ƏSAS SƏHİFƏ SAYT HAQQINDA ƏLAQƏ
HZ.İBRAHİM və HZ.LUT - Harun Yahya (Adnan Oktar)


HZ.ИBRAHИM vя HZ.LUT


 




Hz.İbrahimin dinini təbliğ etməsi

Hər peyğəmbər öz qövmünə Allahın əmr və qadağalarını bildirməklə vəzifələndirilir. Nuh qövmünə göndərilən Hz.Nuh, Səmud qövmünə göndərilən Hz.Saleh, Lut qövmünə göndərilən Hz.Lut, Mədyən xalqına göndərilən Hz.Şüeyb, İsrailoğullarına göndərilən Hz.Musa, Hz.İsa və digər bütün peyğəmbərlər Allahın mütləq varlığını insanlara anlatmış, onları din əxlaqını yaşamağa çağırmışlar. Ancaq Allahın peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi bu xoşbəxt insanlar bəzən öz qövmlərinin böyük hissəsinin inkarı ilə qarşılaşmışdılar. Allahın dinini qəbul etmək istəməyən bu inkarçılar sadəcə onlara göndərilən peyğəmbərləri rədd etməklə kifayətlənməmiş, eyni zamanda onlara qarşı çoxcəhətli bir mücadiləyə girişmişdilər. Onlara gələn elçiləri çirkin iftiralarla, təhdid və hücumlarla əngəlləməyə çalışmışdılar. Hətta Allahın insanlara hidayət rəhbəri olaraq seçdiyi bu dəyərli insanları yurdlarından sürgün etməyə, tutmağa, öldürməyə çalışmışdılar. Allah "Ənfal" surəsində inkarçıların Peyğəmbərimiz Hz.Məhəmmədə (s.ə.v.) qurduğu tələlərdə müvəffəq olmadıqlarını bu şəkildə xəbər verir:

Mesopotomiyada Ay və Günəşə sitayiş edənlərin sayı çox idi. Agade kralı Naram Sinin də guya Ay tanrısı tərəfindən müqəddəsləşdirildiyinə və üstün güclərə sahib olduğuna inanırdılar. (Janda) Aya səcdə edən azğın Naram Sin və onun batil inanclara sahib olan bütpərəst xalqına aid bir qələbə abidəsi görsənir.

 

Kitabın ilk bölümündə də bildirdiyimiz kimi, Hz.İbrahimin qövmü özləri düzəltdikləri daşdan və taxtadan heykəllərə, bütlərə boyun əyir, sadəcə onlara dua edirdi. Atalarından gələn bu azğın inanca kor-koranə bağlanmışdılar. Hz.İbrahim isə bu qövmə təkbaşına Allahın varlığını və birliyini başa salacaq güclü bir imana malikdi.

Tarix boyunca bir çox cəmiyyətdə "çoxluq" üstünlük mənasına gəlir. Bir cəmiyyətdə çoxluğun düşüncə və inancı hansı yöndədirsə, o düşüncə və inanc çox zaman doğru qəbul edilmişdir. Cahilliyə cəmiyyətlərində əksəriyyətə qarşı çıxmaq çətindir. Çox insan əksəriyyətin təzyiqi altında əzilir və səhv olduğunu bildiyi halda bir çox düşüncə və plana boyun əyir. Ancaq peyğəmbərlər və onları izləyən saleh möminlər belə deyillər. Onlar çox böyük cəmiyyətlərə qəti şəkildə qarşı çıxa bilmişdilər. Toplumlarından gördükləri təzyiq, hədə-qorxu və ya hücumlar qarşısında böyük bir cəsarət nümunəsi sərgiləyərək Allahın dininə sədaqət göstərmiş, ibadətlərini və Rəbbimizin əmrlərini dəqiqliklə yerinə yetirmişlər. Bunun səbəbi isə həmişə sadəcə Allahdan qorxmaları və Ona arxalanmalarıdır.

 

Hz.İbrahim də bütün bütpərəst qövmünü təkbaşına qarşısına almışdı. Rəbbimizin "İbrahim özü bir ümmət idi..." ("Nəhl" surəsi, 120) şəklində təriflədiyi Hz.İbrahimin qarşısına aldığı adamların arasında öz atası da vardı. O, əlləri ilə yonduqları daş və taxta parçalarından ibarət olan bütlərin heç bir zaman tanrılıq vəsfinə sahib olmayacağını, yeganə tanrının Allah olduğunu səbrlə izah etmişdi. Bütün cəmiyyətə bu şəkildə qarşı çıxaraq dinlərinin batil olduğunu anlatması və düşmənçilik göstərən insanlarla gözəl bir şəkildə mücadilə etməsi Hz.İbrahimin Allaha olan güclü imanını, təvəkkülünü, təslimiyyətini, səmimiyyətini və üstün xarakterini bütün açıqlığı ilə gözümüz önünə gətirir. Hz.İbrahim Allaha olan güclü imanı sayəsində cəsur və qətiyyətli bir adamdır. Onun cəsur xarakteri qövmünə söylədiyi bu sözlərdən açıqca görünür:

Hz.İbrahimin qövmünə apardığı təbliğatdan onun Allaha olan dərin və coşğun imanının çox gözəl nümunələri görünür. Hz.İbrahim Rəbbimizin ona verdiyi üstün davranış və hikmət sayəsində son dərəcə təsirli söhbətlər etmiş, çox hikmətli misallar vermişdir. Əgər hikmət gözü ilə dəyərləndirilirsə, müsəlman bu təbliğat üsullarından çağdaş dövrdə də istifadə etmək, insanları Allaha iman gətirməyə Hz.İbrahimin üsulları ilə dəvət etmək olar. Bu səbəblə sonrakı səhifələrdə Hz.İbrahimin təbliğindəki hikmətli açıqlamalarından bəzilərini incələyəcəyik.

Təbliğ etmək, yəni digər insanları bir və tək Allaha iman gətirməyə dəvət etmək hər müsəlmanın üzərində olan vəzifələrdəndir. Bu barədə Quranda "yaxşılığı əmr edib pis işlərdən uzaqlaşdırmaq" şəklində ifadə edilir. Bu saleh əməlin də təməlində insanların "xəbərdar edilib qorxudulmaları", yəni Allahın bütün kainatı yoxdan var etdiyi, hər insanın Rəbbimiz qarşısında məsul olduğu və axirət günündə mütləq Allaha hesab verəcəyi, dünya işlərinin əvəzini axirətdə görəcəyi kimi çox önəmli gerçəklərin bildirilməsi və xatırladılması lazımdır.

 

Ancaq bir adamı Quranda qəsd edilən mənada xəbərdar edib qorxuda biləcək olanlar sadəcə Allaha səmimi şəkildə iman gətirən, Ondan daxilən bir hörmətlə qorxub çəkinən ixlas sahibi müsəlmanlardır. Allah onlara doğrunu səhvdən ayırma gücü, hikmət və ağıl vermişdir. Haqqında danışılan adamın xarakterinə, ruh halına və həyata baxışına görə başa salınması, sözün ən gözəl şəkildə söylənməsi, qarşı tərəfin verdiyi əks-təsirlərin çox yaxşı dəyərləndirilməsi və bu əks-təsirlərə görə yeni üsullardan istifadə edilməsi lazımdır. Bu adama təbliğ etmək üçün ciddi bir çalışma lazım olarkən bütün cəmiyyəti xəbərdar etmək və hətta Quranda bəhs edildiyi kimi, "ataları xəbərdar edilməmiş qövmlərə", yəni din əxlaqından uzaq həyat sürən, bilgisiz xalqa dini anlatmaq olduqca ağır bir vəzifədir. Allah bir ayəsində təbliğin "hikmətlə və gözəl nəsihətlə" edilməsini belə əmr edir:

Hər müsəlman Allahın varlığını və Quran əxlaqının mütləq digər insanlara da anladıb tövsiyə etmək vəzifəsini daşıyır. Allah Quranda bunun üsullarını da öyrətmişdir. Quran ayələrində iman gətirənlərin öncəliklə yaxınlarını Allaha və axirət gününə iman gətirməyə dəvət etmələrinin lazımlılığı bildirilir. Rəbbimiz Öz ayələrində bu şəkildə buyurur:

Hz.İbrahimin atasına etdiyi təbliğ buna nümunədir. Hz.İbrahim atasına bütlərə sitayişin Allaha şirk qoşmaq mənasına gəldiyini və insanın bir tək Allaha qulluq etməsinin vacibliyini çox hikmətli bir şəkildə izah etmişdi.

