Allah ağılla bilinir

GÖYLƏRDƏKİ

VƏ YERDƏKİ DƏLİLLƏR

Milyonlarla kiçik kərpici bir yerə yığaraq, çox inkişaf etmiş bir şəhər maketi inşa etdiyinizi təsəvvür edin. Bu şəhərin içində göydələnlər, bir-birinin içinə keçmiş yollar, dəmiryol stansiyaları, hava limanları, alış-veriş mərkəzləri, yer altında qurulmuş metrolar, bunlarla yanaşı, axar sular, göllər, meşələr və bir sahil olsun. Eyni zamanda, küçələrdə gəzən, evlərində oturan, iş yerlərində işləyən yüzlərlə insan da olsun. Ən xırda bir detalın belə üzərindən keçməyin.

Sonra biri gəlib sizə hər bir daşını diqqətlə seçdiyiniz, ən incə təfərrüatına qədər planlayaraq qurduğunuz bu şəhərin bütün parçalarının təsadüfən bir yerə yığıldığını və bu şəhəri əmələ gətirdiyini söyləsə, qarşınızdakı adamın ağlı haqqında nə düşünərsiniz?

İndi təkrar inşa etdiyiniz şəhərə dönün, bircə parçanı yerləşdirməyi unutduğunuz, ya da yerini dəyişdirdiyiniz zaman bütün şəhərin birdən-birə yıxıla biləcəyini düşünün. Nə qədər böyük bir tarazlıq qurmağınız və quruluş əmələ gətirməyiniz lazım gəldiyinin fərqindəsinizmi?

İçində olduğumuz dünyadakı həyat da ağla gəlməyəcək qədər çox təfərrüatın bir yerə yığılması sayəsində mümkün olmaqdadır. Bu təfərrüatlardan yalnız birinin və ya bir neçəsinin çatışmamazlığı dünyada həyatın olmaması mənasına gələ bilər.

Maddənin ən kiçik parçası olan atomdan milyardlarla ulduzu saxlayan qalaktikalara, dünyanın ayrılmaz bir parçası olan Aydan Günəş sisteminə qədər hər şey incəliklərinə kimi müdhiş bir harmoniya içində çalışmaqdadır. Ona görə də bu sistem ən dəqiq saat mexanizmi kimi işləməkdədir. İnsanlar milyard illər davam edən bu sistemin heç bir detal unudulmadan yenə işləyəcəyindən elə əmindirlər ki, 10 il sonra baş verməsini istədikləri hadisənin planını rahat qura bilirlər. Heç kim ertəsi gün Günəşin doğub-doğmayacağının narahatlığını keçirməz. Amma insanların böyük əksəriyyətini ''dünya Günəşin cazibə sahəsindən qopub qap-qara kosmik boşluqda sonu bilinməyən bir yola çıxarmı'', ''bunun baş verməməsinə nə mane olur'' kimi suallar düşündürməkdədir. Buna rəğmən, insanların çoxu yuxuya gedərkən beyinlərinin istirahət etdiyi anda ürəklərinin, ya da nəfəs sistemlərinin də istirahət etməyəcəyindən son dərəcə əmindirlər. Axı həyat üçün çox vacib olan bu iki sistemdən birinin bir neçə saniyyə işləməməsi asanlıqla həyatımıza son verə biləcək nəticələr doğura bilər.

Bütün həyatı əhatə edən və hər hadisəyə ''normal axarı ilə gedir'' şəklində qiymət verməyə səbəb olan ''adətkarlıq eynəyi'' çıxarıldığı zaman əslində hər şeyin pambıq ipi kimi sınabiləcək şəkildə incə planlanmış və bir-birinə bağlı sistemlərdən əmələ gəldiyi aydın görünür. Həmçinin baxdığınız hər nöqtədə qüsursuz bir quruluşun hakim olduğunu görə bilərsiniz. Əlbəttə ki, belə bir quruluşu və harmoniyanı əmələ gətirən böyük güc vardır. Bu gücün sahibi hər şeyi yoxdan var edən Allahdır. Bir ayədə deyilir: ''Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq, çatlaq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə qayıdacaqdır!'' (''Mülk'', 67/3-4).

İstər göy üzünə, istər yer üzünə, istərsə də bu ikisi arasında yaşayan canlılara baxdığımız zaman hər birinin ayrı-ayrılıqda onu var edən Yaradıcının varlığını sübut etdiyini görürük. Elə aşağıdakı bölümdə də bunun sübutu olan canlılardan və təbii hadisələrdən bəhs edəcəyik. Əgər Allahın yer üzündəki bütün dəlillərini yazmağa çalışsaq, bunu minlərlə ensiklopediyaya sığışdıra bilmərik. Ona görə də bu bölümdə üzərində uzun zaman düşünülməsi lazım gələn hadisələrə qısaca nəzər salacağıq. Ancaq bu qısa xatırlamalar belə Quran ifadəsi ilə desək, ''düşünüb öyüd ala bilən'' vicdanlı adamların həyatlarındakı ən mühüm həqiqəti görmələrini və ya azı bir dəfə yada salmalarını təmin edəcək.

Çünki, Allah vardır...

O, örnəksiz yaradandır və O, ağılla bilinər.

İNSAN VÜCUDUNDAKI MÖCÜZƏLƏR

Biz heç fərqində deyilkən vücudumuz daxilində milyonlarla iş yerinə yetirilir. Bunların çoxu bir neçə dəqiqəliyə belə axsasa, müalicəsi mümkün olmayan xəstəliklərə, hətta ölümə səbəb ola bilər. Ancaq insan tək bir hüceyrədən yetişkən insan halına necə gəldiyini düşünmədiyi kimi, hər an gözünün önündə olan bədəninin də niyə belə qüsursuz işlədiyini araşdırmaz. Buna görə də həyatını nə dərəcədə ''tükdən asılı'' hadisələr sayəsində davam etdirdiyini bilməz. Yalnız xəstəlik və ya fiziki sıxıntı ilə qarşılaşdığı zaman nəzarəti xaricində işləyən vücud sisteminin əhəmiyyəti barədə düşünməyə başlayar. Fəqət, bu da çox uzun çəkməz, sağalan kimi hər şeyi unudar.

