|
Allah ağılla bilinir |
|
|
|
I KİTAB Elmi dəlillər işığında YARADILIŞ HƏQİQƏTİ GİRİŞOturduğunuz yerdən bir ətrafınıza baxın. Olduğunuz otaqdakı hər şeyin ''düzəldilmiş'' olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan -sayılmayacaq qədər çox əşya... Bunlardan bircə dənəsi də özbaşına əmələ gəlməyib. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan var, o saçaq otağa öz qərarı ilə və ya təsadüfən gəlib yerləşməyib. Əlinə kitab alan insan onun da bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir, təsadüfən ortaya çıxdığını düşünmür. Həmçinin bir heykələ baxan insan onun bir sənətkar tərəfindən hazırlandığına şübhə etməz. Nəinki saysız-hesabsız sənət əsərlərinin öz-özünə yaranmadığını, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsənin olduğunu heç kim inkar etməz. Başqa sözlə desək, kiçik, yaxud böyük düzən olan yerdə şübhəsiz ki, bu düzənin bir qurucusu və qoruyucusu olduğu da labüddür. Bir gün biri durub, xam dəmir və kömürün təsadüfən poladı, poladın da təsadüfən Eyfel qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi?! Allahı inkar etməyin tək üsulu olan təkamül nəzəriyyəsinin iddiası da bundan fərqli deyil. Təkamül nəzəriyyəsinə görə, üzvi (orqanik) molekulalar təsadüfən amin turşularını, amin turşuları təsadüfən zülalları (proteinlər), zülallar da təsadüfən canlı orqanizmləri təşkil edir. Lakin canlıların təsadüfən yaranışı ehtimalı Eyfel qülləsinin təsadüfən yaranmasından kifayət qədər az ehtimal olunandır. Çünki ən adi bir hüceyrə belə insanın düzəltdiyi hər hansı bir şeydən daha mürəkkəbdir. Təbiətdəki qeyri-adi harmoniya adi gözlə belə aydın görünür. Bu tarazlığın təsadüfən və ya xaotik halda meydana gəldiyi necə düşünülə bilər?! Ayrı-ayrılıqda hər nöqtəsi Yaradanın varlığını sübut edən kainatın öz-özünə var olduğunu söyləmək ən məntiqsiz iddiadır. Axı bədənimiz də daxil olmaqla, intəhasız kainatın ən ucqar nöqtələrinədək, hər yerdə mövcud olan tarazlığın da qurucusu və sahibi olmalıdır. Yaxşı, bəs hər şeyi belə incə-incə qurub, meydana gətirən Yaradıcı kimdir? O, kainatın daxilindəki hər hansı bir maddi varlıq ola bilməz. Çünki, o, öncədən var olan və bütün kainatı sonradan yaradan bir iradə sahibi olmalıdır -hər şeyin varlığının qaynağı olan, amma öz varlığı əzəli və ədəbi olan Uca Yaradan... Mövcudluğunu ağılla dərk etdiyimiz Yaradanı bizlərə tanıdan dindir. Onun bizə din vasitəsilə çatdırdığı biliyə görə, o, göyləri və yeri yoxdan var edən Rahman və Rahim olan Allahdır. İnsanların çoxu isə bu həqiqətləri qavramağa imkan verən məntiqə sahib olmalarına baxmayaraq, ondan xəbərsiz yaşayırlar. İnsanlar rəsm gördükləri zaman əvvəlcə onun kim tərəfindən çəkildiyini öyrənmək istəyirlər. Daha sonra da çəkdiyi rəsmə görə rəssamı tərifləyirlər. Fəqət, başlarını çevirdikləri hər tərəfdə o rəsmin saysız gerçəyi ilə qarşılaşdıqları halda, bütün bu gözəlliklərin tək sahibi olan Allahın varlığını dərk etmirlər. Onun varlığını anlamaq üçünsə xüsusi araşdırmaya ehtiyac yoxdur. İnsan doğulduğu andan tək bir otaqda belə yaşasa, o otaqda mövcud olan saysız dəlillər Allahın varlığını dərk etmək üçün kifayət edər. Sadəcə insan bədənində yaradılışı təsdiqləyən dəlillər cildlərlə ensiklopediyaya sığacaq qədərdir. Bun görə də bir neçə dəqiqə vicdanla düşünmək Allahın varlığını anlamaq üçün yetərlidir. Var olan bu sistem Allah tərəfindən qorunmaqda və Onun tərəfindən davam etdirilməkdədir. Düşünülməsi lazım olan yalnız insan deyil. Yer üzərində hər kvadrat millimetrdə insanın gördüyü və ya görmədiyi bir həyat yaşanmaqdadır. Təkhüceyrəli orqanizmlərdən bitkilərə, böcəklərdən dəniz heyvanlarına, quşlardan sürünənlərə qədər hər cür canlı yer üzünü bürüyüb. Əlinizə bir ovuc torpaq alıb araşdırsanız, içində bir-birindən fərqli xüsusiyyətlərə malik cürbəcür canlılar olduğunu görərsiniz. Eyni