 

Allah Quranda Hz.İbrahimin atası Azərə etdiyi təbliği bu ayələrlə anladır:

"O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım!" ("Məryəm" surəsi, 42-43).

Hz.İbrahimin atasına etdiyi təbliğdə iman gətirənlərin nümunə götürməsi lazım olan ən önəmli amillərdən biri inkarçı insan nə qədər təkəbbürlü və mürtəce olursa olsun, Allahın əmr və tövsiyələrini ona anladarkən səbrli davranılmasının və gözəl izahat verilməsinin lazımlılığıdır.

 

Hz.İbrahimin bu davranışı eynilə Hz.Musanın Firona təbliğindəki davranışı kimidir. Hz.Musa da Allahın "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" ("Taha" surəsi, 44) əmri ilə Firona təbliğ edərkən yumşaq bir üslub işlətmişdi.

 

Hz.İbrahimin atasına etdiyi təbliği və atasının verdiyi qarşılığı Allah ayələrdə belə xəbər verir:

İbrahim belə cavab verdi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır. Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım"" ("Məryəm" sursi, 44-48).

(solda) B.e.ə. 2500 - 1100-cü illərdən qalma bir büt. (sağda) Assuriyalılar daşdan, taxtadan hazırlanan bütlərin özlərini fəlakətlərindən qoruduğuna inanacaq qədər qəflətdə idilər. Hadad adlı büt də Kral Esarhaddon (b.e.ə. 7 əsr) tərəfindən qoruyucu bütlərdən sayılırdı. 

 

Hz.İbrahimlə atası arasında olan bu söhbətlərin bəziləri üçün çox önəmli hikməti var. Hz.İbrahimin artıq dərəcədə cəsur və təvəkküllü hərəkəti diqqətçəkicidir. Hz.İbrahim ölüm bahasına da olsa Allahın əmrini yerinə yetirmiş və atasını hidayətə dəvət etmişdir. Atasının sevgisini, yardımını, imkanlarını itirməyi nəzərə almış, onun hədə-qorxularına əhəmiyyət verməmiş və ona "məndən uzaqlaş, get" deməsinə baxmayaraq çox böyük bir təvəkkül və səbr göstərmişdir. Allahın ona kömək edəcəyini və doğru yolu göstərəcəyini bilmiş, bunun verdiyi rahatlıq və əminlik içində hərəkət etmişdir. Jaşadığı evdən haqsız yerə uzaqlaşdırılmasından sonra dərhal Allaha dua etməsi və Onun duasını qəbul edəcəyinə güvənməsi bir müsəlmanın sahib olması lazım gələn nümunəvi təvəkkül və ixlası göstərir. Bundan başqa, Hz.İbrahim ona qarşı bu qədər düşməncəsinə davranan atasına qarşı çox gözəl bir əxlaq göstərmiş, yumşaq üslubunu qorumuş və ona "əziz ata" deyə xitab etməkdə davam etmişdir. Bu, hər müsəlmanın dərs almalı olduğu çox üstün bir əxlaq nümunəsidir. O, atasına böyük bir şəfqətlə yaxınlaşmış, onu mütəvazi bir şəkildə hidayətə çağırmış, amma atası inkar etməkdə davam etdikdə Allaha sığınıb atasından uzaqlaşmışdır. Hz.İbrahimin bu davranışı bir müsəlmanın digər insanlara baxışındakı yeganə ölçünün Allahın rizası olması, "Allah üçün sevmək və Allah üçün xoşlanmamaq" olması gərək olduğunu göstərir. Allah hər müsəlmanın sahib olmalı olduğu bu vəsfi ayələrdə belə xəbər verir:

Hz.İbrahimlə atası Azər arasındakı söhbətlərdə diqqəti çəkən digər bir məsələ Azərin öz dininə olan güclü bağlılığıdır. Belə ki, bu bağlılıq öz qanından olan və illərlə böyüdüb yanında saxladığı və özünə qarşı da son dərəcə hörmətlə davranan oğlunu ölümlə hədələməsinə qədər çatmışdı. Hz.İbrahimin Azər tərəfindən belə ağır bir şəkildə hədələnməsinin yeganə səbəbi onun yalnız Allaha ibadət etməsi və qövmünün şirk dinini rədd etməsidir. Azər oğlu Hz.İbrahimi "daş-qalaq etməklə" hədələyəcək qədər azğınlaşmışdır. Bu vəziyyət inkarçıların zalım xarakterinin bir nümunəsidir.

Quranda Hz.İbrahimin insanları Allaha iman gətirməyə dəvət edərkən qarşılaşdığı azğın bir hökmdardan danışılır. Tarixi qaynaqlarda "Nəmrud" kimi xatırlanan bu inkarçı ilə Hz.İbrahim arasında mühüm bir danışıq olmuşdur:

Ayədə bildirildiyi kimi, mal-mülkü və iqtidarı ilə qürur duyan bu adam Hz.İbrahimlə çəkişməyə girərək özünün də yaratma vəsfinə sahib (Allahı tənzih edərik) ola biləcəyi kimi böyük və ağılsız bir iftiraya əl atmışdı. Mal-mülkü ilə öyünən bu adam özünü müqəddəsləşdirərək Allahı inkar edirdi. Təkəbbüründən Allahın bütün kainat üzərindəki güc və qüdrətini görmək istəmirdi.

 

İnkarçı adam - tarixi qaynaqlara görə, Nəmrud - ona Allahın varlığını və birliyini təbliğ edən Hz.İbrahimlə çəkişməyə girir. Allaha qarşı çıxan bu adama Hz.İbrahimin verdiyi cavab isə son dərəcə hikmətli və mənalıdır:

Allahın varlığını və qüdrətini insanlara izah edən peyğəmbərlər hər zaman bu nümunədəki kimi hikmətli söz və ibadətlərdən istifadə etmişlər. Allaha olan səmimi imanları onların təbliğatını daha da gücləndirmiş, inkarçıların azğın nəzərləri bu şəkildə öz qüvvəsini itirmişdir. Özlərini doğru yolda zənn edən, mallarına, güclərinə və şirk qoşub inandıqları bütlərinə arxalanan inkarçılar isə iman gətirənlər qarşısında hər cəhətdən çarəsiz qalmışlar. Çünki Allahın mükəmməl yaradıcılığını və sonsuz gücünü izah edən iman sahibləri qarşısında batil inanclarını müdafiə etmələri mümkün deyildi. Onlar hər zaman məğlub olmağa, ayənin ifadəsi ilə desək, "donub qalmağa", cavabsız qalmağa məhkumdurlar.

 

Hz.İbrahimin verdiyi cavabda diqqəti cəlb edən digər bir məqam isə onun səmimiyyəti və təbiiliyidir. İçdən gələn, səmimi bir izah forması Allahın izni ilə həmişə insanların qəlblərinə və vicdanlarına təsir edir. Çünki Allahın varlığı açıq-aydındır və mömin bu həqiqəti içindən gəldiyi kimi təbii bir üslubla izah edir. Ancaq bu təbliğ qarşısında təsirlənsələr belə insanların bir hissəsi şeytanın təsirinə qapılaraq inkar etməkdə davam edirlər. Ümumiyyətlə, dindən uzaq yaşayan bu insanlar Hz.İbrahimlə mübahisə edən adam kimi zənginliyin, gözəlliyin və ya mövqenin öz səylərinin nəticəsi olduğunu düşünərək təkəbbür göstərir, lovğalanırlar. Özlərinə haqsız yerə bir üstünlük verərək Allahın böyüklüyünü unudurlar. Şeytan onları malik olduqları güc və iqtidardan istifadə edərək təkəbbürlü olmağa sürükləyir. Bu şəkildə Allaha qulluq etmələrini əngəlləmək istəyir.