Lakin Allah insan üçün bədənin həm içində, həm də zahiri görünüşündə saysız iman dəlili göstərməkdədir. İnsan bədəninin təkcə zahirinə baxmaq kifayətdir ki, Allahın mükəmməl sənətini görəsən. İnsanın vücud simmetriyası- iki qolun, iki ayağın olması, gövdənin qollara, ayaqlara və başa nisbəti ilk baxışda diqqət çəkəcək şəkildə intizamlıdır. Bu nisbətlərin hər biri Allah tərəfindən tam bir harmoniya üzərində qurulmuşdur. Məsələn, hər bir insanın boyu başının uzunluğunun 8, üzü burnunun uzunluğunun 3 misli qədərdir; iki göz arasında bir göz boyu məsafə vardır; qol və ayaq nisbətləri və uzunluqları həm estetikaya, həm də tam mənası ilə ehtiyaca cavab verməkdədir.

Yuxarıda bəhs olunan simmetriya ilə əlaqədar xırdalıqları görə bilmək üçün ətrafınızdakı insanlara göz gəzdirməyiniz kifayətdir. Sadalanan xüsusiyyətləri hər bir adamda görə bilərsiniz. Hətta bütün bu xüsusiyyətlər indiyə qədər yaşamış milyardlarla insanda da olmuşdur və (Allahın istəyi ilə) bundan sonra yaşayacaq insanlarda da olacaq.

Zahiri görünüşü ilə mükəmməl bir dizayna sahib olan insanın daxilində də müəyyən hadisələr baş verir, özünün heç fərqinə varmadığı minlərlə möcüzə ardıcıl meydana gəlir. Beyindən qara ciyərə, öd kisəsindən böyrəklərə qədər hər orqan bu qüsursuz prosesə tabedir. Orqanların, vücuddaxili sistemlərin fəaliyyəti heyrətamiz bir quruluş və ahəng içində əmələ gəlir.

Vücudumuz içindəki bu quruluşu, ahəng və incəliyi anlamaq üçün yüzlərlə nümunə verilə bilər, neçə ki, bədənin Yaradıcısının elmi sonsuzdur və insanın dərk etməsinin fövqündədir. Amma bu saysız örnək içindən bir neçəsini seçib təqdim etmək insanı qüsursuz var edən Allahın varlığını, böyüklüyünü, gücünü, elmini və sənətini görə bilməyinizə kömək olacaq.

''QÜSURLU GÖZ GÖRMƏZ''

Göz canlıların yaradılmış olduğuna ən sadə və danılmaz dəlillərdən biridir. İstər insan gözü, istərsə də heyvan gözü qeyri-adi layihələrə və planlara sahibdir. Bu heyrətdoğurucu orqan dünyanın ən mürəkkəb cihazları ilə belə müqayisə edilməyəcək qədər mükəmməldir.

Gözün təxminən 40 ayrı həssas parçanın birləşməsindən əmələ gələn çox mürəkkəb sistemi var. Bu parçalardan sadəcə birinin üzərində dayanaq, məsələn, göz bəbəyi.

Biz çox zaman fərqində deyilik, amma cisimləri aydın görməyimizi təmin edən proses göz bəbəyinin heç dayanmadan ''avtomatik fokus'' eləməsidir. Əgər istəsəniz, bu mözuda kiçik bir təcrübə apara bilərik: şəhadət barmağınızı havada tutun. Sonra bir barmağınızın ucuna, bir də qarşınızdakı divara baxın. Hər dəfə barmağınızdan divara göz atdığınız anda bir ''tənzimləmə'' olduğunu hiss edəcək­siniz.

Bunu göz bəbə­yi­nin ətrafındakı kiçik əzələlər həyata keçirir. Görmə zamanı bu əzələlər fəaliyyətə başlayır, bəbəyin qaba­rıq­lığını dəyişdirərək işı­ğın doğru nöqtədə qırıl­masını və istədiyiniz cis­mi aydın görməyinizi təmin edir. Göz bəbəyiniz bu tənzimləməni həyatınız boyunca heç durmadan və xəta eləmədən həyata keçirməkdədir. Fotoqraflar eyni tənzimləməni şəkilçəkən apparatlarda əllə edirlər və doğru fokusu almaq üçün bəzən xeyli çalışmalı olurlar. Düzdür, müasir texnologiya nəticəsində son 10-15 ildə avtomatik fokus edən kameralar hazırlanmışdır, amma heç bir kamera göz qədər sürətli və qüsursuz fokus edə bilməz.

Gözün görə bilməsi üçünsə bu orqanı təşkil edən təxminən 40 təməl hissənin hamısının eyni anda var olması və harmoniya içində işləməsi vacibdir. Bəbək sadəcə olaraq bunlardan biridir. Əgər bu hissələrdən biri işləməsə göz görmə funksiyasını itirər.

Gözün bu mürəkkəb quruluşu qarşısında təkamülçülərin ''təsadüflər zənciri'' iddiası bütün mənasını itirir. Çünki gözün görməsi üçün eyni anda bütün hissələri ilə birlikdə var olması lazımdır. Təkamülçü bir elm adamı, bu həqiqəti belə ifadə edir: ''Gözlərin və qanadların ortaq xüsusiyyəti ancaq bütünlüyü ilə inkişaf etmiş olduqlarında vəzifələrini yerinə yetirə bilmələrindədir. Başqa sözlə, Qüsurlu gözlə görmək, yarım qanadla uçmaq olmaz''[13].

Bu isə gözün bütün hissələri ilə bir anda və qüsursuz olaraq meydana gəldiyini göstərməkdədir. Yəni göz bütün başqa orqanlarımız kimi, Allah tərəfindən qüsursuz yaradılmışdır.

Qulaqdakı ali quruluş

Heç ağlınıza gəlmişdimi? -siz bir musiqi, ya da bir söhbəti dinləyərkən böyük bir möcüzə baş verir. Havada yayılan səs titrəmələri saniyədə 350 kilometr sürətlə qulağınıza çatır və o ana qədər sadəcə fiziki hərəkət olan titrəmələr qulağınızda baş verən inanılmaz dərəcədə qarışıq proseslər sayəsində ''səs''ə çevrilir.

Eşitmə prosesi yuxarıda bildirdiyimiz kimi, havada yayılan titrəmələrlə başlayır. Titrəmələr qulaq seyvanına çatdıqda ''eşitmə'' dediyimiz proses də başlayır.

