­lə­ri­nə qə­dər dün­ya­nın ək­sər öl­kə­lə­rin­də ma­raq­la qar­şı­la­nır və bir­nə­fə­sə oxu­nur. İn­gi­lis, fran­sız, al­man, ital­yan, is­pan, por­tu­qal, ur­du, ərəb, al­ban, rus, boş­nak, uy­ğur, İn­do­ne­zi­ya, ma­lay, ben­qal, bol­qar, ya­pon, Çin, Azər­bay­can ki­mi dil­lə­rə tər­cü­mə edi­lən bu əsər­lər ge­niş oxu­cu küt­lə­si tə­rə­fin­dən ma­raq­la iz­lə­nir.

Dün­ya­nın dörd bir tə­rə­fin­də bö­yük re­zo­nans do­ğu­ran bu diq­qə­tə­la­yiq əsər­lər in­san­la­rın ço­xu­nun iman gə­tir­mə­si­nə, ək­sər adam­la­rın da öz ima­nı­nı ka­mil­ləş­dir­mə­si­nə sə­bəb olur. Bu ki­tab­la­rı oxu­yan və in­cə­lə­yən hər kəs on­lar­da­kı hik­mə­ti, ha­be­lə yığ­cam, dol­ğun, asan ba­şa dü­şü­lən sə­mi­mi üs­lu­bu, hə­ya­ti hə­qi­qət­lə­rin el­mi-mən­ti­qi iza­hı­nı dər­hal gö­rür. Bu əsər­lər hər bir kə­sə tez bir za­man­da tə­sir et­mək, tam nə­ti­cə ver­mək, eti­raz­la­ra yer qoy­ma­maq və də­lil­lə­rin el­mi­li­yi ki­mi xü­su­siy­yət­lə­rə ma­lik­dir. Bu əsər­lə­ri oxu­yan və on­la­rın üzə­rin­də cid­di dü­şü­nən adam­la­rın ma­te­ria­list fəl­sə­fə­ni, ate­iz­mi, baş­qa ba­til fi­kir və fəl­sə­fə­lə­ri mü­da­fiə et­mə­si da­ha əs­la müm­kün de­yil. Bə­zi­lə­ri mü­da­fiə et­sə­lər be­lə bu­nu yal­nız inad­kar­lıq üzün­dən edə­cək­lər, çün­ki on­la­rın fi­kir­lə­ri­nin əsas­la­rı çü­rük­dür.

Döv­rü­müz­də­ki bü­tün in­kar­çı cə­rə­yan­lar Ha­run Yəh­ya­nın kül­liy­ya­tın­da el­mi dü­şün­cə nöq­te­yi-nə­zə­rin­dən məğ­lub edi­lib­lər. Şüb­hə yox­dur ki, bu xü­su­siy­yət­lər Qur’anın hik­mə­tin­dən və onun ifa­də et­di­yi fi­kir­lə­rin gö­zəl­lik­lə­rin­dən qay­naq­la­nır.

Mü­əl­li­fin özü isə bu əsər­lə­ri­nə gö­rə lov­ğa­lan­mır, ək­si­nə, Al­la­hın hi­da­yə­ti­nə va­si­tə­çi ol­ma­ğa niy­yət edir. Bun­dan baş­qa bu əsər­lər nəşr edi­lər­kən heç bir mad­di qa­zanc gü­dül­mür.

Bu hə­qi­qət­lər nə­zə­rə alın­ma­lı­dır. O za­man mə­lum olar ki, in­san­la­rı on­la­ra gör­mə­di­yi­ni gör­mək­də kö­mək edən, on­la­rın hi­da­yə­tə gəl­mə­si­nə sə­bəb olan be­lə əsər­lə­rin oxun­ma­sı­na hə­vəs­lən­dir­mə­yin özü də çox mü­hüm xid­mət­dir. Bu də­yər­li əsər­lə­ri ta­nıt­maq əvə­zi­nə in­san­la­rın zeh­ni­ni qa­rış­dı­ran, fi­kir­lə­ri­nin qa­rış­ma­sı­na sə­bəb olan, şüb­hə və tə­rəd­düd­lə­ri ara­dan qal­dır­ma­ğa, ima­nı xi­las et­mə­yə bir tə­si­ri ol­ma­dı­ğı təc­rü­bə­dən ke­çi­ri­lən ki­tab­la­rı yay­maq yal­nız və yal­nız əmək və vaxt it­ki­si de­mək ola­caq. İma­nı xi­las et­mək­dən da­ha çox mü­əl­li­fin ədə­bi gü­cü­nü gös­tər­mə­yə yö­nəl­miş ki­tab­lar­da bu tə­si­rin ol­ma­ya­ca­ğı ay­dın­dır. Bu möv­zu ilə bağ­lı şüb­hə­si olan­lar var­sa, on­lar Ha­run Yəh­ya­nın əsər­lə­ri­nin ye­ga­nə məq­sə­di­nin din­siz­li­yi ara­dan qal­dır­maq­dan və Qur’an əx­la­qı­nı yay­maq­dan iba­rət ol­du­ğu­nu, bu xid­mət­də­ki tə­sir gü­cü­nün, mü­vəf­fə­qiy­yət və sə­mi­miy­yə­tin ay­dın gö­rün­dü­yü­nü oxu­cu­la­rın ümu­mi qə­naə­tin­dən an­la­ya bi­lər. Bu­nu qə­ti şə­kil­də yə­qin­ləş­dir­mək və an­la­maq la­zım­dır ki, dün­ya­da­kı zülm və iğ­ti­şaş­la­rın, mü­səl­man­la­rın çək­di­yi əziy­yət­lə­rin əsas sə­bə­bi din­siz­li­yin ide­ya ha­ki­miy­yə­ti­dir.

Bun­lar­dan qur­tul­ma­ğın yo­lu isə din­siz­li­yin ide­ya cə­hət­dən məğ­lub edil­mə­si, ima­ni hə­qi­qət­lə­rin or­ta­ya çı­xa­rıl­ma­sı və Qur’an əx­la­qı­nın in­san­la­rın dərk edib mə­nim­sə­yə bi­lə­cə­yi şə­kil­də çat­dı­rıl­ma­sı­dır. Dün­ya­nı hər gün da­ha çox zül­mə, iğ­ti­şaş və fə­sad­la­ra mə­ruz qoy­maq is­tə­yən­lə­rin niy­yə­ti­ni nə­zə­rə al­saq bəl­li olar ki, bu xid­mə­tin müm­kün qə­dər sü­rət­li və tə­sir­li şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si çox va­cib­dir. Əks təq­dir­də çox gec ola bi­lər. Bu əhə­miy­yət­li xid­mət­də çox bö­yük bir və­zi­fə­ni öz üzə­ri­nə gö­tür­müş Ha­run Yəh­ya­nın kül­liy­ya­tı Al­la­hın ica­zə­si ilə XXI əsr­də in­san­la­rı Qur’an­da bil­di­ri­lən əmin-aman­lı­ğa və ba­rı­şa, doğ­ru­luq və əda­lə­tə, gö­zəl­lik və xoş­bəxt­li­yə apar­maq­da bir va­si­tə ola­caq.


 

   

    

www.harunyahya.az