HƏR ŞEYDƏ XEYİR GÖRMƏK



 

Möminlərin Etdikləri Səhvlərdə də Xeyir Vardır

Cahiliyyə cəmiyyətlərində ən çox çəkinilən mövzulardan bir dənəsi də səhv etməkdir. Çünki səhv edən adam cəmiyyətin gözündə kiçik olar və ümumiyyətlə də lağ mövzusu edilər. Və ya özü yönündən önəmli gördüyü bəzi fürsətləri qaçırabilər. Bu üzdən cahiliyyə fərdləri arasında səhv etmək sanki qorxulu bir yuxu halına gəlmişdir.

Halbuki Quran əxlaqında vəziyyət olduqca fərqlidir. İlk olaraq iman edənlər heç kimsəni etdikləri səhv ilə qiymətləndirməzlər. Səhv edən adamın da bir insan olduğunu, səhvə uyğun bir qurluşu olduğunu bilər, ona qarşı şəfqət və mərhəmət duyarlar.

Bununla birlikdə mömin özü bir səhvə düşdüyündə isə səmimi olaraq düşünüb səhvini anlar; Allah qorxusu və vicdanı onu dərhal həyata keçirər. Səhvini kompensasiya etmək üçün çalışar. Sonsuz mərhəmət sahibi olan Allaha dua edər və bağışlanma diləyər.

Mömin səhv etdiyində duyduğu peşmanlıq da yenə özü üçün xeyirlidir. Çünki bu, cahiliyyənin yaşadığı çətinlikli bir peşimanlıq deyil, bir daha eyni səhvi təkrarlamağa yönəlik bir qərardan ibarətdir. Bu vəziyyətdə möminin göstərdiyi təslimiyyət, təvəkkül və bütün hadisələrin qədərində olduğunu bilərək hərəkət etməsi çox önəmlidir. Beləcə Allaha olan yaxınlığı daha çox artar.

  

“Hər Nəfs Ölümü Dadacaqdır…”

Cahiliyyə inancına görə bir insanın başına gələ biləcək ən pis hadisələrdən biri, yaxınlarının və ya özünün ölümüdür. Ölümə yaxınlaşmış olmaq ya da bir yaxınını itirmək ən çox qorxulan mövzuların başında gəlir. Ölüm, hər vaxt bir an öncə bağlanılması və başqa mövzular açılaraq gecikdirilməsi lazım olan bir mövzu olaraq qiymətləndirilər. Cahiliyyənin sapıq anlayışna görə bəlkə bir çox mövzuya xeyir gözüylə baxıla bilər, amma bir adamın ölümündə əsla bir xeyir görülməz.

Din əxlaqını yaşamayan cəmiyyətlərin ölümü qiymətləndirmə metodları həmişə bir-birinə bənzərdir və fərqli bir düşüncə əsla ağıllardan keçməz. Söz mövzusu çevrələrdə ölüm bir yoxoluş olaraq görülməkdə və axirət həyatına tərəddüd ilə yaxınlaşılmaqdadır. Din əxlaqından uzaq insanlar üçün dünya həyatı tək həyatları, sahib ola biləcəkləri tək ömürdür. Bu səbəbdən onlara görə ölüm ilə birlikdə bu imkan tamamilə itməkdə və sapıq anlayışlarına görə ölən adamın arxasından geriyə yalnız üzüntü qalmaqdadır. Özəlliklə də çox sevdiyi bir yaxını vəfat edən bir insan iç dünyasında şübhəsiz böyük bir üzüntü və çətinlik yaşar. Hətta bir yaxınının gənc yaşda ölməsi vəziyyətində Allaha və qədərə qarşı üsyana çatan davranışlar bir-biri ardınca gəlir.

Halbuki din əxlaqından uzaq olan bu insanlar çox önəmli həqiqətləri unutmaqdadırlar:

Öncəliklə dünyadakı insanların heçbiri öz istəkləriylə dünyaya gəlməmişlər. İnsanların heçbiri öz iradələriylə həyata sahib olmamışlar. Bütün insanların həyatı Allaha aiddir; hər kəs Uca Allahın təqdir etdiyi zamanda və Onun dilməsiylə həyat tapmışdır. Göylərin, yerin və ikisi arasındakı canlı cansız hər varlığın sahibi olan Allah, dilədiyi adamın canını dilədiyi şəkildə və dilədiyi zamanda alar. Allahın qədərdə təyin etmiş olduğu bu zamanı kimsənin təxirə salmağa və ya önə atmağa gücü çatmaz. Bu həqiqət Quranda belə bildirlər:

Allahın icazəsi olmadan heçbir nəfs üçün ölmək yoxdur. O, vaxtı ifadə edilmiş bir yazıdır. Kim dünyanın faydasını (savabını) istəsə ona ondan verərik, kim axirət savabını istəsə ona da ondan verərik. Biz şükredənləri çox yaxında mükafatlandıracağıq. (Al-İmran Surəsi, 145)

Ayrıca insan ölümdən uzaqlaşmaq üçün nə qədər tədbir görsə, özüncə nə qədər etibarlı yerlərə sığınırsa sığınsın ölümdən qaçmaz. Heç gözləmədiyi bir şəkildə bu dünyadan ayrıla bilər. Eyni şəkildə bir yaxınının ölməməsi üçün nə qədər məşğul olsa da, hətta bütün dünyanın imkanlarını səfərbər etsə də bu istəyini –Allah dilmədikcə- gerçəkləşdirə bilməz. Bir ayədə ölümün hər yerdə insanı tapacağı ifadə edilmişdir:

Hər harda olsanız, ölüm sizi tapar; yüksək yerlərdə təhkim edilmiş qalalarda olsanız belə… (Nisa Surəsi, 78)

Bu üzdən insanın etməsi lazım olan ölümdən qaçmağa və yaxınlarını qaçırmağa çalışmaq deyil, əksinə ölümdən sonrası üçün hazırlıq etmək və sevdiyi insanların da axirətdəki sonsuz həyatları üçün hazırlıq etmələrinə vəsilə olmaqdır.

 

Ölüm Bir Son Deyil, Başlanğıcdır

Axirət inancı daşımayan və ya inancları zəif olan insanların ölüm və ölümdən sonrakı həyata baxışları son dərəcə çarpıqdır. Bundan ötəri izah etdiyimiz kimi ölümü xeyirli bir hadisə olaraq deyil, bir müsibət olaraq qiymətləndirərlər. Ölən adamı daha əsla görməyəcəklərini və onun torpaq olaraq yox olduğunu düşünərlər.