XVIII əsrin əsas elm səviyyəsi çərçivəsində düşünən &Ccedilarlz Darvin təkamül nəzəriyyəsində qulaq seyvanı işə yaramayan və həyat qabiliyyətini itirmiş bir orqan kimi təsvir edilmişdir. Lakin dövrümüzdə elmi araşdırmalar qulaq seyvanının səsləri topladığını və istiqamətləndirdiyini, onun içindəki qıvrımların da səsi istiqamətləndirmək üçün ən uyğun akustik quruluşa malik olduğunu göstərmişdir. Qulaq seyvanının ''konka'' adı verilən hissəsi bir növ meqafon vəzifəsini yerinə yetirir və səs dalğalarını xarici qulaq yolunda artırır. Bu şəkildə səs dalğalarının tezliyi təxminən 17 hers artır[14].

Qulaq pərdəsindəki həssaslıq

Beləcə, gücləndirilən səs xarici qulaq yoluna girir. Məlum olduğu kimi, xarici qulaq yolunda sistemli şəkildə qulaq mayesi ifraz olunur. Bu zəhərli mayenin əsas ''vəzifəsi'' bakteriyaları və böcəkləri qulaqdan uzaqlaşdırmaqdır. Yəni bu, qulağı qoruyan xüsusi mayedir. Bundan başqa, bu mayenin qulağın içinə deyil, çölünə axmasının lazım olduğu da düşünülmüş və xarici qulağın üzərindəki hüceyrələr çölə doğru spiralvari şəkildə düzülmüşdür. Əks halda maye qulağımıza dolar və bizi kar edə bilər.

Xarici qulaq yolundan keçən səs titrəmələri qulaq pərdəsinə çatır. Qulaq pərdəsi elə həssasdır ki, molekul ölçüsündəki titrəmələri belə qəbul edir. Bunun sayəsində bizdən metrlərlə uzaqda fısıldayan bir insanı asanlıqla eşidə bilirik. Ya da iki barmağımızı bir-birinə yavaşca sürtərkən yaranan titrəməni eşidirik[15].

Ancaq burada mühüm bir məsələ vardır. Bu qədər kiçik titrəmələrə həssas olan qulaq pərdəsi bir tərəfdən də özünü qidalandıran damarlardakı qanın təzyiqinin yaratdığı böyük titrəmələrlə qarşı-qarşıyadır. Qulaq pərdəsini qidalandıran kapilyarlarda hərəkət edən qan hüceyrələri bir tunelin içində yuvarlanan qayaların çıxardıqları səs qədər titrəmə əmələ gətirirlər. Amma biz bu səsi heç vaxt eşitmirik. Bəs bu necə olur?

Bu, vücudda yaradılmış qeyri-adi bir sistem sayəsində mümkün olur. Belə ki, qulaq pərdəsinə qan damarlarından gələn parazit səs sinir sistemi vasitəsilə bayırdan gələn səslərdən ayrılır. Eynilə bir lent yazısındakı lazımsız səs-küyü təmizləyən müasir kompüterlər kimi, sinir sistemi də qan damarlarının qulaq pərdəsinə ötürdüyü titrəmələri təmizləyər. Bunun sayəsində bütün həyatımız boyu qan damarlarımızın təzyiqindən əmələ gələn səsləri eşitməkdən qurtuluruq.

Orta qulaqdakı mexanizm

Qulaq pərdəsi qəbul etdiyi titrəmələri gücləndirərək orta qulaq nahiyəsinə ötürür. Burada zindan, çəkic və üzəngi adlandırılan, bir-birilə çox həssas tarazlıqda əlaqə quran 3 kiçik sümük var. Bu sümüklər də pərdədən aldıqları titrəmələri yüksəldirlər.

Həmçinin bu sistem həddən artıq yüksək səsləri azaltmağa qadirdir. Bu xüsusiyyət zindan, çəkic və üzəngi sümüklərinə nəzarət edən və bədənin ən kiçik ölçülü iki əzələsi tərəfindən təmin olunur. Bu əzələlər həddən artıq yüksək səsləri iç qulağa keçməzdən əvvəl yüngülləşdirirlər. Bu səbəbdən də bizi şoka sala biləcək yüksək səsləri daha aşağı tonda eşidirik.

Bu əzələlər bizim nəzarətimiz xaricində, avtomatik olaraq reaksiya verirlər. Belə ki, yatarkən yanımızda böyük gurultu olsa belə, bu əzələlər həmin an sıxılır və iç qulağa gedən titrəmənin şiddətini aşağı salır. Əgər belə bu əzələlər həmin an sıxılır və iç qulağa gedən titrəmənin tezdiyini aşağı salır. Əgər belə bir mexanizm olmasaydı, yüksək səslər asanlıqla iç qulağı zədələyə bilərdi və karlığa səbəb olardı. Ancaq hər şey ideal şəkildə planlaşdırılmış və qulaq həm alçaq səsləri eşidə, həm də həddən artıq yüksək səslərdən qoruna biləcək bir mexanizmlə yaradılmışdır.

Amma bu cür qüsursuz quruluşa malik olan orta qulağın mühüm bir tarazlığın qorunmasına ehtiyacı vardır. Bu tarazlıq orta qulaqdakı hava təzyiqi ilə qulaq pərdəsinin o biri üzündəki, yəni atmosferdəki hava təzyiqinin bərabər olmasının zəruriliyindən ibarətdir. Hərçənd bu tarazlıq da düşünülmüş və orta qulaqla bayır arasında hava ''alış-verişini'' təmin edən bir ''havalandırma kanalı'' yaradılmışdır. Bu kanal orta qulaqdan ağzımıza qədər uzanan içi boş borudur.

Titrəyən tükcük və səsin əmələ gəlməsi

Bir nöqtəyə diqqət edək: bura qədər bildiklərimizin hamısı, xarici və orta qulaqda meydana gələn titrəmələrdən ibarətdir. Titrəmələr müntəzəmdir, amma hələ ortada mexaniki hərəkətdən başqa bir şey -yəni səs yoxdur.

Bu mexaniki hərəkətlərin səsə çevrilməsi iç qulaq adı verilən nahiyədə olur. İç qulaqdakı ən mühüm hissə içi maye ilə dolu olan spiralvari bölmədir. Malik olduğu formaya görə bu hissə ''ilbiz'' adlandırılır.

