| Allah ağılla bilinir |
|
|
HEYVANLAR VƏ BİTKİLƏRDünyadakı milyonlarla bitki və heyvan növü Yaradanın varlığını və gücünü isbat edən dəlil kimi qarşımıza çıxır. Burada sadəcə olaraq bir neçə məhdud nümunə verəcəyimiz bu canlıların hər birinin əslində ayrı-ayrılıqda araşdırılmağa layiq xüsusiyyətləri var. Hamısının fərqli vücud sistemi, müdafiə taktikası, qidalanma forması, maraqlı çoxalma metodları vardır. Şübhəsiz, bütün canlıları bu xüsusiyyətləri ilə tək bir kitabda araşdırmaq mümkün deyil. Belə bir şey edə bilmək üçün cildlər dolusu kitablar yazmaq lazım gəlir. Ancaq burada verəcəyimiz bir neçə örnək dünyadakı həyatı təsadüflə izah etməyin mümkün olmadığını sübut edəcək. TIRTILDAN KƏPƏNƏYƏ
Sizin 450-500 ədəd yumurtanız olsa və bunları bayırda mühafizə etmək lazım gəlsə, nə edərsiniz? Onların külək kimi təbii şərtlərin təsiri ilə açılıb-dağılmalarının qarşısını ala bilən bir tədbir görməyiniz şübhəsiz ki, ən ağıllı olandır. Bir dəfəyə ən çox yumurta qoyan canlılardan olan ipəkqurdu (450-500 yumurta) yumurtalarını qorumaq üçün çox ağıllı bir üsuldan istifadə edir: yumurtaları ifraz etdiyi yapışqanlı maddə ilə (iplə) bir-birilərinə sarıyaraq açılıb-dağılmalarının qarşısını alır. Yumurtadan çıxan tırtıllar ilk iş kimi özlərinə uyğun bir yer tapır və eyni iplə oraya bağlanırlar. Sonra inkişaf etmələri üçün ifraz etdikləri bu iplə özlərinə qoza hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış tırtılın bu işi fasiləsiz olaraq 3-4 gün davam edir. Bu müddətdə tırtıl min dəfələrlə fırlanaraq təqribən 900-1500 metr uzunluğunda ip əyirir[17]. Bu proses bitincə də heç istirahət etmədən yeni bir işə başlayır və gözəl bir kəpənəyə çevrilərək dəyişiklik keçirir. Nə ana ipəkqurdunun balasını qorumaq üçün gördüyü tədbir, nə də hər şeydən xəbərsiz, hələ heç bir məlumata sahib olmayan kiçik tırtılın davranışları təkamüllə izah edilə bilən hədisələr deyil. Hər şeydən əvvəl, ananın yumurtaları yapışdırmaq üçün istifadə etdiyi ipi hazırlaması möcüzədir. Yumurtadan yeni çıxan bir tırtılın özü üçün gərəkli olan mühiti tanıyıb, ona uyğun qoza hörməsi, sonra da dəyişilməsi və dəyişməni problemsiz keçirməsi isə insanın ağlına belə gəlməyəcək qədər qeyri-adidir. Bu vəziyyətdə hər tırtılın dünyaya nə etməyin lazım olduğunu bilirmiş kimi gəldiyini rahatlıqla söyləyə bilərik ki, bu da bütün bunların hələ dünyaya gəlmədən ''öyrədilmiş'' olduğu mənasına gəlir.
Bunu bir misalla açıqlayaq: əgər yenicə doğulmuş uşağın bir neçə saat sonra ayağa qalxdığını, özünə yataq düzəltmək üçün ləvazimat (yorğan, döşək, balış və s.) topladığını və bunları düzgün bir şəkildə birləşdirərək içində yatdığını görsəniz, nə düşünərsiniz? Gələcəyiniz ən məntiqli nəticə bu uşağın hələ ana bətnində qeyri-adi bir yolla ''tərbiyələndiyini'' düşünməkdir. Nəzərə alın ki, tırtılın vəziyyəti ilə bu misaldakı uşağın vəziyyəti eynidir. Bu da bizi yenə eyni nəticəyə gətirir: bu canlılar onları yaradan Allahın müəyyən etdiyi şəkildə doğulmaqda, davranmaqda və yaşamaqdadırlar. Quranda Allah bal arısına vəhy etdiyini və ona bal hazırlamağı əmr etdiyini xəbər verərək əslində canlılar dünyasındakı böyük sirrin bir nümunəsini göstərmişdir (''Nəhl'' surəsi, 68-69). Bu sirr bütün canlıların Allahın iradəsinə boyun əyərək Onun təyin etdiyi taleni yaşadıqlarından ibarətdir. Bu səbəbdən arı bal, ipəkqurdu ipək hazırlayar. Qanadlardakı simmetriyaŞəkillərdə görülən kəpənəklərin qanadlarına diqqətlə baxdığımız zaman qüsursuz bir simmetriyanın şahidi oluruq. Bu cür görünüşü olan qanadlar şəkillərlə, xallarla, rənglərlə bəzəkli yaradılmış və nəticədə hər biri sənət möcüzəsi olan görüntülər meydana gəlmişdir. Bu kəpənəklərin qanadlarına baxanda nə qədər qarışıq olsa da, hər iki tərəfdəki naxışların və rənglərin tamamilə eyni olduğunu görərik. Hətta ən kiçik bir nöqtə də hər iki qanadda eyni yerdədir, ona görə də ortaya qüsursuz bir quruluş və simmetriya çıxır. Eyni zamanda, o incə qanadlardakı bir rəng digərinə oxşamır və kəskin cizgilərlə bir-birilərindən ayrılır. Lakin bu rənglər üst-üstə düzülən pulcuqların bir yerə yığılması ilə əmələ gəlir. Əlinizi toxundurduğunuz an dağılan bu pulcuqlar necə olur ki, sıralarını heç dəyişik salmadan eyni naxışı saxlayaraq iki qanadda da düzülə bilir? Tək bir pulcuğun belə yer dəyişdirməsi qanadlarındakı simmetriyanın pozulmasına və estetikanın itməsinə səbəb ola