|
ƏSRİ SƏADƏT DÖVRÜNÜN SON XƏLİFƏSİ: Hz. ƏLİ (r.ə.)
İslam tarixinin ən görkəmli dövrlərindən olan
“Dörd Xəlifə Dövrü”nün son xəlifəsi Hz. Əli (r.ə.)
olmuşdur. Peyğəmbərimiz (s.ə.s.)ə və özündən
əvvəlki qiymətli İslam xəlifələrinə könüldən
beyət edərək onlara qəti bir itaətlə bağlanmış,
sahib olduğu yüksək əxlaq ilə bütün Müsəlmanlara
nümunə olmuşdur.
Peyğəmbər Əfəndimiz (s.ə.s.)in əmisi Əbu
Talibin oğlu olan Hz. Əli (r.ə.) kiçik yaşda
İslamı qəbul edən ilk Müsəlmanlardandır. Tarixi
qaynaqlarda ifadə edildiyi kimi Peyğəmbərimiz
Hz. Məhəmməd (s.ə.s.)in yanında böyümüş, onun
təhsilindən keçərək yetişmişdir.
Hicrətdən təxmini olaraq 23 il əvvəl Məkkədə
doğulan Hz. Əli (r.ə.), Quran əxlaqını yaşamada
Peyğəmbərimiz (s.ə.s.)in nümunə göstərdiyi
mübarək bir İslam xəlifəsidir. Müsəlmanlara
qarşı böyük düşmənlik göstərən Məkkəli
müşriklərin cəfalarına baxmayaraq, İslamı qəbul
etdiyi üçün kiçik yaşlarından etibarən
Peyğəmbərimiz (s.ə.s.)in ən yaxın
köməkçilərindən olmuşdur.
Üçüncü İslam xəlifəsi olan Hz. Osman (r.ə.)
şəhid edildikdən sonra Miladi 656 ilinin
Zilhiccə ayında xəlifə olmuş; təxminən dörd il
doqquz ay davam edən xəlifəliyi, tarixi
qaynaqlara görə Miladi 661 ilində şəhid edilməsi
ilə sona çatmışdır. (Doğuşdan Günümüzə Böyük
İslam Tarixi, Əsr Nəşrləri, cild 2, s. 223-268)
Elm Qabaqcılı Bir İslam Xəlifəsi
Hz. Əli (r.ə.)nin önə çıxan xüsusiyyətlərindən
biri, Allahın icazəsi ilə sahib olduğu elmdir.
Onun, yaşadığı dövrdə İslam cəmiyyətinin elm
budağında qabaqda olan şəxslərindən olduğu hər
kəs tərəfindən ittifaqla qəbul edilməkdədir.
Sahib olduğu elm, fiqh mətnləri və hökmləriylə
məhdud qalmamış, riyaziyyat və bənzəri elm
sahələrində də əsrinin qabaqcıllarından olmuşdur.
Peyğəmbər Əfəndimiz (s.ə.s.), Hz. Əli (r.ə.)nin
bu əhəmiyyətli xüsusiyyətini bir hədisində belə
tərifləmişdir:
“Mən elmin şəhəriyəm, Əli (r.ə.) isə
qapısıdır.” (Deyləmi)
Hz. Əli (r.ə.), daha uşaqlığından etibarən
Peyğəmbər Əfəndimiz (s.ə.s.)in yanında olmuş,
Quran əxlaqını və Quranın hikmətlərini ondan
öyrənmiş, onun vəhy katibliyini etmişdir.
Peyğəmbər Əfəndimiz (s.ə.s.)in vəfatına qədər
onun yanından ayrılmamışdır. Beləliklə dini
mövzular üzərində yüksək bir elm səviyyəsinə
çatmışdır. Bunun üçün Hz. Əli (r.ə.), Hz. Əbu
Bəkir (r.ə.), Hz. Ömər (r.ə.) və Hz. Osman (r.ə.)ın
ilk məsləhətləşdiyi şəxslər arasında olmuşdur.
Peyğəmbər (s.ə.s.) Əfəndimizin Hz. Əli (r.ə.)
Haqqındakı Sözləri
“Əli (r.ə.)ni sevən, məni sevmişdir. Ona
düşmənlik, mənə düşmənlikdir. Onu incidən məni
incitmişdir. Məni incidən də əlbəttə Allahı
incitmiş olar.” (Təbərani)
“Hər şeyin bir qanadı vardır, bu ümmətin qolu
qanadı da Əbu Bəkir (r.ə.) və Ömər (r.ə.)dir.
Hər şeyin bir qalxanı vardır, bu ümmətin qalxanı
da Əli (r.ə.)dir.” (Hatib)
Hz. Əli (r.ə.)nin Ədalətli Rəhbərlik Anlayışı
Hz. Əli (r.ə.), rəhbərliyi altında saxladığı
hər bölgədə əsgəri mərkəz meydana gətirmişdir.