Titrəmələr ilbizin içindəki mayedə dalğalanma əmələ gətirir. İlbizin iç divarında isə bu cür dalğalanmalardan ehtizaza gələn kiçik tükcüklər var ki, onlar mayedəki dalğalanmalara görə nəzərə çarpmayan şəkildə hərəkətlənirlər. Əgər güclü səs gəlirsə, daha çox tükcük daha güclü əyilir. Bayırdan gələn hər səs tezliyi bu tükcüklər üzərində bir cür təsir əmələ gətirir.

Bəs bu tükcüklərin hərəkətinin mənası nədir? Cavab çox maraqlıdır: bu tükcüklər əslində ilbizin iç divarını təşkil edən təxminən 20 min hüceyrənin üstündə olan manivelalardır. Tükcüklər bir titrəmə qəbul edərkən hərəkətə gəlirlər və bu hərəkət onların üzərində yerləşdikləri hüceyrələrin qapılarını açır. Bunun sayəsində hüceyrələrə ion girişi baş verir. Tükcüklər əks tərəfə əyildikləri zaman hüceyrə qapıları bağlanır. Bu müntəzəm hərəkət hüceyrələrin kimyəvi tarazlıqlarını da müntəzəm olaraq dəyişdirir və onların elektrik siqnalları vermələrini təmin edir. Öz növbəsində, elektrik siqnalları sinirlər vasitəsilə beynə çatdırılır və beyin də onları qəbul edərək səs halına gətirir. Beynin isə bunu nə cür etdiyi -bir parça ətdən ibarət orqanın aldığı elektrik siqnallarını necə insan səsinə, göy gurultusuna, ya da musiqiyə çevirdiyi əsla izah olunmayan sirdir.

Aparılan araşdırmalar tükcüyün bir atom radiusu qədər hərəkət etməsinin hüceyrədəki reaksiyanın başlaması üçün kifayət etdiyini göstərmişdir. Bu mövzunu araşdıran mütəxəssislər tükcüyün belə həssaslığını izah etmək üçün maraqlı bir nümunə verirlər: tükcüyün Eyfel qülləsi ölçülərində olduğunu düşünsək, onun bağlı olduğu hüceyrədəki təsir qüllənin başının sadəcə olaraq 3 santimetr tərpənməsi ilə başlaya bilər[16].

Tükcüklərin bir saniyədə nə qədər tərpəndiklərini öyrənmək də çox maraqlıdır. Bu, səsin tezliyinə görə dəyişir. Əgər tezlik yüksəkdirsə, tükcüklərin tərpənmə sayı inanılmaz rəqəmlərə çatır. Məsələn, 20 min hers tezlikli səs eşitdiyimiz zaman tükcüklər saniyədə 20 min dəfə tərpənmiş olurlar.

Qısacası, belə deyək ki, dinlədiyimiz bir piano səsi həqiqətdə iç qulaq ilbizindəki tükcüklərin hər nota görə fərqli hərəkət etmələrindən, hər belə hərəkət nəticəsində tükcüklərə bağlı hüceyrələrdə fərqli ion tarazlıqlarının yaranmasından və bu kimyəvi proseslərin elektrik siqnalları əmələ gətirmələrindən ibarətdir. Hüceyrələr bu inanılmaz prosesləri həyatımız boyu hər saniyə heç yorulmadan, nizamla yerinə yetirirlər...

Bura qədər araşdırdığımız bütün məlumatlar bizə eşitmə orqanı olan qulağımızın qeyri-adi bir düzənə malik olduğunu göstərir. Qulağın iç-içə olan onlarla mürəkkəb mexanizmin harmoniya içində çalışması ilə funksiyanı yerinə yetirən qüsursuz bir sistemi vardır. Müasir elm və texnologiya isə bu sistemi təqlid etmək bir yana, hətta çalışma prinsiplərini bütün təfərrüatı ilə həll etməyə belə müvəffəq olmamışlar.

Əlbəttə, belə mürəkkəb bir düzənin təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, təsadüflərlə ortaya çıxması mümkün deyil. Hər plan onu cızan düşüncəli bir plan qurucusunun varlığını göstərir. Qulaqdakı üstün düzən bu orqanı qüsursuz yaradan Allahın varlığını və hakimiyyətini isbat etməkdədir.

Bu həqiqət qarşısında insanın vəzifəsi ona belə bir orqan və eşitmə duyğusu verən Allaha şükr edən qullardan olmaqdır. Necə ki, Allah Quranda insanlara deyir: ''De ki ''Sizi yoxdan ya­­ra­dan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükr edirsiniz?!'''' (''Mülk'', 67/23).

İnsanın daxilindəki ordu



Text Box: ??????? h?????????? (???? ??????) ??????? h?????????? ??? ???????.

Hər gün vücudumuzun dərinliklərində fərqinə varmadığımız bir döyüş gedir. Döyüşün bir cinahında vücudumuza girib onu ələ keçirmək istəyən bakteriya və viruslar, digər cinahında isə vücudu bu düşmənlərdən qoruyan müdafiə hüceyrələridir.

Düşmənlər hədəf seçdikləri nahiyəyə doğru yönəlirlər. Ancaq həmin nahiyənin güclü, nizam-intizamlı əsgərləri düşmənə mü­qavimət göstərirlər. Döyüş meyda­nına əvvəlcə düşməni udaraq zərər­sizləşdirən əsgərlər (fotositlər) gəlir. Fəqət, bəzi hallarda döyüşün miqyası bu əsgərlərin bacarığını üstələyir. Bu zaman meydana başqa əsgərlər (makrofajlar) girir. Onların meydana girməsi hədəfə götürülən nahiyədə bir ''həyəcan siqnalı'' vəziyyətinin əmələ gəlməsinə səbəb olur və başqa əsgərlər də (yardımçı ''T'' hüceyrələri) döyüş meydanına çağırılır.

Onlar silahdaşlarını çox yaxşı tanıyan əsgərlərdir. Həmin dəqiqə öz yoldaşları ilə düşməni bir-birindən ayırd edirlər. Və vaxt itirmədən vəzifəsi silah hazırlamaq olan əsgərlərə (''B'' hüceyrələri) xəbər göndərirlər. Bu əsgərlər də qeyri-adi qabiliyyətə malikdirlər. Düş­məni görmədən belə zərər­sizləşdirə bilən silahlar istehsal edirlər. Bundan başqa, istehsal etdikləri silahları daşıyaraq lazım olan yerə aparırlar. Ancaq bu səfərdə həm özlərinə, həm də tərəfdarlarına zərər vermədən çətin bir vəzifənin öhdəsindən gəlirlər.