bilər. Lakin yer üzündəki heç bir kəpənəyin qanadında bir nizamsızlıq görməzsiniz. Sanki hər biri bir rəssamın əlindən çıxmış kimi düzgün və estetik görünüşlüdür. Çünki bu, həqiqətən də üstün bir Yaradıcının- Allahın əsəridir. Ən uzun boyunlu heyvan – zürafəZürafələrin olduqca heyrətamiz xüsusiyyətləri vardır. Bunlardan biri o qədər uzun boyunların digər bütün məməlilər kimi, sadəcə 7 fəqərə tərəfindən saxlanmasıdır. Bu heyvanların heyrətləndirici bir xüsusiyyətləri də uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmaqda çətinlik çəkməmələridir. Bir az düşünsək, o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu təsəvvür edərik. Ancaq zürafələr bu baxımdan çox çətinlik çəkmirlər, çünki ürəklər qanı lazım olduğu qədər uzağa vura bilən xüsusiyyətlərə malikdir. Bu da zürafələrin yaşayışlarını rahat davam etdirə bilmələrinə imkan yaradır. Fəqət, bu dəfə başqa bir çətin vəziyyətlə qarşılaşırlar. Düşünmək olar ki, su içmək üçün əyilərkən qan təzyiqi nəticəsində beyin qanaması yaranar və heyvan ölə bilər. Ancaq boyunlarındakı mükəmməl sistem sayəsində bu risq tamamilə aradan qalxır. Belə ki, aşağı əyilərkən boyun damarlarındakı qapaqlar bağlanır, beyinə həddən artıq qan getməsinin qarşısı alınır. Şübhəsiz, zürafələr bu xüsusiyyətləri öz ehtiyaclarına görə planlayaraq qazanmamışlar. Bu mühüm xüsusiyyətlərin yavaş-yavaş baş verən təkamül prosesi nəticəsində əmələ gəldiyini söyləmək də mümkün deyil. Çünki zürafənin orqanizminin bir nasoslama sisteminə və əyildiyi zaman qan təzyiqini saxlayacaq qapaq sisteminə malik olması zəruridir. Bunlardan biri olmasa və ya tam çalışmasa, zürafənin yaşaması qeyri-mümkün olar. Bütün bunlardan çıxan qənaət odur ki, zürafə yaşaması üçün lazım olan bütün xüsusiyyətlərlə birlikdə dünyaya gəlmişdir. Hələ var olmayan bir canlının öz bədəninə hakim olub, lazımi xüsusiyyətlərə şüurlu şəkildə malik olması isə şübhəsiz, mümkün deyil. Bu vəziyyətdə heç mübahisəsiz, zürafələr şüurlu bir yaradılışla, yəni Allah tərəfindən yaradıldıqlarını açıqca isbat edirlər. Su tısbağalarıOkeanlarda yaşayan su tısbağaları çoxalma vaxtları gələndə sahilə axın edirlər. Ancaq hər sahilə yox, məhz özlərinin doğulduqları sahilə[18]. Bunun üçün tısbağalar bəzən 800 kilometr yol qət etmək məcburiyyətində qalırlar. Amma bu uzun və çətin səyahət vəziyyəti dəyişdirmir, hər nə olursa-olsun, doğmaq üçün öz doğulduqları sahilə gəlirlər.
Doğulan andan doğulduğu yerdən uzaqlaşmış bir canlının 20-25 ildən sonra həmin yeri tapa bilməsinin izahı olduqca çətindir[19]. Üstəlik, hər yerin bir-birinə bənzədiyi okean dibindən, bir-birinə bənzəyən sahillər arasından doğulduğu yerin səmtini tapa bilmək qeyri-adi bir şeydir. Beləliklə minlərlə kompassız səyahətçi eyni vaxtda eyni sahildə toplaşır. Əvvəllər tam olaraq anlaşılmayan bu israrlı görüşmənin arxasında duran səbəblər insanları heyrətə gətirmişdir. Tısbağalar balalarının dəniz şərtləri içində həyatda qalmalarının çətin olacağını bildiklərindən, yumurtalarını sahildə qumların altında gizlədirlər. Bəs nə üçün hamısı eyni vaxtda eyni sahilə toplaşırlar? Məgər eyni işi, ayrı-ayrı zamanlarda, ayrı-ayrı sahillərdə görsələr, balaları həyatda qalmazmı? Bu məsələni araşdıranlar son dərəcə maraqlı bir vəziyyətlə qarşılaşmışlar. Qumların altındakı minlərlə bala başlarındakı sərt həlqə sayəsində yumurtanı qırdıqdan sonra bir neçə çətin maneəni də aşmaq məcburiyyətindədirlər. ''Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır'' (''Casiyə'', 45/4). 31 kq-lıq balalar üstlərindəki torpaq təbəqəsini tək başlarına qaza bilməzlər. Bunun üçün yumurtadan çıxan balalar bir-birilərinə kömək edirlər. Sahildəki minlərlə bala eyni anda torpağı qazmağa başlayaraq bir neçə gün içində qumun üzərinə çıxmağa müvəffəq olurlar. Ancaq üzə çıxmazdan əvvəl bir müddət dayanıb, hamısı birlikdə gecənin düşməsini gözləyirlər. Çünki gündüz yırtıcı quşlara yem olma ehtimalı vardır. Bundan başqa, gündüz günün istisindən qızmış qumda sürünərək irəli getmək onlar üçün olduqca çətindir. Gecə isə qazma işlərini tamamlayaraq qumun üstünə çıxırlar. Qaranlıq olmasına baxmayaraq dənizin səmtini tapıb, sürətlə ona doğru yönəlirlər və 20-25 il sonra yenidən dönmək üçün sahili tərk edirlər. Təzə dünyaya gəlmiş bu balaların yumurtadan çıxdıqları zaman torpağı qazaraq yuxarıya doğru irəliləmələri və müəyyən müddət gözləmələri lazım olduğunu bilmələri mümkün deyil. Hələ torpağın altında ikən gecə və ya gündüz olduğunu, yırtıcı quşların varlığını, onlara yem ola biləcəklərini, torpağın Günəşdən qızdığını və bunun onlara zərər verə biləcəyini, sürətlə dənizə yönəlmək məcburiyyətində olduqlarını bilmələri də əlbəttə, mümkün deyildir. Bəs bu şüurlu üsul necə ortaya çıxır? Şübhəsiz, tək cavab balaların bu üsulu bilmələri üçün əvvəlcədən ''proqramlaşdırıldıqları''dır. Yəni onları var edən Yaradıcı həyatlarını qorumaları üçün lazım olan instinkti də vermişdir. Bombardman böcəyi