 

Möminlər də təbliğ edərkən bir çox insanlarla qarşılaşırlar. Bunların çoxu təkəbbür göstərərək Allahın gücünü və qüdrətini tam görə bilmir. Bu halda müsəlmanların etməli olduğu işlərdən biri Hz.İbrahim kimi onların təkəbbürünü ortadan qaldıracaq, Allahın qarşısında nə qədər aciz olduqlarını hiss etdirəcək nümunələr verməkdir. Bunun nəticəsində inkarçı adam artıq təkəbbür göstərib lovğalanmasının, mal-mülkü ilə öyünməsinin Allahın gücü qarşısında heç bir əhəmiyyətinin olmadığını anlayacaq. Öz güc və qüdrətinin məhdud olduğunu, ölümü ilə birlikdə hər şeyin yox olacağını, Allahın isə yeganə mütləq güc olduğunu vicdanı ilə hiss edəcəkdir.

 

Hz.İbrahimin onunla mübahisə edən adama qarşı istifadə etdiyi izah tərzi təbliğdə ağıllı, hikmətli və nəticəyə təsir edə biləcək söhbətin nə qədər mühüm olduğunu da göstərir. Müsəlman heç bir zaman mübahisəyə söykənən və nəticəsi olmayan söhbətlərə girməməlidir. Əksinə, hər zaman üçün qarşı tərəfin psixoloji vəziyyətini və məntiqini təhlil edərək onun batil inanclarını ortadan qaldıracaq, ona Allahın varlığını göstərəcək təsirli və məntiqli izahlardan istifadə etməlidir. Bu təsirli və hikmətli izah tərzinə isə ancaq imanda dərinləşmiş, Allahın ayələrini dəqiqliyi ilə həyata keçirən və Allahdan çox qorxan insanların sahib ola biləcəkləri açıq-aydın məsələdir. Çünki hikmət Allahın bir lütfüdür və onu Allahdan istəmək gərəkdir.

 

Allah bir ayədə "Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir..." ("Bəqərə" surəsi, 269) şəklində buyuraraq bu sirri bizlərə xəbər verir.

 

Bir müsəlman inkar ya da qəflət içində olan bir insana necə təbliğat aparmalıdır? Onu dinə necə dəvət etməlidir? Allah Quranda təbliğ ibadətinin yaxşı düşünülmüş metodlar və üslublarla aparılmasının vacibliyini bildirir. Təbliğin yeganə bir üslubu yoxdur. Bu üslub qarşıdakı adamın vəziyyətinə, içində olduğu şərtlərə, düşüncələrinə və inanclarına görə dəyişir. Məsələn, Allah ayələrdə Hz.Nuhun insanlara Öz varlığını həm "açıqca elan" etməsindən, həm də "gizli-gizli yollarla" anlatmasından, onları dinə yönləndirəcək dolayı metodlardan istifadə etməsindən bəhs edir ("Nuh" surəsi, 9).

 

Hz.İbrahimin öz qövmünə etdiyi təbliğdə də çox önəmli nümunələr var. Onun ən diqqətçəkici üslublarından biri qövmünə Allahı anladarkən onların vicdanlarını hərəkətə gətirəcək, onları düşündürəcək metodlardan yararlanmasıdır. Onlara suallar verərək düşünmələrini istəmiş və beləcə içində olduqları azğınlğı isbat etmişdir. Sitayiş etdikləri saxta tanrıların şüursuz bir taxta və daş parçasından ibarət oluğunu onlara göstərmiş, incə bir planla onların ağılla və qəlblə bundan kifayətlənməsini təmin etmişdir. Qövmünün əsrlərdən bəri içində yaşadığı şirk sistemini bu təbliğ üslubu ilə darmadığın edərkən onlara Allahın varlığını və birliyini də açıqlamışdır. Allah Quranda Hz.İbrahimin təbliğini belə bildirir:

Hz.İbrahimin bu ayələrdə bildirilən Ay, Günəş və ulduzlar haqqındakı açıqlamaları özünün gerçək düşüncələri deyil, qövmünə yönəlik bir təbliğat üslubu kimi görünür (Doğrusunu Allah bilir.) Çünki gecə vaxtı gördüyü ulduzların və Ayın qısa bir zaman sonra (Günəşin doğması ilə) yox olacağını, Günəşin isə doğduqdan sonra təkrar batacağını əlbəttə Hz.İbrahim də bilir. Ancaq müşrik olan qövmü ağıl və məntiqdən yoxsul olduğu üçün Hz.İbrahim belə mərhələli bir izahat metoduna əl atmış olabilir.

 

Kitabın ilk bölümündə də üzərində durduğumuz kimi, o dönəmin bütpərəst cəmiyyətləri öz düzəltdikləri heykəllərlə bərabər Günəş, Ay kimi göy cisimlərinə də sitayiş edirdilər. Bu səbəblə Hz.İbrahim onların tanrılıq verdikləri bu cisimlərin nə üçün tanrı ola bilməyəcəklərini onlara sual-cavab yolu ilə açıqlamaq istəmiş ola bilir. Bunun üçün öncə ulduzların bir tanrı olmayacağını Allahın ona ilham etdiyi şəkildə isbat etmişdir. Hz.İbrahimin söylədiyi "Mən itib gedənləri sevmirəm" ifadəsi də yenə qövmünə yönəlik vacib bir məsajdır: bu şəkildə "tanrı" vəsfinə sahib olan varlığın əsla ölməyən və yox olmayan bir varlıq olduğunu dolayı olaraq anlatmışdır (Doğrusunu Allah bilir.) Belə ki, bunlar Rəbbimizin "Baqi" (davam edən, fani olmayan) və "Qaim" (idarə edib ayaqda tutan) sifətləridir.

 

Hz.İbrahim bunun ardından eyni üslubdan qövmünün sözdə tanrılarından biri olan Ay üçün istifadə etmiş və Ayın bir tanrı olmayacağını onlara yenə ağıllı bir yolla göstərmişdi. Daha sonra eyni məntiqi Günəş üçün də tətbiq etmiş və bu vaxt xüsusilə Günəşin "ən böyük" olduğuna diqqət çəkmiş ola bilər. Beləcə, qövmünün tanrı kimi qəbul etməsi ehtimal olunan ən böyük maddi varlığı da aradan qaldırmışdır. Günəşdən o yana qövmünün görə biləcəyi daha böyük bir maddi varlıq yoxdur və bu səbəblə bunun bir tanrı olmadığının anladılması şirk sisteminə önəmli bir zərbədir.

Hz.İbrahim ən sonunda da "Mən müşriklərdən deyiləm" sözləri ilə bütün bunları Allahın yaratdığını, Onun tək gerçək Tanrı olduğunu və özü də Allaha şirk qoşmadan iman etdiyini açıqlamışdır. Hz.İbrahimin bu sözərindən onun şirk sistemini çox yaxından bildiyi anlaşılır. O, bütün bu nümunələri bu təbliğ üslubu kimi vermiş və bu şəkildə onların səhv məntiqlərini, azğınlıqlarını ortaya çıxarmaq istəmişdir. Belə ki, ayələrdən də böyük bir azğınlq içindəki qövmünün onunla çəkişməyə çalışdığı anlaşılır:

Hz.İbrahim qövmünə təbliğ edərkən Allahın ilhamı ilə hərəkət etmişdir. İstifadə etdiyi metodlardan, verdiyi nümunələrdən Hz.İbrahimin Allahın vəhyi ilə hərəkət etdiyi anlaşılır. Allah "Bu, İbrahimə qövmünə qarşı verdiyimiz dəlilimizdir. Biz istədiyimizi dərəcələrlə yüksəldirik. Şübhəsiz, sənin Rəbbin hökm və hikmət sahibidir, biləndir" ("Ənam" surəsi, 83) ayəsi ilə Hz.İbrahimə qövmünə qarşı dəlillər verdiyini xəbər verir.