Daha sonra isə vurucu dəstələr meydana girir (öldürücü ''T'' hüceyrələri).


Text Box: (????? 7.) ??? ''?'' h??????????? ?????????.

Müdafiə hüceyrələrinin son dərəcə nizamlı və əmrəmüntəzir zənciri vardır. Heç biri bir an belə əmrlərdən çıxmaz.

Bunlar daşıdıqları zərərli maddəni düşmənin ən güclü və gur yerinə ataraq onlardan qurtulmağa müvəffəq olurlar. Qələbənin qazanıldığı döyüş meydanına başqa bir əsgər qrupu gəlir və bütün döyüşçülər qərargahlarına göndərilir. Son olaraq döyüş meydanına gələn əsgərlər (yaddaş hüceyrələri) eyni vəziyyətlə təkrar qarşılaşma vaxtı istifadə etmək üçün düşmənə aid bütün məlumatları yaddaşlarına salırlar.

Yuxarıdan bəhs edilən mükəmməl ordu insan bədənindəki müdafiə sistemidir. Təsvir edilənlərin hamısı gözlə görülməyəcək qədər kiçik hüceyrələr tərəfindən həyata keçirilir.

Bəs neçə adam bədənində belə nizamlı və mükəmməl bir ordu daşıdığının fərqindədir? Dörd bir tərəfinin ciddi şəkildə xəstələnməsinə, hətta ölməsinə səbəb ola biləcək mikroblarla əhatə olunduğunu neçə nəfər anlayır?


Text Box: ?????????????? ???????? ??? ''?'' h????????.

Həqiqətən də nəfəs alınan havada, içilən suda, yeyilən yeməkdə, toxunulan hər yerdə insan üçün olduqca təhlükəli mikroblar var. İnsanın özü bütün bunlardan xəbərsizkən, vücudundakı hüceyrələr onu bəlkə də ölümə sürükləyən bir xəstəliyin pəncəsindən qurtarmaq üçün var gücləri ilə döyüşürlər.

Müdafiə hüceyrələrinin vücud hüceyrəsi ilə düşmən hüceyrəni ayırd edəcək qabiliyyəti, ''B'' hüceyrələrinin görmədikləri düşməni belə neytrallaşdıran silah hazırlaya, özlərinə və vücud hüceyrəsinə dəymədən lazım olan yerə qədər apara bilməsi, siqnal alan hüceyrələrin heç etiraz etmədən vəzifələrini layiqincə yerinə yetirməsi, hər birinin nə etmək lazım olduğunu bilməsi, işləri bitdiyi zaman sakitcə yerlərinə qayıtması, yaddaş hüceyrələrinin yaddaşlarının bu cür güclü olması bu sistemə qeyri-adilik qazandıran xüsusiyyətlərdən sadəcə bir neçəsidir.

Elə bu səbəblərə görə də müdafiə sisteminin əmələgəlmə prossesini açıqlayan əsər indiyə qədər heç bir təkamülçü tərəfindən yazılmamışdır.

Müdafiə sistemi olmayan, ya da tam fəaliyyət göstərməyən bir insanın yaşaması olduqca çətindir. Çünki o, bu vəziyyətdə ətrafdakı bütün mikrob və viruslara qarşı müdafiəsiz qalır. Bu üzdən, insanın müdafiə sistemi olmadan növünü davam etdirməsindən söhbət gedə bilməz.

Bu vəziyyət də bizə müdafiə sistemi kimi son dərəcə mürəkkəb bir sistemin ancaq bircə dəfəyə, bütün elementləri ilə birlikdə yarandığını qəbul etməyə imkan yaradır.

Hər xırdalığı planlaşdırılmış sistem

Nəfəs almaq, yemək yemək, yerimək və s. insan üçün çox təbii hadisələrdir. Amma insanların böyük bir qismi bu hadisələrin necə gerçəkləşdiyi haqda düşünmür. Məsələn, meyvə yediyiniz zaman o meyvənin vücudunuza yararlı hala necə düşəcəyi barədə fikirləşirsinizmi? Siz ''yaxşı qida alıram'' qənaətindəykən, bu qidanı ''yaxşı'' hala çevirə bilmək üçün bədəninizdə heç təsəvvür edə bilməyəcəyiniz qədər incə proseslər gedir.

Bu prosesləri yerinə yetirən həzm sistemi yeməyin ağıza qoyulması ilə işə başlayır. Prosesin əvvəlində meydana gələn tüpürcək qidanı isladaraq dişlər tərəfindən üyüdülməsini və qida borusundan aşağı sürüşməsini asanlaşdırır.

Yemək borusu qidanın mədəyə çatdırılması vəzifəsini daşıyır. Mədəyə gəldikdə isə mükəmməl bir tarazlıqla qarşılaşırıq. Qidanın mədədə həzm olunması bu orqanın içindəki hidroxlor turşusu tərəfindən həyata keçirilir. Ancaq bu turşu o qədər güclüdür ki, yalnız qidanı deyil, mədə divarını belə əridə bilər. Fəqət, qüsursuz sistem içində belə bir xətaya yol verilməmişdir. Həzmin gedişində ifraz olunan ''mukus'' adlı ifrazat mədənin divarlarını örtür və hidroxlor turşusunun aşındırıcı təsirinə qarşı mükəmməl müdafiəni təmin edir. Beləcə, mədənin özü-özünə zərər verməsinin qarşısı alınır.

Həzm prosesinin davamı da eyni dərəcədə planlıdır. Qidanın həzm sistemi tərəfindən parçalanmış, işə yaramayan qismi nazik bağırsaq çəpərləri tərəfindən sorularaq qana qarışır. Nazik bağırsağın iç səthi ''villus'' adlandırılan kiçik qıvrımlarla örtülüdür.

Villusların üzərindəki hüceyrələrin üst qatlarında da ''mikrovillus'' deyilən mikroskopik çıxıntılar olur. Bu çıxıntılar bir nasos kimi işləyərək qidanı əmir. Beləcə, bu nasosların əmdiyi qida qan-damar sistemi ilə vücudun hər tərəfinə çatdırılır.