Böcəklər arasında üzərində ən çox araşdırma aparılanlardan biri bombardman böcəyidir. Bu böcəyi belə populyar edən xüsusiyyət isə onun özünü düşmənlərindən kimyəvi metodlardan istifadə edərək müdafiə etməsidir. Böcək təhlükə anında özünü qorumaq üçün bədənində saxladığı hidrogen-peroksidlə hidrokinonu düşmənin üzərinə atır. Bu iki maddə böcəyin vücudundakı iki ayrı ifrazat vəzisi tərəfindən ifraz olunur. İfraz olunan maddələr saxlama kamerası deyilən iki xüsusi bölmədə toplanır. Bu bölmələr də partlama kamerası deyilən bir bölümlə əlaqədə olur. İki bölüm bir-birindən bir neçə əzələ ilə ayrılır. Böcək hədələndiyini başa düşdüyü zaman bu əzələni sıxır və saxlama kameralarındakı maddələr partlama kamerasına keçir. Orada olan maddələrin vasitəsilə yüksək miqdarda istilik bayıra çıxır və bu bölümdə bir buxarlanma olur. Bu zaman bayıra çıxan buxar və oksigen qazı bölmənin divarlarına təzyiq edir və aradakı əzələnin köməyi ilə bu kimyəvi maddə düşmənə atılır[20].
Bir böcəyin belə qüvvətli və özünə zərərli kimyəvi reaksiya əmələ gətirən sistemi içində saxlaya bilməsi, özünü bu sistemin zərərindən izolə edə bilməsi hələ tədqiqatçılar üçün sirrini qorumaqdadır. Şübhəsiz ki, bu sistemin varlığı və işləməsi böcəyin ağlı ilə bağlana bilməz. Belə bir sistem ancaq mütəxəssislər tərəfindən laboratoriyalarda həyata keçirilərkən, bombardman böcəyinin bunu 2 sm-lik bədənində necə həyata keçirdiyi hələ də aydın deyil. Aydın olan tək həqiqət isə bu böcəyin təkamül nəzəriyyəsinin çürüklüyünə konkret bir dəlil olmasıdır. Çünki bu kompleks kimyəvi sistemin bir-birini izləyən təsadüfi dəyişmələr nəticəsində əmələ gəlməsi və gələcək nəsillərə ötürülməsi mümkün deyildir. Əgər sistemin bir parçasında əskiklik və ya ''zədə'' olsa, bu, böcəyin müdafiəsiz qalaraq ölməsi, ya da özü özünü partlatması ilə nəticələnəcəkdir. Bu halda tək açıqlama böcəyin vücudundakı kimyəvi silahın bütün parçaları ilə bir anda və tam şəkildə var olmasıdır. Termit yuvalarıHeç kim bir termit koloniyasının (sürü) torpaq üzərində inşa etdiyi yuvanı görüncə təəccüblənmədən keçməz. Çünki termit yuvası hündürlüyü təxminən 5-6 metrə qədər olan bir memarlıq abidəsidir. Bir termitin boyu ilə inşa etdiyi yuvanın boyunu müqayisə elədiyimiz zaman onun özündən təxminən 300 dəfə böyük bir memarlıq layihəsini müvəffəqiyyətlə həyata keçirdiyini görərik. Fəqət, bunun daha da təəccübverici bir tərəfi vardır ki, o da termitlərin kor olmalarıdır[21]. Kor termitlərin əmələ gətirdikləri bu nəhəng yuvaları daha öncə heç görməyən biri bunun qum yığınlarının üst-üstə yığılması ilə əmələ gəldiyini düşünər. Ancaq termit yuvası ağlagəlməyəcək qədər mükəmməl bir plan əsasında düzəlir. Belə ki, termit yuvasının içində tunellər, keçidlər, havalandırma sistemləri, xüsusi göbələk istehsaletmə baxçaları və təhlükəsizlik çıxışları vardır. Görməyən minlərlə insanı bir yerə yığsanız, hər cür texniki alətləri də ixtiyarlarına versəniz, əsla bir termit koloniyasının düzəltdiyi yuvaya bənzər bir quruluş inşa edəcəklərinə təminat verə bilməzsiniz. O halda düşünün: * 1-2 sm. boyu olan bir termit bu qədər incə bir dizayn qura biləcək memarlıq və mühəndislik biliklərinə necə yiyələnib? * Görməyən minlərlə termit bu sənət möcüzəsi olan tikilini əmələ gətirmək üçün harmoniya içində işləməyə necə müvəffəq olmuşlar? * İnşasına başlanan bir termit yuvasını başlanğıc mərhələsində ortadan iki yerə ayırsanız və daha sonra birləşdirsəniz, bütün keçidlərin, kanalların və yolların bir-biri ilə düz gəldiyini görərsiniz. Bu möcüzəvi hadisə necə açıqlana bilər? Buradan çıxan nəticə budur: Allah yaratdığı canlıları bənzərsiz və örnəksiz yaratmışdır və tək bir termit yuvası da insanın Allahı dərk etməsi, hər şeyi yaradanın Allah olduğuna inanması üçün kifayətdir. AğacdələnBilindiyi kimi, ağacdələnlər yuvalarını dimdikləyərək