şeyi nəfəs aldığımız hava üçün də deyə bilərik. Hətta dərimizin üzərində bəlkə də heç adını eşitmədiyimiz canlılar yaşamaqdadırlar. Bütün canlıların bağırsaqlarında həzm prosesini təmin edən milyonlarla bakteriya və ya təkhüceyrəli canlı yaşamaqdadır. Heyvanlar isə insanlardan qat-qat çoxdur. Bitki dünyasını da nəzərə alsaq, anlayarıq ki, yer üzərində həyat olmayan boş bir sahə yoxdur. Milyonlarla kvadrat kilometrlik əraziyə yayılan bu canlıların hər birinin özünə aid bədən quruluşu, yaşayış tərzi, yer üzündəki tarazlığa təsiri kimi saysız xüsusiyyətləri var. Bütün bunların səbəbsiz, məqsədsiz və təsadüfən var olduğunu iddia etmək ağla zidd, mənasız fikirdən başqa bir şey deyil. Çünki heç bir canlı öz istəyi və səyi ilə yer üzünə gəlməyib. İstənilən hər hansı təsadüf də bu qədər mürəkkəb sistemlər təşkil edə bilməz. Bütün bu dəlillərin bizi apardığı nöqtə isə kainatın bəlli bir ''şüur''la hərəkət etməsi fikridir. Bəs bu şüurun qaynağı nədir? Əlbəttə, kainatdakı canlı və cansız varlıqlar deyil, harmoniyanı quran və quruluşu qoruyan onlar ola bilməzlər. Allahın varlığı və böyüklüyü kainatdakı saysız dəlillə özünü göstərir. Əslində, bu açıq həqiqəti vicdanı ilə qəbul etməyən bir insan yoxdur. Ancaq Quranda bildirildiyi kimi, insanların çoxu ''vicdanları qəbul etdiyi halda, zalımlığı və təkəbbürlülüyü üzündən'' bunu inkar edirlər (''Nəml'', 27/14). Əlinizdəki kitab bu adamların öz mənafelərinə uyğun bilməyərək üz çevirdikləri həqiqəti ortaya qoymaq, əsassız iddialarının söykəndiyi saxtakarlıqları və çürük məntiqi faş etmək üçün yazılıb. Bir-birindən fərqli mövzulara toxunmağımızın səbəbi də budur. Bu əsəri oxuyanlar Allahın varlığını isbatlayan şəksiz dəlilləri bir daha görəcək və şahid olacaqlar ki, ''Allahın varlığı hər yeri bürümüşdür və ''ağıl'' bunu bilir. Hər yerə hakim olan bu quruluşu yaradan da, onu dayanmadan qoruyan da Odur''. YOXLUQDAN VARLIĞAİçində yaşadığımız ucsuz-bucaqsız kainatın necə var olduğu, hara getdiyi, içindəki quruluş və tarazlığı təşkil edən qanunların necə işlədiyi hər dövrdə insanları maraqlandıran mövzu olub. Elm adamları bu mövzu ilə əlaqədar əsrlər boyu düşünüb, araşdırmalar aparmış, bir çox nəzəriyyələr irəli sürmüşlər. XX əsrin başlanğıcına qədər hakim olan fikir kainatın sonsuz ölçülərə malik olduğu, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklindəydi. ''Statik kainat modeli'' adı verilən bu anlayışa görə, kainat üçün hər hansı bir başlanğıc və ya son yoxdur. Materializm maddəni mütləq varlıq sayan, maddədən başqa heç bir şeyin varlığını qəbul etməyən bir düşüncə sistemidir. Tarixi qədim Yunanıstana qədər uzanan, amma xüsusilə XIX əsrdə yayılmağa başlayan bu sistem Karl Marksın dialektik materializm nəzəriyyəsi ilə daha da tanınmışdır. XIX əsrdəki dəyişməz kainat modeli başda bildirdiyimiz kimi, materialist fəlsəfəyə zəmin olaraq hazırlanmışdı. Materialist filosof George Politzer bu kainat modelinə əsaslanaraq, ''Fəlsəfənin başlanğıc müddəaları'' kitabında ''kainatın yaradılmış bir şey'' olmadığını irəli sürmüş və belə demişdir: ''Kainat yaradılmış bir şey deyil. Əgər yaradılmış olsaydı, o zaman onun Tanrı tərəfindən bəlli bir anda yaradıldığını və yoxdan var edildiyini qəbul etmək lazım gələrdi. Yaradılışı qəbul edə bilmək üçün hər şeydən əvvəl kainatın olmadığı bir zamanın olduğunu qəbul etmək lazım gəlir. Bu isə elmin qəbul etməyəcəyi bir şeydir''[1]. Politzer kainatın yoxdan var edilmədiyini iddia edərkən XIX ərin dəyişməz kainat modelinə əsaslanır və buna görə də ortaya elmi bir müddəa qoyduğunu sanırdı. Lakin XX əsrdə inkişaf edən elm və texnologiya materialistlər üçün zəmin rolunu oynayan dəyişməz kainat modeli kimi əsas anlayışı kökündən silib atdı. Başlanğıcı olmadığı halda kainatın anidən böyük bir partlayışla yaradıldığı yaşadığımız XXI əsrdə müasir fizika