Burada diqqət yetirilməsi lazım olan məsələ yuxarıda çox sadə izah verdiyimiz sistemi təkamülün heç cür açıqlaya bilməməsidir. Çünki təkamül kiçik quruluş dəyişikliklərinin pillə-pillə üst-üstə yığılması, ibtidai canlılardan bu günkü mürəkkəb orqanizmlərin əmələ gəlməsi fikrini müdafiə edir. Lakin aydın göründüyü kimi, mədədəki sistemin pillə-pillə əmələ gəlməsinə imkan yoxdur. Çünki tək bircə faktorun əskikliyi canlının məhvinə səbəb olar.

Mədədəki maddənin qida gəldiyi zaman parçalayıcı xüsusiyyət qazanması bir sıra kimyəvi proses nəticəsində baş verir. İndi isə təkamül prosesi çərçivəsində, mədəsində belə planlı kimyəvi dəyişikliklər baş verməyən bir canlı təsəvvür edin. Mədəsindəki maddənin parçalayıcı xüsusiyyəti olmayan canlı yediklərini həzm etməyəcək, mədəsində həzm edilməmiş qida kütləsi olduğu halda, qidasızlıqdan öləcək.

Bundan başqa, bu parçalayıcı turşu ifraz olunarkən eyni anda mədə divarlarının onları qoruyan mukus maddəsi ifraz etməsi lazım gəlir. Əks təqdirdə, mədədəki turşu onu parçalayar. Ona görə də insanın yaşaması üçün mədənin bu maddələri (turşu və mukus) eyni anda ifraz etməsi şərtdir. Bu da təkamülçülərin dediyi kimi, mərhələlərlə təsadüfi əmələgəlməni deyil, bir anda bütün sistemləri ilə şüurlu yaradılışın labüdlüyünü sübut edir.

Bütün bunlar isə insan bədəninin bir-biri ilə mükəmməl şəkildə bağlı olan kiçik cihazlardan təşkil olunmuş böyük bir fabrikə bənzədiyini göstərir. Və necə ki, hər fabrikin bir mühəndisi var, insan bədəninin də üstün güc sahibi olan bir Yaradıcısı var.

Skelet sistemi

Skelet başdan-başa bir mühəndislik möcüzəsidir. Vücudun struktur dəstək sistemidir. Eyni zamanda beyin, ürək, ağ ciyər kimi həyati orqanların qorunmasını təmin edir, daxili orqanlara dəstək olur. Bədənə heç bir süni cihaz tərəfindən təqlid edilməyən hərəkət qabiliyyəti verir. Bundan başqa, sümük toxuması çox adamın zənn etdiyi kimi cansız deyildir. Sümük toxuması vücudun kalsium, fosfor və bir çox mühüm minerallarının bazasıdır. Vücudun ehtiyacına görə, bu mineralları yığır və ya daha öncədən yığdığını vücuda verir. Bütün bunlarla bərabər, qırmızı qan hüceyrələrinin istehsalı sümüklər tərəfindən yerinə yetirilir.

Skelet bütövlükdə mükəmməl bir funksiyaya malik olmaqla yanaşı, onu əmələ gətirən sümüklər də ali quruluşa malikdirlər. Vücudun daşınması və qorunması kimi mühüm bir vəzifəsi olan sümüklər bu işi asanlıqla yerinə yetirə biləcək gücdə və sağlamlıqda yaradılmışdır. Vücudun qarşılaşacağı çətin vəziyyətlər də nəzərə alınmışdır. Məsələn, bud sümüyü şaquli vəziyyətdə bir ton ağırlığı qaldıra biləcək gücdədir. Necə ki, atılan hər addımda bu sümüyümüzə vücud ağırlığımızın 3 qatı qədər yük düşür. Hətta uzun ağacla hündürlüyə tullanan bir atlet yerə düşrkən bud sümüyünün hər kvadrat santimetri 1400 kiloluq təzyiqə məruz qalır. Bəs sümük deyilən və tək bir hücuyrənin bölünməsi nəticəsində ortaya çıxan bu quruluşu belə qüvvətli edən nədir? Sualın cavabı sümüklərin bənzərsiz yaradılışında gizlənir.

Mövzunu daha yaxşı anlamaq üçün günümüzün texnologiyasından bir misal göstərmək yerinə düşər: böyük və yüksək binaların inşasında qəfəs sistemlərindən istifadə olunur. Bu inşaat texnikasında binanın daşıyıcı elementləri bir bütöv halında deyil, bir-birinin içinə keçmiş dəmir çubuqlardan qəfəs şəklində düzəldilir. Ancaq kompüterlərin apara biləcəyi çətin hesablamalar sayəsində böyük körpülər və sənaye binaları daha dözümlü və daha ucuz inşa edilməkdədir.

Sümüklərin daxili quruluşu da insanların binalarda və körpülərdə istifadə etdikləri bu qəfəs sistemi ilə oxşardır. Əsas fərq ondadır ki, sümük daxilindəki sistem insanların qurduğundan çox üstün və mürəkkəbdir.

Sümüklər həm son dərəcə sağlam, həm də asanlıqla istifadə oluna biləcək yüngüllükdədir. Əgər əksi olsaydı, yəni sümüklərin içi də çölü kimi sərt və dolu olsaydı, insan bu ağırlığı daşıya bilməz, digər tərəfdən, sərt sümük ən kiçik zərbədən çat verə və ya sına bilərdi.

Sümüklərin bu mükəmməl planı son dərəcə rahat həyat yaşamağımızı, çox çətin hərəkətləri asanlıqla və ağrı hiss etmədən yerinə yetirməyimizi təmin edir.

Sümüyün quruluşunun başqa bir xüsusiyyəti də vücudun lazımi nahiyələrdə elastik ola bilməsi ilə bağlıdır. Məsələn, döş qəfəsi ürək və ağ ciyər kimi orqanları qoruyarkən bir yandan da ağ ciyərlərə havanın dolmasını və boşalmasını təmin edəcək şəkildə qabarıb-çəkilir.

Sümüklərin elastikliyi müəyyən vaxtlarda dəyişə bilir. Məsələn, qadınlarda çanağı təşkil edən sümüklər hamiləliyin son aylarına doğru yumşalar və bir-birindən bir qədər ayrılırlar. Bu, son dərəcə mühüm bir təfərüatdır, çünki belə yumşalma sayəsində doğuş zamanı uşağın başı əzilmədən sığortalanır.