əmələ gətirdikləri ağac oyuqlarında düzəldirlər. Bu, bir çox insan üçün adi məlumat ola bilər. Ancaq çox adamın düşünmədiyi şey bu quşların dimdikləri ilə belə sərt vurmalarına rəğmən beyin qanaması keçirməmələridir. Çünki ağacdələnin gördüyü iş insanın divara mismar vurmaq üçün başından istifadə etməsinə bənzəyir. İnsan belə etsə, şübhəsiz öncə beyin qanaması keçirəcəkdir. Lakin bir ağacdələn sərt bir ağacı 2,10 saniyədən 2,69 saniyəyə qədər 38-43 zərbə ilə dimdikləyə bilər və ona heç bir şey olmaz[22]. Çünki ağacdələnlərin baş quruluşları bu işə əlverişli şəkildə yaradılmışdır. Ağacdələnlərin kəllə sümüyü zərbə şiddətini azaldan ''amartizasiya'' sisteminə malikdir. Dimdiyə və çənə oynağına əlavə olunmuş bəzi kəllə əzələləri və alnı o qədər güclü bir quruluşdadır ki, bu xüsusiyyətlər dimdikləmə əsnasında cazibə gücü və təzyiq sayəsində şiddətli zərbələri anında yüngülləşdirə bilir[23]. Hesab və plan bununla da bitmir. Sığınmaq üçün xüsusilə şam ağaclarını seçən ağacdələnlər bir ağacı deşməyə başlamazdan əvvəl ilk olaraq o ağacın yaşına baxar və 100 yaşını keçmiş olanlara üstünlük verərlər. Çünki 100 yaşını keçmiş şam ağacları gövdələrini saran sərt və qalın qabıqların yumşalmasına səbəb olan xəstəliyə tutularlar. Bizim bəlkə də ilk dəfə eşitdiyimiz, elmin son illərdə kəşf etdiyi bu məlumatı ağacdələnlər yüz illərdir ki, bilirlər. Ağacdələnlərin şam ağaclarına üstünlük vermələrinə səbəb yalnız bu deyil. Məlumdur ki, bu quşlar yuvalarının kənarlarına çuxurlar qazırlar. Başlanğıcda funksiyası bilinməyən bu çuxurların daha sonra onları çox böyük təhlükədən qoruduğu məlum olmuşdur. Belə ki, vaxt keçdikcə şam ağaclarından axan yapışqan maddə bu çuxurları doldurur və beləcə, ağacdələnlərin yuvalarının ətrafı ən böyük düşmənləri olan ilanlardan qorunmaq üçün bir səddə çevrilmiş olur. Ağacdələnlərin başqa bir maraqlı xüsusiyyətləri də dillərinin ağaclardakı qarışqa yuvalarına girə biləcək qədər incə, oradakı qarışqaları toplaya biləcək qədər yapışqanlı olmasıdır. Bundan əlavə, dillərinin qarışqaların vücudlarındakı turşunun onlara zərər verməsinin qarşısını ala biləcək quruluşda olması da yaradılışlarındakı mükəmməlliyin göstəricisidir[24]. Yuxarıda bir sıra maraqlı cəhətlərinə toxunduğumuz ağacdələnlər bütün təfərrüatlı xüsusiyyətləri ilə ''yaradılmış'' olduqlarını sübut edirlər. Çünki ağacdələnlər, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, təsadüflərlə inkişaf etmiş olsaydılar, bu cür qeyri-adi xüsusiyyətlər əxz etmədən ölərdilər və nəsilləri kəsilmiş olardı. Lakin Allah tərəfindən yaşayacaqları həyata uyğun xüsusi bir ''layihə'' ilə yaradıldıqları üçün ehtiyac duyacaqları bütün xüsusiyyətlərə sahib olaraq həyata başlamışlar. Kamuflyaj
Heyvanlardakı müdafiə metodlarından biri də kamuflyajdır. Bəzi heyvanların bədən quruluşu yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılmışdır. Bu canlıların vücudları yaşadıqları şəraitlə o qədər uyğundur ki, şəkillərinə baxdığımız zaman bəzilərinin bir bitkiyə, ya da bir heyvana aid olduğunu başa düşmək və ya mühitdə olan heyvanı seçmək çətin olur. İrəlidəki səhifələrdə görəcəyiniz kimi, bir böcəyin inanılmaz dərəcədə yarpağa bənzəməsi düşmənlərinin onu görməsinin qarşısını alır. Əlbəttə, bu kiçik heyvan qorunmaq məqsədi ilə öz vücudunu yarpağa bənzətməmişdir. Ancaq kamuflyaj o qədər ustalıqla yaradılmışdır ki, xüsusi şəkildə planlanıb ''yaradılmış'' bir müdafiə metodu olduğu aydın görünür. Bəzi kəpənəklər qanadlarını açdıqları anda qarşımıza bir cüt göz çıxır. Bu gözlər düşməni qarşısındakının bir kəpənək olmadığına əmin etməkdədir. Xüsusilə üstdəki şəkildə Şönlinq kəpənəyi kimi bəzi kəpənək növləri saxta üzləri, ortasındakı pırıltıları ilə, gözləri, üz xətləri, çatıq qaşları, ağız və burunları ilə elə mükəmməldirlər ki, ortaya çıxan görünüş bir çox düşmən üçün olduqca çəkindiricidir. Allahı inkar etməkdə israrlı olan biri bu qeyri-adi görünüşü ''maraqlı bir təsadüf'' kimi qəbul etmiş, ya da ''kəpənək faydalı olacağını düşündüyü üçün vücuduna belə şəkil vermişdir'' deyə bir iddia irəli sürmüşdür. Əgər biri belə iddia irəli sürüb, bu mükəmməl cizgilərin sadəcə olaraq təsadüfən əmələ gəldiyini söyləyirsə, ağıl sahibi olan insanlara da söylənməli söz qalmır. Çünki belə iddia ağla və sağlam düşüncəyə ziddir. Saxta gözlərHeyvanlar aləmində bir insanın heç ağlına gəlməyəcək qədər maraqlı