tərəfindən bir sıra təcrübə, müşahidə və hesablamalarla isbat olunmuş vəziyyətdədir. Bundan başqa, artıq kainatın matrialistlər iddia etdikləri kimi sabit və dəyişməz olmadığı, tam tərsinə, sürətli bir hərəkət və dəyişiklik içində olduğu, genişləndiyi müəyyənləşdirilib. İndi bu həqiqətlər bütün elm dünyası tərəfindən qəbul edilməkdədir. Kainatın bir başlanğıcının olması onun yoxdan var edildiyi, yəni yaradıldığı mənasında başa düşülür. Əgər (daha öncə yoxkən) yaradılan bir varlıq varsa, onun mütləq bir Yaradıcısı olduğunu yaxşı başa düşürük. Yoxdan var olma insan ağlının qavrayacağı bir şeydir. Yoxdan var etmək (sənət əsərləri və ya texnoloji ixtiralar) nələrisə bir yerə yığıb, yeni bir şey düzəltməkdən çox fərqlidir. Çünki yaradılanın heç bir nümunəsi yoxkən, hətta yaratmaq üçün zaman və məkan belə olmadığı halda, bir anda bir dəfəyə qüsursuz var olması onu ancaq Allahın yaratdığına sübutdur. Kainatın yoxdan var olması da onun yaradılmış olduğuna ən böyük dəlildir. Bu həqiqət dərindən düşünülərsə, çox şeyi dəyişdirər, insanların həyatın mənasını dərk etmələrinə və həyata baxışlarını, məqsədlərini buna uyğun müəyyənləşdirmələrinə səbəb olar. Lakin tarix boyunca bir qrup insan sübutları aşkar gördüyü halda, tam dərk etmədiyi yaradılış həqiqətini görməyib. Digər insanlarda da səhv düşüncə yaratmaq məqsədilə bir qrup alternativ varolma nəzəriyyələri icad edilib. Ancaq elm işığının üzə çıxartdığı dəlillər qısa zamanda bu iddiaları qəti olaraq rədd edib. İndi də kainatın var olması ilə bağlı inkişaf prosesini elmi şəkildə qısaca nəzərdən keçirək. KAİNATIN GENİŞLƏNMƏSİ1929-cu ildə Kaliforniyada Mount Vilson kosmik müşahidə məntəqəsində amerikalı astronom Edvin Hubbl astronomiya tarixində ən böyük kəşflərdən birini etdi. Hubbl teleskopla göy üzünü müşahidə edərkən, ulduzların qırmızı rəngli işıq yaydığını müəəyyən etdi. Bu kəşf elm dünyasında böyük əks-səda yaratdı. Çünki məlum olan fizika qanunlarına görə, müşahidənin aparıldığı nöqtəyə doğru hərəkət edən işıqların izi tədricən bənövşəyi rəngə, müşahidənin aparıldığı nöqtədən uzaqlaşan işıqların izi isə qırmızı rəngə çevrilər. Hubbl isə müşahidələrində ulduzların işıqlarında qırmızı rəngə meyl görmüşdü. Yəni ulduzlar bizdən müntəzəm olaraq uzaqlaşmaqdaydılar. Az vaxtdan sonra Hubbl çox mühüm bir məsələni də kəşf etdi: ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birilərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat düşüncəsi qarşısında əldə ediləcək tək nəticə kainatın hər an ''genişlənməkdə'' olmasıydı. Bunu daha yaxşı başa düşmək üçün kainatı şişirdilən şar səthi kimi təsəvvür etmək olar. Şar şişdikcə onun üzərindəki nöqtələr bir-birindən uzaqlaşdığı kimi, kainatdakı cisimlər də o genişləndikcə bir-birindən uzaqlaşmaqdadırlar. Əslində bu həqiqət daha öncədən də nəzəri olaraq kəşf edilmişdi. Böyük elm adamlarından sayılan Albert Eynşteyn nəzəri fizika sahəsində apardığı hesablamalarda kainatın dəyişməz qalmayacağı qənaətinə gəlmişdi. Fəqət, o dövrdə əksəriyyətin qəbul etdiyi dəyişməz kainat modelinin əksinə olduğunu nəzərə alaraq, bu kəşfi bir kənara qoymuşdu. Sonra isə bu hərəkətini ''karyerasının ən böyük xətası'' adlandırmışdı. Lakin bir müddət sonra Hubblın müşahidələri ilə kainatın genişləndiyi dəqiqləşdi. Bəs kainatın genişlənməsinin onun var olmasını sübut etmək üçün əhəmiyyəti nə idi? Kainat genişləndiyinə görə, onun tək bir nöqtədən başladığı ortaya çıxırdı. Aparılan hesablamalar kainatın bütün maddəsini içində saxlayan bu ''tək nöqtə''nin ''sıfır həcmə'' və ''sonsuz sıxlığa'' malik olduğunun labüdlüyünü göstərdi. Beləliklə, kainatın sıfır həcmə malik bu nöqtənin partlaması nəticəsində yarandığı fikri təsdiqləndi. Kainatın başlanğıcı olan bu böyük partlamaya ingiliscə ''Biq Banq'' adı verildi və bu nəzəriyyə eyni adla adlanmağa başladı.