Hz.İbrahimin istifadə etdiyi bu təbliğ metodu bütün müsəlmanlar üçün nümunədir. Bir mömin də təbliğ edərkən qarşı tərəfin çürük və əsası olmayan fikirlərini bir-bir darmadağın etməli və bunun qəti dəlillərini ortaya qoymalıdır. Bunun ardınca da təbliğ etdiyi adamları Allaha iman gətirməyə və yalnızca Ona qulluq etməyə dəvət etməlidir. Əgər bir insanın özünə büt etdiyi anlayış yıxılmazsa və bu qavramları şirk qoşmasına səbəb olan məntiqlər ortadan qaldırılmazsa, o adamın Allaha gerçək mənada iman etməsi və gerçək mənada müsəlman olması çətinləşir. Bütlərin yıxılması məsələn, insanların uyduğu batil ideologiyaların, fəlsəfələrin və ya bir neçə maddi varlıqların tərk edilməsi, gerçək imanın şərtidir.

 

Hz.İbrahimin təbliğindən onun Allaha olan sevgisi, coşğulu imanı və Allahın əmrlərini həyata keçirdiyi zaman göstərdiyi dəqiqlik açıq bir şəkildə anlaşılır. Qövmünə və atasına yönəlik etdiyi bir digər təbliğ yolu da onun Allahın seçib bəyəndiyi və insanlara üstün qıldığı gözəl bir insan olduğunu bizlərə ən gözəl şəkildə göstərir. Allah ayələrdə bu şəkildə bildirir:

Juxarıdakı ayələrdən də göründüyü kimi, Hz.İbrahim qövmünə bütlərə sitayiş etməyin nə qədər böyük bir azğınlıq və ağılsızlıq olduğunu müxtəlif yollar və nümunələrlə anlatmışdır. Ancaq qövmünün bu xatırlatmalarına verdiyi tək cavab "biz bunu atalarımızdan gördük" olmuşdur. Öncəki bölümdə də üzərində durduğumuz kimi, bu cavab cahiliyyə cəmiyyətində çox tez-tez rastlanan, batil inancları məşrulaşdırmaq üçün istifadə olunan, vərdiş etdiyimiz bir cavabdır. Və haqq dinin qarşısında heç bir istinad nöqtəsi və arqumenti yoxdur. Bu ayələrin davamında Hz.İbrahim qövmünü Allaha iman gətirməyə dəvət etməkdə və onlara Rəbbimizi tanıtmaqdadır:

Bu heykəldə Hammurapi azğın inanclarına uyğun olaraq Şumərin Günəş tanrısı olaraq qəbul edilən Şamaşı təmsil edən bir büt qarşısında hörmət göstərişində görünür.

Ayələrdən də göründüyü kimi, Hz.İbrahimin qövmü şirk qoşduğu bütlərinə sitayiş etməkdə qərarlı olduğunu davamlı olaraq təkrarlamaqdadır. Hz.İbrahim isə onlara Rəbbimizi ən gözəl sifətləri ilə tərifləyərək bunun cavabını verməkdədir. Allah kainatda olan canlı-cansız bütün varlıqları yoxdan var edəndir. Dünya üzərindəki bütün nemətləri insanların xidmətinə verən, onlara saymaqla bitirməyəcəkləri qədər tayı-bərabəri olmayan gözəllikləri bəxş edəndir. İnsanın dünyaya gəlişi, böyüməsi, yeməsi, içməsi, hərəkət etməsi, danışması, gülməsi, qısası, bütün həyatı Allahın istəməsi ilə gerçəkləşir. Hz.İbrahimin də ayələrdə bildirdiyi kimi, insan xəstələndiyi zaman ona şəfanı verən, yaxşılaşdırıb keçmiş sağlam halına qovuşduran aləmlərin Rəbbi olan Allahdır. Allah icazə vermədikcə nə dərmanların, nə də həkimlərin insanlara şəfa verməsi mümkün deyil.

 

İnsanı var etdiyi kimi əcəl gəldiyi zaman canını alacaq olan da Allahdır. İnsan hələ dünyaya gəlməzdən öncə neçə il, neçə saat, hətta neçə saniyə həyatda qalacağı Allah dərgahında bəlli olmuşdur. İnsanın həyatı boyunca başına gələcək hər hadisə, söyləyəcəyi hər söz, edəcəyi hər hərəkət onun qədərində yazılmışdır. İnsan Allahın təqdir etdiyi qədərinin xaricində hər hansı bir hərəkəti etməyə də, hansısa bir sözü söyləməyə də güc yetirə bilməz.

 

Allah dünya həyatını insanlara bir imtahan olaraq yaratmışdır. İnsanlara bir hidayət öndəri olaraq elçilərini göndərmiş, hidayət rəhbəri olaraq da ayələrini vəhy etmişdir. Hər insan axirət günündə həyatı boyunca elədikləri ilə hesaba çəkiləcək. Rəbbimizə iman edən, Ondan qorxub çəkinən, Allahın əmr və yasaqlarına dəqiqliklə əməl edən, bütün həyatını Onun razılığını, rəhmətini umaraq saleh əməllə keçirən iman sahibləri tayı-bərabəri olmayan nemətlərlə qarşılaşacaqlar. Allah qullarına qarşı çox mərhəmətli, çox bağışlayan və çox şəfqətli olandır. Allah hesab günündə iman edən qullarının pisliklərini örtəcəyini, onların səhvlərini bağışlayacağını və onlara sonsuz cənnət nemətləri ilə qarşılıq verəcəyini vəd etmişdir.

 

Burada çox önəmli bir mövzunu da xatırlatmaq faydalı olardı. İnsanın təbliğ edərək digər insanları hidayətə çatdırmaq gücü yoxdur. Təbliğ mömin üçün bir ibadətdir. Bu ibadətin müqabilində təbliğ edilən adamın iman gətirib-gətirməməsi tamamilə Allahın hidayət verməsinə bağlıdır. Allah qismət etməzsə, heç kimsə iman gətirə bilməz. Belə ki, Hz.İbrahimin Allaha olan imanından aldığı güclə apardığı bu təbliğatın müqabilində Allahdan qorxmayan, vicdanlarının səsini dinləməyən və düşüncə qabiliyyətindən məhrum olan qövmü inkarına davam etmişdi. Bundan başqa, iman gətirməyi qəbul etməməklə kifayətlənməyib eyni zamanda daha da azğınlaşaraq Hz.İbrahimi ölümlə təhdid etmişdilər. Hətta bir az sonra incələyəcəyimiz kimi, Hz.İbrahimi atəşə atmağa çalışmışlar. Bu səbəblə bu həqiqətlər unudulmamaldır: iman gətirən bir adam ətrafındakı insanları Allaha ixlasla və qətiyyətlə iman gətirməyə dəvət etməli, ancaq onların iman gətirməməsinə görə üzülüb kədərlənməməlidir.

 

Rəbbimiz bir ayədə "...Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) şəklində buyurmaqda və Peyğəmbərimizə (s.ə.v.) "İman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?!" ("Şuəra" surəsi, 3) şəklində bildirməkdədir. Allah "Jusif" surəsində bu şəkildə buyurur:

Hz.İbrahimin qövmünün içində olduqları sistemin mənasız olduğunu vicdanlı şəkildə görsə də inkarda təkidlə israr etməsinin səbəblərindən biri öz mənfəətinə qarşı olan düşkünlüyüdür. Jaşamaqda olduqları şirk sistemi onlara müxtəlif dünyəvi mənfəətlər qazandırır və qurulmuş bu sistemin dəyişməsi onların mənafeyi ilə üst-üstə düşmür (Eynilə Məkkədəki bütlər sayəsində böyük ticari qazanc əldə edən Məkkə liderlərinin Peyğəmbər əfəndimizin (s.ə.v.) apardığı təbliğata qarşı çıxması kimi). Bu, həqiqətdə Allahın peyğəmbərləri üçün uyğun gördüyü bir qanundur. Quranda bildirildiyi kimi, hər dönəmdə göndərilən elçilərə qarşı çıxılmış, peyğəmbərlər ölümlə hədələnmiş və heç bir əsli olmayan iftiralara məruz qalmışlar. Bu mübarək, qiymətli insanlar bəzən sehrbazlıq, bəzən dəlilik, bəzən də "şairlik", yəni Allah adına sözlər uydurmaq şəklində çirkin və əsilsiz iftiralara məruz qalmışdılar. Başqa sözlə, peyğəmbərləri günahlandıranlar onları azğın, özlərini isə haqq yolda elan etmək kimi bir saxtakarlığa əl atmaqdan çəkinməmişdilər.