qorunma metodları vardır. Bu metodlardan biri saxta gözlərdir. Müxtəlif kəpənək, tırtıl və balıq cinsləri bu saxta gözlər sayəsində düşmənlərini ''təhlükəli'' olduqlarına inandırırlar. Şəkillərdə göstərilən kəpənəklər təhlükədə olduqlarını hiss etdikləri an qanadlarını açarlar və hər iki qanadda düşmənləri hürküdəcək bir cüt göz əmələ gələr. Bu kəpənəklərdən birini yemək üçün gələn quş isə ani olaraq qarşılaşdığı gözlərə görə çox təəccüblənərək geri çəkilər. Düşünək: son dərəcə inandırıcı olan bu göz təsvirləri bir təsadüfün əsəri ola bilərmi? Bu kəpənək qanadlarını açınca ortaya bir cüt hürküdücü gözün çıxacağını və bu görünüşün düşməni qorxudacağını haradan bilir? Kəpənək qanadlarındakı bu naxışı görə, sonra da onun hürküdücü olduğuna və bir təhlükə anında istifadə edilə biləcəyinə qərar verə bilərmi? Əlbəttə, bu qədər inandırıcı görünüş təsadüflərin deyil, şüurlu bir planın məhsulu ola bilər. Bundan başqa, əlbəttə, kəpənəyin öz qanadlarındakı naxışlardan xəbəri olduğu və bunu bir qorunma metodu kimi öz-özünə əldə etdiyi düşünülməz. Aydındır ki, kəpənəkləri yaradan Allah həm onların vücuduna belə bir şəkil, həm də onlara təhlükə anında bu şəkildən istifadə edəcək instinkt vermişdir. Soldakı şəkildə müren balığının həqiqi başı və gözləri görünür. Sağdakı şəkildə isə müren balığı yuvasının içinə girir və bir cüt saxta göz olan quyruğunu bayırda saxlayır. Bu gözlər üzündən onu oyaq hesab edən balıqlar yuvaya yaxınlaşmırlar. Toxumdakı sirrMinlərlə fərqli bitki arasından hər hansı bir portağal ağacını əlimizə götürək. Ağac bildiyimiz kimi, torpağa atılan toxumdan əmələ gəlir. Toxum kiçik (bir kub santimetr belə olmayan) bir cismdir, amma necə də olur, o toxumun içindən qısa vaxt ərzində 4-5 metr uzunluğunda və yüz kiloqramlarla ağırlığında böyük bir ağac əmələ gəlir?! Toxumun özünə nisbətən min dəfələrlə böyük olan ağacı əmələ gətirərkən istifadə edə biləcəyi tək material isə içinə basdırıldığı torpaqdır. Bəs toxum ağac istehsal etməyi haradan bilir? Necə olur ki, torpağın içindəki materialları araşdırıb, ehtiyacı olanları götürür və bir ağac əmələ götirmək üçün bunları istifadə etməyi dərk edir? Əmələ gətirdiyi ağacın hansı şəklə və quruluşa malik olmasının lazım gəldiyini necə ehtimal edə bilir? Bu sonuncu sual xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir taxta parçası çıxmır. Toxum içində damarlar olan, torpaqdakı maddələri sormaq üçün gərəkli köklərə malik və yerin üstündəki qismi də şaxələrə ayrılmış, son dərəcə yaxşı planlanmış bir canlı maddə istehsal edir. İnsan yaxşı bir ağac rəsmi çəkmək lazım gələndə belə çətinlik çəkir, çünki ağacın köklərindəki və budaqlarındakı incəlikləri çəkmək çətindir. Lakin toxum son dərəcə kompleks bir cism olan ağacı torpaqdakı materialları istifadə edərək sıfırdan əmələ gətirir. Bu vəziyyətdə toxumun son dərəcə ağıllı, hətta bizdən də ağıllı bir varlıq olduğu qənaətinə gəlirik. Daha doğrusu, toxumun içində son dərəcə təsiredici bir ağlın gizli olduğunu başa düşürük. Bəs bu ağıl və ağacın əmələ gəlməsi üçün lazımlı məlumat toxuma haradan, necə gəlmişdir? Necə olur ki, kiçik bir toxum bir kompüter diski kimi məlumatları toplaya bilir? Kompüter diskləri ağıl və bilik sahibi olan insanlar tərəfindən hazırlanıb, kompüterlərə yerləşdirilir. Toxum da belədir, Allah tərəfindən ağac əmələ gətirmək qabiliyyətinə malik şəkildə yaradılmış və proqramlaşdırılmışdır. Torpağa atılan hər toxum Allahın elmi ilə əhatə olunur, Onun elmi ilə böyüyür. Bir ayədə bu həqiqət belə xəbər verilir: ''Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa, bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın!'' (''Ənam'', 6/59). Toxumu yaradan da, torpağa düşdüyü zaman onun içindən yeni bir bitkini çıxardan da Allahdır. Digər bir ayədə bu mövzu ilə əlaqədar belə deyilir: ''Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür üz döndərirsiniz?'' (''Ənam'', 6/95). Orta məktəblərdə hər şagirdə göstərilən məşhur bir təcrübə vardır; uşaq bir boşqabın içinə pambıq doldurur, bu pambıqları isladır və arasına da noxud dənəsi atır. Bir neçə gün keçir və pambığın içindəki toxumların cücərdiyini görür. Bu, əslində son dərəcə təəccübləndirici bir şeydir və çox uşaq da bu hadisəni gördüyü zaman təəccüblənir. Çünki, pambığın içinə qoyulan noxudlar və ya lobyalar aylardır, ya da illərdir bir canlılıq əlaməti göstərməyən