Burada bildirmək lazımdır ki, əslində, ''sıfır həcm'' bu mövzunun nəzəri
ifadəsidir. Elm insan ağlının dərketmə sərhədini aşan ''yoxluq'' anlayışını
ancaq ''sıfır həcmli nöqtə'' kimi ifadə edir. Həqiqətdə isə ''sıfır həcmli
nöqtə'' ''yoxluq'' mənasına gəldiyindən, demək olar ki, kainat da yoxluqdan var
olmuşdur. Bəlli olduğu kimi, ''Biq Banq'' nəzəriyyəsi başlanğıcda kainatdakı bütün cisimlərin bütöv olduğunu, sonradan ayrıldıqlarını göstərir. ''Biq Banq'' nəzəriyyəsinin ortaya qoyduğu bu həqiqət 14 əsr əvvəl -insanların kainat haqqındakı məlumatlarının son dərəcə məhdud olduğu bir dövrdə nazil olan Quranda əksini bu cür tapır: ''Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər?!'' (''Ənbiya'', 21/30). Bu ayədə bildirildiyi kimi, hər şey -hətta hələ yaradılmamış göy və yer belə tək bir nöqtədəykən böyük partlayışla yaradılmış və bir-birilərindən ayrılaraq, kainatın bu günkü şəklini meydana gətirmişlər. Ayənin ifadələrini ''Biq Banq'' nəzəriyyəsi ilə müqayisə edərkən, bir-birinə tam uyğun gəldiklərini görürük. Lakin ''Biq Banq''ın elmi nəzəriyyə kimi ortaya atılması ancaq XX əsrdə mümkün olmuşdur. Kainatın genişlənməsi ''Biq Banq'' nəzəriyyəsinin, yəni kainatın yoxdan var edildiyinin ən mühüm dəlillərindən biridir. Kainat yaradıldığından bəri davam edən bu həqiqət müasir elm tərəfindən ancaq ötən əsrdə kəşf edildiyi halda, Quran bu həqiqəti 14 əsr əvvəl xəbər vermişdi: ''Biz göyü qüdtətimizlə yaratdıq və Biz qadirik'' (''Zariyat'', 51/47). ''BİQ BANQ''A ALTERNATİV TƏDQİQATLARAydın göründüyü kimi, Böyük Partlayış nəzəriyyəsi kainatın yoxdan var edildiyinə, yəni Allah tərəfindən yaradıldığına sübut idi. Buna görə də materialist fəlsəfəni mənimsəyən astronomlar ''Biq Banq''a qarşı çıxmağa və sabit vəziyyət nəzəriyyəsini müdafiə etməyə çalışdılar. Bu, tanınmış materialist fizik A.S.Eddinqtonun ''fəlsəfi olaraq təbiətin birdən-birə başlamış olduğu düşüncəsi mənə cəzbedici gəlmədi'' sözündən başa düşülürdü[2]. ''Biq Banq'' nəzəriyyəsindən narahat olanlardan biri də bütün dünyada məşhur olan astronom Sir Fred Hoyl idi. Hoyl əsrin ortalarında ortaya XIX əsrdəki dəyişməz kainat anlayışına bənzər ''Sabit durum'' adında bir nəzəriyyyə atdı. Sabit durum nəzəriyyəsi kainatın ölçü və zamana görə sonsuz olduğunu iddia edirdi. Göründüyü kimi, tək məqsədi materialist fəlsəfəni dəstəkləmək olan bu nəzəriyyə kainatın başlanğıcı olduğunu deyən ''Biq Banq'' nəzəriyyəsinə tamamilə ziddir. Sabit durum nəzəriyyəsini müdafiə edənlər uzun zaman ''Biq Banq''a qarşı çıxdılar. Amma elm onların əleyhinə işləyirdi. 1948-ci ildə Georq Qamov ''Biq Banq''la bağlı yeni bir iddia irəli sürdü. Bu iddiaya görə, əgər kainatın Böyük Partlayışla yarandığı əsas götürülürsə, onda bu partlayışdan sonra radiasiya əmələ gəldiyi də qəbul edilməlidir. Üstəlik, bu radiasiyanın kainatın hər tərəfinə bərabər miqdarda yayılması düşünülməlidir. Olması lazım olan bu dəlil çox keçmədən tapıldı. BAŞQA BİR DƏLİL - KOSMİK FON RADİASİYASI1965-ci ildə Arno Penzias və Robert Vilson adlı iki tədqiqatçı bu dalğaları təsadüfən kəşf etdilər. ''Kosmik Fon Radiasiyası'' adı verilən bu radiasiya yer mənşəli deyil və kainatın hər tərəfinə yayılıb. Beləcə, uzun bir zamandır kainatın hər yerindən eyni ölçüdə alınan istilik dalğalarının Böyk Partlayışın ilk dövrlərindən qalma olduğu ortaya çıxdı. Penzias və Vilson isə bu kəşflərə görə Nobel mükafatı qazandılar. 