 

Ancaq unudulmamalıdır ki, bu insanlar böyük bir ağılsızığın təzyiqi altındadır. Mənfəətlərini qorumağa çalışarkən əslində özlərini öz əlləri ilə əbədi davam edəcək bir əzaba sürükləyirlər. Allah gözəl əxlaqları, təqvaları, dərin imanları ilə üstün insanlara nümunə göstərdiyi peyğəmbərlərinə üsyan edən insanların uğrayacağı aqibət barədə xəbər verir:

Quranda bildirildiyinə görə, Allah Ondan qorxan qullarına "doğrunu səhvdən ayırma" qabiliyyəti verir. Bu, sadəcə möminlərə xas olan çox böyük bir lütf, üstün bir nemətdir. Hz.İbrahimin qövmünü Allaha iman etməyə dəvət edərkən əsas götürdüyü metodlar, verdiyi qərarlar və istifadə etdiyi üslub Allahın seçkin qullarına bəxş etdiyi bu böyük nemətin önəmli nümunələridir.

 

Hz.İbrahimin həyatındakı bu nümunələrdən biri qövmünün bütlərinə qurduğu tələdir. Hz.İbrahim çoxsaylı bir cəmiyətə qarşı təkbaşına mücadilə etmişdir.

 

Bu, əlbəttə, təhlükəli bir vəziyyətin mövcudluğunu və bu səbəblə də tədbir görülməsinin vacibliyini göstərir. Belə ki, Hz.İbrahim də inkarçıların ona zərər verməsini və təbliğinin qarşısını almasını əngəlləmək üçün tədbirlər görmüşdü. Məsələn, ətrafındakı müşrikləri uzaqlaşdırmaq üçün "xəstəyəm" demişdi:

Hz.İbrahim inkarçı camaatı özündən uzaqlaşdırdıqdan sonra bütlərin yanına getmiş və onları parçalamışdı:

Hz.İbrahimin bütlərin birini salamat saxlamasının da önəmli bir hikməti vardı. Hz.İbrahimin qövmü bütlərin olduğu yerə gedəndə sözdə tanrılarının parça-parça olduğunu və yalnızca ən böyük olan bütün qaldığını gördü. Və bunu edən adamı axtarmağa başladılar. Hz.İbrahimin bütlərə və bu müşrik inanca qarşı olan mücadiləsini bildiklərinə görə bütləri onun qırdığını anladılar və intiqam almaq üçün Hz.İbrahimi axtarıb tapdılar:

Bu sual Hz.İbrahimin ən böyük bütü qırmayıb salamat saxlamasının səbəbini də ortaya çıxarırdı:

İnkarçılar Hz.İbrahimin bu cavabı üzərinə bütlərin danışmağa gücünün çatmayacağını istər-istəməz düşündülər və anladılar. O günə qədər bu daş parçalarının heç bir gücünün olmayacağını anlatmış Hz.İbrahimə inanmayan bu insanlar onun bu hikmətli planı ilə bu gerçəyi qavradılar:

Ancaq inkarçıların bu peşmançılığı qısa çəkdi. Gerçəyi anlasalar da atalarından miras qalan müvəqqəti dünyəvi mənafelərinə uyğun olan şirk sistemini davam etdirmək üçün təkrarən Hz.İbrahimə qarşı çıxdılar:

Hz.İbrahimin bu hadisədə ortaya qoyduğu hərəkətlər incə bir planı və hikməti göstərir. Qövmünə "xəstəyəm" deyərək onları yanından uzaqlaşdırmış və beləcə özünə rahat bir fəaliyyət imkanı yaratmışdır. Sonra bütləri qırmış, amma ən böyük olan bütə toxunmamışdı. Bunu bütlərin qırıldığını görən qövmünün verəcəyi reaksiyanın nədən ibarət ola biləcəyini düşünərək etmişdi. Hz.İbrahimin qurduğu bu tələ onun Allahın vəhyi ilə hərəkət edən üstün ağıl və bəsirət sahibi bir elçi olduğunu bizlərə göstərir. O, Allahın ilhamı ilə çox hikmətli bir tələ qurmuş və Allahın izni ilə çox gözəl bir nailiyyət əldə etmişdi. Bütləri qırdıqdan sonra bunun ən böyük büt tərəfindən edildiyini söyləməklə qövmünü öz inancını hesaba çəkməyə yönəltmişdi. Bəri başdan dəqiq qurduğu plan beləcə hissə-hissə gerçəkləşmişdi.

 

Hz.İbrahimin bütləri qırmasındakı əsl məqsədlərdən biri qövmünün sahib olduğu inanc sisteminin nə qədər ağıldankənar olduğunu onlara başa sala bilmək idi. Çünki qövmünün əgər bu etdiklərinin mənasız olduğunu anlamazsa, təkrarən yeni bütlər düzəldib onlara eyni şəkildə ibadət etməyə davam edəcəyini bilirdi. Bu səbəblə önəmli olan məsələ bütlərə sitayişin Allahın vəhyinə və imana qarşı olan batil bir azğınlıq olduğunu onlara başa salmaq idi.

 


Jeməyən, içməyən, hərəkət edə bilməyən heykəllərin bir insana zərər verə biləcəyini yaxud da bir fayda gətirə biləcəyini düşünmək çox böyük bir ağılsızlıqdır. Bunu düşünənlər, yəni bütpərəstlər bir sıxıntı, ya da çətinliklə qarşılaşanda bütlərdən mədəd umur, onlardan yardım istəyir, onların istəməyəcəyini düşündükləri bir şeyi etmirdilər. Çünki bu bütlərdən qorxur, cansız bütlərin bütün kainatı və canlıları var etdiyinə, bütün kainatı idarə etdiyinə, insanlara sağlıq, bərəkət, ruzi, güc, anlayış verdiyinə inanırdılar. Bu dərəcə qəflətə girəcək qədər ağılsız və anlayışsızdırlar. Allah müşriklərin nə qədər böyük bir azğınlıq içində olduqlarını ayələrdə bu şəkildə xəbər verir:

"Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!" ("Əraf" surəsi, 195).

 

Ancaq bu anlayışsızlığın sadəcə Hz.İbrahim dövründə qaldığını zənn etmək səhv olardı. Bütpərəstlik fərqli adlar altında olsa belə hələ də yaşayır. Məsələn, Hz.İbrahimin qarşılaşdığı bütpərəstlərin inancları müasir dövrdə darvinistlərin inandıqları ilə çox böyük bir oxşarlığa malikdir.

Hz.İbrahim zamanındakı müşrik qövmlər daşdan, torpaqdan və taxtadan heykəllər düzəldir, daha sonra öz əlləri ilə düzəltdikləri bu bütlərə sitayiş edirdilər. Azğın inanclarına görə sitayiş etdikləri heykəllərin kainatın fəaliyyəti üzərində bir gücə sahib olduğuna inanırdılar. Bu batil inanca görə, bütlər qərar vermək, bunları həyata keçirmək, canlıları cəzalandırmaq, ya da mükafatlandırmaq səlahiyyətinə malikdir. Başqa sözlə, müşriklər bu heykəlləri meydana gətirən cansız maddənin sözdə yaratma və insanları idarə etmə gücünə sahib olduğunu zənn edidilər. Heç şübhəsiz ki, bu, çox böyük bir azğınlıq, Allahın Quran ayələrində bildirdiyi çox böyük bir günahdır. Belə ki, Allah bir Quran ayəsində bu şəkildə buyurur:

Hal-hazırda da Darvinin təkamül nəzəriyyəsini müdafiə edənlər Hz.İbrahim zamanında yaşayan bu insanların azğın inanclarına çox bənzəyən bir batil anlayışın ardınca gedirlər. Onlar da karbon, hidrogen, oksigen, kalsium, maqnezium, dəmir kimi elementlərin, tərkibində müxtəlif minerallar olan palçıqlı suyun zamanın və təsadüflərin yardımı ilə üstün bir gücə və azad iradəyə sahib olmasına inanırlar. Darvinistlərin azğın iddialarına görə, dünyanın ilk dövründəki palçıqdan zaman içində təsadüflərin yardımı ilə canlı aləm meydana gəlmişdir. Təbiətdəki bütün gözəllikləri, heyvanları və ən vacibi şüurlu bir insanı yaratma qərarını sözdə yenə bu palçıqlı su, zaman və təsadüf üçlüyü vermişdir. Bu batil inancın kökü cansız maddələri ağıl və iradə sahibi, qərar verə və bu qərarları həyata keçirə bilən varlıqlar kimi qəbul etməyə qədər getməkdə və beləcə maddə adətən bir tanrı kimi görülməkdədir. Bu vəziyyətdə kainatda görülən hər varlığın öz-özünə və təsadüflər nəticəsində meydana gəldiyi iddia edilir və hər varlıq təsadüflərlə birlikdə tanrı kimi qəbul olunur (Allahı tənzih edərik).