Halbuki ölüm yoxoluş deyil; əksinə insanların əsl yurdları olan axirət həyatına keçişləri üçün bir vəsilədir. İnsanların, dünyada işlədikləri yaxşılıqların və pisliklərin qarşılığını görəcəkləri hesab gününə yaxınlaşdıqları bir hadisədir. Və istisnasız hər insan ölüm anı ilə qarşılaşacaq; əbədi yurd olan axirətə keçəcəkdir. Bu, kimi insan üçün çox gənc yaşlarda ola biləcəyi kimisi üçün də irəli yaşlarda ola bilər. Amma son olaraq heçbir insan dünyada əbədi qalmayacaq; insan yaşadığı hər gün ölüm anına bir az daha yaxınlaşmaqdadır. Bu üzdən ölümdən qaçmağa çalışmaq, ölümü düşünməmək, ölümü bir müsibət olaraq qiymətləndirmək son dərəcə ağılsızca bir davranışdır.

Bəzi kəslər isə axirət inancları olduğunu söyləmələrinə baxmayaraq yenə də ölən adamın arxasından ağlamanı və hüzünlənməyi təbii qarşılayırlar. Halbuki Allahın ədaləti sonsuzdur. Ölən adam Rəbbimizə hesabını verəcək və dünyada etdiyi hər şeyin qarşılığını misliylə alacaq. Bu üzdən Allaha və axirət gününə inanan, dünya həyatında Rəbbimizin istədiyi kimi bir həyat yaşayan hər insan üçün ölüm, sonsuz gözəllikdəki bir həyatın qapısıdır. İman edənlər üçün ölüm əbədi qurtuluşun başlanğıcıdır. Ancaq dünyada böyüklənmiş, axirəti inkar etmiş, Allaha hesab verəcəyini göz ardı etmiş cahiliyyə insanları üşün ölüm, sonsuz bir əzabın qapısıdır. Bu üzdən söz mövzusu insanların, ölümü bir xeyir olaraq qiymətləndirmələri mümkün deyil.

Bu, tamamilə zidd anlayış fərqliliyi səbəbiylə, bir möminin ölümü ilə qarşılaşılan digər möminlərin reaksiyaları da cahiliyyə əxlaqından və hərəkətlərindən qəti olaraq ayrılmaqdadır. Çünki cahiliyyə inancına görə ola biləcək ən pis hadisə olaraq qiymətləndirilən ölüm, möminlər üçün yenə bir xeyir vəsiləsi olaraq görülər. Möminlər ölümü, Uca Allahın aşağıdakı ayəsi istiqamətində qiymətləndirər:

And olsun, əgər Allah yolunda öldürər ya da öldürülərsəniz, Allahdan olan bir bağışlanma və rəhmət, onların bütün yığmaqda olduqlarından daha xeyirlidir. (Al-İmran Surəsi, 157)

Bu ayədə görüldüyü kimi, möminlərin həyatları kimi ölümləri də xeyirlidir. Özəlliklə Allah yolunda bir iş üstündəykən ölən möminlər üçün Allah qatında özəl bir dərəcə vardır. Bu səbəblə şəhidlik mövqeyi əslində bir möminin şərəfidir və axirətdəki əcrini artıracaq xeyirli bir hadisədir. Axirət həyatını hədəf əldə edən və Allahın razılığını qazanmaq məqsədiylə yaşayan bir möminin yenə Allah yolunda şəhid olması son dərəcə qürur vericidir. Quranda xəbər verilmiş olan bu müjdəni bilən möminlər, bir başqa mömin Allah rizasını qazanmaq üçün çalışarkən ölərsə əsla hüzünə əsla qapılmazlar. Tam tərsinə bu möminin ölümündəki xeyirləri və gözəllikləri görərək sevinc və xöşbəxtlik eşidərlər. Heç şübhə yox ki gözəlliklərin ən üstünü Allahın razılığını və cənnətini qazanmaqdır. Uzun və xeyirli ömür sürən, bütün ibadətlərini yerinə yetirən məsələn, yalan söyləməkdən qaçan, yaxşılıq etməkdən xoşlanan, ədalətli davranan, zəkatını verən, orucunu tutan, 5 vaxt namazına ciddilik göstərən, Allahın sərhədlərinə uyğun gələn bir möminin Allah Qatında üstün bir dəyəri olduğu ümid edilər.

Buna qarşılıq inkarcı birliklərin hamısının içinə düşdüyü bir yanılma vardır ki o da özlərinə verilən həyat zamanı nə qədər uzun olsa, bunun o qədər xeyirlərinə olduğunu zənn etmələridir.

Aşağıdakı ayədə Allah bu  mövzudakı həqiqəti çox qəti bir biçimdə açıqlamaqdadır:

O küfrə düşənlər, özlərinə tanışımız vaxtı əsla özləri üçün xeyirli sanmasınlar, Biz onlara, ancaq günahları daha da artsın, deyə vaxt verməkdəyik. Onlar üçün aşağılayıcı bir əzab vardır.

(Al-İmran Surəsi, 178)

Bütün idealarını və həyatlarını dünya həyatının keçici faydasını əldə etmə məqsədi üzərinə quran cahiliyyə insanları ömürləri nə qədər uzun olsa o qədər çox dünyəvi nemətlərdən faydalana biləcəklərini düşünürlər. Beləcə Allahı və axirət gününü tamamilə unudaraq yaşayan bu insanlar, boşa istifadə etdikləri zamanın axirət həyatları üçün nə dərəcə böyük önəm daşıdığının şüuruna çatmazlar. Halbuki yuxarıdakı ayədə də bildirildiyi kimi özləri üçün xeyir zənn etdikləri bu vaxt tamamilə əleyhlərinə işləməkdədir.

Bu örnək üzərində düşünən insan, xeyir və şər mövzusunu necə qiymətləndirmək lazım olduğunu, Allahın “xeyir zənn etdiyiniz şər, şər zənn etdiyiniz xeyir” (Bəqərə Surəsi, 216) ola bilər hökmünü çox daha dərininə qavraya bilər.

  

HADİSƏLƏRDƏKİ XEYIRLƏRİ GÖRMƏYƏ MANEƏ TÖRƏDƏN SƏBƏBLƏR

Dünyanın Bir İmtahan Yeri olduğunu Unutmaq

Bir qisim insanlar həyatlarının böyük bir hissəsinin günlük həyatın axışı içində, təsadüflər nəticəsində inkişaf etdiyini zənn edərlər. Lakin bu sapıq qiymətləndirmə çox böyük bir yanılmadır. Bir adamın xərçəng olması və ya bir yaxınını yol qəzasında itirməsi kimi böyük hadisələrdən, yediyi yeməyə və ya geydiyi paltara qədər hər şey o adamın qədərində təyin olunmuş özəl hadisələrdir. Bütün bu hadisələri adamın sınanması üçün ən incə detalına qədər Allah yaratmaqdadır.

İnananlarla inkarcılar arasındakı ən fundamental fərq bu nöqtədə açığa çıxar. Möminlər həm öz başlarına gələn həm də ətraflarında gerçəkləşən hadisələri çox fərqli bir baxış ilə qiymətləndirərlər. Bu Quranda Allahın əmr etdiyi şəkildə düşünərək, hər hadisəni bir sınaq gözüylə qiymətləndirmədir. Bu səbəbdən möminlər qarşılaşdıqları hər hadisədə sınandıqlarının şüurunda olaraq Allahı razı edəcək davranışlar göstərməyə cəhd göstərərlər.