Rəhbərliklə əlaqədar olaraq əhəmiyyət verdiyi
nöqtə, alınan hər qərarın ədalətli və qəti həll
olmasıdır.
Dövlət idarəsində Hz. Ömər (r.ə.)in yolunu
izləyən Hz. Əli (r.ə.), əvvəlcə onun Qurandakı
üstün ədalət anlayışını rəhbər etmişdir.
Rəhbərliyi altında olan şəxslərə qarşı daim çox
şəfqətli olan Hz. Əli (r.ə.), əhəmiyyətli
vəzifələrdə olan idarəçilərin də ədalət
mövzusunda diqqətli olmalarını istəmişdir.
Günümüzə çatan bu tövsiyələri, bu gün bütün
dünyada idarəçilik sahəsində əhəmiyyətli bir
rəhbər olaraq qəbul edilməkdədir. Bu əhəmiyyətli
öyüdlərdən bəziləri bunlardır:
1. Xalqa qarşı daim içinizdə sevgi və nəzakət
hissləri bəsləyin. Müvəffəqiyyətiniz onları
danlayıb sərt davranmaqla olduğu fikrinə
düşməyin.
2. Hamıya ədalətli davranın.
3. Tərəf tutmayın, bəzi insanları süründürməyin.
Bu cür davranışlar sizi zülmə aparar.
4. İdarəçilərinizi seçərkən, dövlətə qarşı
cinayətlər, məzlumlara qarşı zülmlər törətməmiş
olanlarına diqqət edin.
5. Doğru, düzgün və nəzakətli kəsləri seçin və
öz xeyirlərini güdməyənləri seçin.
6. Haqsız qazanc və əxlaqsızlıqlara düşməmələri
üçün idarəçilərinizə kifayət qədər maaş ödəyin.
7. İdarəçilərinizə nəzarət edin, bunun üçün
etibar etdiyiniz səmimi insanların müşavirəsinə
açıq olun.
8. Xalqın etibarını qazanın və onların
yaxşılığını istəyin, adamları minnət altında
buraxmayın.
9. Heç bir zaman verdiyiniz sözdən dönməyin.
Etməyə güc çatdıra bilməyəcəyiniz işləri də vəd
etməyin.
10. Hirsinizi örtün. Hirsli ikən cəza verməkdən
çəkinin. Hirsiniz yatışsın ki müsbət qərarlar
verə biləsiniz.
Peyğəmbərimiz (s.ə.s.) Hz. Əli (r.ə.)nin
Şəhidliyini Xəbər Vermişdir
Allah Rəsulu (s.ə.s.), Əli (r.ə.)yə -yanaqlarını
göstərərək- belə buyurdu:
“Buradan buradan zərbə görəcəksən, qanın
saqqalını bulayıncaya qədər axacaq!”
Hz. Əli (r.ə.)nin Nümunəvi Cəsarəti
Hz. Əli (r.ə.)nin elmi üstünlüyü və ədalətli
rəhbərlik anlayışının yanında Quran əxlaqının
nəticəsi olaraq ön plana çıxan digər bir
xüsusiyyəti də nümunəvi cəsarəti olmuşdur. Quran
əxlaqına görə həqiqi cəsarət, Allah (c.c.)ın
sərhədlərini tamamilə və qüsursuz qorumada Allah
(c.c.)dan başqa heç kimdən qorxmadan və
çəkinmədən iradə göstərmək, heç bir şərt və
mühitdə Quran əxlaqından güzəşt verməməkdir. Bir
möminin cəsarətinin əsl qaynağı isə Uca
Rəbbimizə olan imanı, dərin sevgisi, Allah
qorxusu və cənnət həsrətidir.
Hz. Əli (r.ə.)də üstün əxlaqi xüsusiyyətlərlə
gərək Peyğəmbər Əfəndimiz (s.ə.s.)lə birlikdə
qatıldığı döyüşlərdə, gərək isə Hicrət əsnasında
bütün möminlərə nümunəvi olaraq bir cəsarət
göstərmişdir.
Təbuk Səfəri xaric bütün döyüşlərdə
Peyğəmbərimiz (s.ə.s.)in yanında olan Hz. Əli (r.ə.),
hər hadisədə bir mömininə xas əxlaqı və cəsarəti
göstərmişdir.
Tarixi qaynaqlara görə, Yəmamə Döyüşündə ordu
komandiri olaraq vəzifələndirilən Hz. Əli (r.ə.)nin
hicrəti isə Peyğəmbərimiz (s.ə.s.)in ona
sahiblərinə vermək üçün buraxdığı əmanətləri
təslim etdikdən sonra reallaşmışdır.
Hz. Əli (r.ə.)nin Allah (c.c.)a olan
təvəkkülünün və Peyğəmbərimiz (s.ə.s.)ə olan
qeyri-şərtsiz bağlılığının çoxlu nümunələri
vardır.