cismlərdir. Amma uzun bir zamandır gözləyən bu sərt cismləri sulu pambığın içinə qoyunca, birdən-birə canlanır, ortaya təzə, yam-yaşıl cücərtilər çıxır. Aydındır ki, bu toxumlar münasib şəraitə düşdükləri zaman cücərmələri üçün proqramlaşdırılmışlar və ilk fürsətdə bu vəzifəni yerinə yetirirlər. ''Dənəni və çəyirdəyi yaran şübhəsiz Allahdır'' deyildiyi ayə bu möcüzəvi hadisənin sirrini açıqlayır. Digər bir ayədə isə belə deyilir: ''Göydən su endirən Odur. Biz o su ilə hər bir bitkini yetişdirib, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxarxtdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır'' (''Ənam'', 6/99). Ayədə bizə məhsul verdiyi zaman və yetişəndə Allahın torpaqdan çıxartdığı toxumların meyvələrinə baxmağımız əmr edilir. Həqiqətən də toxumun torpaqdan çıxması qədər meyvənin əmələ gəlməsi də möcüzəvi bir hadisədir. Torpaqdan ləzzətin çıxarılmasıƏmələ gələcək ağacın şəkil və quruluşu haqqında məlumatları toxum içində saxladığını daha əvvəl demişdik. Bundan daha da maraqlı olan bilgi toxumun ağacı əmələ gətirəcəyi haqda məlumatlara malik olmasıdır. Meyvə isə özü-özlüyündə bir möcüzədir. Meyvənin ən mühüm xüsusiyyəti insanın damağı və səhhətinə tamamilə uyğun olmasıdır. Hər meyvə özünə xas olan bir ləzzətə və iyə sahibdir. Bundan başqa, meyvələrin rəngləri də son dərəcə estetik və cəlbedicidir. Bununla bərabər, hər meyvə mükəmməl bir ötüklə örtülü olur: naringi, portağal, banan və s. son dərəcə gözəl və soyulması rahat olan qabıqlara sahibdirlər. Lakin heç bir meyvə belə deyildir: məsələn, portağal son dərəcə acı ola bilərdi, ya da bildiyimiz gözəl dada sahib olardı, amma çox pis qoxusu olardı. Rəngi də palçıq rəngində ola bilərdi. Ancaq hər meyvə mümkün olan ən gözəl dada və ətirə sahibdir. İşin daha da maraqlısı onların malik olduqları bu dad və ətirləri torpaqdan əldə etdikləri maddələrlə əmələ gətirmələridir. Di gəl, torpağın qoxusu çox da yaxşı deyil, dadı isə pisdir. Ancaq ağac bu palçıq yığını içindən lazımlı olan maddələri mənimsəyərək onları kimyəvi proseslərdən keçirib, mükəmməl dad və qoxular əmələ gətirir. Burada ikinci bir nöqtə də vardır; ağacın yaxşı qoxu və dad əmələ gətirdiyini söyləyirsiniz, amma əslində, hadisə daha da mürəkkəbdir. Çünki ''yaxşı qoxu'' və ya ''yaxşı dad'' kimi anlayışlar insana aid anlayışlardır və ağac özbaşına bir dad ya da qoxunun yaxşı, ya da pis olduğunu bilə bilməz. Bunu bilməsi üçün insandakı estetik anlayışlara sahib olması, insanın nədən ləzzət aldığını, hansı dadı bəyəndiyini, necə dil quruluşuna sahib olduğunu öyrənməsi lazım gəlir. Bunları öyrəndikdən sonra isə az əvvəl dediyimiz işi görəcək, yəni palçıqdan topladığı maddələrlə mükəmməl bir kimyəvi hadisə gerçəkləşdirəcək. Ağacın inanılmaz qabiliyyəti yalnız qoxu, dad, ya da rənglə məhdud deyildir. Bu taxta parçası bir də insan vücudunun hansı vitaminlərə ehtiyac duyduğunu bilir və onları əmələ gətirdiyi meyvənin içinə qoyur. Hətta bu vitamin qüvvətlənməsinin mövsümlərə görə tənzimləndiyini görürük: qış aylarında məhsul verən portağal, naringi kimi meyvələrdə yay meyvələrinə nisbətən daha çox S vitamini var. Məqsəd qışın soyuğuna qarşı insanın ehtiyac duyduğu S vitamini qıtlığını aradan qaldırmaqdır. Gəlin indi bütün bunların üzərində düşünək. Bu sadalananlar necə və nə üçün olur? Necə olur ki, taxta parçası olan ağac yaxşı dad və qoxu əmələ gətirir? Necə olur ki, insanın zövqünü, estetik təsəvvürünü, vitamin ehtiyaclarını bilir və buna görə bir məhsul ortaya qoyur? Ağacın elədiklərini süni şəkildə əldə etməyə çalışsaq, olduqca uzun bir cəhd gstərməyimiz lazımdır. Ağacın əmələ gətirdiyi dadı ''istehsal etmək'' mümkün deyildir, dünyada torpaqdan meyvə çıxaran bir dəzgah hələ icad edilməmişdir. Əldə edə biləcəyimiz tək şey qoxudur. Müasir laboratoriyada uzun proseslər nəticəsində bir meyvənin qoxusunu əldə edə bilərik, necə ki, ətirlər bu şəkildə əldə edilir. Ancaq ətirlər də əslində tamamilə süni deyildirlər, bütün ətirlər müxtəlif gözəl qoxulu bitkilərdən istifadə edilməklə hazırlanır. Qısacası, insan əlindəki bütün ağıl və texnologiyaya baxmayaraq, bitkilərin, ya da ağacların sahib olduqları gözəl qoxuları əmələ gətirmək qabiliyyətinə malik deyildir. Başqa sözlə, meyvə ağacında, ya da hər hansı bir bitkidə insanın əldə edə biləcəyi qədər yüksək ağıl, bilik və texnologiya vardır. Bu təəccüblü vəziyyətin isə tək bir izahı var: ağac mükəmməl və üstün ağıl, sonsuz bilik və qabiliyyətə sahib bir Yaradıcı tərəfindən xüsusi olaraq planlaşdırılmışdır. Məqsədi insanlara meyvə verməkdir və bu çətin işi ta qədimlərdən bu yana böyük uğurla yerinə yetirir. Pis dadı olan qəhvə rəngli torpağın içindən dünyanın ən ləzzətli və gözəl qoxulu qidalarını çıxarır. Çünki Allah onu bu iş üçün yaratmışdır. Quranda bu barədə belə deyilir: ''Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Hələ də şükr etməzlər?''