1989-cu ildə Amerika Kosmik Araşdırmalar Mərkəzi -NASA Kosmik Fon Radiasiyasını araşdırmaq üçün kosmosa ''COBE'' peykini göndərdi. Bu geniş imkanlı peykə yerləşdirilən həssas skanerlərin Penzias və Vilsonun hesablarını təsdiqləməsi cəmi 8 dəqiqə çəkdi. ''COBE'' kainatın başlanğıcındakı Böyük Partlayış qatlarını tapmışdı. Bütün zamanların ən böyük astronomik kəşfi adlandırılan bu yenilik ''Biq Banq'' nəzəriyyəsinin açıq isbatı idi. ''COBE''-dən sonra kosmosa göndərilən ''COBE -2'' peykinin kəşfləri də ''Biq Banq''a əsaslanaraq aparılan hesabları təsdiqlədi. ''Biq Banq''ın digər bir mühüm dəlili isə kosmosdakı hidrogen və helium qazlarının miqdarı idi. Müasir elmi hesablamalar nəticəsində məlum olub ki, kainatdakı hidrogen və helium qazlarının nisbəti Böyük Partlayışdan sonrakı hidrogen və helium nisbətinin nəzəri hesablamalarına uyğundur. Əgər kainatın bir başlanğıcı olmasaydı və o, sonsuzdan bəri mövcud olsaydı, içindəki hidrogen tamamilə yanaraq heliuma çevrilərdi. Bütün bu açıq dəlillər ''Biq Banq'' nəzəriyyəsinin elm dünyasında qəti qəbul olunmasına şərait yaratdı. ''Biq Banq'' modeli elmin kainatın yaranması və başlanğıcı barədə gəldiyi qəti qənaət idi. Fred Hoylla birlikdə uzun illər sabit durum nəzəriyyəsini müdafiə edən Dennis Sciama bir-birinin ardınca gələn və ''Biq Banq''ı təsdiq edən bütün dəlillər qarşısında gəldiyi nəticəni belə bildirir: ''Sabit durum nəzəriyyəsini müdafiə edənlərlə sınaqdan keçirənlər və məncə, onu yıxmaq istəyənlər arasında sərt mübahisə var idi. Bu mərhələdə mən də üzərimə bir vəzifə götürmüşdüm; doğruluğuna inandığım üçün deyil, doğru olmasını istədiyim üçün. Sabit durum nəzəriyyəsinə qarşı dəlillər ortaya çıxmağa başladıqca Fred Hoyl bu dəlillərlə mübarizə aparmaqda lider rolunu öz üzərinə götürmüşdü. Mən də onun yanında bu dəlillərə necə cavab verilə biləcəyi barədə fikirlər irəli sürürdüm. Amma dəlillər toplandıqca artıq oyunun bitdiyi və sabit durum nəzəriyyəsini bir kənara qoymağın vaxtı olduğu ortaya çıxırdı''[3]. Kaliforniya Universitetindən prof. George Abel də ''bu gün mövcud olan dəlillər kainatın milyardlarla il öncə ''Biq Banq''la başladığını göstərir, ''Biq Banq'' nəzəriyyəsini qəbul etməkdən başqa çarəmiz yoxdur'' deməkdədir. ''Biq Banq''ın bu qələbəsi ilə birlikdə materialist fəlsəfənin təməli olan ''əzəli maddə'' anlayışı da tarixə düşmüş oldu. Bəs o zaman -''Biq Banq''dan əvvəl nə vardı və olmayan kainatı bu böyük partlayışla var edən güc nə idi? Əlbəttə ki, bu sual Artur Edinqtonun sözü ilə desək, materialist üçün fəlsəfi olaraq həqiqət, Yaradıcının varlığı əvəzinə ''kainatın yaradılmış olduğu''nu göstərməkdədir. Tanınmış ateist filosof Antoni Flev bu mövzu ilə bağlı belə deyir: ''Etiraf etmənin insan ruhuna xoş gəldiyini söyləyirlər. Mən də bir etiraf edəcəyəm: ''Biq Banq'' modeli bir ateistə görə olduqca sıxıntı vericidir. Çünki elm dini qaynaqlar tərəfindən müdafiə olunan bir iddianı isbat etmişdir ki, bu da kainatın bir başlanğıcı olduğu iddiasıdır. Sadəcə olaraq, kainatın bir sonunun və başlanğıcının olmadığını qəbul etdiyimiz zaman onun indiki varlığının qəti bir açıqlaması olduğunu söyləyə bilərik. Mən hələ də bu izaha inanıram, amma bunu ''Biq banq'' qarşısında müdafiə etməyin çox asan və rahat olmadığını etiraf etməliyəm''''[4]. Kor-koranə ateistliyi qəbul etməyən bir çox elm adamı isə kainatın yaradılışında sonsuz güc sahibi olan bir Yaradıcının varlığını qəbul etməkdədir. Bu Yaradıcı isə həm maddəni, həm də zamanı yaradan, lakin onların heç birindən asılı olmayaraq mövcud olan bir varlıq olmalıdır. Tanınmış amerikalı astrofizik Huqh Ross bu həqiqəti belə açıqlayır: ''Əgər zaman və maddə partlayışla birlikdə ortaya çıxmışdırsa, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan kənarda, tamamilə müstəqil olmalıdır. Bu, bizə Yaradıcının kainatdakı bütün ölçülərin fövqündə durduğunu göstərir. Eyni zamanda, Yaradıcının bəzilərinin müdafiə etdiyi kimi, kainatın özü olmadığını və onu əhatə etdiyini, sadəcə