 

Halbuki öz bədənindən başlayaraq ətrafını əhatə edən canlı və cansız varlıqları incələyən hər insan bütün kainatı sonsuz bir gücə, ağıla və elmə sahib olan bir Jaradıcının var etdiyini görəcək. Üzərində yaşadığı planetlə bədəni arasındakı qüsursuz uyğunluq, kosmosdakı qalaktikalar, ulduzlar və bütün digər göy cisimləri arasındakı tarazlıqdan saymaqla qurtarmayan qədər misli-bərabəri olmayan nemətlərlə bəzənmiş yer üzünə qədər hər bir detal sonsuz mərhəmət və şəfqət sahibi olan bir Jaradıcının varlığının dəlillərindəndir. O üstün Jaradıcı aləmlərin Rəbbi olan Uca Allahdır. Rəbbimiz insanın bir az düşünərək tapa biləcəyi bu açıq gerçəyi Hz.İbrahim kimi elçilərin vasitəsi ilə də bütün insanlara bildirmişdir. İnsanlar tarix boyunca bir çox insanlara anladılan gerçəkləri inkar etmiş, Allahın varlığını inkarda dirənmişdilər. Allah son vəhyi olan Quranda bu cür insanların varlığını belə bildirir:

 

"Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. Onlara de: "Ayələr ançaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?" Biz onların ürəklərini və gözlərini əvvəlcə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq. Əgər Biz mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti bilməz" ("Ənam" surəsi, 109-111).

 

Göründüyü kimi, şüursuz mineralların, atomların və təsadüflərin qüsursuz layihələr ortaya çıxardığını iddia etməklə heykəllərin önündə əyilib taxta heykəldən sağlıq və bərəkət istəmək eyni azğınlığın davamından başqa bir şey deyil. Dəyişən yeganə şey bu azğınlığa verilən adlar, bunu tərif etmək üçün istifadə edilən anlayışlardır.

 

Hz.İbrahimin içində yaşadığı, Allaha ortaqlar qoşan azğın cəmiyyətin sahib olduğu inanca görə, kainatı düzənləyən, idarə edən, canlıları yönləndirən, hərəkət etdirən müxtəlif bütlər vardı. Darvinistlər də bənzər bir şəkildə bütün canlıların və kainatdakı qüsursuz nizamın cansız maddələrin (atomların, molekulların, təbii güclərin, cisimlərin kimyəvi və fiziki xüsusiyyətlərinin) təsiri ilə yarandığına inanırlar. Bir bütpərəstin bütləri belə güclü sayması kimi darvinistlər də "maddənin öz-özünü təşkil etməsi", "təbiətin bu müxtəliflikləri yaratması" kimi anlayışlarla cansız maddələrin xəyali bir yaratma gücünün olduğunu iddia edir, onları bütləşdirirlər.

 

Bu vəziyyət təkamül nəzəriyyəsini müdafiə edən məşhur nəşrlərdə açıqca görünür. Bu nəşrlərdə yer alan yazılarda darvinistlərin bütlərindən tez-tez bəhs edilir, bu bütlərin başında dayanan bütü də "Ana təbiət" adlandırırlar. Bu azğınlığı müdafiə edənlər kainatdakı bütün inkişaf və yeniliklərin, dəyişmələrin sözdə Ana təbiətin - ya da Təbiətin - idarə etməsinə və onun iradəsi ilə gerçəkləşdiyinə inanırlar. Canlılardakı qüsursuz gözəlliklərin, bütün canlıların meydana gəlməsini, ölümünü, təbii fəlakətlərin Ana təbiətdən gəldiyini bilir, bunları onun əzabı və ya möcüzəsi sayırlar. Təbiətdəki bir gözəllikdən bəhs edərkən "təbiətin insana ərməğanı", bir fəlakətdən bəhs edərkən də "Ana təbiətin qəzəbi" kimi azğınlıqlarını göz önünə sərən cümlələrdən istifadə edirlər. Ancaq Ana təbiətin gücünü haradan aldığına və yaxud da kim olduğuna dair heç bir açıqlama gətirməzlər. Bu, əlbəttə, çox böyük bir ağılsızlıq, çox çirkin bir iftiradır. Bəhs etdiyimiz adamlar Allaha açıq-aşkar şirk qoşur və bu batil inanclarını da sözdə elmi bir bünövrəyə bağlamağa çalışırlar. Darvinizmin müasir tənqidçilərindən biri olan amerikalı mütəfəkkir, professor Filipp Conson təkamül nəzəriyyəsinə və ümumi olaraq çağımızdakı materialist fəlsəfəyə olan inancın bir növ bütpərəstlik olduğunu belə açıqlayır:

 

"İnkar hər zaman biz insanlar üçün çaşdırıcı bir vasitə olmuşdur. Açıq ateizm isə inkarın ən səthi və qabarıq formasıdır... (İnkarın) digər bir köhnə strategiyası isə Jaradıcının yerinə nəzarətimiz altındakı bir başqa varlığı yerləşdirməkdir. Bunun adı bütpərəstlikdir. İbtidai qəbilələr bütlərini taxtadan və ya gildən düzəldirdlər. Müasir intellektuallar isə öz nəzəriyyələrini bütləri halına gətirməkdədir... "Tanrı" kəlməsindən istifadə etsələr belə bunu təsadüf və təbiət qanunları kimi göstərirlər. Bu strategiyadan istifadə edənlərin hamısı Jaradıcının yerinə yaradılmış varlıqları qoyurlar ki, bu da bütpərəstliyin özüdür".3

 

Həqiqətən də "Bütün kainatı yoxdan var edən Rəbbimizin yerinə, özü də yaradılmış olan aciz varlıqları qoymaq" (Allahı tənzih edərik) min illərdən bəri gələn bütpərəstliyin təməl daşıdır. Hz.İbrahim də eyni azğın dünyagörüşünə sahib olan qövmü ilə mücadilə etmişdi. Allah ayələrində bunu belə bildirir:

 

Maddənin ağlının olmaması, bu səbəblə də maddi varlıqlara ağıl istinad etməyin böyük bir səhv olduğu açıq-aşkar məsələdir. Atomların, molekulları, palçıqlı suyun yaxud da təsadüflərin bir şüuru, qərar vermə gücü, düşünmə qabiliyyəti yoxdur. Atomlar şüursuz, cansız maddələrdi. Halbuki kainatda var olan hər şeyin ancaq üstün bir şüur və iradənin varlığı ilə həyat tapa biləcəyi açıq bir gerçəkdir. Bu üstün şüur və iradənin hamısı aləmlərin Rəbbi olan Allaha aiddir. Bütün kainat sonsuz elm sahibi olan Allahın yaratmasıdır. Kainatın hər detal və incəliyində Allahın yaradıcı gücündəki qüsursuzluq, üstün ağıl və qeyri-adi elm açıqca görünür. Allah canlı-cansız bütün varlıqları yoxdan var etmiş, bu varlıqların hər birinə insanı böyük bir təəccüb içində buraxan mükəmməl özəlliklər bəxş etmişdir.