. (''Yasin'', 36/33-35). Başqa bir ayədə isə belə deyilir: ''Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş hündür xurma ağacları bitirdik. Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkəti cana gətirdik. Dirilib-çıxmaq da belədir!'' (''Qaf'', 50/9-11). Bilindiyi kimi, inkarçılar təbiətdəki bütün canlıların malik olduqları xassələri təkamül nəzəriyyəsi ilə açıqlamağa çağırırlar. Bir təkamül nəzəriyyəsi tərəfdarından soruşsanız ki, ''necə olur, ağaclar belə ağla və qabiliyyətə sahib olurlar, nəyə görə insan üçün qida əmələ gətirirlər'', sizə yalnız ''təsadüfən belə olmuşdur'' cavabını verəcək. Lakin təsadüf cəfəngiyyatdan başqa bir şey deyildir. Heç bir təsadüf insanın ləzzət anlayışını bilməz, heç bir təsadüf insanın xoşuna gələn qoxuları əmələ gətirməz. Heç bir təsadüf insanın vücuduna mövsümlərə uyğun vitamin verməyi tənzimləyə bilməz. Təsadüflər hər zaman xəta və çətinlik doğurur. Bunu bir nümunə ilə açıqlaya bilərik: təsadüfən gözəl qoxu əldə etmək üçün bir təcrübə apardığımızı düşünək. Torpağa təbiətdəki müxtəlif ''material''lardan əlavə edək -peyin, bitki qırıntıları və s. Bunun üzərinə də müxtəlif kimyəvi qarışıqlar tökək. Qabı bağlayıb gözləyək. Bir neçə gün sonra qabı açdığımız zaman həyatımızda hiss etdiyimiz ən pis qoxulardan biri ilə qarşılaşacağıq. Bu təcrübənin nə qədər fərqli versiyalarını yoxlayırsınız, yoxlayın, həmişə bir-birindən pis qoxular əldə edəcəksiniz. Gözəllik, estetika və təmizlik öz-özünə əmələ gəlmir. Ancaq bir ağıl sayəsində əmələ gəlirlər və xüsusi olaraq da yaradılmış olduqları labüddür. Məsələnin bu yönünü də düşünə bilərik: əgər bütün qidalar bizim tam istədiyimiz kimi olsa, ancaq həzm sistemimiz ''təsadüfən'' əmələ gəlmiş olsaydı, yenə böyük bir sıxıntı içində yaşayacaqdıq. ''Təsadüfən'' əmələ gələn bir dilin dadbilmə xüsusiyyəti olmayacaqdı və biz ən ləzzətli qidanı yeməklə taxta gəmirmək arasında heç bir fərq hiss etməyəcəkdik. Bütün yediklərimiz və onlardan ləzzət almağımızı təmin edən bədənimiz Allah tərəfindən xüsusi bir yaradılışla yaradılmışdır. Allahın adlarından biri ''Rəqqas'', yəni ruzi verəndir və hamısı xüsusi bir mükəmməlliklə yaradılmış bütün ruziləri bizə verən də Odur. Bunun əvəzində insanın nə etməsi lazım gəldiyi Quranda belə bildirilir: ''...Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin..''. (''Səba'', 34/15). Nilufər çiçəkləri
Torpağın üzərindəki kiçik çiçəklər bütün mükəmməlliklərinə baxmayaraq, insanlar tərəfindən əsasən adi qarşılanmaqdadırlar. İnsanların bu çiçəklərdəki yaradılış möcüzələrini qavramalarına mane olan isə onları hər gün, hər yerdə görmələrinin əmələ gətirdiyi adətkarlıqdır. Ancaq başqa yerdə, başqa şərtlərdə yetişən və başqa ölçülərdə olan çiçəklər ''adətkarlıq eynəyi'' olmadan qiymətləndiriləcəklərindən, Allahın varlığının dərk edilməsinə kömək olacaqlar. Amazon çayının dibini örtən palçıqda yetişən Amazonka nilufərləri insanlardakı bu ''adətkarlıq eynəyi''ni qaldırabilmə qabiliyyətindədirlər. Çünki onlar insanların adət etdikləri, hər gün şahid olduqları kimi deyil, yaşam uğrunda çox fərqli mübarizə ilə həyatlarını davam etdirirlər. Bu çiçəklər Amazon çayının dibindəki bataqlığın içində böyüməyə başlayırlar və daha sonra çayın üzərinə doğru uzanırlar. Məqsədləri yaşaya bilmələri üçün lazım olan işığa çatmaqdır. Suyun üzərinə çıxdıqları zaman böyüməyi dayandırır və burada üstü tikanlı yumru tumurcaqlar əmələ gətirirlər. Tumurcuqlar bir neçə saat ərzində təxminən iki metrlik böyük yarpaqlara çevrilirlər. Beləliklə, bitki nə qədər bol yarpaqla çayın üzərini örtərsə, gün işığından o qədər çox faydalanır. Nəticədə bu nilufərlər gün işığından faydalanaraq fotosintez imkanı tapırlar. Əks təqdirdə çayın dibindəki işıq çatışmamazlığı üzündən yaşayışlarını davam etdirməyəcəklərini ''bilirlər''. Bir bitkinin belə ''ağıllı'' metodla ''hərəkət etməsi'' əlbəttə düşündürücüdür.