Sümükdəki möcüzələr bunlarla bitmir. Sümüklər elastikliyi və yüngüllüyü ilə bərabər, özlərini təmir etmək xüsusiyyətinə də malikdirlər. Bu da vücuddakı əksər proseslər kimi, milyonlarla hüceyrənin birlikdə işləməsi nəticəsində baş verir.

Skeletin hərəkət qabiliyyəti də üzərində dayanmaq lazım gələn mühüm bir təfsilatdır. Hər addım atarkən onurğa sütunumuzu əmələ gətirən fəqərələr bir-birinin üstündə hərəkət edir. Bu davamlı hərəkət və sürtünmə onurğanı sıradan çıxartmasın deyə hər bir fəqərə arasına ''disk'' deyilən möhkəm qığırdaqlar yerləşdirilmişdir. Bu disklər amartizator funksiyasını yerinə yetirir. Daha doğrusu, hər addım atdıqda vücudun ağırlığından yaranan bir güclü reaksiya yerdən bədənə keçir. Bu güc onurğadakı amartizatorlar və ''qüvvətverici'' qıvrım forma sayəsində vücuda zərər vermir. Əgər reaksiyanı azaldan elastiklik və xüsusi quruluş olmasa, əmələ gələn güc kəlləyə ötürülər və onurğanın yuxarı ucu kəllə sümüklərini parçalayaraq beynin içinə girərdi.

Sümüklərin birləşdikləri yerlərdə də yaradılışın dəlilləri görülür. Oynaqlar bir ömür boyu hərəkət etdikləri halda yağlanmaya ehtiyacları yoxdur. Bioloqlar bunun səbəbini araşdırdılar: oynaqlardakı sürtünmə necə aradan qalxır?

Elm adamları bu hadisənin ''tam bir yaradılış möcüzəsi'' kimi xarakterizə edilə biləcək sistemlə izah olunduğunu gördülər. Oynaqların sürtünən səthi nazik qığırdaq təbəqəsi ilə örtülmüşdür və bu təbəqələrin altında sürüşkən maye vardır. Sümük oynağın bir yerinə təzyiq edərkən bu maye yığıldığı yerdən bayıra sızır və oynaq səthini yağlayaraq sürüşkənliyini təmin edir.

Hər şeyin bu qədər mükəmməl olmadığını, məsələn, ayağımızın bir tək uzun sümükdən ibarət olduğunu düşünün. Bu zaman yerimək çətinləşəcək, oturmaq problemə çevriləcək, son dərəcə yöndəmsiz və hərəkətsiz bədənimiz olacaq. Bu cür çətin hərəkətlər zamanı isə ayaq sümüyü asanlıqla qırılacaq. Lakin insan skeleti vücudun hər hərəkətini asanlıqla təmin edəcək quruluşdadır.

Skeletin malik olduğu bütün xüsusiyyətləri Allah yaratmışdır və hələ yaratmaqdadır. Allah yaratdığı insanı bu həqiqət üzərində düşünməyə belə dəvət edir: ''... İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da necə onların üzərini ətlə örtürük?..'' (''Bəqərə'', 2/259).

İnsanın vəzifəsi bu həqiqəti anlamaq və onu yaradan Allahın gücünü təqdir edib, Ona şükr etməkdir. Bunu etmədiyi təqdirdə böyük bir itkiylə qarşılaşacaqdır. Sümükləri yaradıb sonra da ''üzərini ətlə örtən'' Allah bunu bir dəfə də etməyə qadirdir. Bu həqiqət Quranda belə ifadə edilir: ''Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə açıqca düşmən kəsilərək öz yaradılışını unudub, ''Çürümüş sümükləri kim dirildə bilər?!'', -deyə, hələ Bizə bir məsəl də çəkdi. De ki ''Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!'''' (''Yasin'', 36/77-79).

Vücuddakı koordinasiyalar

İnsan vücudunda vücudun canlılığının davamlılığı üçün bütün sistemlər birlikdə əlaqəli şəkildə və tam bir harmoniya içində çalışır. Hər gün elədiyimiz çox kiçik hərəkətlər, məsələn, nəfəs almaq, gülmək belə insan vücudundakı qüsursuz koordinasiyanın nəticəsidir.

İçimizdə hər an işləyən, ağlagəlməz dərəcədə mürəkkəb və bütöv bir koordinasiya şəbəkəsi vardır. Məqsəd canlılığı davam etdirməkdir. Bu koordinasiya xüsusilə vücudun hərəkət sistemində özünü büruzə verir. Çünki ən kiçik hərəkət üçün belə skelet sistemi, əzələlər və sinir sistemi mükəmməl iş birliyində çalışmaq məcburiyyətindədir. Vücuddakı koordinasiyanın ilk işi doğru məlumatların əldə olunmasını təmin etməsidir. Ancaq doğru məlumatların əldə edilməsi ilə yeni dəyərləndirmə aparıla bilər. Bunun üçün də son dərəcə inkişaf etmiş bir xəbəralma şəbəkəsi mövcuddur.

Koordinasiya edilmiş bir hərəkəti yerinə yetirmək üçün hər şeydən əvvəl o hərəkətlə əlaqədar olan vücud orqanlarının yerlərinin və bir-biriləri ilə əlaqələrinin öyrənilməsi lazımdır.

Beyinə bu məlumat gözlərdən, iç qulaqdakı tarazlıq mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gəlir. Hər saniyə milyardlarla məlumat işlənir, qiymətləndirilir və bunlara görə yeni qərarlar verilir. İnsanın isə vücudunda gedən və sürəti başgicəlləndirən bu proseslərdən xəbəri belə yoxdur. O, yalnız hərəkət edir, gülür, danışır, qaçır, yemək yeyir, düşünür. Amma təsəvvür edin ki, adicə gülümsəmə üçün 17 əzələnin eyni anda işləməsi lazımdı. Bu əzələlərdən birinin işləməməsi və ya səhv işləməsi üzün ifadəsini tamamilə dəyişdirir. Yeriyə bilmək üçünsə ayaqlarda, budlarda və kürəkdə 54 müxtəlif əzələ harmoniya içində işləməlidir. Əzələlər və oynaqların içində vücudun o andakı vəziyyətinə aid məlumatlarla dolu mikroskopik qəbuledicilər vardır. Bu qəbuledicilərdən gələn ismarıclar mərkəzi sinir sisteminə çatır və burada aparılan qiymətləndirməyə görə əzələlərə yeni əmrlər göndərilir.