Digər tərəfdən Quran əxlaqını yaşamayan insanların çoxunun çatmağa çalışdığı birçox hədəflər vardır. Bu hədəflər ümumiyyətlə, yaxşı bir məktəbdə oxumaq, xoşbəxt bir evlilik qurmaq, uşaqlarını evləndirmək, bacarıqlı bir iş adamı olmaq, yüksək bir mövqeyə gəlmə, zəngin və etibarlı bir insan olmaq kimi mövzularda sıxlaşar. Bütün bu sayılanlar məqbul istəklərdir ancaq səhv olan bu istəklərə çatmağı bəzi kəslərin həyatlarının ən önəmli məqsədi halına gətirmələridir. Bu kimi insanların bütün planları və məşğuliyyətləri bu dar çərçivə içindədir. Çünki bu insanlar həyatlarını yalnız bu dünyadan ibarət zənn etməkdədirlər. Halbuki bu zənn, çox böyük bir yanılmadır. Bir insan həyatı boyunca hər istədiyini əldə etmiş belə olsa, sonunda həyatı bir yerdə nöqtələniləcək. Və həqiqət sonsuz həyat olan axirətə addım atacaq. Bu səbəbdən yalnız dünyanın keçici bəzəklərini qazanmağa yönəlik bir həyat, Allahın diləməsi xaricində boşa keçmiş bir həyatdır.

Üstəlik belə bir həyatı özünə məqsəd əldə etmiş bir insanın dünyada istədiklərinə əskiksiz olaraq qovuşması mümkün deyil. Allahın yaratdığı qanuna görə, dünya üzərindəki varlıqlar zaman içərisində pozulmağa başlayarlar. Zamanın bezdirici təsiri istisnasız hər şey üzərində təsirini göstərir. Məsələn çox gözəl görnüşlü, xoş qoxulu bir meyvə bir neçə gün sonra yeyilməyəcək hala gələr; illərcə səy göstərərək əldə edilən bir ev sonunda köhnələr və istifadə edilməz vəziyyətə gəlir. Və ən önəmlisi dünyadakı hər şey kimi insan bədəni də zaman içərisində pozulmağa doğru sürətlə yol götürər. Zamanın gətirdiyi köhnəlməyi və vücudun yaşlılığa olan keçişini, bütün insanlar yaşamaq vəziyyətindədir. Saçların ağarması, müəyyən bir yaşdan sonra hücrələrin ölməyə başlaması, vücudu meydana gətirən üzvlərdə ortaya çıxan axsamalar, dərinin qırışması və digər çox əlamət insanın ölümə yaxınlaşdığnı xatırladan açıq dəlillərdəndir.

Yaşlanmanın yanında insanın ömrü, ən yaxşı ehtimalla ortalama 60-70 ildir ki qarşılaşılan çox hadisə ilə bu vaxt daha da qısala bilər: yol qəzası, ölümcül bir xəstəlik kimi faktorlar insanın heç gözləmədiyi bir anda həyatını itirməsinə səbəb ola bilər. Öncəki bölümdə də söz etdiyimiz kimi, insan nə qədər ölümü düşünməməyə, onu ağlından çıxarmağa çalışırsa çalışsın, qaçınılmaz sonla bir gün özü də qarşılaşar. İstər dünyanın ən gözəl insanı olsun, istər ən zəngini, istəsə də ən məşhuru hər insan ölüm həqiqətiylə üz-üzə gəlir. Bütün həyatını xərcləyərək əldə etdiyi mallar, mülklər, övladlar, dostlar onu ölümdən qoruya bilməz. Bu həqiqət Quranda belə xəbər verilər:

(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir! (Cümə Surəsi, 8)

Bütün bunlar tək bir həqiqəti göstərir; dünya həyatı keçicidir və insanın həqiqi yurdu deyil. O halda insanın əsl hədəfi bu dünya deyil axirət olmalıdır. Ayədə belə buyrulur:

Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər. (Şura Surəsi, 36)

Dünya həyatının keçici olduğu və insanın da ölümlü bir bədənə sahib olduğu bu qədər açıqkən, üzərində düşünülməsi lazım olan çox önəmli bir mövzu ortaya çıxmaqdadır. Bu mövzu isə, insanın yaradılış məqsədidir. Allah, Quranda dünya həyatını yaratma məqsədini belə açıqlamaqdadır:

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (Mülk Surəsi, 2)

Allah, Qurandakı çox ayə ilə insanın yaradılış məqsədinin Özünə qulluq etmək olduğunu və dünya həyatının da yaxşı ilə pislərin bir-birindən ayrılması üçün bir sınaq məkanı olaraq yaradıldığını bildirmişdir. Bu mövzuda bir başqa ayə belədir:

Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək. (Kəhf Surəsi, 7)

İnsan, həyatı boyunca davamlı olaraq bir sınağa tabedir, heçbir şey təsadüfən meydana gəlməz. Əgər insan bunları qavraya bilməz və hadisələrin Allahdan müstəqil olaraq inkişaf etdiyini zənn etsə o zaman çox böyük bir səhvə düşmüş deməkdir. Çünki həyatın axışı içində inkişaf edən bütün hadisələr əslində Allahın bu adama özəl olaraq yaşatdığı bir imtahandır. Və insan bu imtahan qarşısında verəcəyi reaksiyalardan, edəcəyi davranışlardan məsul tutular. Bu davranışları və əxlaqı sonsuz həyatındakı mövqeyini müəyyən edəcək. Böyük və ya kiçik heç bir şeyin təsadüfən meydana gəlməyəcəyi, hamısının Allahın o adamın qədərində təqdir etdiyi hadisələr olduğu insanın ağlından çıxarmaması lazım olan ən vacib həqiqətlərdən biridir. İnsan bu həqiqəti unutmadığı vaxtda qarşılaşdığı hər şeyin özü üçün xeyir dolu olduğunu da unutmaz. Çünki hər şey Allahın təqdiri ilə gerçəkləşər. Bu vəziyyətdə insan hadisələrdəki xeyir və hikmətləri görmək, qısacası hər şeyi “xeyirə yozmaq” üçün öncəliklə dünya həyatının imtahan olduğunu ağlından çıxarmaması lazımdır.

 

Kimsəyə Qaldıra Biləcəyindən Çox Yük Yüklədilməz

Allah hər insanı dəyişik hadisələr və bəzilərini vəsilə edərək fərqli fərqli sınaqlara tabe tutmaqdadır. Amma bu nöqtədə bunu ifadə etmək lazımdır ki, Allah sonsuz ədalət sahibidir və qullarına qarşı Halim (çox yumuşaq olan)dır; insana gücünü aşan bir yükümlülük verməz. Bu, Allahın bir vədidir:

Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz. (Möminin Surəsi, 62)

İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! (Araf Surəsi, 42)

İnsanın dünya həyatında qarşılaşa biləcəyi hər cür ağır imtahan, xəstəliklər, qəzalar, maddi və mənəvi çətinliklər və digərləri onun qaldıra biləcəyi sərhədlərin içində iştirak edən sınaqlardır. Lakin adam, gözəl əxlaqı və səbri deyil də şeytanın özəlliyi olan üsyanı və nankorluğu seçsə o zaman bu öz seçimidir və bu rəftarlarından məsul tutulacaq.