olaraq kainatın içində bir güc olmadığını sübut edir''[5]. Maddə və zaman bütün bu anlayışlardan asılı olmayan, sonsuz güc sahibi olan bir Yaradıcı tərəfindən var edilmişdir. O Yaradıcı göylərin və yerin Rəbbi olan Allahdır. KOSMOSDA HƏSSAS TARAZLIQLARƏslində, ''Biq Banq''ın materialistlər üçün yaratdığı problem ateist filosof Antoni Flevin yuxarıda qeyd edilən etirafından çox böyükdür. Çünki ''Biq Banq'' kainatın yalnız yoxdan var edildiyini deyil, eyni zamanda, çox planlı, nizamlı və nəzarətli bir vəziyyətdə var edildiyini göstərməkdədir. Böyük Partlayış kainatın bütün maddəsini və enerjisini təmin edən nöqtənin partlaması və böyük sürətlə kosmosa yayılması ilə baş verdi. Qorxunc bir sürətlə hər tərəfə yayılan maddədən qalaktikalar, ulduzlar, Günəş, Yer və bütün göy cisimlərini özündə saxlayan çox böyük bir tarazlıq meydana gəldi. Buna əlavə olaraq, insanların ''fizika qanunları'' adlandırdıqları, kainatın hər yerində eyni olan və dəyişməyən qanunlar yarandı. Bütün bunlar Böyük Partlayışın dalınca Böyük Quruluşun meydana gəldiyini göstərməkdədir. Lakin partlayışlar ahəngli bir sistem əmələ gətirməzlər. Müşahidə etdiyimiz bütün partlayışlar var olan ahəngli sistemi pozur, parçalayır və yox edir. Məsələn, atom və hidrogen bombalarının partlaması nəticəsində yaranan partlayışlar, saf metan qazının əmələ gətirdiyi partlayışlar, vulkanik partlayışlar, təbii qaz partlayışı, Günəşdə meydana gələn və s. partlayışları araşdırsaq, nəticənin hər zaman dağıdıcı olduğu görünər. Əgər bir partlayışın ardınca qarşımıza çox nizamlı bir düzən çıxarsa, məsələn, yer altındakı bir partlayış ortaya qüsursuz sənət əsərləri, böyük saraylar, füsunkar binalar çıxararsa, o zaman bu partlayışın dalında qeyri-təbii bir müdaxilə olduğu, partlayışla birlikdə yayılan bütün parçaların həqiqətdə çox nəzarətli bir halda hərəkət etdikləri qənaətinə gələrik. Uzun illər ''Biq Banq'' nəzəriyyəsinə qarşı çıxdıqdan sonra səhvini etiraf edən Sir Fred Hoylun sözləri bu vəziyyəti gözəl ifadə edir: ''''Biq Banq'' nəzəriyyəsi kainatın tək və böyük bir partlayışla başladığını qəbul edir. Amma bildiyimiz kimi, partlayışlar maddəni dağıdır və sistemsizləşdirirlər. Lakin ''Biq Banq'' bunun tam əksi olan bir təsir meydana çıxarmışdır: maddəni bir-biri ilə birləşdirəcək və qalaktikaları meydana gətirəcək hala gətirmişdir''[6]. Hoyl ''Biq Banq''ın ahəngli sistem təşkil etməsinin ziddiyyətli olduğunu deyərkən, əlbəttə, onu materialist mühakimə ilə izah etməkdə, yəni bunun ''nəzarətsiz bir partlayış'' olduğunu güman etməkdədir. Lakin Yaradıcının varlığını qəbul etməmək üçün belə bir açıqlama verərək, özü əsl ziddiyyətli vəziyyətə düşmüşdür. Çünki partlayışla birlikdə çox böyük bir quruluş əmələ gəlmişsə, o zaman ''nəzarətsiz partlayış'' fikrini kənara atmaq və partlayışın qeyri-adi şəkildə nəzarətli olduğunu qəbul etmək lazımdır. ''Biq Banq''dan sonra kainatda yaranan bu qeyri-adi ahəngin başqa bir yönü isə yaşamağa əlverişli kainatın yaranmış olmasıdır. Yaşam şəraiti olan bir planetin yaranması üçün lazım gələn şərtlər o qədər çoxdur ki, onun təsadüfən əmələ gələ biləcəyini düşünmək mümkün deyil. Tanınmış nəzəri fizika professoru Paul Davies ''Biq Banq''dan sonrakı inkişafın sürətinin nə qədər ''həssas tənzimlənmiş'' olduğunu hesablamış və inanılmaz bir nəticəyə gəlmişdir. Daviesə görə, ''Biq Banq''dan sonra baş verən inkişafın sürəti hətta milyard dəfə milyardda-bir nisbətlə fərqli olsaydı, yaşayışın mümkün ola biləcəyi bir ulduz belə əmələ gəlməz və kainatdakı canlılar ortaya çıxmazdı. Davies belə deyir: ''Hesablamalar kainatın genişlənmə sürətinin çox optimal olduğunu göstərməkdədir. Əgər kainat bir az daha yavaş