Palçıqlı bataqlıqların dibindən iki metrə qədər uzanaraq su üzünə çıxan nilufər yarpaqları beləcə günəş işığından faydalana bilirlər. Fəqət, bu çiçəklərin köklərinin oksigenə də ehtiyacı vardır. Yandakı şəkildə bitkinin köklərindən su üzünə uzanaraq oradan aldığı oksigeni köklərə daşıyan saplar görünür. Belə ki, günəş işığı Amazonka nilufərləri üçün hər şey demək deyildir. Onların eyni nisbətdə oksigenə də ehtiyacları vardır ki, köklərin olduğu palçıqlı zonada oksigenin çatışmadığı aydındır. Bu səbəblə nilufərlər köklərindən çıxan sapları yuxarıya, yarpaqlarının olduğu su səthinə doğru uzadırlar. Bəzən uzunluğu 11 metr olan bu saplar yarpaqlara bağlanırlar və yarpaqla kök arasında oksigen daşıyan bir kanal vəzifəsini yerinə yetirirlər [25]. Çayın dərinliklərində yaşamağa təzəcə başlayan bir tumurcuq işığa və oksigenə ehtiyac duyduğunu, işıq və oksigenin olmadığı şəraitdə yaşaya bilməyəcəyini və ehtiyacı olan şeylərin suyun üzərində olduğunu haradan bilir? Yaşamağa təzə başlayan bir varlıq nə o suyun bir qətrəsinin olduğundan, nə günəşin, nə də oksigenin varlığından xəbərdar deyil. Buna görə də, təkamül nəzəriyyəsi tərəfdarlarının məntiqi ilə yanaşsaq, bu bitkilərin çoxdan mühit şərtlərinə məğlub olub, nəsillərinin kəsilməli olduğunu düşünməliyik. Lakin nilufərlər bütün mükəmməllikləri ilə bu gün də qarşımızdadırlar. Amazonka nilufərlərinin yaşamaq uğrunda inanılmaz mübarizələri suyun üzərindəki işığı və oksigeni əldə etdikdən sonra da davam edir. Onlar böyük yarpaqlarının su ilə dolub batmaması üçün kənarlarını yuxarıya doğru əyirlər. Gördükləri bütün bu tədbirlərlə yaşamalarını davam etdirə bilirlər, ancaq nəsillərinin davam etməsi üçün daha artığına ehtiyac hiss etdiklərini də anlayırlar. Belə ki, toxumlarını başqa nilufərə daşıyacaq bir canlıya ehtiyac duyurlar. Həmin canlı isə bir böcək növüdür. Bu böcəklər ağ rəngə qarşı xüsusi bir meyllə yaradılmışlar. Buna görə də qonmaq üçün Amazon çayının onlarla cazibəli çiçəyinin yanında ağ-appaq görünən nilufərləri seçirlər. Amazonka nilufərləri də nəsillərinin davamiyyətini təmin edən bu qonaqlar gəldiyi zaman bütün yarpaqlarını bağlayır, çıxa bilməmələri üçün onları ''həbs'' edir və onlara çoxlu toxum bulaşdırırlar. Bir gecə saxladıqdan sonra isə buraxırlar və öz toxumlarını geri qaytarmamaları üçün rənglərini dəyişdirirlər. Yəni ağ-appaq nilufərlər artıq çəhrayı rəngə boyanaraq Amazon çayını bəzəməyə başlayırlar. Heç şübhə yoxdur ki, növbə ilə gələn bütün bu qüsursuz və incəliklə hesablanmış planlar hər şeydən xəbərsiz bir tumurcuğun əsəri deyil, onu yaradan Allahın ağlının əsəridir. Burada qısaca izahına çalışılan bütün bu xırdalıqlar kainatdakı hər varlıq kimi, bitkilərin də ancaq və ancaq bir Yaradıcı tərəfindən ən münasib sistemlərlə planlaşdırılaraq yaradılmış olduğunu göstərməkdədir. Külək təsadüfən bir təyyarə meydana gətirə bilərmi? Tanınmış fizik Fred Hoylun həyatın başlanğıcı ilə əlaqədar çox maraqlı bir bənzətməsi var. Hoyl ''Ağıllı kainat'' (The Intellegeht Universe) adlı kitabında canlılığın təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsi haqqında belə bir şərh verir: ''Həyatın başlanğıc ssenarisini belə düşünə bilərik: təsəvvür edin ki, bir qasırğa ''Boinq'' təyyarə zavodunun ehtiyyat hissələr saxlanılan ambarındakı materialları dağıdaraq ''Boinq-747'' təyyarəsi əmələ gətirir''[26]. Hoylun bu bənzətməsi şübhəsiz, son dərəcə düzgündür. Bu ana qədər göstərdiyimiz nümunələrdən də başa düşüldüyü kimi, istər həyatın var olması, istər onun içində saxlanıldığı sistemlərin qüsursuzluğu bütün bunları meydana gətirən böyük bir qüvvəni axtarmağımıza səbəb olacaqdır. Çünki necə ki, bir qasırğa təsadüflər nəticəsində təyyarə yarada bilmir, kainatın plansız hadisələr nəticəsində meydana gəlməsi və üstəlik son dərəcə mürəkkəb quruluşları içində saxlaması da mümkün olmaz. Bundan başqa, kainatı bir təyyarə ilə müqayisə etmək özü belə kainatın mürəkkəbliyi baxımından düzgün deyil. Bu qismdə bəhs edilən bütün məlumatlar da qarşımıza istər yaxın ətrafımızdakı, istərsə kosmosun dərinliklərindəki qüsursuz planlamanın dəlillərini çıxartmışdır. Əsla rədd edilməyəcək qədər aydın olan bu dəlillərdən sonra ağlı və vicdanı ilə dəyərləndirilən bir insanın gələcəyi tək nəticə budur: kainatda təsadüfə yer yoxdur, bütün kainat içindəki incəliklərlə birlikdə YARADILMIŞDIR. Bu qüsursuz quruluşu yaradan ALLAH sonsuz qüdrət, elm sahibidir. | ||||||||
|
| ||||||||
|
17. Buyuk Larousse Sozluk ve Ansiklopedisi, II. Cilt, s. 5734. | ||||||||
|
|
|
Əsas Səhifə | Kitablar | Filmlər | Məqalələr | Səsli kitablar | Bizimlə Əlaqə | Üzv Olun |
|
2010 Harun Yəhya. Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz. |