Zaman zaman meydana gələn hadisələrdə insan artıq bir çıxış yolunun qalmadığını, hər şeyin bitdiyini, bunun aşa bilməyəcəyi bir çətinlik olduğunu düşünəbilər. O hadisədə bir xeyir ola  biləcəyini unudaraq üsyankar bir tutum sərgiləyə bilər. Amma bunlar əslində yalnız şeytanın verdiyi boş vədlərdir. Səmimi bir mömin bu həqiqəti bilməlidir ki, qarşılaşdığı hadisə hər nə olursa olsun, mütləq gözəl əxlaq göstərəbiləcəyi və səbr edə biləcəyi bir vəziyyət ilə qarşı-qarşıyadır. Ümidsizliyə qapılmaq isə şeytandan gələn bir vəsvəsədir. Allah qullarına Öz rəhmətindən ümid kəsməməyi belə əmr etmişdir:

Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!

(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! (Zumər Surəsi, 52-54)

Allahın yuxarıdakı ayələrlə bildirdiyi əmrinə uyğun gələn və xeyir düşünən insan yenə ayələrdə bildirdiyi kimi, xeyirlə qarşılaşar: ümid kəsən isə tək və köməkçisiz qalar. Allah, Öz Rəhmətindən ümid kəsənlərin inkarcılar olduğunu belə bildirmişdir:

Allahın ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir. (Ənkəbut Surəsi, 23)

Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusif Surəsi, 87)

Mömin Allahın əmri gərəyi əsla ümidsizliyə qapılmamalı və qarşılaşdığı hadisələri daha dərininə təfəkkür etməlidir. Bir çətinliklə qarşılaşdığında bunları düşünməlidir: Bu sınaq əsnasında öz cəsarətini, səbrini, şəfqətini, vəfasını, sədaqətini, sevgisini, fədakarlığını bu dünyada seyr edərək əslində özünə şahidlik etməkdədir. Yaddaşında qalan məlumat ilə axirətə getdiyində, bu gözəl xasiyyətlərinə və rəftarlarına qarşılıq cənnətin verildiyini anlaması ona ayrı bir həzz və zövq səbəbi olacaq. Çətinlikləri görən nəfs onların yerinə cənnətdə verilən asanlıqları və nemətləri şüurlu, bilincli, dərin bir qəbul ilə hiss edəcək və dolayisiylə böyük bir zövq alacaq. Unutulmamalıdır ki, çətini bilməyən, asanlığın nə olduğunu anlaya bilməz; anlasa da çətini bilən insanın şüuru və dərinliyi ilə hiss edə bilməz. Bu üzdən möminin dünyada yaşadığı hər çətinlik, axirətdə özü üçün böyük bir zövq qaynağı olacaq.

Ayrıca dünyada səbirli, ağıllı, asanlaşdırıcı, məqbul, bağışlayıcı, şəfqətli, sevgi dolu, gözəl əxlaqlı olmanın ayrı, dərin bir imani zövqü vardır. Bir mömin bu gözəl özəllikləri özündə gördüyündə böyük bir zövq alar; başqa möminlərin özündən götürdüyü imani zövqü hissetdiyində mömin isə bunlardan da ayrı bir zövq alar. Bu zövq, məmnuniyyət və gözəllik Allahın icazəsiylə cənnətdə sonsuza qədər davam edər.

 

Hər cür pislik insanın özündəndir

Quran əxlaqından xəbərsiz insanların ümumi özəlliklərindən bir dənəsi yaxşılıq gördükləri ya da rahat yaşadıqları zaman bunu özlərindən zənn etmələri və ərköyünlüyə qapılmalarıdır. Başlarına bir pislik gəldiyi zaman da dərhal günahlandıracaq bəzilərini axtarışlarıdır. Halbuki Allahın ədaləti sonsuzdur və hər pislik adamın özündən qaynaqlanmaqdadır. Ayədə belə buyrulur:

(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər. (Nisə Surəsi, 79)

Quranda inkarcıların hadisələri azğın qiymətləndirmələrinə yönəlik örnəklər verilmişdir. Məsələn Firon və ətrafındakıların başlarına pislik gəldiyində bunu, Hz. Musa və yanındakıların uğursuzluğu olaraq şərh etdikləri amma əslində əsl uğursuz və pislik qaynağı onların özləri olduğu Əraf Surəsində belə xəbər verilmişdir:

Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz! (Əraf Surəsi, 131)

Yuxarıdakı örnəkdə gördüyümüz kimi, dindən uzaq insanlar hər vəziyyətdə günahlandıracaq bəzilərini axtararlar. Öz etdikləri çirkinlikləri görməzdən gəlir və yaxşı insanların pisliklə günahlandırmağa çalışarlar. Halbuki yuxarıdakı ayədə də diqqət çəkildiyi kimi əsl pisliyin qaynağı özləridir. Əgər bu insanlar yaxşını pis, xeyiri də şər olaraq şərh edilərsə bunun tək məsulu da özləridir.

 

Qədər Həqiqətini Səhv Anlamaq

İnsanlar həyatları boyunca gələcəkləri üçün, sabahsı gün və ya bir saat sonrası üçün müxtəlif planlar edərlər. Bu planlar bəzən əvvəldən hazırlandığı kimi reallaşar, bəzən isə gözlənilməz inkişaflar səbəbindən axsayar. Dindən uzaq insanlar bu axsamaların təsadüfən meydana gəldiyini zənn edərlər. Həqiqətdə isə nə planlanan proqramlar işləməkdə, nə də ümid edilmədik axsamalar olmaqdadır. Bu plan istər reallaşsın, istər reallaşmasın bir insanın qarşısına çıxan hadisələrin bütünü, yalnız o adamın qədərində, Allahın əvvəldən təqdir etmiş olduğu hadisələrdən ibarətdir. Bir ayədə bildirildiyi kimi;  O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr. (Səcdə Surəsi, 5) Və yenə bir başqa ayədə bildirildiyi kimi; Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. (Qamər Surəsi, 49)

Hər insan əslində öz planladıqlarını yaşadığını düşünsə də işin əslində Allahın özü üçün yaratdığı qədəri yaşayır. Bu səbəblə insan bir şeylər edib qədərini dəyişdirdiyini düşünsə də əslində yenə yalnız qədərində olduğu üçün bunu düşünür. Həyatının heç bir anı qədərinin xaricində deyil. Koma vəziyyətindəykən ölən insan qədərində olduğu üçün ölər, aylar sonra komadan çıxıb sağlamlığına qovuşan isə yenə qədrində olduğu üçün xilas olmuşdur.