genişlənsə, cazibə qüvvəsi onu içinə çökdürəcək, bir az daha sürətli inkişaf etsə, kosmik material tamamilə dağılacaqdır. Bu iki fəlakət arasındakı tarazlığın nə qədər ''yaxşı hesablandığı'' sualının cavabı çox maraqlıdır. Əgər partlayış sürəti lazım gələn sürətdən milyard dəfə milyardda-bir nisbətdə fərqli olsaydı belə, bu, vacib olan tarazlığı yox etməyə kifayət edərdi. Buna görə də ''Biq Banq'' hər hansı bir partlayış deyil, hər tərəfli, çox yaxşı hesablanmış və qurulmuş quruluşdur''[7]. Böyük Partlayışla ortaya çıxan fizika qanunları bu 15 milyard ildə heç dəyişməmişdir. Üstəlik bu qanunlar elə incə hesablar üzərində qurulmuşdur ki, bu günki dəyərlərindən millimetrlə ölçülən xəta belə bütün kainatdakı quruluşu ortadan qaldıra biləcək dərəcədə həssasdır. Tanınmış fizik, professor Sterhen Havkinq də ''Zamanın qısa tarixi'' adlı kitabında kainatdakı tarazlıqların əslində qavraya bildiyimizdən daha çox hesablar və tarazlıqlar üzərində qurulduğunu bildirir. Havkinq kainatın inkişaf sürətilə əlaqədar deyir: ''Kainatın genişlənmə sürəti o qədər önəmli bir nöqtədir ki, ''Biq Banq''dan sonrakı birinci saniyədə bu nisbət əgər yüz milyon dəfə milyonda-bir daha kiçik olsaydı, kainat indiki hala gəlmədən içinə çökərdi''[8]. Paul Davies də bu ağlagəlməz incəlikdəki tarazlıq və hesablardan gəldiyi qaçılmaz nəticəni belə açıqlayır: ''Çox kiçik riyazi dəyişikliklərə həssas olan kainatın bu andakı quruluşunun çox diqqətli bir ağıl tərəfindən ortaya çıxarıldığına qarşı durmaq çox çətindir... Təbiətin ən təməl tarazlıqlarından həssas riyazi tarazlıqlar kosmik bir layihənin varlığını qəbul etmək üçün olduqca güclü dəlildir''[9]. Eyni həqiqət qarşısında amerikalı Astronomiya professoru Georq Grensteyn də ''The Symbiotic Univers'' adlı kitabında belə yazır: ''Dəlilləri araşdırdıqca, israrla mühüm bir həqiqətlə qarşılaşırıq. Kainatın əmələ gəlməsində qeyri-təbii bir Ağıl mübadiləsi olmalıdır''[10]. MADDƏNİN YARADILIŞIBöyük Partlayışdan sonra maddənin təməli olan atom meydana gəlmişdir. Daha sonra bu atomlar bir yerə yığılaraq, içində ulduzlar və Günəş olan kainatı əmələ gətirmişlər. Ətrafda gördüyünüz hər şey- bədəniniz, oturduğunuz kreslo, əlinizdə tutduğunuz kitab, pəncərədən gördüyünüz göy üzü, torpaq, meyvələr, bitkilər, -bütün maddələr Böyük Partlayışdan sonra əmələ gələn atomların bir yerə yığılması ilə təşəkkül tapmışdır. Bəs hər şeyin təməli olan atom nədən təşkil olunb və necə tərkibə malikdir? Atomların quruluşu araşdırılarkən, onların hər birinin çox mükəmməl quruluşda olduğu görünür. Hər atomun bir nüvəsi, nüvənin içində isə müəyyən sayda protonlar və neytronlar var. Bundan başqa, nüvə ətrafında dəyişməyən orbitlərdə 1000 km/saniyə sürətlə fırlanan elektronlar mövcuddur[11]. Atomdakı elektron və protonların sayı həmişə bərabər olur. Əgər birinin sayı digərindən fərqli olsa, elektromaqnit tarazlığının pozulması səbəbindən atom əmələ gəlməz. Atomun nüvəsi, nüvənin içindəki proton və neytronlar, ətrafındakı elektronlar daima sürətlə fırlanmaqdadırlar. Onlar həm öz oxları ətrafında, həm də bir-birilərinin ətrafında durmadan müəyyən sürətlə fırlanırlar. Hissəciklərin fırlanma sürətləri də hər zaman bir-birilərini tənzimləyəcək nisbətlərdə və atomun varlığını davam etdirməsini təmin edəcək şəkildədir. Əsla bir ahəngsizlik, dəyişiklik və fərqlilik ola bilməz. Yoxluğun içində meydana gələn böyük bir partlayışdan sonra bu qədər düzgün və nizamlı quruluşu olan varlıqların əmələ gəlməsi insanı heyrətə salacaq hadisədir. Çünki Böyük Partlayışın nəzarətsiz, təsadüfi olduğunu fərz etsək, razılaşmalıyıq ki, sonra da nəzarətsiz cinslər əmələ gəlməliydi və əmələ gələn hər şey də böyük qarışıqlıqla dağılmalıydı. Lakin