 

Hz.İbrahim Ayın, Günəşin ya da ulduzların bir yaradıcı güclərinin olmayacağını insanlara göstərmiş və bu şəkildə onları şirk qoşmaqdan daşınıb Allaha iman etməyə çağırmışdı. Bu vaxt tutduğu yol isə - daha öncə də bildirdiyimiz kimi - özündə bizlər üçün çox önəmli olan işarələri ehtiva edir. Hz.İbrahim əvvəlcə "ola bilməyəcəkləri" - yəni bütpərəstliyin əsasını təşkil edən inancların batil və gücsüz olduğunu - insanlara Allahın ilhamı ilə ən hikmətli və ən təsirli şəkildə göstərmişdir. Müasir dövrümüzdə bəziləri darvinizm və materializm kimi ateist fəlsəfələrin keçərsizliyinin və bunları müdafiə edən kimsələrin səhvlərinin açığa çıxarılmasına ehtiyac olmadığını söyləyirlər. Onların fikrincə, Allahın üstün yaratma sənətinin söylənilməsi kifayətdir və darvinizmin geçərsizliyinin söylənilməsinə ehtiyac yoxdur. Halbuki bu, son dərəcə səhv bir fikirdir. Çünki insanların illərdən bəri alışdığı səhv düşüncə şəkillərini aradan qaldırmağın ən önəmli yollarından biri onların ağıllarında yer alan bütün sual işarələrinin bir-bir açıqlanmasıdır. Bu səbəblə də insanlara Allahın varlığının dəlillərini, Rəbbimizin yaratma gerçəklərini anladarkən bir yandan da təkamül nəzəriyyəsinin geçərsiz olmasının mütləq açıqlanması lazımdır. Beləcə, insanlar öz fikirlərinin nə qədər əsassız olduğunu, illərlə böyük bir yalanın arxasınca getdiklərini qavrayacaq və Allahın varlığının açıq bir gerçək olduğunu daha asan anlayacaqlar.

 

Darvinizmin niyə keçərsiz olmasının maddə-maddə anladılması bu anlayışı müdafiə edən insanların istinad etdiyi bütün qaynaqları ortadan qaldırır. Beləcə, bütün "səhvlər və imkansızlıqlar" ortaya çıxmış olur. Hz.İbrahim də Allaha olan möhkəm imanından qaynaqlanan üstün qavrayışı və bəsirəti sayəsində daş və taxta bütlərin yaxud da Günəşin, Ayın, ulduzların bu şəkildə tanrı olmayacağını dəlilləri ilə və ən hikmətli şəkildə ortaya qoymuşdur. Allahın varlığını və yaradılış gerçəyini təbliğ edən insanlar da gözəl əxlaqı və güclü imanı ilə Allahın insanlara nümunə göstərdiyi Hz.İbrahimlə eyni üslubu izləyə bilirlər.

 

Hz.İbrahimin qövmü ilə darvinistlr arasındakı digər bir bənzərlik də təbliğ qarşısında verdikləri cavablardır. Bütpərəstlər daş və taxta heykəllərin heç bir şeyə gücünün çatmayacağını başa düşmüş və bunu özləri də dilə gətirmişdilər. Allah "Onlar bir-birinə müraciətlə: "Axı siz özünüz haqsızsınız" dedilər ("Ənbiya" surəsi, 64) ayəsi ilə bizlərə bu gerçəyi bildirir. Ancaq gerçəklikləri açıq görmələrinə və qəlbdən qəbul etmələrinə baxmayaraq inkarda dirənmiş, bütlərinə sədaqət göstərməkdə qərarlı olmuşdular.

 

Darvinistlər kainatdakı canlı və cansız bütün maddələrin, atomların, molekulların, təbiət güclərinin, cisimlərin kimyəvi və fiziki xüsusiyyətlərin təsiri və təsadüflərin köməyi ilə zaman ötdükcə meydana gəldiyinə inanırlar. Halbuki təkamülçülərin istədikləri bütün şərtlər bir yerə yığılsa da, bir canlının meydana gəlməsi mümkün deyil. Təkamülçülər şəkildəki kimi bir böyük vedrəyə canlıları meydana gətirən bütün atomları, hormonları, proteinləri və istədikləri bütün elementləri qoysunlar, daha sonra bunları istədikləri üsulları qarışdırsınlar və istədikləri qədər -lazım olarsa, milyonlarla il- gözləsinlər. Nə edərlərsə etsinlər və nə qədər gözləyirlərsə gözləsinlər, bu vedrədən bircə canlı məxluq, hətta bircə canlının bir hüceyrəsini də çıxara bilməzlər.  


Darvinistlər də təkamül nəzəriyyəsinin elm qarşısında bütün sübutlarını itirdiyini, günümüzdə darvinizmi elmi dəlillərlə isbat etməyin imkansız hala gəldiyi çox yaxşı bilirlər (Ətraflı məlumat üçün bax: "Təkamülçülərin etirafları", II nəşr, Harun Jəhya, Araşdırma Jayınçılıq). Allahın üstün yaratma dəlillərini ortaya qoyan hər çalışma onları daha da böyük bir ümidsizliyə və uğursuzluğa sürükləməkdədir. Canlılardakı qüsursuz nizam nümunələri, kompleks sistemlər, mükəmməl yaradılış detalları alimlər tərəfindən birbirinin ardınca açıqlanmaqda, darvinizmin iddiaları elm qarşısında bir-bir ortadan qaldırılmaqdadır. Ancaq darvinistlər bunu açıqca qəbul etmir, bu düşüncələrini sadəcə sətir aralarında və istəmədən dilə gətirir, amma tam mənası ilə qəbul edə bilmirlər. Bu mövzudakı hər mübahisədə darvinistlər nəzəriyyələrini kor-koranə müdafiə edir, qarşı tərəfin dəlillərini isə görmürlərmiş kimi fikirlərinə davam edirlər.

 

Bu məqamda iman edənlər çox vacib bir gerçəyi əsla unutmamalıdır: vacib olan şey bir gerçəyi sözlə təsdiq etmək görünüşdə qəbul etmək deyildir. Vacib olan şey qəlbən bu gerçəyin fərqində olmaqdır. Darvinistlər də yaradılış gerçəyini qəlbən qəbul etmiş vəziyyətdədir. Onların öz səmimi düşüncələrini insanların önündə dilə gətirməsi bu gerçəyi dəyişdirməkdədir. Üstəlik darvinistlərin yaradılış gerçəyini vicdanən çox yaxşı başa düşdükləri halda onu rədd etməsi Quranda bizlərə bildirilən bir gerçəyi də ortaya qoyur: "Sadəcə az bir camaatın iman edəcəyi".

 

İman edənlərin üzərinə düşən vəzifə isə gerçəkləri təkrar-təkrar başa salmaq, başa düşənlər üçün yeni metod və üslublar tapmaq, insanlara Allahın dinini ən gözəl şəkildə təbliğ edə bilmək üçün geniş şəkildə bir zehni fəaliyyət həyata keçirmək olmalıdır. Bu mücadiləni həyata keçirəcək adamlar Allaha təslimiyyətli və təvəkküllü olmalıdır. Çünki qarşılarındakı adamlara hidayət verəcək olan Allahdır. Bütün anladılanlar təbliğ edilən adamlara ancaq Allahın bunu istəyəcəyi təqdirdə təsir göstərəcəkdir.

 

Hz.İbrahim də qövmünə təbliğ edərkən çox səbrli davranmış, təvəkkülü və təslimiyyəti ilə bütün insanlara nümunə olmuşdur. O, hər vəziyyətdə Allahın onunla birlikdə olduğunu bilmiş, hər anı olduğu kimi, çətin görünən hadisələri də Allahın yaratdığına və Rəbbimizin hər hadisəni ən gözəl və ən xeyirli şəkildə sonuclandıracağına iman etmişdi. Qövmünün hədələri qarşısında əlindən gələn bütün cəhdləri göstərmiş, ancaq nəticənin Allaha aid olduğunu bilərək Ona arxalanıb etimad etmişdi. Allah onun bu gözəl təvəkkülü qarşısında onu daim güclü və uğurlu etmişdir.