Qədəri tam olaraq qavraya bilməmiş olan insan üçün isə bütün hadisələr təsadüfi meydana gələn inkişafların, təsadüflərin əsəri olaraq reallaşar. Bu insan, kainatdakı hər şeyin başıboş olaraq varlığını davam etdirdiyini zənn edər. Bundan ötəri də başına pis bir şey gəldiyi zaman bütün bunları “şansızlıq” olaraq adlandırar.

Halbuki insanın ağıl və mühakimə qabiliyyəti olduqca məhduddur; üstəlik insan zaman və məkanla məhdud bir varlıqdır. İnsanın başına gələn istisnasız bütün hadisələri isə zaman və məkandan müstəqil, “sonsuz bir ağıl” sahibi olan Allah planlamaqdadır. Bu həqiqət Quranda belə xəbər verilməkdədir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! (Hədid Surəsi, 22)

Bu böyük həqiqətin bir nəticəsi olaraq insanın etməsi lazım olan tək şey, hər hadisənin xeyir olaraq yaradıldığını bilərək, Allahın özü üçün təyin etmiş olduğu qədərə təslim olmaqdır. Necə ki həqiqətən iman etmiş olan insanlar, həyatlarındakı hər şeyin Allahın özləri üçün təyin etmiş olduğu qədərə tabe olduğunu, bir hikmət üzərinə yaradıldığını bilərək yaşayarlar. Bunun nəticəsində də mütləq xeyirə qovuşarlar. İnananların göstərdikləri bu gözəl əxlaq və sarsılmaz təslimiyyət Quranda belə izah edilməkdədir:

De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)

Nəticədə insan xeyir olaraq da qiymətləndirsə, şər olaraq da qiymətləndirsə olacaq olanı maneə törətməyə gücü çatmaz. Xeyirlə qiymətləndirməklə qazanar; şər olaraq görsə yalnız özünə zərər verməkdən başqa bir şey əldə edə bilməz. İnsanın peşimanlıq dolu sözləri istifadə etməsi və ya üsyankar bir rəftar göstərməsi qədərindəki bir saniyəni belə dəyişdirməz. Bu səbəbdən ötəri də qula düşən tək məsuliyyət Allahın sonsuz ədalətinə və özü üçün təyin etdiyi qədərə təslim olub bütün hadisələrə xeyir gözüylə baxmaq, ürəkdən mutmain olmuş bir “qədər tamaşaçısı” olmaqdır.

 

Şeytan Xeyiri Görməyə Maneə Törətmək İstər

Şeytanın son dərəcə nankor və üsyankar olduğu bizlərə Quranda xəbər verilmişdir. Onun, insanlara sağdan, soldan, öndən və arxadan yaxınlaşacağını, insanları doğru yoldan azdırma məqsədi uğruna hər yolu sınayacağını da ayələrdən öyrənməkdəyik. Şeytanın bu mənfi məqsədinə çatmaq üçün müraciət etdiyi ən əhəmiyyətli oyunlardan biri, insanın başına gələn hadisələrdəki xeyirləri görməsini maneə törətmək, beləcə Allaha qarşı nankor və üsyankar olmasına səbəb olmaqdır. Quran əxlaqının gözəlliklərini qavraya bilməyən, dindən uzaq yaşayan, axirəti unudaraq ömürlərini boş məqsədlərlə keçirən insanlar şeytanın bu tələsinə düşərlər.

Şeytan bu insanların xüsusilə həssas nöqtələrini taparaq o istiqamətlərdən ürəklərinə vəsvəsə verməyə çalışar; onları Allahı və Onun təyin etdiyi qədərə qarşı üsyan etməyə çağırar. Məsələn bir adam qonşusu yol qəzası keçirdiyində bu hadisənin qədərində olduğunu rahatlıqla onlara xatırlada bilər. Hətta “verilmiş sədəqəniz varmış, əhəmiyyətli olan xilas olmanız, Allah sizi qorudu” kimi sözlərlə qarşı tərəfi sakitləşdirməyə çalışa bilər. Amma özü və ailəsi bənzər bir hadisəyə məruz qaldığında eyni yetkin rəftarları göstərə bilməz. Şeytanın təhrik etdiyi nəfsinin oyununa gələrək üsyan etməyi daha asan görər. Çünki hadisələrin xeyirini görməyə çalışmaq, Allaha təslimiyyət göstərmək və təvəkkül etmək vicdan işidir. Əgər adam vicdanını kifayət qədər istifadə etməzsə belə hadisələrdə daim səhv rəftar göstərəcək.

Şeytanın xeyiri görməyi maneə törətməsi hər mövzuda özünü göstərə bilər. Vəsvəsə vermə xüsusiyyətini adamın etdiyi işlərdəki xeyirli istiqamətləri göstərməmək üçün də istifadə edər. Məsələn Allah rızası üçün xeyirli bir xərcləmədə olacaq bir möminə gələcək qorxusu verməyə, malının azalacağı, özünün açıqda qalacağı kimi hisslər verməyə çalışar. Şeytanın bu oyunu bir ayədə belə xəbər verilmişdir:

Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir. (Bəqərə Surəsi, 268)

Amma bunların hamısı boş quruntulardır. Şeytanın bütün bu hiyləgər planları saleh möminlərə əsla təsir etməz. Çünki möminin xeyirli xərcləməmlər etməsindəki hədəfi dünya həyatındakı rahatı və ya mənfəətləri deyil. Əsl məqsədi ehtiyac içində olanlara kömək edərək Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Bu səbəblə şeytan inananlar üzərində təsirli ola bilməyəcəyini Allah Quranda bildirmişdir:

Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!

Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar. (Əraf Surəsi, 200,201)

Bura qədər izah etdiklərimizdən də aydın olduğu kimi şeytan, xüsusilə, xeyiri maneə törətmə mövzusunda başlıca iki istiqamətdə insanlara yaxınlaşar. Birincisi; xeyirli, gözəl bir davranışı maneə törətmək üçün əlindən gələni edər və insanları yeganə məqsəd olaraq dünyanın bəzəyinə yönəltməyə çalışar. İkincisi isə; hadisələrdəki xeyirləri və hikməti görmələrini maneə törətməyə çalışar. Xüsusilə insanlara bir müsibət gəldiyində bu hadisələri “şər” kimi göstərərək insanları Allaha üsyana sürüməyə çalışar.