varlığın başlanğıcından etibarən hər nöqtədə bütöv bir sistem hakimdir. Məsələn, fərqli yerlərdə və zamanlarda əmələ gəlmələrinə baxmayaraq, sanki bir-birindən xəbərdarmış və eyni fabrikdən çıxmış kimi çox düzgün atomlar əmələ gəlməkdədir. Əvvəl elektronlar özlərinə bir nüvə tapır və onun ətrafında fırlanmağa başlayırlar. Sonra atomlar bir yerə yığılaraq, maddəni təşkil edirlər və bütün bunların nəticəsində bütöv məna ifadə edən, məqsədyönlü və məntiqli maddələr, cismlər meydana gəlir. Ən kiçik vahiddən, ən böyük parçaya qədər hər şey yerli-yerində və çox məqsədəuyğun olur. Bütün bunlar böyük qüvvə sahibi olan Yaradıcının varlığının qəti isbatı, hər şeyin Onun dilədiyi şəkildə və dilədiyi zamanda əmələ gəldiyinin açıq göstəricisidir. Necə ki, Allah yaratmasını Quranda belə ifadə edir: ''Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun ''OL!'' deyəcəyi gün dərhal olar. Onun sözü haqdır..'' (''Ənam'', 6/73). ''BİQ BANQ''DAN SONRA
''Amma kainatın qəti olaraq müəyyən məqsədinin olduğunu göstərən bir məsələ var ki, o da onun orada (yerində) təsadüfən durmamasıdır. Bəzi insanlara görə, ''kainat sadəcə olaraq oradadır, elə olmağa davam edir, biz də özümüzü birdən-birə bu şeyin içində kəşf etmişik''. Bu nöqteyi-nəzərin kainatının anlamamızda çox məhsuldar, ya da yardımçı olacağını zənn etmirəm. Məncə, kainat və onun varlığının altında bu gün hələ tam anlamadığımız çox dərin məchullar qalır''[12], -kainatın mənşəyi ilə bağlı müxtəlif araşdırmalar aparan fizik Rocer Penrosenin bu sözləri son dərəcə əhəmiyyətlidir. Bu ifadə də təsdiqldəyir ki, bir çox insan kainatın bütün mükəmməl tarazlığı ilə sadəcə var olduğunu, təbii olaraq yaşadığını düşünməklə səhv yola düşür. Lakin bu gün elmi dairələr tərəfindən kainatın var olma səbəbi kimi qəbul edilən Böyük Partlayışdan sonra son dərəcə qüsursuz və heyrətamiz bir quruluşun əmələ gəlməsi əslində heç də təbii qarşılana biləcək bir hal deyil. Qısa olaraq, kainatdakı möhtəşəm sistemi araşdırdığımız zaman onun var olması və proseslərin təsadüfi səbəblərlə açıqlanmayacaq qədər qarışıq bir quruluş və həssas tarazlıqlara arxalandığı həqiqəti ilə qarşılaşırıq. Aydın başa düşülür ki, bu həssas tarazlığın və quruluşun güclü bir partlayışdan sonra öz-özünə və təsadüfən əmələ gəlməsi qətiyyən mümkün deyil. ''Biq Banq'' kimi partlayışdan sonra bu cür quruluşun yaranması ancaq qeyri-təbii yaradılış nəticəsində baş verə bilər. Kainatdakı bu tayı-bərabəri olmayan düzən və quruluş maddəni yoxdan var edən, onun hər anını nəzarəti və hakimiyyəti altında saxlayan sonsuz bir bilik, güc və ağıl sahibi olan Yaradıcının varlığını sübut edir. O Yaradıcı göylərin, yerin və hər ikisi arasında olan hər şeyin Rəbbi olan Allahdır. Bütün bu həqiqətlər bizə XIX əsrdə doğulan materialist fəlsəfənin müddəalarının XX əsr elmi tərəfindən necə hökmsüz edildiyini göstərməkdədir. Müasir elm kainatda hakim olan böyük plan, layihə və quruluşu ortaya çıxaracaq bütün varlıqları yaradan və nəzarəti altında saxlayan bir Yaradıcının -yəni Allahın varlığını isbat edir. Əsrlər boyu bir çox insana təsir edən, hətta bir dövr ''elmilik'' maskasına bürünən materializm isə hər şeyin maddədən ibarət olduğunu iddia edib, maddəni yoxdan var edən və quran Allahın varlığını rədd edərək böyük bir səhvə yol verib. Bu üzdən də ağla, elmə zidd prinsip və batil bir inanc sistemi kimi tarixin bir küncünə atılmağa məhkumdur. | |
|
| |
|
1. Georges
Politzer,
Felsefenin Baslang?c
Ilkeleri,
Sosyal Yay?nlar,
Istanbul,
1989, s.84 | |
|
|
|
Əsas Səhifə | Kitablar | Filmlər | Məqalələr | Səsli kitablar | Bizimlə Əlaqə | Üzv Olun |
|
2010 Harun Yəhya. Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz. |