Vücuddakı koordinasiyanın mükəmməlliyi bu misalla daha yaxşı anlaşılacaq: əlinizi havaya qaldırmağınız üçün çiyninizin bükülməsi, ''biseps'' və ''triseps'' deyilən ön və arxa qol əzələlərinizin sıra ilə sıxılıb-boşalması, dirsəyiniz və biləyiniz arasındakı əzələlərin biləyi fırlatması lazım gəlir. Hərəkətin hər mərhələsində bu əzələlərin içindəki milyardlarla qəbuledici hər an əzələlərin yerlərini mərkəzə bildirir. Mərkəzdən isə əzələlərə bir an sonra nə etmələrinin lazım olduğu bildirilir. Təbii ki, insan sadəcə əlini qaldırmaq istəyir və qaldırır.

Başqa bir misal: vücudun dik durması üçün ayaq əzələlərində, ayaqlarda, kürəkdə, qarında, sinədə, boyunda olan milyardlarla qəbuledicidən gələn məlumatlar qiymətləndirilir və veriləcək əmrlərin hamısı hər an əzələlərə bildirilir.

Danışmaq üçün də xüsusi bir səy göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan tökülməsi üçün səs tellərinin hansı açıqlıqda nə qədər titrəməsinin vacibliyini, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansını hansı sıra ilə neçə dəfə, hansı nisbətdə sıxıb-boşaltmağımızı, ciyərlərimizə neçə kub/santimetr hava alıb, bu havanı hansı güc və fasilələrlə boşaltmalı olduğumuzu hesablamırıq. İstəsək də, bunu edə bilmərik! Çünki ağızdan çıxan tək bir kəlmənin əmələ gəlməsi insanın nəfəs sistemindən sinir sisteminə, əzələlərindən sümüklərinə qədər şaxələnən bir çox quruluşun harmoniya ilə işləməsinin nəticəsidir.

Bu koordinasiyada bir axsaqlıq olsa, nələr baş verər? -gülümsəmək istəyərkən üzümüzdə başqa bir ifadə əmələ gələr, ya da danışmaq istəyərkən buna müvəffəq olmaya bilərik, və ya yeriyə bilmərik. Lakin nə zaman iistəsək gülürük, danışırıq, yeriyirik, ancaq çoxlarımız fərqində olmuruq ki, hər şey ''sonsuz qüdrət'' tərəfindən yaradıldığı üçün baş verir.

Bu səbəbdən insan bütün həyatını və varlığını, onun özünü yaradan Allaha borclu olduğunu hər zaman bilməlidir. İnsanın öyünüləsi və qürurlanası heç bir şeyi yoxdur. Sahib olduğu güc, sağlıq, ya da gözəllik özünün əsəri deyildir və özünə əbədi verilməmişdir. Mütləq yaşlaşacaq, mütləq sağlığını və gözəlliyini itirəcəkdir. Quranda bu həqiqətə belə diqqət çəkilir: ''Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bər-bəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər ağla gəlməzsinizmi?!'' (''Qəsəs'', 28/60).

Əgər insan bunlardan daha çoxunu əbədi olaraq axirətdə əldə etmək arzulayırsa, Allahın ona verdiyi nemətə şükr etməli və həyatına Onun istədiyi şəkildə yön verməlidir.

Bu misallardan da göründüyü kimi, insan vücudundakı orqanların və sistemlərin hamısı möcüzəvi xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər araşdırıldığı zaman insan varlığının nə qədər incə hesablara dayandığını, yaradılışındakı möcüzələri görəcəkdir və Allahın sonsuz elminin, onun özünün timsalında qüsursuz sənətinin bir daha şahidi olacaqdır.

Beyin

Beyində hər kub santimetrdə 10 milyon olmaqla, bütövlükdə isə 10-15 milyard arası sinir hüceyrəsinin min qatı qədər, yəni təqribən 15 trilyon sinir hüceyrəsi birləşməsi var. Sinir hüceyrələri ilə əlaqəli olan, onları bəsləyən və dəstəkləyən hüceyrələrin sayı isə 90 milyarddır.

Sinirlər yolu ilə beyinə daşınan məsajlar saatda 320 kilometr sürətlə hərəkət edir. Yəni beyin hüceyrələrindən vücuda şaxələnən sinirlərimiz beyinlə vücud arasında daşınan məlumatlar üçün ötürücü vəzifəsini yerinə yetirir. Vücudunuzda hər an meydana gələn hadisələr, məsələn, indi bu kitabı oxuyarkən gözlərinizi istifadə etməyiniz, səhifələri əlinizin köməyi ilə çevirməyiniz, oturarkən arxaya söykənməyiniz, oxuduqlarınızı başa düşməyiniz, ürəyinizin döyünməsi, nəfəs almağınız, gözlərinizi qırpmağınız, saçlarınızın uzanması, iyləri hiss etməniz, qulağınızın ətrafdakı səsləri eşitməsi, qısacası, saymaqla qurtarmayacaq fəaliyyətiniz hər an beyinə gedən siqnallar və beynin vücudun hər yerinə ayrı-ayrı göndərdiyi əmrlər yolu ilə davam edir. (Bir dəqiqə içində beyində 100000-1000000 arası kimyəvi reaksiya getdiyi məlumdur). Belə mürəkkəb və mükəmməl bir sistemin təsadüfən əmələ gəldiyini iddia etmək ağılsızlıqdır. Beyni olmayan bir canlının günlərin bir günü təsadüf nəticəsində yarısı işləyən beyinə sahib olması, sonra da yarısı işləyən beynin yuxarıda saydığımız möcüzəvi prosesləri aparmağa qabil olan inkişafa çatması əlbəttə ki, mümkün deyil.

Beynin sahib olduğu bütün qeyri-adi qabiliyyətləri yaradıb nəzarət altında saxlayan yeganə güc Allahın gücüdür. Allah insan deyilən varlığı mükəmməl mexanizmlərlə təchiz etmişdir və hər an nəzarəti altında yaşayışını davam etdirməsinə imkan yaradır.


13. Bilim ve Teknik Dergisi, say?.203, s. 25.
14. Color Atlas of Human Anatomy, Harmony Books, New York, 1994, s. 70
15. Color Atlas of Human Anatomy, Harmony Books, New York, 1994, s. 71
16. Color Atlas of Human Anatomy, Harmony Books, New York, 1994, s. 71