Halbuki Allah, insana sayaraq bitirə bilməyəcəyi qədər çox nemət təqdim etmişdir. Doğumundan ölümünə qədər hər anında verdiyi nemətlər ilə saysız lütf etmişdir. Buna görə Allahı dost və vəkil əldə edən möminlər qarşılaşdıqları bir hadisənin hikmətini o anda anlamamış olsalar belə Allaha güvənərlər və sonunda şübhəsiz bir xeyir olacağını düşünərək səbr edərlər. İçində olduqları vəziyyət nə olursa olsun əsla üsyankar davranmazlar və ya şikayətçi bir rəftar göstərməzlər. Bilərlər ki çox dəhşətli kimi görülən bir vəziyyətdə olsalar da, bu vəziyyət sonunda özlərinin lehinə dönəcək. Və Allahın icazəsiylə qarşılaşdıqları çətin hadisə, bəlkə də axirətlərinin xilas  olmasını təmin edəcək çox əhəmiyyətli və həyati bir dönüş nöqtəsi olacaq.

 

PEYĞƏMBƏRLƏRİN VƏ MÖMİNLƏRİN HƏYATLARINDAN NÜMUNƏLƏR

Peyğəmbərlərin və yalarındakı saleh Müsəlmanların həyatlarını araşdırdığımızda, bu müqəddəs insanların həyatlarının inkar edənlərlə fikri mübarizə içərisində keçdiyini görərik. Bu insanlar bəzən ilk baxışda əleyhlərinə kimi görünən bir çox hadisələrlə qarşılaşmışlar. Bu nöqtədə, peyğəmbərlərin və onlara uyğun gələn möminlərin ən diqqət çəkici xüsusiyyətlərindən biri qarşımıza çıxar: Şərtlər nə dərəcə çətinlikli olursa olsun qarşılaşdıqları hadisələrin Allahdan gəldiyini bilmənin təslimiyyəti, dincliyi və təvəkkülü içindəki yetkin rəftarları...

Allahin elçiləri və saleh möminlər, çətin anlarında Allahın kömək edəcəyindən əmin bir şəkildə, hər şeyin mütləq möminlərin lehinə çevriləcəyini bilərək həyatlarını davam etdirmişlər və bu həqiqətə görə hərəkət etmişlər. Allaha olan dərin imanlarından qaynaqlanan bu üstün xüsusiyyətləri bütün Müsəlmanlar üçün də gözəl bir nümunə təşkil edər.

 

İnkarcıların Şifahi Hücumları

Quranda xəbər verildiyi kimi, tarix boyunca inananlar qarşılarında, özlərinə mane olmağa çalışan hətta onları doğru yoldan çevirmək üçün hər cür üsula müraciət edən inkarcı birliklər və münafiqlərlə qarşılaşmışlar. İnkarcıların möminlərə qarşı qınayıcı, incidici sözlərdə və müxtəlif böhtanlarda olduqları (xüsusilə də dəlilik, yalançılıq, cadugərlik, uğursuzluq, əxlaqsızlıq böhtanları kimi) Quranda izah edilmişdir:

Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir. (Al-İmran Surəsi, 186)

Yuxarıdakı ayədə, inananların əleyhində kimi görünən yalan və böhtanların, onlar üçün əslində bir şər deyil əksinə bir xeyir olduğu vurğulanmışdır. Bir başqa ayədə, Peyğəmbərimiz (s.ə.s.) dövründə yaşanan bir hadisə nümunə verilərək bu vəziyyət belə açıqlanır:

Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir! (Nur Surəsi, 11)

Heç şübhə yox ki keçmiş dövrlərdə inananların qarşılaşdıqları bu tərz hadisələr, onlara narahatlıq vermək, onları qorxudmaq və batil dinlərinə geri çevirmək üçün inkarcıların izlədikləri üsullar olmuşdur. Amma möminlər bu çirkin hücumların hər vaxt xeyirlərinə dönəcəyindən və sonunda düzgünlüklərinin ortaya çıxacağından əmin bir şəkildə davranmışlar. Bu baxımdan atılan böhtanlara və şifahi hücumlara qarşı hər vaxt ən ağıllı və hikmətli cavabları vermişlər, səbr edərək Allaha təvəkkül etmələri lazım olduğunu ancaq bu şəkildə müvəffəqiyyətə çatacaqlarını unutmamışlar.

Keçmişdə yaşanan bu nümunələr kimi bundan sonra da Müsəlmanların hər an Allahın yaratdığı qədərə təslim olmuş bir ruh halı, hər hadisənin xeyirlə inkişaf etdiyini bilmənin təvəkkülü içində olmaları son dərəcə əhəmiyyətlidir. Bunu yaşayan mömin dünyanın ən böyük qazanclarından birinə qovuşacaq. Çünki Allah ayələrində Özünə təvəkkül edənlərə kömək edəcəyini, və onların əsla “köməksiz” qalmayacağını belə bildirmişdir:

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər! (Al-İmran Surəsi, 160)

 

İnkarcıların Hərəkəti Hücumları

İnkarcı birliklər, tarix boyunca iman edənlərin Allah yolunda olmalarını, dini yaşamalarını və təbliğ etmələrini öz batil dinləri baxımından bir təhlükə olaraq görmüşlər. Bu səbəblə də çox vaxt inananları köhnəltmək üçün, yuxarıda bəhs etdiyimiz kimi lağ və böhtan kimi üsullara müraciət etmişlər. Bunların qeyri-kafi qaldığını gördüklərində isə hədələmə, həbs etmə, işgəncə etmə və yurdlarından zorla çıxarma kimi növ növ yollara əl atmışlar.

Möminlərin bu insanlar ilə etdikləri mübarizədə zaman zaman gördükləri pis rəftarlar inkarcı birliyin azğınlığının bir göstəricisidir. Buna qarşı möminlər qarşılaşdıqları bu tərz reaksiya və tətbiqləri hər vaxt xeyir gözüylə qiymətləndirmişlər; başlanğıcda pis görünən hadisələrdə Allahın bir çox gözəl nəticə dilədiyinin fərqindədirlər. Həqiqi yaxşılıq və xeyirə çatmanın çətin anlarda səbr etməyi və təvəkkül etməyi tələb etdiyini yaxşı bilərlər. Allah Müsəlmanların bu gözəl xüsusiyyətini bir ayəsində belə bildirmişdir:

Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (Bəqərə Surəsi, 177)

Əhzab Surəsində, Peyğəmbərimiz (s.ə.s.) dövründə yaşanan bir hadisənin izah edildiyi hekayəni təfəkkür etdiyimizdə də bu gözəl hikmətlərin bir qismini tapa bilərik. Söz mövzusu hadisədə, inkar edənlər tərəfindən hər istiqamətdən əhatə edilən möminlərin sınandıqları və şiddətli bir sarsıntıya uğradıqları bildirilmişdir. Beləsinə çətinlikli bir imtahan mühitində isə münafiqlər və ürəklərində xəstəlik olanlar müxtəlif bəhanələrlə qaçaraq özlərini bildirmişlər.