Hz.İbrahimin qövmü inkarda israr edən ən kobud və davakar bir cəmiyyət idi və ayələrdə də bildirildiyi kimi, bu qiymətli insanla mübahisəyə girməyə çalışmışdı. Hz.İbrahim isə başına gələn hər hadisədə böyük bir səbr göstərmiş, Allahı vəkil tutub Ona həmd edərək üstün bir əxlaq göstərmişdir. Hz.İbrahim qövmünə təbliğ edərkən daima bütün təbii dəlilləri ortaya qoymuş, Allahın ona bəxş etdiyi üstün hikmət sayəsində ən təsirli nümunələri vermiş və son dərəcə qaneedici bir metoddan istifadə etmişdir. O, Allahın xoşuna gələcəyi kimi bir əxlaq göstərmiş, insanlara hər zaman şəfqətlə və mərhəmətlə yaxınlaşmışdı.

 

Hz.İbrahim tətbiq etdiyi planla qarşısındakı bütpərəst cəmiyyətin batil inancının bütün təməl qaynaqlarını ortadan qaldırmışdı. Bu azğın inancların ən kiçik bir əqli təməli olmayan, məntiqə zidd gələn, Allahın vəhyinə tərs bir inanc olduğunu əsaslandırmışdı.

 

Qövmü və xüsusilə də atası Azər isə Hz.İbrahimə qarşı güc tətbiq etmək istəmişdi. Halbuki Hz.İbrahim sadəcə məfkurəvi bir çalışma etmiş, inkarçılara qarşı fikri bir mübarizə aparmağın nə qədər vacib olduğunu ortaya qoymuşdu. Qarşısındakılar onu daş-qalaq etmək, evindən qovmaq və hətta öldürmək istəmiş, amma o, qövmünün zülmlərinə gözəlliklə reaksiya vermişdi. Bu, Allahın iman edənlərə Quranda da əmr etdiyi üstün bir əxlaq özəlliyidir:

Hz.İbrahim təvəkkül etmiş, camaatının düşməncəsinə davranışı qarşısında hər zaman Allaha olan gücü, imanı, səmimiyyəti,  təslimiyyəti, ixlası ona güc vermiş, Allahın varlığını anlatmaq üçün çox təsirli metodlar tətbiq etmişdi. Həyatı boyunca çox böyük bir qətiyyət və şövqlə inkarçılara qarşı fikri mübarizə aparmış və Allahın rizası, rəhməti, cənnətindən başqa heç bir əvəz gözləməmişdi.

 

Bunu əsla unutmaq olmaz ki, hər kəsin iman etdiyi və Allahın rizasına görə yaşadığı bir cəmiyyət içində iman gətirmək daha asandır. Bu cəmiyyətdə insan ətrafındakı adamların həyatlarını gözləməyərək doğru yolu asanlıqla tapa bilir. Ancaq imansızların, Allahı inkar edənlərin sayca çox olduğu bir şəraitdə iman gətirmək, Allhın razı olacağı kimi bir həyat sürmək üçün daha ciddi bir qətiyyət lazımdır və bu səbəblə daha məqbul ola bilir. (Doğrusunu Allah bilir). Hz.İbrahim də bu yönü ilə Allahın insanlardın üstün tutduğu xoşbəxt bir peyğəmbərdir.

 

Günümüzdə bəzi adamlar ətrafındakı insanların bir qismini Allahın varlığını inkar etməsi və Quran əxlaqının xaricindən həyat sürməsi səbəbi ilə ümidsizliyə düşməkdə, Allahın rizasını qazanmaq yönündəki istəklərini itirməkdədir. Halbuki müsəlman bütün dünya inkar etsə belə Allaha könüldən təslim olmaq, Onun xoşlanacağı kimi bir həyat sürmək mükəlləfiyyətini daşıyır. Allah "Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı" ("Nəhl" surəsi, 120) ayəsi ilə Hz.İbrahimin gerçək imanı təkbaşına yaşaya bilən, sadəcə Allaha yönələn bir qul olduğunu bildirir. Bu səbəblə də bütün iman edənlərin eynilə Hz.İbrahim kimi dəqiq qərar verib şərait nə olursa olsun, inkarçıların yalanları və tələləri qarşısında zəifləməməsi lazımdır.

Bütlərinin sındırılmasından qəzəblənən inkarçılar Hz.İbrahimə şiddətlə və zorakılıqla cavab verməyi qərara almışdılar. Bunun üçün də Hz.İbrahimi alova ataraq yandırmaq kimi böyük bir əzazilliyə əl atmışdılar:

Başqa bir ayədə də Allah qövmünün Hz.İbrahimə nə qədər düşməncəsinə yaxınlaşdığını, onu mütləq öldürmək üçün tələ hazırladığını bu şəkildə bildirir:

Müşriklərin Allahın varlığının dəlillərini açıqca gördükləri halda içlərində Hz.İbrahimi alova atacaq qədər böyük bir qəzəb hiss etmələri bu adamların elçilərə və iman sahiblərinə olan kin və dözümsüzlüyünün vacib bir nümunəsidir. Allah Quranda inkarçılar tərəfindən alova atılan digər möminlərdən də xəbər verir:

Ancaq Allah inkarçıların bütün hiylələri kimi onların zülmünü də boşa çıxarır. Möminlər onlara verilən işgəncə səbəbi ilə Allah dərgahında böyük bir savab qazanarkən onlara bu zülmü edən inkarçılar da əbədi bir cəhənnəm əzabına düçar olurlar.

 

İlk baxışda Hz.İbrahimin çoxsaylı inkarçı tərəfindən yandırılaraq öldürüləcəyi zənn edilir. Fəqət, ölüm ancaq Allahın diləməsi ilə olduğu kimi atəş də yalnız Allahın istəyi ilə "yandırma" özəlliyinə sahibdir. Hər şeyi yaradan Allah o an alova Hz.İbrahimə qarşı "soyuq və sərin" olmağı əmr etmiş, inkarçıları isə elə özlərinin qazdığı quyuya salmışdı:

Allah bütün elçilərinə yardım etdiyi kimi Hz.İbrahimə də bu çətin anında ən gözəl şəkildə kömək etmişdir. Hz.Musaya  Firon və əsgərləri çatdığı anda dənizin yarılaraq yol açılması və ardınca Firon ordusunun dənizdə boğulması kimi Hz.İbrahimə qurulan tələ də böyük bir möcüzə ilə pozulmuşdur. İbrahim peyğəmbər inkarçıların qurduğu bu tələ qarşısındakı dəyanəti, cəsarəti və təvəkkülü ilə möminlərə nümunədir. Son dərəcə güclü bir imanı olduğu üçün başına gələn bütün hadisələrin bir alın yazısı, Allahın bir planı olduğunu anlayır. Bunun üçün qeyri-mümkün kimi görünən bir hadisədə də Allahın köməyinin və dəstəyinin həmişə möminlərin yanında olacağını bilir. Çünki bu, Allahın vədidir, Allah möminlərin əleyhinə inkarçılara yol verməz. ("Nisa" surəsi, 141).

 

Möminlərin də Allaha olan imanı, təvəkkülü və gözəl əxlaqı ilə ayələrdə öyülən İbrahim peyğəmbəri özlərinə nümunə götürərək çətinliklər qarşısında hər zaman Allaha güclü bir təvəkkül göstərməsi və hər şeyi yaradanın Allah olduğunu əsla unutmaması lazımdır. Necə ki, zərər gətirəcəyi düşünülən hadisələrin hamısı əslində bir imtahan olaraq yenə möminlərin xeyrin gerçəkləşir. Bu durumda müsəlmanın daim şövqlü və əzmli olması və hər zaman Rəbbimizə güvənməsi Allahın rizasını qazanmağa ən uyğun davranış olacaq.

 

Ona görə də inkarçıların tələ, sui-qəsd və hücumları  möminin kədərli olmasına və qəm-qüssə duymasına əsla səbəb olmamalıdır. Əksinə, hər zaman üçün şövqünün artmasına və Allaha yaxınlaşmasına vəsilə olur. Belə ki, Allah Quranda Peyğəmbərimizə (s.ə.v.) bu mövzuda belə əmr etmişdir:

 
 

    

03- Philip Johnson, The Wedge of Truth: Splitting the Foundations of Naturalism, Intervarsity Press, 2000, s. 154