Hz. Əli (r.ə.) buyurur ki:
·
Elm alçaqda qalanları yüksəldər,
savadsızlıqda yüksəkdəkiləri alçaldar.
·
Rəsulullah (s.ə.s.)a ən yaxın
olanlar ona tabe olanlardır. Düşmənləri də Allah
(c.c.)a qarşı gələnlərdir.
·
Saleh əməl; tərif və savabını
yalnız Allah (c.c.)dan gözlədiyin əməldir.
·
Axirətə yaxınlaşma və dünyadan
uzaqlaşma hissini itirməyin! Dünya itkilərindən
kədərə düşməyin və daim xeyirli işlər görün.
·
Həqiqi dost, ayıbını görüb nəsihət
verən, səni qoruyan və səni özünə seçəndir.
·
Çətinliyə qarşı səbir etmək,
bolluq vaxtı ləzzətdən daha üstündür.
Hz. Əli (r.ə.)nin Hökmdarlara Nəsihəti
·
“Bağışladığından ötəri heç vaxt
peşman olma; cəzalandırdığın üçün heç vaxt
sevinmə! Xalqının ayıbını gücünün çatdığı qədər
ört ki Allah da sənin xalqından gizli qalmasını
istədiyin şeyi örtsün. Kimsəyə kin bəsləmə!
İntiqam iplərini kəs…
·
Sadiq və qənaətkar adamları özünə
sirdaş et.
·
Əsla insanların yaxşısı ilə pisi
sənin üçün eyni olmasın. Çünki onları beləcə
bərabər görmək bir tərəfdə yaxşıları yaxşılıqdan
soyudarkən, pislərin də pisliyə olan meylində
onlara cəsarət verər.”
Hz. Əli (r.ə.)nin İlk Xütbəsi
“Heç şübhə yox ki, şanı Uca Allah, insanları
qurtuluşa aparan bir kitab endirdi. Bu kitabında
xeyri və şəri açıqladı. Elə isə xeyrə sarılın,
şəri tərk edin. Vacibləri Allah üçün yerinə
yetirin, sizi cənnətə aparsın. Allah, aşkar olan
bir haram qoydu və Müsəlmanın hörmətini bütün
haramlardan daha irəlidə tutdu. İxlasa və
Müsəlmanların birliyinə əhəmiyyət Verdi… Allahın
qullarına pis davranmaqdan qaçın. Ondan qorxun.
Üzərində olduğunuz torpaqlardan və heyvanlardan
məsuliyyət daşıyırsınız. Uca Allaha itaət edin
və Ona üsyan etməyin. Xeyir gördüyünüzdə onu
götürün, şər gördüyünüzdə isə uzaqlaşın.
Xatırlayın, bir zamanlar siz dünyada az və
gücsüz idiniz…”
Allah Möminlərlə Bərabərdir
Allahdan bir rəhmət olaraq ədalət, elm,
əliaçıqlıq, mərhəmət və digər yüksək fəzilətlərə
sahib olan Hz. Əli (r.ə.)nin cəsarətinin ən
əhəmiyyətli səbəbi sonsuz rəhmət sahibi olan Uca
Allahın hər an möminlərlə olduğunu bilməsidir.
Allahın icazəsiylə, iman etməyənlər möminlərə
heç bir şəkildə zərər verə bilməzlər. Hicrət
səfərində Peyğəmbər Əfəndimiz (s.ə.s.)in və Hz.
Əli (r.ə.)nin müşriklərin əhatəsində olmalarına
baxmayaraq heç bir zərər görməmələri, bunun ən
açıq sübutlarından biridir. Allah iman
etməyənlərin möminləri təzyiq altına almaq,
hətta öldürmək üçün etdikləri bütün plan və
tələləri həmişə boşa çıxartmışdır. Bu vacib sirr
bir ayədə belə bildirilmişdir:
“Həqiqət budur ki, onlar hiyləli-nizamlar
qurdular. Halbuki onların nizamları, dağları
yerlərindən oynadacaq da olsa, Allah qatında
onlara hazırlanmış nizam (pis bir qarşılıq)
vardır.” (İbrahim Surəsi, 46)
Şübhəsiz qiymətli İslam xəlifəsi Hz. Əli (r.ə.)nin
bu əxlaqı digər bütün möminlər üçün də nümunə
olmalıdır. Çünki Allah, eyni zəmanəti Öz
razılığına ixlasla sarılan bütün möminlərə
verməkdədir. Rəbbimiz ayələrdə inkar edənlərə
qarşı möminləri qoruyacağını, qalib gələcəyini
vəd etməkdədir. Ayədə bildirildiyi kimi
unudulmamalıdır ki, “…Allah heç vaxt
kafirlərə möminlərin əleyhinə olan bir yol
göstərməz!” (Nisa Surəsi, 141)
28 İyun 2009 |