Belə bir anlar sayəsində mömin birliyinin içində uzun zamandır gizlənən, ürəklərində xəstəlik olan kəslər ilə münafiqlər ortaya çıxmışdır. Sanki insan bədənində gizlicə inkişaf edən bir xərçəng kimi hiyləgər bir quruluşlanma, belə bir çətinlik anında dağılmışdır. Allahın rəhməti və dəstəyi möminlər üzərində təcəlli etmişdir. Bu hadisədə, münafiqlərin çirkin rəftarına qarşılıq möminlər qarşılaşdıqları çətinlikdə böyük xeyirlər olduğunu görmüş, Allahın ayələrini yaşadıqları üçün imanları güclənmiş və Allaha olan bağlılıqları artmışdır:

Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) vədidir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi möminlərə kafirlər üzərində qalib olmağı vəd etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı. (Əhzab Surəsi, 22)

Bu nümunədə görüldüyü kimi, çətinlikli bir hadisə möminlər üçün böyük bir xeyirə çevrilərkən, bu xeyiri təqdir edə bilməyən xəstəlikli insanların daha da inkara süründürmələrinə səbəb olmuş və onların əleyhinə dönmüşdür. Ayrıca bu hadisədə mömin birliyin pislərdən təmizlənməsinin yanında, bir başqa xeyirli istiqamət olaraq onlara zərər verməyə çalışan inkarcıların da bütün səyləri boşa çıxmışdır. Əhzab surəsində, inkarcıların heç bir xeyirə çata bilmədən, kin və hirsləri içində geri çevrildiyi belə xəbər verilmişdir:

Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları) halda geri oturtdu. Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Əhzab Surəsi, 25)

 

Müsəlmanların Hicrəti

Lazım olduğunda bütün malını və mülkünü geridə buraxaraq hicrət etmək, Quranda bildirilən bir ibadətdir. Bu səbəblə Allah yolunda hicrət edən Müsəlmanlar yurdlarını tərk etmək vəziyyətində buraxılmalarını hər vaxt xeyir gözüylə qiymətləndirmişlər. Çünki Quranda ifadə eidldiyi üzrə, hicrət edənlər Allahın rəhmətini ümid edə biləcək kəslər arasında sayılmaqdadır:

Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir! (Bəqərə Surəsi, 218)

Cahiliyyənin məntiqi ilə düşünüldüyündə, bir adamın cəmiyyət təzyiqiylə evindən, yurdundan çıxarılması və ya tanımadığı bir yerə göndərilməsi, bütün həyatını alt-üst edəcək bir hadisədir. Amma əvvəlcə ifadə etmək lazımdır ki, Allahın dinini inkar edənlərin böyük bir qismindən mənfi qarşılıq görəcəkləri onsuz da inananlara əvvəldən bildirilmişdir. Bu səbəbdən Müsəlmanlar dinlərini tərk etmə istiqamətində bir məcbur etməklə qarşılaşdıqlarında, əslində Allahın ayələri təcəlli etməkdədir. Buna görə hicrət edən və ya yurdlarından zorla çıxarılan möminlər hər dövrdə böyük bir sevinc və şövq içində olmuşlar. Peyğəmbərimiz (s.ə.s.) dövründə yaşayan səhabələrin göstərdiyi üstün əxlaq və sarsılmaz təvəkkül bunun ən gözəl nümunələrindəndir.

Onlar Peyğəmbər Əfəndimiz (s.ə.s.)ə tabe olduqlarında Allahın özlərindən razı olacağını ümid etdikləri üçün hər cür çətinliyi gözə almışdılar. Müsəlmanların xeyiri üçün yurdlarından heç tərəddüd etmədən çıxmış, dünyaya istiqamətli bütün varlıqlarını geridə buraxa bilmişlər. Allah, onların bu gözəl əxlaqlarının və hadisələrə xeyir gözüylə baxmalarının bir qarşılığı olaraq onlara sonsuz cənnətini və rəhmətini vəd etmişdir. Şübhəsiz ki Allahın vədi haqqdır:

Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Al-İmran Surəsi, 195)

Hicrət edən Müsəlmanların, axirətdəki sonsuz əcrlərinin yanında, dünyada da bolluq və gözəllik ilə mükafatlandırılacaqları Quranda belə müjdələnmişdir:

Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir! (Nisa Surəsi, 100)

Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər!

(O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir! (Nəhl Surəsi, 41-42)

 

Peyğəmbərimiz (s.ə.s.)in Aləmlərə Nümunə Təvəkkülü

Hz. Məhəmməd (s.ə.s.) bütün digər peyğəmbərlər kimi həyatı boyunca bir çox çətinliklə qarşılaşmış, bu vəziyyətlərdə göstərdiyi səbir və təvəkkül ilə Müsəlmanlara çox gözəl bir nümunə olmuşdur. Quranda izah edilən bir hadisə, Hz. Məhəmməd (s.ə.s.)in göstərdiyi üstün əxlaqı və Rəbbimizə olan sarsılmaz təvəkkülünü çox yaxşı vurğulamaqdadır.

Peyğəmbərimiz (s.ə.s.), Məkkədən çıxdığında müşriklər onu öldürmək məqsədiylə onu izləmişlər. Peyğəmbərimiz (s.ə.s.) onlardan saxlanmaq üçün bir mağaraya sığınmış, ancaq müşriklər sığındığı mağaranın qapısına qədər gəlmişdilər. Belə çətin bir anda Peyğəmbərimiz (s.ə.s.) yanındakı mömin yoldaşına, hüznə qapılmamasını söyləmiş və ona Allaha təvəkkül etməyi xatırlatmışdır. Bunu xəbər verən ayə belədir:

(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə Surəsi, 40)

Heş şübhə yox ki müqəddəs Peyğəmbərimiz (s.ə.s.)in həyatı təhlükədə ikən qorxuya və hüznə qapılmamasının, narahatlıq duymamasının tək səbəbi Allaha olan etibarı və Onun qədərdə yaratdığı hər hadisənin xeyir və gözəlliklə dolu olduğunu bilməsidir. Bunun nəticəsində heç bir zərər görmədən Mədinəyə çatmış və İslam tarixində çox əhəmiyyətli bir dönüş nöqtəsi olan hicrət reallaşmışdır.

  

Hz. Musanın Üstün Əxlaqı

Hz. Musanın tarix boyunca yaşamış ən azğın insanlardan biri olan Firon ilə olan mübarizəsi Quranda ətraflı olaraq izah edilmişdir. Hz. Musanın Allahın dinini təbliğ etməsinə, Firon zorbalıq və hədələmə ilə cavab vermişdir. İnsanları haqq dindən çevirmək üçün hər cür yolu sınayan Misir hökmdarı Firona qarşı Hz. Musanın göstərdiyi üstün əxlaq və təvəkkül, aləmlərə nümunə olacaq xüsusiyyətdədir. O dövrü Quran ayələri istiqamətində belə tərif edə bilərik: Bir tərəfdə Firon, ölkənin hakimi olan və görünüşcə bütün gücü əlində tutan adamdır; digər tərəfdə də yanında az bir birlik olan Hz. Musa vardır... Hadisələri zahiri (xaricdən görünən) istiqamətləriylə qiymətləndirən, haqlının deyil güclünün qazanacağını düşünən cahiliyyə məntiqi, Fironun bu mübarizədən qəti bir qalibiyyət ilə çıxacağını zənn etmiş ola bilər. Halbuki belə düşünənlər böyük bir yanılmaya düşmüşlər. Çünki Allah belə hökm etmişdir:

Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə Surəsi, 21)

Allah peyğəmbərlərinə istiqamətli bu vədini yerinə yetirmiş və Hz. Musanı Firona qarşı üstün etmişdir. Onu, qardaşı Hz. Harun ilə və Öz köməyi ilə dəstəkləmişdir. Ayrıca Allah, Hz. Musaya müxtəlif möcüzələr vermiş və özüylə danışmasıyla onu digər isanlardan üstün etmişdir. Quranda insanlara ibrət götürmələri üçün köçürülmüş olan bu mübarizə, möminlərin əleyhinə kimi görünən bir vəziyyətin, Allahın diləməsiylə necə bir anda tərsinə döndüyünü çox açıq olaraq göstərər.

Söz mövzusu hadisələrdən biri bu şəkildə inkişaf etmişdir: Firon və ordusu, Misirdən qaçan Hz. Musanı və yanındakı inananları tutumaq üçün yola çıxmışdılar. Firon tərəfindən fərq edildikləri sırada inananların önünə dəniz çımışdır. Bu nöqtədə Hz. Musanın sözləri son dərəcə diqqət çəkicidir. Hz. Musa qarşısında dəniz, arxasında isə Firon ordusu olduğu halda, Allahın köməyinin gələcəyinə güvənərək hərəkət etmiş və bu şəkildə üstün əxlaqını ortaya qoymuşdur. Quranda bu hadisə belə xəbər verilir:

(Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.

İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!”

(Musa) dedi: “Xeyir, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”

Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.

O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).

Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

O biriləri (Firon tayfasını) isə suya qərq etdik.

Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.

(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) (Şuəra Surəsi, 60-68)

Burada əsl üzərində dayanılması lazım olan mövzu, Hz. Musanın icra etdiyi çətin mübarizəsində hadisələrə həmişə Allahın köməyinin yanında olduğunu bilərək yaxınlaşması, qarşılaşdığı hər hadisəni xeyirə yozması və ən çətin anında da Allaha təvəkkül edərək bağlılığını və sədaqətini göstərməsidir.

 

Hz. Yusifin Sarsılmaz Təslimiyyəti

Möminlər üçün “şər kimi görünən” hadisələrin xeyirə çevrilməsiylə əlaqədar Quranda verilən ən gözəl nümunələrdən biri də Hz. Yusifin həyatıdır. Hz. Yusif, uşaqlığından etbarən başına gələn hər hadisədə göstərdiyi Allaha olan bağlılğı ilə tanınar. Çətin vəziyyətlərdəki təvəkkülü ilə saleh bir möminin necə davranması lazım olduğuna ən yaxşı nümunələrdən biridir. Özünə Allahı dost əldə edən Hz. Yusif, hər şeyin “dostu”ndan gəldiyini bilmənin verdiyi rahatlıqla hər hadisədə bir xeyir axtarmışdır. Bu şəkildə həyatı boyunca qarşısına çıxan hər imtahanı bir fürsət bilmiş, hər an yetkin və təvəkküllü bir xarakter sərgiləmişdir.

Hz. Yusifin qarşılaşdığı haqsızlıqların ilki qardaşları tərəfindən edilmişdir. Hz. Yusifi qısqanan qardaşları onu bir quyuya ataraq atalarından və evlərindən uzaqlaşdırmışlar. Allah bir yolçu karvanını vəsilə edərək Hz. Yusifi bu tələdən qurtarmışdır. Yolçu karvanı uşaq yaşdakı Hz. Yusifi quyudan çıxararaq yanlarında götürmüşdülər. Bunun ardından Yusif Peyğəmbəri, Misrin öndə olanlarından biri satın alaraq evinə götürmüşdür. Hz. Yusifin gözəlliyindən təsirlənən sahibinin arvadı isə ayədə bildirildiyinə görə “ondan murad istəmiş”dir. Buna qarşı Hz. Yusif özünü fahişəliyə məcbur edən qadından qaçmışdır. Üstün bir əxlaq timsalı olan Hz. Yusif yenə bir haqsızlığa düşmüş və bu dəfə də qadının böhtanıyla günahlandırılmışdır. Edilən araşdırmada Hz. Yusifin günahsız olduğu dəlilləriylə ortaya çıxmasına baxmayaraq, özünü zindana atmağı qərarlaşdırmışlar:

(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı). (Yusif Surəsi, 35)

Görüldüyü kimi Hz. Yusif iffətini qoruduğu üçün böhtana düşmüşdür. Bu böhtanın nəticəsində uzun müddət zindanda qalan Hz. Yusif, həbs həyatının gətirdiyi hər cür çətinliyə səbr edərək Allaha təvəkkül etmişdir. Hz. Yusif zindanda uzun müddət qalmış amma Quranda izah edildiyi üzrə son dərəcə təslimiyyətli bir rəftar göstərərək üstün əxlaqı ilə bütün möminlərə nümunə olmuşdur. Bilinməlidir ki Hz. Yusif, həyatı boyunca göstərdiyi səbr, təvəkkül və hər şeyi xeyirə yozmanın qarşılığını həm dünyada həm də axirətdə ən gözəl şəkildə görmüşdür.

Allah, bir çox hadisəni səbəb edərək Hz. Yusifə dünyada çox böyük bir mülk və hökmdarlıq vermişdir. Hz. Yusifin bütün bu yaşadığı hadisələri xeyirlə şərh etməsi və Rəbbimizə olan duası Quranda belə xəbər verilməkdədir:

(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”

(Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yəqub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir etibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”

Şübhəsiz bu hekayə, möminlərin təvəkküllərindəki səmimiyyətin arxasından mükafatlandırılmalarına gözəl bir nümunədir. Saleh bir möminə düşən də Hz. Yusif kimi qarşılaşdığı bütün hadisələrin hikmətlərini, xeyirlərini həll etməyə, anlamağa cəhd göstərməkdir. Allaha təvəkkül edib, Ona sığınıb, bu elmi, bu anlayışı istəməlidir. Mömin unutmamalıdır ki, insanları hər gün bədbəxt edən irili xırdalı hadisələr və ya əhəmiyyətli gördüyü böyük hadisələr heç bir şəkildə möminin əleyhinə olmaz. Bu, Allahın qədər qanununa zidd bir hadisədir. Allah hər hadisəni mütləq möminin lehinə yaradar. Allah möminin ürəyinə hadisənin xeyirini və hikmətini ilham edə bilər ki bu böyük bir nemətdir. Ancaq Allah ilham etməzsə də Müsəlman səbr edib, “mütləq xeyir vardır” deyə bilməlidir. Çünki bu Allahın məmnun olacağı ümid edilən bir davranışdır.

 

 
     
 
© 2010 Harun Yəhya. www.harunyahya.az
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz.